Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-234/2020 01.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X27 iclas katibliyi və cavabdeh X3 iştirakı ilə İddiaçı cavabdeh X5 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, maneənin aradan qaldırılması və 200 ədəd ot kipi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(035)-94/2019 nömrəli qətnaməsindən cavabdeh X12 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab Rayon X22 1998-ci il 07 aprel tarixli 04 saylı qərarı ilə onun mərhum X2nun və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün Zərdab rayonunun Yarməmmədbağı kəndində verilmiş və Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(035)-871/2017 nömrəli qətnaməsinə əsasən onun tərəfindən miras kimi qəbul edilmiş 2.74 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 1 ha hissəsindən cavabdehin məcburi qaydada çıxarılması və zəbt etdiyi torpaq sahəsindən əldə etdiyi 200 ədəd ot kipinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(035)-94/2019 nömrəli (hakim T.Qubadov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X1 rayon X22 1998-ci il 07 aprel tarixli, 04 saylı qərarı ilə iddiaçının mərhum X2nun və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün Zərdab rayonunun Yarməmmədbağı kəndində verilmiş və Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(035)-871/2017 saylı qətnaməsinə əsasən İddiaçı tərəfindən miras kimi qəbul edilmiş 2.74 hektar torpaq sahəsinin zəbt edilmiş 1.0 ha hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməsiqət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X12 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zərdab rayon X25 xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə X2na və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonunun Yarməmmədbağı kəndi ərazisindən 2.74 ha torpaq sahəsi verilmişdir. X2 xx.xx.2009-cu ildə ölmüşdür. Zərdab Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən atası Allahverdi Allahverdiyevdən miras qalmış Zərdab rayonu Yarməmmədbağı kəndində yerləşən bir mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin, Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 90514018 olan Dövlət Aktına əsasən və Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Zərdab rayon X25 04 saylı, xx.xx.1998-ci il tarixli qərarı ilə verilmiş torpaq sahələrinin onun tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Buna baxmayaraq cavabdeh ona məxsus, yəni miras kimi qəbul etdiyi torpaq sahəsinin 1.0 ha hissəsini zəbt etmiş və həmin torpaq sahəsindən 200 ədəd ot kipi bicib aparmışdır. Dəfələrlə cavabdehin qanunsuz hərəkətləri barədə həm kənd bələdiyyəsinə, həm kənd icra nümayəndəliyinə müraciətlər etsə də, cavabdeh qanunsuz hərəkətlərinə son qoymamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə prosesinin gedişində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə də ona məxsus torpaq sahəsinin 1.0 ha hissəsinin cavabdeh tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. Hesab edir ki, iddiası tamamilə qanuni və əsaslıdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh X12 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, vərəsə kimi tanıma iddia icraatı qaydasında deyil, hüquqi faktın təsdiqi qaydasında aparılmalıdır. İddiaçının vərəsə kimi tanınma və mirası qəbul etmə barədə notariat orqanlarına müraciəti barədə heç bir məlumat yoxdur. Həmçinin iddiaçının varis kimi tanınması hələ mirası qəbul etmək demək deyildir. Mərhum atası vəfat edərkən iddiaçı ümumiyyətlə Azərbaycan Respublikasında olmamış və vərəsəliyi qəbul edən heç bir hərəkət etməmişdir. Bundan başqa ekspert rəyi iş materialları ilə ziddiyət təşkil etsə də məhkəmə tərəfindən şəksiz sübut kimi qəbul edilmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh X12 apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi neçə müddətdir ki, onun istifadəsindədir. Həmin torpağın iddiaçıya heç bir aidiyyəti yoxdur. Verilmiş ekspert rəyləri də həqiqəti əks etdirmir. Ona görə də Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işəiddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(035)-94/2019 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Torpağa Mülkiyyət Hüququna Dair (JN-00xx xxx 90514018) Dövlət Aktından görünür ki, X6 və onun ailə üzvlərinin (X14, X15, X10) mülkiyyətinə Zərdab rayonu X25 xx.xx.1998-ci il tarixli 04 saylı qərarına əsasən Zərdab rayonu Yarməmmədbağı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.74 ha torpaq sahəsi verilmişdir. Zərdab rayon Yarməmmədbağı bələdiyyəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 28 saylı arayışdan görünür ki, Zərdab rayon X25 xx.xx.1998-ci il tarixli 27 nömrəli qərarı ilə verilmiş 2.74 ha torpaq sahəsinin 2.20 ha hissəsi mərhum X6 ailə üzvlərinə, 0.54 ha hissəsi isə oğlu şəhid X7 adına verilmişdir. Həmin 0.54 ha torpaq sahəsinə görə vergi hesablanmamış, digər torpaq sahəsinə görə hesablanmış vergilər İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixədək ödənilmişdir. Zərdab rayon Yarməmmədbağı bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X5 verilmiş 25 saylı arayışdan görünür ki, Aqrar islahat zamanı Bəhrəm Allahverdiyevin X2na və onun ailə üzvlərinin mülkiyyətinə 2.74 ha pay torpağı verilmişdir. Həmin pay torpağından əlavə 0.50 ha şəhid ailəsi olduğu üçün verilmişdir. Həmin torpaq sahəsinə heç bir vergi hesablanmamışdır. Onun qardaşı İddiaçı Aqrar İslahat gedən zaman ərazidə qeydiyyatda olmadığına görə ona pay torpağı bölünməmişdir. Hal-hazırda onun qardaşı həmin torpaq sahəsinin 2.24 ha hissəsindən istifadə edir və həmin sahəyə görə hesablanmış vergini ödəyir. Digər 1.00 ha torpaq sahəsi Zərdab rayon məhkəməsi tərəfindən verilmiş qətnaməyə əsasən X12 tərəfindən istifadə olunur. Məhkəmə tikinti-texniki ekspertizasının 12242 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Zərdab rayon X25 1998-ci il tarixli, 04 saylı qərarı ilə JN-00xx xxx 90514018 “Torpağın Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.74 ha torpaq sahəsinin və Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(035)-871/2017 saylı qətnaməsinə əsasən İddiaçı tərəfindən miras kimi qəbul edilmiş torpaq sahəsi cavabdeh X12 tərəfindən istifadə edilir. Apelyasiya icraatı zamanı təyin edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 03/047 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh X12 özü tərəfindən istifadə olunan (Zərdab rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında miras kimi qəbul edilmiş) torpaq sahəsindən kənar əlavə torpaq sahəsini zəbt edilbetməməsini müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Eyni zamanda bildirik ki, cavabdehə torpaq sahəsinin miras qalması barədə Zərdab rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi və hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Zəbt etməni müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid olmadığından və hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. İddiaçı və cavabdeh naturada eyni torpaq sahəsinə iddia etdiyindən həmin torpaq sahəsinin kim tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Apelyasiya icraatı zamanı təyin edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 3208 nömrəli rəydən müəyyən olunur ki, cavabdeh X12 tərəfindən istifadə olunan (Zərdab Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında miras kimi qəbul edilmiş) torpaq sahəsindən kənar əlavə torpaq sahəsini zəbt edilib-etməməsini müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Eyni zamanda bildiririk ki, cavabdehə torpaq sahəsinin miras qalması barədə Zərdab rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi və hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.Zəbt etməni müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aidolmadığından və hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır.İddiaçı və cavabdeh naturada eyni torpaq sahəsinə iddia etdiyindən həmin torpaq sahəsinin kim tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə kollegiyası təqdim olunmuş sübutları əlaqəli şəkildə işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli ərazinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1-nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, X4 miras qalan, Zərdab rayonu Yarməmmədbağı kəndində yerləşən əmlaklar (bir mərtəbəli, 2 otaqlı fərdi yaşayış evin, Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 90514018 olan Dövlət Aktına əsasən və Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Zərdab rayon X25 04 saylı, xx.xx.1998-ci il tarixli qərarı ilə verilmiş torpaq sahələri) hazırki İddiaçı tərəfindən miras kimi qəbul edildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinin müddəasına görə həmin əmlaklar miras açıldığı gündən sonuncunun mülkiyyəti sayılır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh apelyasiya şikayətində mübahisəli torpaq sahəsinin onlara məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəmər sübutu təqdim edə bilməmiş, əksinə iş üzrə verilmiş ekspert rəyləri onların dəlilini təkzib etmişdir. İş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə məxsus olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüquqna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci cavabdeh X11а аid edilməli və məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat cavabdeh X8аn alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesаbına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh X12 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(035)-94/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh X8аn alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-234/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-234/2020
01.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver