Məhkəmə qərarları › İş №2(107)-234/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-234/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-234/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1; Cаvаbdeh - Cavabdeh1 iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020 il tаrixli, 2(051)-955/2020 saylı qətnaməsindən iddiaçı «xxxx» KB ASC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020 il tаrixli, 2(051)-955/2020 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) ilk iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cii il tarixli 51MFB/14-A saylı əlavə kredit müqavilə üzrə 11497,69 manat məbləğdə əsas kredit borcu, 1313,74 manat məbləğdə faiz borcu və 1000 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 13811,43 məbləğdə pul alınıb «xxxx» KB ASC-yə ödənilməsi, həmin borcun ödənilməsinin ipotekaya qoyulmuş, Cavabdeh3 mülkiyyətində olan, Mingəçevir şəhəri, S.Vurğun küçəsi ev 18 ünvanda yerləşən, 65.36 kv.metr ümumi, 42.36 kv.metr yaşayış, 23 kv.metr yardımçı sahəsindən ibarət 2 otaqlı, 1 saylı və Cavabdeh1 mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən, 126,17 kv.metr ümumi, 97,88 kv.metr yaşayış, 28,29 kv.metr yardımçı sahədən ibarət 4 otaqlı 2 saylı mənzillərə yönəldilməsi, Mingəçevir şəhəri, S.Vurğun küçəsi ev 18 ünvanda yerləşən 1 saylı mənzilin ilkin satış qiyməti 31000 manat, Mingəçevir şəhəri, S.Vurğun küçəsi, ev 18 ünvanda yerləşən, 2 saylı mənzilin ilkin satış qiyməti 27000 manat müəyyən edilməsi, mənzillərin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh1 və Cavabdeh2 banka olan borclarının ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 60 manat rüsumun Cavabdeh1 və Cavabdeh2 alınıb «xxxx» KB ASC-nin hesabına ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 «xxxx» KB ASC-yə qarşı kredit və ipoteka müqavilələrinin etibarsız sayılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 25/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 51MFB/14-A saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 11497,69 AZN, faiz borcu üzrə 1313,74 AZN, cərimə borcu üzrə 35.784,24 AZN, cəmi 48.595,67 AZN məbləğində borcu və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ;xidmət haqqı kimi ödənilmiş 60 AZN məbləğində pulun müştərək qaydada tutumasına, tələbin ipoteka predmetləri olan Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzilinə və Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzilinə yönəldilməsi, bu əmlakların hərracda satılması və ipoteka predmetləri olan əmlakların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2014-cü il tarixli 51MFB/14-A saylı əlavə kredit müqaviləsi üzrə 48.595,67 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipotka predmetləri olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzilinin ilkin satış qiymətinin 27.000 (iyirmi yeddi min) manat məbləğində Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzilinin ilkin satış qiymətinin 31.000 (otuz bir min) manat məbləğində müəyyən edilməsi, ipotka predmetləri olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 çıxarılması, ipotka predmeti olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2014-cü il tarixli, 51MFB/14-A saylı əlavə kredit müqaviləsinin, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanın tələblərinə uyğun güzəştli şərtlərə aid edilməsi, onun müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi, işgüzar xələl gətirilməsi nəticəsində onun xeyrinə 100000 (bir yüz min) manat miqdarında dəymiş mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı «xxxx» KB ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 göstərmişdir ki, xx.xx.2013-cü il tarixli 01MFB/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 51MFB/14-A saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2017-ci il tarixədək, illik 6% ödəmək şərtilə 15.000 AZN məbləğində kredit verilmişdir (xx.xx.2013-cü il tarixli 01MFB/13 saylı əsas kredit müqaviləsinə edilmiş xx.xx.2014-cü il tarixli Sazişə əsasən kredit müqaviləsinin 1.1 -ci bəndində qeyd olunan kredit müqaviləsinin məbləği 1.000.000 manat, kreditin bitmə tarixi isə xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir). Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxx» Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01MFBİ/13 saylı ipoteka müqaviləsinə və həmin müqaviləyə bağlanmış xx.xx.2014-cü il tarixli Sazişə əsasən Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzili və Cavabdeh3 Raıııis qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 01MFBİ/13-1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzili «xxxx» Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqavilələri AR ƏMDK yanında DƏDRX-niıı 17 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. xx.xx.2013-cü il tarixli 01MFB/13 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda Cavabdeh2 ilə iddiaçı "xxxx" KB ASC arasında Cavabdeh2 xx xxxxxx 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlamış və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Əsas kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx” Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Kredit müqaviləsinə əsasən öhdəliklər yerinə yetirilmədiyi üçün iddiaçı "xxxx” KB ASC Cavabdeh1 və qeyrilərinə qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” xx.xx.2016-cı il tarixli iddia ərizəsi ilə Mingəçevir Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 07.01,2019-cu il tarixli 2(051 )-l 7/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuşdur. Sözügedən qətnamədən verilmiş apelyasiya şikayəti üzrə işə baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)1345/2019 saylı qərardadı ilə Mingəçevir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-17/2019 saylı qətnaməsi ləgv edilərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsini almış Fərmanına istinad olunmaqla iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərman ilə müəyyən olunmş müddət ərzində borclu «xxxx» KB ASC ilə yeni müqavilə bağlamamış və kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Borclu Cavabdeh1 xx.xx.2018-cı il tarixli maliyyə arayışına əsasən xx.xx.2014-cü il tarixli 51MFB/14-A saylı əlavə kredit müqaviləsinə görə xx.xx.2017-ci il tarixə əsas kredit borcu üzrə 11.497,69 AZN, faiz borcu üzrə 1.313,74 AZN, cərimə borcu üzrə 35.784,24 AZN, cəmi 48.595,67 AZN məbləğində borcu təşkil edir. xx.xx.2013-cü il tarixli 01MFB/13 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə, xx.xx.2013-cü il tarixli 01MFBİ/13 saylı ipoteka müqaviləsinə və həmin müqaviləyə bağlanmış xx.xx.2014-cü il tarixli Sazişə əsasən Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzili Banka ipotekaya qoyulmuş və daşınmaz əmlakın qiymətləndirilməsi barədə 'xxxx" MMCnin xx.xx.2018-ci il tarixli 24/1 saylı ekspert rəyinə əsasən ipoteka predmetinin real bazar qiyməti 27.000 (iyirmi yeddi min) manat məbləğində, xx.xx.2014cü il tarixli 01MFBİ/13-1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzili Banka ipotekaya qoyulmuş və daşınmaz əmlakın qiymətləndirilməsi barədə "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli 24 saylı ekspert rəyinə əsasən ipoteka predmetinin real bazar qiyməti 31.000 (otuz bir min) manat məbləğində qiymətləndirilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişlər. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsində işə cavabdehlərin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçı «xxxx» KB ASC və Cavabdeh1 apellyasiya şikаyəti vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı «xxxx» KB ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən iddiaçı "xxxx" KB ASC-nin iddia tələbinin ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və onlar satıldıqda cavabdehlərin ən geci bir ay ərzində həmin mənzillərdən çıxarılması hissəsinin təmin edilməməsi qanuna zidd olmaqla, əsassızdır. Belə ki, qanunvericliyin tələblərinə əsasən ipoteka predmeti kimi çıxış edən əmlaklara tutma yönəldikdə və onlar satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi üçün iki şərt nəzərdə tutulmuşdur ki. onun birinci şərti yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərti isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvlərinin və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmasıdır. Həmçinin, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka qoyanın (ailə üzvlərinin) vəzifələrindən biri, borc alanın öhdəliklərini yerinə yetirmədiyi və lazımınca yerinə yetirilmədiyi halda, tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 30 gündən gec olmayaraq ipoteka predmetinin satışının təmin edilməsi üçün zəruri tədbirləri görməkdir. Göründüyü kimi tərəflər arasında bağlanmış ipoteka müqaviləsində tərəflərin vəzifələri aydın göstərilmişdir və bu hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməli idi. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020 il tarixli, 2(051)-955/2020 saylı qətnaməsinin qismən ləğv edilərək, ipoteka predmetlərinə tutma yönəldikdə və həmin predmetlər satıldıqda, ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 çıxarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız və qanunsuz hesab edir. Məhkəmə işə onun iştirakı olmadan baxmış və onun hüquqlarını pozmuşdur. Belə ki, onunla iddiaçı bank arasında olan kredit müqaviləsi Azərbaycan Respublikası prezidentinin 28 fevral 20İ9-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanının təsiri altına düşür. Lakin işə baxan məhkəmə bu halı nəzərə almamışdır. Eyni zamanda məhkəmə qətnaməsində onun «xxxx» KB ASC ilə 2019-cıı ilin dekabr ayının sonuna kimi yeni müqavilə bağlamalı olduğunu qeyd etmişdir. Ancaq Azərbaycan Respublikasının prezidentinin fərmanında restrukturizasiya müqaviləsinin sonu kimi 2019-cıı ilin dekabr ayının sonu göstərilməmişdir. Ümumiyyətlə, sözügedən fərmanda yeni, güzəştli şərtlərlə müqavilənin bağlanması üçün müddət müəyyən olunmamışdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-955/2020 saylı qətnaməsini ləğv edib, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi haqqında yenıi qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020 il tarixli, 2(051)-955/2020 saylı qətnaməsinin qismən ləğv edilərək, ipoteka predmetlərinə tutma yönəldikdə və həmin predmetlər satıldıqda, ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 çıxarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cаvаbdeh Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020 il tarixli, 2(051)-955/2020 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi haqqında yenıi qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020 il tаrixli, 2(051)-955/2020 saylı qətnaməsi qismən ləğ edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2013-cü il tarixli, 01MFB/13 №li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 «xxxx» KB ASC ilə müqavilə bağlayaraq 21600 manat məbləğdə kredit almış, aldığı borc məbləğini 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli, 51MFB/14-A №li əlavə kredit müqaviləsindən görünür ki, Cavabdeh1 «xxxx» KB ASC ilə əlavə kredit müqaviləsi bağlayaraq 15000 məbləğdə kredit almış, aldığı borc məbləğini illik 6 faiz ödəmək şərtiylə, 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli, 51MFBZ/14 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 oğlu həmin tarixdə zaminlik müqaviləsi bağlamış və “xxxx” KB ASC qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2018-ci il tarixli cədvəlindən görünür ki, Cavabdeh1 həmin tarixə cəmi 48595.67 manat miqdarda borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş ipoteka müqavilələrindən görünür ki, Cavabdeh1 məxsus, Mingəçevir şəhərinin Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzili və Cavabdeh3 məxsus, Mingəçevir şəhərinin Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzili ipotekaya qoyulmuşdur. İpoteka predmeti olan, Mingəçevir şəhərinin Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzili 15000 manat, Mingəçevir şəhərinin Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzili 10000 manat məbləğdə qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Səməd Vurğun küçəsindəki 18 saylı evin 2 saylı mənzili yuxarıda qeyd olunan kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi xx xxxxxx 2013-cü ildə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Səməd Vurğun küçəsindəki 18 saylı evin 2 saylı mənzili yuxarıda qeyd olunan kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi xx xxxxxxx 2014-cü ildə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Səməd Vurğun küçəsindəki 18 saylı evin 1 saylı mənzili yuxarıda qeyd olunan kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi xx xxxxxxx 2014-cü ildə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2017-ci il tarixli, 12997 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 «xxxx» KB ASC-nə 11490.38 manat məbləğdə əsas və 486.43 manat məbləğdə faiz borcu olmaqla, cəmi 11976.81 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş «xxxx» MMC-nin xx xxxxxxx 2018-ci il tarixli, 24 №-li hesabatından görünür ki, Mingəçevir şəhəri, S.Vurğun küçəsi, ev 18 ünvanda yerləşən 1 saylı mənzilinin real bazar dəyəri 31000 (otuz bir min) manat təşkil edir. İş materiallarına əlavə edilmiş «xxxx» MMC-nin xx xxxxxxx 2018-ci il tarixli, 24/1 №-li hesabatından görünür ki, Mingəçevir şəhəri, S.Vurğun küçəsi, ev 18 ünvanda yerləşən 2 saylı mənzilinin real bazar dəyəri 27000 (iyirmi yeddi min) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən verilmiş əmlakın ipoteka qoyulmasına razılıq verilməsi haqqında ərizədən göstərmişdir ki, Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 nömrəli mənzilin “xxxx” Kommersiya Bankına ipoteka qoyulmasına razı olduğunu və həmin mənzilə tutma yönəldikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh5 tərəfindən verilmiş əmlakın ipoteka qoyulmasına razılıq verilməsi haqqında ərizədən göstərmişdir ki, Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 nömrəli mənzilin “xxxx” Kommersiya Bankına ipoteka qoyulmasına razı olduğunu və həmin mənzilə tutma yönəldikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-17/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 11490.38 manat məbləğdə əsas kredit borcu, 486.43 manat məbləğdə faiz borcu və 100 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 12076.81 məbləğdə pul alınıb «xxxx» KB ASC-nə ödənilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh3 mülkiyyətində olan, Mingəçevir şəhəri, S.Vurğun küçəsi ev 18 ünvanda yerləşən, 65.36 kv.metr ümumi, 42.36 kv.metr yaşayış, 23 kv.metr yardımçı sahəsindən ibarət 2 otaqlı, 1 saylı və Cavabdeh1 mülkiyyətində olan, Mingəçevir şəhəri, S.Vurğun küçəsi ev 18 ünvanda yerləşən, 126.17 kv.metr ümumi, 97.88 kv.metr yaşayış, 28.29 kv.metr yardımçı sahəsindən ibarət 4 otaqlı mənzillərinə yönəldilməsi, Mingəçevir şəhəri, S.Vurğun küçəsi ev 18 ünvanda yerləşən 1 saylı mənzilin ilkin satış qiyməti 31000 (otuz bir min) manat, Mingəçevir şəhəri, S.Vurğun küçəsi, ev 18 ünvanda yerləşən, 2 saylı mənzilin ilkin satış qiyməti 27000 (iyirmi yeddi min) manat müəyyən edilməsi, mənzillərin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh1 və Cavabdeh2 banka olan borcları ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019cu il tarixli 2(107)-1345/2019 saylı qərarından görünür ki, Apelyasiya şikayəti qismən təmin edilmiş, həmin iş üzrə Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-17/2019 nömrəli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixdə «xxxx» KB ASC ilə 51MFB/14-A saylı əlavə kredit müqaviləsi bağlayaraq, 36 ay müddətinə 15000 manat məbləğdə kredit almışdır. Eyni zamanda Cavabdeh1 ipoteka müqaviləsi bağlayaraq öhdəliyinin icra olunmasını təmin etmək üçün mülkiyyətində olan, Mingəçevir şəhərinin S.Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzilini və «xxxx» KB ASC ilə Cavabdeh3 arasında xx xxxxxxx 2014-cü il tarixli, 01MFBİ/13-1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan, Mingəçevir şəhəri, S.Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzili “xxxx” KB ASC-nə ipotekaya qoyulmuşdur. Bundan başqa Cavabdeh2 xx xxxxxx 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlamış və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İpoteka müqavilələrində Mingəçevir şəhərinin S.Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzili 15000 manat, Mingəçevir şəhərinin S.Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzili 10000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi ilə iddia qaldırmış, Cavabdeh1 tərəflər arasında bağlanmış kredit müqaviləsinin, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanın tələblərinə uyğun güzəştli şərtlərə aid edilməsi və dəymiş mənəvi zərərin tutulması barədə qarşılıqlı iddia vermişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərildiyi kimi həll etmişdir. Qətnamədən narazı qalan iddiaçı«xxxx» KB ASC və Cavabdeh1 apellyasiya şikayətləri vermişlər. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi iddiaçının borcalana qarşı borcun ödənilməsi barədə tələbi əsaslı sayaraq hesab etmisdir ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cii il tarixli 51MFB/14-A saylı əlavə kredit müqavilə üzrə 11497,69 manat məbləğdə əsas kredit borcu, 1313,74 manat məbləğdə faiz borcu və 1000 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 13811,43 məbləğdə pul alınıb «xxxx» KB ASC-yə ödənilməklə iddia tələbi qismən ödənilməlidir. Lakin məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə X5 Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X2 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı mülki iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə fərmanın təsiri altına düşür. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab etmişdir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Cavabdeh1 aralarında yeni müqavilə bağlanılması üçün iddiaçıya müraciət etsə də, iddiaçı tərəfindən belə müqavilənin bağlanmasına şərait yaradılmadığını bildirmiş və iddiaçı tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Bundan əlavə, Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, sözügedən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Sözügedən Fərman Cavabdeh1 münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli sayılmalıdır. Çünki, Fərmana əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzətli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Qeyd edilən Fərmanın tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflər arasında bağlanmış xx.xx.2014-cii il tarixli 51MFB/14-A saylı əlavə kredit müqavilə üzrə 1313,74 manat məbləğdə faiz borcu və 1000 manat məbləğdə cərimə borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı «xxxx» KB ASC-yə ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməmlidir. Ona görə də məhkəmə kolleiyası cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin sözü gedən Fərmanının təsiri altına düşməsi barədə dəlili ilə qismən razılaşır. Bundan başqa Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317-ci və “İpotekа hаqqındа” Azərbaycan Respublikası Qаnununun 34.1.2-ci mаddəsinə əsаsən öhdəlik üzrə fаizlərin ödənilməsi müddətlərinin аrdıcıl olаrаq iki dəfə pozulmаsı nəticəsində ipotekа sаxlаyаn ipotekа predmetinə tutmаnı yönəltməklə, onun sаtılmаsını, əldə edilmiş puldаn kredit borcunun, hesаblаnmış fаizlərin və cərimələrin, həmçinin bununlа bаğlı çəkilmiş bütün xərclərin ipotekаyа qoyulmuş əmlаk hesаbınа ödənilməsini tələb edə bilər. “İpoteka haqqında” Azərbаycаn Respublikаsı Qаnununun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 319.6-cı və «İpotekа hаqqındа» Azərbаycаn Respublikаsı Qаnununun 47.2-ci mаddələrinə əsаsən, ipotekа predmetinin sаtışındаn əldə olunаn vəsаitdən ipotekа sаxlаyаnın ipotekа ilə təmin olunmuş tələbi, o cümlədən əsаs borc öhdəliyinin icrа edilməməsi və yа lаzımıncа icrа edilməməsi, yаxud icrаnın gecikdirilməsi nəticəsində dəbbə pulu və yа vurulmuş zərər, dаhа sonrа isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qаlаn məbləğ ipotekа qoyаnа qаytаrılır. Bunа görə məhkəmə hesаb edir ki, ipotekа predmeti olаn mənzil hərrаcdа sаtışа çıxаrılmаqlа sаtılmаlı və sаtışdаn əldə olunmuş vəsаit hesаbınа iddiаçının tələbləri ödənilməli, qаlаn məbləğ isə ipotekа qoyаnа qаytаrılmаlıdır. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsı Qаnununun 4-cü mаddəsinə görə, ipotekа sаxlаyаnın tələbi əsаsə borc, fаizlər,öhdəliyin icrа edilməməsi və yа lаzımıncа icrа edilmməsi, o, cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu, və (və yа) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipotekа predmetinə tutlmаnın yönəldilməsi ilə əlаqədаr icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də dаxil olmаqlа tаm həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsı Qаnununun 39.3-cü mаddəsinə əsаsən məhkəmə ipotekа predmetinə tutmаnın yönəldilməsi hаqqındа qərаr qəbul edərək, qərаrdа ipotekа predmetinin ilkin sаtış qiyməti ipotekа qoyulаn ipotekа sаxlаyаnın rаzılаşmаsı əsаsındа, mübаhisə olduqdа isə müstəqil qiymətləndiricinin rəyi əsаsındа məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsinin qətnaməsində Mingəçevir şəhəri, S.Vurğun küçəsi, ev 18 ünvanda yerləşən 1 saylı mənzilinin ilkin satış qiyməti 31000 (otuz bir min) manat, Mingəçevir şəhəri, S.Vurğun küçəsi, ev 18 ünvanda yerləşən 2 saylı mənzilinin ilkin satış qiyməti isə 27000 (iyirmi yeddi min) manat müəyyən edilmişdir. Həmin qətnamədə ipoteka predmetlərinin real bazar dəyəri göstərilsə də, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi yazılı şəkildə ərizə təqdim edərək həmin qiymətlərlərin bank tərəfindən mübahisələndirilmədiyi, məhkəmə tərəfindən müəyyən edilmiş həmin qiymətlərin bankın maraqlarına uyğun olduğu və ipoteka əmlaklarının yenidən likvid qiymətinin müəyyən edilməsinə zərərurət olmadığının nəzərə alınmasını xahiş etmişdir. İş mаteriаllаrındаn müəyyən оlunur ki, Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzil ipоtekа ilə yüklü edilərkən cavabdehlər Cavabdeh1, Cavabdeh5 həmin mənzildə qeydiyyаtdа оlmаqlа orada yаşаmış, Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzi ipоtekа ilə yüklü edilərkən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 həmin mənzildə qeydiyyаtdа оlmаqlа orada yаşаmış, onlar nоtаriаl qаydаdа verdiklərin ərizə ilə mənzillərin ipоtekа ilə yüklü edilməsinə rаzılıq verərək, həmin mənzillərə tutmа yönəldikdə və sаtıldıqdа həmin mənzilləri tərk etməyi öhdələrinə götürmüşlər. «İpоtekа hаqqındа» Qаnunun: 59.3-ci maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü mаddəsinin tələbinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarıəsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, tutmа üzərinə yönəldilmiş ipоtekа predmeti sаtıldıqdаn sоnrа ipоtekа qоyаn və оnunlа birlikdə yаşаyаn аilə üzvləri tutduqlаrı yаşаyış sаhəsini ən geci bir аy ərzində bоşаltmаdıqlаrı təqdirdə, оnlаrın məcburi çıxаrılmаsı nəzərdə tutulmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələblərinin cavabdehlərin ipoteka ilə yüklü edilmiş mənzilllərdən çıxarılmamalarına dair hissəsi də ləğv edilməli və həmin hissədə də iddia təmin olunmalıdır. Qarşılıqlı iddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. Cavabdeh iddiaçının hərəkətləri nəticəsində onun müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi, işgüzar xələl gətirilməsi nəticəsində onun xeyrinə 100000 (bir yüz min) manat miqdarında dəymiş mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh bununla bağlı məhkəmələrə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin fazilərin hesablanması qaydası ilə razı olmuş və müqavilənin məzmununu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı «xxxx» KB ASC tərəfindən və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020 il tarixli, 2(051)-955/2020 saylı qətnaməsi qismən, ilk iddia tələbinin ipoteka predmeti olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh5 çıxarılması və ipoteka predmeti olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 çıxarılmalarının təmin edilməməsi hissəsində və tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 51MFB/14-A saylı əlavə kredit müqavilə üzrə faiz borcu və cərimə borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı «xxxx» KB ASC-yə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə ipoteka predmeti olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh5 və ipoteka predmeti olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 çıxarılmalı, eyni zamanda ilk iddia tələbi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 51MFB/14-A saylı əlavə kredit müqavilə üzrə 1313,74 manat məbləğdə faiz borcu və 35.784,24 manat məbləğdə cərimə borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı «xxxx» KB ASC-yə ödənilməsi hissəsində təmin edilməməli, qətnamə qalan hissədə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı «xxxx» KB ASC tərəfindən və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020 il tarixli, 2(051)-955/2020 saylı qətnaməsi qismən, ilk iddia tələbinin ipoteka predmeti olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh5 və ipoteka predmeti olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 çıxarılmalarının təmin edilməməsi hissəsində və tərəflər arasında bağlanmış xx.xx.2014cü il tarixli 51MFB/14-A saylı əlavə kredit müqavilə üzrə faiz borcu və cərimə borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı «xxxx» KB ASC-yə ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbi ipoteka predmetləri satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahələrindən cavabdehlərin çıxarılması hissəsində təmin edilsin. İpoteka predmeti olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 2 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh5 və ipoteka predmeti olan Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 saylı evin 1 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 çıxarılsın. İlk iddia tələbi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 51MFB/14-A saylı əlavə kredit müqavilə üzrə 1313,74 manat məbləğdə faiz borcu və 35.784,24 manat məbləğdə cərimə borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı «xxxx» KB ASC-yə ödənilməsi hissəsində təmin edilməsin. Qətnamə qalan hissədə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar