Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-235/2020 19.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin bir otağına köçürülmə və həmin evdən, həyətdən və həyətdə olan köməkçi sahələrdən, (hamam, tualet, tövlə və s.) istifadə qaydalarının müəyyən olunması tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(035)-441/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(035)-441/2019 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia təmin edilmiş, İddiaçı anası tərəfindən ona vəsiyyət edilən Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən 1975-ci ildə tikilmiş, yaşayış sahəsi 90 kv.metr, ümumi sahəsi 120 kv.metr olan fərdi yaşayış evinə köçürülməsi, evin qarşı tərəfdən baxdıqda sol tərəfdə olan əvvəl tikilən (köhnə) hissəsinin cavabdehlərin, sonradan tikilən (təzə) hissəsinin iddiaçının, həyətdə bir-birindən təcrid olan üç (gözdən) hissədən ibarət olmaqla uzunluğu təxminən 100 m, qarşısında da eyni uzunluqda çardaq (naves) olan tövlənin (çardağın (navesin) müvafiq hissəsi daxil olmaqla) girişdən birinci olan hissəsinin (gözü) iddiaçının, girişdən axırıncı olan hissəsinin (gözü) cavabdehlərin, ortada olan hissəsinin (gözü) tən ortadan bölünərək arakəsmə ilə ayırmaqla yarısının iddiaçının, yarısının cavabdehlərin, həyətdə mövcud olan hamam və tualetin cavabdehlərin, eləcə də mövcud giriş-çıxış darvazasının olduğu yerdən həyətə giriş-çıxış yolunun iddiaçının istifadəsində saxlanılmaqla, evin cavabdehlərin istifadəsində qalan hissəsin tərəfdən cavabdehlərin özlərinə həyətə ayrı giriş-çıxış yolu açmaqla aralarında istifadə qaydasının müəyyən olunması, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anasına məxsus olan və ona vəsiyyət edilmiş, hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Zərdab rayonunun Yuxarı Seyidlər kəndində yerləşən 3 otaqlı evin bir otağına köçürülməsi və həmin evdən, həyətdən və həyətdə olan köməkçi sahələrdən, (hamam, tualet, tövlə və s.) istifadə qaydalarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesinin gedişində İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək anası X5 tərəfindən ona vəsiyyət edilən Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən 1975-ci ildə tikilmiş, yaşayış sahəsi 90 kv.metr, ümumi sahəsi 120 kv.metr olan fərdi yaşayış evinə köçürülməsi, evin qarşı tərəfdən baxdıqda sol tərəfdə olan əvvəl tikilən (köhnə) hissəsinin cavabdehlərin, sonradan tikilən (təzə) hissəsinin özünün, həyətdə birbirindən təcrid olan üç (gözdən) hissədən ibarət olmaqla uzunluğu təxminən 100 m, qarşısında da eyni uzunluqda çardaq (naves) olan tövlənin (çardağın (navesin) müvafiq hissəsi daxil olmaqla) girişdən birinci olan hissəsi (gözü) özünün, girişdən axırıncı olan hissəsi (gözü) cavabdehlərin, ortada olan hissəsi (gözü) tən ortadan bölünərək arakəsmə ilə ayrmaqla yarısı özünün, yarısı cavabdehlərin, həyətdə mövcud olan hamam və tualetin cavabdehlərin, eləcə də mövcud giriş-çıxış darvazasının olduğu yerdən həyətə giriş-çıxış yolunun özünün istifadəsində saxlanılmaqla, evin cavabdehlərin istifadəsində qalan hissəsi tərəfdən cavabdehlərin özlərinə həyətə ayrı giriş-çıxış yolu açmaqla aralarlnda istifadə qaydası müəyyən olunma barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia məhkəmənin 2(035)-441/2019 saylı, xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsinə əsasən təmin edilmiş, lakin Cavabdeh1 həmin qətnamənin ləğvinə dair ərizə verildiyindən ərizə təmin edilərək işə mahiyyəti üzrə yenidən baxılmışdır. Birinci instansiya məhkəməsinin baxış iclаsının vаxtı və yeri bаrədə məhkəmə bildirişi göndərilsə də, cаvаbdehlər məhkəmə iclаsınа gəlməmiş və gəlməməyin səbəbləri bаrədə məhkəməyə məlumаt verməmiş, nə də ki, iddiaya qarşı öz etirazlarını və etirazlarını əsaslandıran sübutları məhkəməyə göndərməmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 onun doğma qardaşı, digər Cavabdeh2 İlqarın arvadıdır. Cavabdehlər onu Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən atasının 1975-ci ildə tikdiyi,özünün də boya- başa çatdığı,mərhum anasının mülkiyyətində olan və anasının ona vəsiyyət etdiyi evə buraxmırlar. Məhkəmənin diqqətinə çatdırır ki, Cavabdeh1 1998-ci ildən 2004-cü ilədək Sumqayıt şəhərində yaşamış, 2004-cü ildə birinci arvadından boşanmış, 2009-cu ildə digər Cavabdeh2 ilə ailə quraraq sözügedən evdə daimi olaraq yaşamağa başlamış və hazırda da iki uşaqları ilə birlikdə orada yaşayırlar. Özüdə vaxtı ilə ailə qurmuş, həmin nikahdan bir oğlu vardır. Lakin, ailə münasibətləri alınmadığında ərindən ayrılmışdır. Hazırda özü kirayə evlərdə yaşayır. Hətta anası Gülmara Məmmədova xəstə olarkən ona qulluq etmək istəsə də, cavabdehlər onu evə buraxmamışlar. Sonradan məcbur olub anasını da yaşadığı kirayə evə aparıb özü qulluq etmişdir. Anası xx.xx.2015ci ildə vəfat etdikdən sonra anasının yas mərasimini kirayə qaldığı evdə özü təşkil etmişdir. Halbu ki, sözügedən ev, ordakı tikililər və həyətyanı torpaq sahəsi anasına məxsus olmuş və həmin əmlakları anası xx.xx.2013-cü ildə ona vəsiyyət etmişdir. Buna baxmayaraq cavabdehlər öz inadlarından əl çəkmirlər. Ona vəsiyyət olunmuş evə cavabdehlərin onu buraxmaması qanunsuzdur. Onu da bildirir ki, ev hələ atasının sağlığında faktiki olaraq, iki hissədən - əvvəl və sonradan tikilmiş hissələrdən ibarətdir. Cavabdehlər faktiki olaraq əvvəl tikilən (köhnə) hissədə yerləşmiş və yaşayırlar. Sonradan tikilən (təzə) hissə faktiki olaraq boşdur. Özünün həmin hissəyə köçürülməsini istəyir. Bundan başqa həyətdə birbirindən təcrid olan üç (gözdən) hissədən ibarət olmaqla uzunluğu təxminən 100 m, qarşısında da eyni uzunluqda çardaq (naves) olan tövlə və bir ədəd giriş-çıxış darvazası vardır. Həmin tövlənin və çardağın (navesin) girişdən birinci olan hissəsinin özünün, girişdən axırıncı olan hissəsinin cavabdehlərin, ortada olan hissəsinin isə tən ortadan bölərək arakəsmə ilə ayırmaqla, həyətdə mövcud olan hamam və tualetin cavabdehlərin istifadəsində saxlamaqla (özünə yeni hamam və tualet tikəcəkdir), eləcə də mövcud girişçıxış darvazasının olduğu yerdən həyətə giriş-çıxış yolunun özünün,evin cavabdehlərə qalan hissəsi tərəfdən ümumi (kənd arası) yola çıxış olduğundan həmin yerdən cavabdehlərin özlərinə həyətə ayrı giriş-çıxış yolu açmaqla aralarında istifadə qaydasının müəyyən olunmasını istəyir. Hesab edir ki, o, sözügedən evə köçrülməli, evdən və həyətdə olan yardımçı tikililərdən cavabdehlərlə onun istifadə qaydası müəyyən edilməlidir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətlərinin dəlilləri: Cavabdeh1 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zərdab Rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qanunsuz və əsassızdır, həmin qətnamə prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. xx xxxxxxx 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclası nə onun, nə də ki, digər Cavabdeh2 iştirakı olmadan keçirilmişdir. O və həyat yoldaşı Cavabdeh2 uşaqların dərsi ilə bağlı məktəbdə olduqlarından məhkəmə iclasına gec gəlib çatmışlar. Lakin məhkəmə iclasına gec də olsa gəlib çatmalarına baxmayaraq artıq məhkəmə tərəfindən o və həyat yoldaşı dinlənilmədən qanunsuz və əsassız olaraq həmin qətnamə qəbul olunmuşdur. İddiaçı onun bacısıdır. İddiaçı ilə o bir atanın və bir ananın doğma evladlarıdırlar. Lakin buna baxmayaraq doğma bacısı olan iddiaçı onu doğulub boya başa çatdığı evdə rahat yaşamağına imkan vermir. Belə ki, iddiaçı həmkəndlisi Fariz Həmidovla ailə həyatı quraraq ata evindən ər evinə köçmüş, lakin ailə münasibətləri uyğun gəlmədiyindən o, ərindən ayrılaraq oğlu Əfqan Həmidovla hazırda Yuxarı Seyidlər kəndində yerləşən ata evinə qayıtmaqla orada yaşayırlar. Valideynlərinin hər ikisi rəhmətə getmişdir. Onlar vəfat etdikdən sonra evin oğlu olaraq ata yurdu sayılan ev və həyətyanı torpaq sahəsi ona qalmışdır. Lakin cavabdeh vəfat etmiş anası Gülmara Davudovanın guya evi ona vəsiyyət etdiyini iddia edərək zorla həmin evdə yaşamağa başlamışdır. Bildirmişdir ki, valideynlərindən miras olaraq qalmış hazırki ev iki hissəyə ayrılmışdır. Belə ki, evin ayrı-ayrı giriş-çıxışı olmaqla evin bir hissəsində ailə üzvləriylə o, digər hissəsində isə ayrıca giriş-çıxışı olmaqla cavabdeh oğlu Əfqan Həmidovla birlikdə yaşayırlar. Tərəfindən məhkəmədə qaldırılmış mülki iddiaya əsasən məhkəmə qərarına görə ona həmin evdən istifadə hüqüqu verilmişdir. Onun və iddiaçının yaşadıqları evin ayrı giriş-çıxışı olmasına baxmayaraq, iddiaçı bununla razılaşmayaraq onu və ailəsini oradan çıxarmaq istəyir. Hər şey iddiaçının iddiasında qeyd etdiyi kimi deyildir. Yaşadığı evdə, həyət və bacada aparılmış təmir bərpa işlərinin hamısı onun tərəfindən öz vəsaiti hesabına görülmüş və bundan iddiaçının ümumiyyətlə heç bir xəbəri olmamış və bununla bağlı o, heç bir vəsait sərf etməmişdir. İddiaçının barəsində qaldırmış olduğu iddia və həmin iddiaya əsasən qəbul olunmuş qətnamə əsassızdır. Ona görə də, Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(035)- 441/2019 nömrəli qətnaməsi əsassız olduğundan həmin qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(035)-441/2019 nömrəli qətnaməsi qismənevin qarşı tərəfdən baxdıqda sol tərəfdə olan əvvəl tikilən (köhnə) hissəsinin cavabdehlərin, sonradan tikilən (təzə) hissəsinin iddiaçının, həyətdə bir-birindən təcrid olan üç (gözdən) hissədən ibarət olmaqla uzunluğu təxminən 100 m, qarşısında da eyni uzunluqda çardaq (naves) olan tövlənin (çardağın (navesin) müvafiq hissəsi daxil olmaqla) girişdən birinci olan hissəsinin (gözü) iddiaçının, girişdən axırıncı olan hissəsinin (gözü) cavabdehlərin, ortada olan hissəsinin (gözü) tən ortadan bölünərək arakəsmə ilə ayırmaqla yarısının iddiaçının, yarısının cavabdehlərin, həyətdə mövcud olan hamam və tualetin cavabdehlərin, eləcə də mövcud giriş-çıxış darvazasının olduğu yerdən həyətə giriş-çıxış yolunun iddiaçının istifadəsində saxlanılmaqla, evin cavabdehlərin istifadəsində qalan hissəsin tərəfdən cavabdehlərin özlərinə həyətə ayrı giriş-çıxış yolu açmaqla aralarında istifadə qaydasının müəyyən olunması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiasının Zərdab rayonunun Yuxarı Seyidlər kəndində yerləşən evdən, həyətdən və həyətdə olan köməkçi sahələrdən, (hamam, tualet, tövlə və s.) istifadə qaydalarının müəyyən olunması hissəsi rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx.xx.2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, X5 ölən günədək ona məxsus olan Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən 1975-ci ildə tikilmiş, yaşayış sahəsi 90 kv.m, ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evini, həyətyanı sahəni və digər yardımçı tikililərini doğma qızı Zərdab rayonu Yuxarı Seyidlər kəndində yaşayan İddiaçı vəsiyyət etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən 0,40 ha həyətyanı torpaq sahəsi ümumi birgə xüsusi mülkiyyət kimi X5 ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyatına alınmışdır. İşdə olan Zərdab rayon İHB-nin Yuxarı Seydlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 126 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən Zərdab rayonu Yuxarı Seydlər kəndində yaşayır və ümumi sahəsi 120 kv.m, yaşayış sahəsi 90 kv.m olan evi vardır. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-219/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, hazırkı İddiaçı vəsiyyət edilən Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən 1975-ci ildə tikilmiş, yaşayış sahəsi 90 kv.metr, ümumi sahəsi 120 kv.metr olan fərdi yaşayış evində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsi tərəfindən ölçü və qeydiyyat işlərinin aparılmasına Cavabdeh1 tərəfindən yaradılan maneə aradan qaldırılmasına dair iddiası təmin edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-497/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, hazırkı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları - xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən vəsiyyətnamə əsasında cavabdeh İddiaçı məxsus evdən istifadə hüququ tanınmasına dair iddiası təmin edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-398/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, hazırkı Cavabdeh1 cavabdehlər İddiaçı və Zərdab rayon Dövlət Notariat Kontoruna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsinə” dair iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə, Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 2.1, 4 və 6.2-ci mаddələrinə və Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 135.1, 135.2, 135.4, 152.3, 157.8, 158.1, 158.1.2 və 158.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları vəşərtlərini müəyyən edir, ailəüzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak vəşəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 4-cü maddəsinə görə bu Məcəllənin 2-ci maddəsində göstərilən ailəüzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak vəşəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə görə ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə görə bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 135.4-cü maddəsinə görə əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəməşəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinin mənasına görəəmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 bacı-qardaşdırlar. Onların hazırda mərhum anaları X2 Zərdab rayonu Yuxarı Seyidlər kəndində 1975-ci ildə tikilmiş, yaşayış sahəsi 90 kv.metr, ümumi sahəsi 120 kv.metr olan fərdi yaşayış evi, yardımçı tikliləri və həyətyanı torpaq sahəsi miras qalmışdır. Gülmara Məmmədova həmin fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və orada olan yardımçı tikililəri qızı – hazırkı İddiaçı vəsiyyət etmişdir. Cavabdehlər 2009-cu ildən daimi olaraq həmin evdə yaşayırlar. İddiaçı cavabdehlərin həmin evdə yaşamalarına etiraz etməsə də, cavabdehlər iddiaçını həmin evə buraxmırlar.Ona görə də iddiaçı məcburən başqa yerdə, yəni kirayə evlərdə yaşayır. Cavabdehlər iddiaçını anası tərəfindən ona vəsiyyət olunmuş evə köçüb yaşamasına imkan vermədikləri üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər (İddiaçı və Cavabdeh1) hələ haqqında mübahisə qaldırılan fərdi yaşayış evi, yardımçı tiklilər və həyətyanı torpaq sahəsi vəsiyyət edilməmişdən qabaq bacı-qardaş olmaqla həmin evdə doğularaq orada böyüyüb boya-başa çatdıqlarından, həmçinin cavabdehlər hələ vəsiyyətnamə qoyulmamışdan əvvəl, yəni 2009-cu ildən hal-hazıradək daimi olaraq orada yaşadıqlarından, eləcə də iddiaçı sonradan həmin evdə deyil, başqa yerdə məcburən kirayədə yaşasa da, sözügedən fərdi yaşayış evi, yardımçı tiklilər və həyətyanı torpaq sahəsi xx.xx.2013-cü ildə ona vəsiyyət edildiyindən onların bir ailə üzvü (bacı-qardaş, Cavabdeh2 münasibətdə gəlin-baldız olaraq) kimi sözügedən fərdi yaşayış evi, yardımçı tiklilər və həyətyanı torpaq sahəsindən istifadə etmək hüquqları yaranmışdır. Birinci instansiya məhkəməsi həm də işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və yuxarıda adı çəkilən qanunvericilik normalarına əsasən hesab etmişdir ki, sözügedən miras əmlaklar - Zərdab rayonu Yuxarı Seyidlər kəndində 1975-ci ildə tikilmiş, yaşayış sahəsi 90 kv.metr, ümumi sahəsi 120 kv.metr olan fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və orada olan yardımçı tikililər anası tərəfindən hazırkı iddiaçıya vəsiyyət edildiyindən, eləcə də qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən iddiaçının sözügedən 0,40 ha həyətyanı torpaq sahəsinə hazırda mərhum anası ilə ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyatına alındığından iddiaçının həmin evə köçrülmək hüququ vardır. Birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilən hallarına, iddiaçının məhkəmə iclasında verdiyi izahata və işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq hesab etmişdir ki, İddiaçı hazırkı iddianı verməkdə haqlıdır və o, iddianın əsaslı və qanuni olmasını əsaslandıra bilmişdir. Cavabdehlər isə məhkəmə iclasında iştirak etməmiş, nə də ki iddianın rədd edilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməlidir. İddiaçı anası tərəfindən ona vəsiyyət edilən Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən 1975-ci ildə tikilmiş, yaşayış sahəsi 90 kv.metr, ümumi sahəsi 120 kv.metr olan fərdi yaşayış evinə köçürülməli, evin qarşı tərəfdən baxdıqda sol tərəfdə olan əvvəl tikilən (köhnə) hissəsi cavabdehlərin, sonradan tikilən (təzə) hissəsi iddiaçının, həyətdə bir-birindən təcrid olan üç (gözdən) hissədən ibarət olmaqla uzunluğu təxminən 100 m, qarşısında da eyni uzunluqda çardaq (naves) olan tövlənin(çardağın (navesin) müvafiq hissəsi daxil olmaqla) girişdən birinci olan hissəsi (gözü) iddiaçının, girişdən axırıncı olan hissəsi (gözü) cavabdehlərin, ortada olan hissəsi (gözü) tən ortadan bölünərək arakəsmə ilə ayırmaqla yarısı iddiaçının, yarısı cavabdehlərin, həyətdə mövcud olan hamam və tualetin cavabdehlərin, eləcə də mövcud giriş-çıxış darvazasının olduğu yerdən həyətə giriş-çıxış yolunun iddiaçının istifadəsində saxlanılmaqla, evin cavabdehlərin istifadəsində qalan hissəsi tərəfdən cavabdehlərin özlərinə həyətə ayrı giriş-çıxış yolu açmaqla aralarlnda istifadə qaydası müəyyən olunmalıdır. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, iddia tələbinin Zərdab rayonunun Yuxarı Seyidlər kəndində yerləşən evdən, həyətdən və həyətdə olan köməkçi sahələrdən, (hamam, tualet, tövlə və s.) istifadə qaydalarının müəyyən olunması hissəsini təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları ilə birlikdə araşdıraraq müəyyən etmişdir ki, İddiaçı Zərdab rayonunun Yuxarı Seyidlər kəndində yerləşən evdən, həyətdən və həyətdə olan köməkçi sahələrdən, (hamam, tualet, tövlə və s.) istifadə qaydalarının müəyyən olunmasını tələb etsə də, həmin halları təsdiq edən heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. HəminMəcəllənin 76.2-cimaddəsinə əsasənbuməlumatlaryazılı və maddisübutlarla, ekspertlərinrəyləriilə, yerində müayinə keçirməklə, səsvə videoyazıları ilə, şahidlərinifadələriilə, işdə iştirakedən şəxslərinizahatları ilə müəyyənedilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən ləğv olunmasına və apelyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək yuxarıda göstərilən hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, Zərdab rayonunun Yuxarı Seyidlər kəndində yerləşən evdən, həyətdən və həyətdə olan köməkçi sahələrdən, (hamam, tualet, tövlə və s.) istifadə qaydalarının müəyyən olunması hissəsində birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və işdə qətnаmənin həmin hissədə apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(035)- 441/2019 nömrəli qətnaməsi qismən-evin qarşı tərəfdən baxdıqda sol tərəfdə olan əvvəl tikilən (köhnə) hissəsinin cavabdehlərin, sonradan tikilən (təzə) hissəsinin iddiaçının, həyətdə bir-birindən təcrid olan üç (gözdən) hissədən ibarət olmaqla uzunluğu təxminən 100 m, qarşısında da eyni uzunluqda çardaq (naves) olan tövlənin (çardağın (navesin) müvafiq hissəsi daxil olmaqla) girişdən birinci olan hissəsinin (gözü) iddiaçının, girişdən axırıncı olan hissəsinin (gözü) cavabdehlərin, ortada olan hissəsinin (gözü) tən ortadan bölünərək arakəsmə ilə ayırmaqla yarısının iddiaçının, yarısının cavabdehlərin, həyətdə mövcud olan hamam və tualetin cavabdehlərin, eləcə də mövcud giriş-çıxış darvazasının olduğu yerdən həyətə giriş-çıxış yolunun iddiaçının istifadəsində saxlanılmaqla, evin cavabdehlərin istifadəsində qalan hissəsin tərəfdən cavabdehlərin özlərinə həyətə ayrı giriş-çıxış yolu açmaqla aralarında istifadə qaydasının müəyyən olunması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiasının Zərdab rayonunun Yuxarı Seyidlər kəndində yerləşən evdən, həyətdən və həyətdə olan köməkçi sahələrdən, (hamam, tualet, tövlə və s.) istifadə qaydalarının müəyyən olunması hissəsi rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(035)-441/2019 nömrəli qətnaməsi qismən-evin qarşı tərəfdən baxdıqda sol tərəfdə olan əvvəl tikilən (köhnə) hissəsinin cavabdehlərin, sonradan tikilən (təzə) hissəsinin iddiaçının, həyətdə bir-birindən təcrid olan üç (gözdən) hissədən ibarət olmaqla uzunluğu təxminən 100 m, qarşısında da eyni uzunluqda çardaq (naves) olan tövlənin (çardağın (navesin) müvafiq hissəsi daxil olmaqla) girişdən birinci olan hissəsinin (gözü) iddiaçının, girişdən axırıncı olan hissəsinin (gözü) cavabdehlərin, ortada olan hissəsinin (gözü) tən ortadan bölünərək arakəsmə ilə ayırmaqla yarısının iddiaçının, yarısının cavabdehlərin, həyətdə mövcud olan hamam və tualetin cavabdehlərin, eləcə də mövcud giriş-çıxış darvazasının olduğu yerdən həyətə giriş-çıxış yolunun iddiaçının istifadəsində saxlanılmaqla, evin cavabdehlərin istifadəsində qalan hissəsin tərəfdən cavabdehlərin özlərinə həyətə ayrı giriş-çıxış yolu açmaqla aralarında istifadə qaydasının müəyyən olunması hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiasının Zərdab rayonunun Yuxarı Seyidlər kəndində yerləşən evdən, həyətdən və həyətdə olan köməkçi sahələrdən, (hamam, tualet, tövlə və s.) istifadə qaydalarının müəyyən olunması hissəsi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-235/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-235/2020
19.02.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver