Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2351/2020 01.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-31/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bəhmətli kəndində yerləşən 0.5 ha və 1,5 ha torpaq sahələrindən çıxarılmasına, cavabdehin qərəzli hərəkətlərinə son qoyulmasına, ona vurulmuş 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində maddi zərərin və ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 2450 (iki min dörd yüz əlli) manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil çıxış edərək göstərdi ki, İddiaçı boşaldılması və qərəzli hərəkətlərə son qoyulmasını tələb etdiyi əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğvi ilə bağlı cavabdeh və ailə üzvləri tərəfindən iddia qaldırılmış və iş hazırda Zaqatala Rayon Məhkəməsinin icraatındır. Zaqatala Rayon Məhkəməsinin icraatında olan hazırki iddia tələbi üzrə mülki iş üzrə icraatın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğvi ilə bağlı cavabdehin iddia tələbi baxılıb yekun qərar qəbul edilənə və həmin qərar qanuni qüvvəsini alanadək dayandırılmasısı xahiş edir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-31/2020 saylı qərardadı ilə (hakim Tural Həsənov) Zaqatala Rayon Məhkəməsinin icraatında olan 2(033)-774/2020 nömrəli mülki iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırda Zaqatala Rayon Məhkəməsinin icraatında olan 2(033)-31/2020 nömrəli mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İddiaçı Qurbanov X7 Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)- 31/2020 saylı qərardadından şikayət vermişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-31/2020 saylı qərardadına əsasən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-31/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)- 774/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qərardadına əsasən iddiaçılar X1, X4, Məmmədova Röya Murad qızının, X3, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X12, X2, X5, X10, X6, İddiaçı, Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatı mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim icraatı dayandırmalıdır. Göründüyü kimi Zaqatala Rayon Məhkəməsinin 2(033)-774/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qərardadına əsasən iddiaçılar X1, X4, Məmmədova Röya Murad qızının, X3, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi Zaqatala Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Məhkəmə kollegiyаsının qənаətincə hаzırkı mülki işin Zaqatala Rayon Məhkəməsinin icraatında olan iddiaçılar X1, X4, Məmmədova Röya Murad qızının, X3, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X12, X2, X5, X10, X6, İddiaçı, Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işdən аsılılığı vardır. Həmin asılılıq hazırkı işə baxılmasını qeyri-mümkün etdiyindən və qeyd olunan mülki işə baxılıb qərar qəbul edilənə və həmin qərar qanuni qüvvəsini alanadək Zaqatala Rayon Məhkəməsində mahiyyəti üzrə baxılmalı olan Cavabdeh ona məxsus Bəhmətli kəndində yerləşən 0.5 ha və 1,5 ha torpaq sahələrindən çıxarılmasına, cavabdehin qərəzli hərəkətlərinə son qoyulmasına, ona vurulmuş 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində maddi zərərin və ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 2450 (iki min dörd yüz əlli) manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsinə dair hazırkı mülki işə baxılması mümkün deyildir. Belə ki, hazırkı iş üzrə yekun nəticəyə gəlinməsi, həmin işin nəticəsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 256.0.3-cü maddəsinə əsasən iş üzrə icraat bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. Qeyd olunan prosessual hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə kollegiyası Zaqatala Rayon Məhkəməsinin icraatında olan iddiaçılar X1, X4, Məmmədova Röya Murad qızının, X3, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X12, X2, X5, X10, X6, İddiaçı, Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılacaq yekun məhkəmə aktının hazırki işin nəticələrinə təsir edəcəyini nəzərə alaraq belə qənaətə gəlir ki, Zaqatala Rayon Məhkəməsinin icraatında olan 2(033)-774/2020 nömrəli mülki iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırda Zaqatala Rayon Məhkəməsinin icraatında olan 2(033)-31/2020 nömrəli mülki iş üzrə icraat dayandırılmalıdır. Ona görə də birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə icraatı dayandırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2-ci mаddəsinə əsаsən məhkəmə qаnundа nəzərdə tutulаn digər hаllаrdа dа iş üzrə icrааtı dаyаndırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Məhkəmə kollegiyаsı hesаb edir ki, İddiaçı nümayəndəsi və vəkili X11 tərəfindən verilmiş şikayət təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-31/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-31/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-2351/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2351/2020
01.12.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver