Məhkəmə qərarları › İş №2(107)-237/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-237/2023

31.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-237/2023 31.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X18 qarşı mirasın qəbul edilməsi müddətinin bərpası, miras əmlakda olan payın müəyyən edilməsi tələbinə dair; mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs X19 İddiaçı qarşı daşınmaz əmlakın X45 tərəfindən faktiki qəbul olunması faktının müəyyən olunması, həmin əmlak üzərində ½ hissədə qanun üzrə payının müəyyən olunması tələbinə dair; mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs X23 İddiaçı və X18 qarşı miras əmlak üzərində payın müəyyən olunması tələbinə dair; mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs X46 İddiaçı və X18 qarşı miras əmlak üzərində payın müəyyən olunması tələbinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə (Açar sözlər: miras əmlakdan payların müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X12 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, cavabdeh X15 və X23 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh X18 qarşı mirasın qəbul edilməsi müddətinin bərpası, miras əmlakda olan payın müəyyən edilməsi tələbinə dair; mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs X19 İddiaçı qarşı daşınmaz əmlakın X45 tərəfindən faktiki qəbul olunması faktının müəyyən olunması, həmin əmlak üzərində ½ hissədə qanun üzrə payının müəyyən olunması tələbinə dair; mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs X23 İddiaçı və X18 qarşı miras əmlak üzərində payın müəyyən olunması tələbinə dair; mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs X46 İddiaçı və X18 qarşı miras əmlak üzərində payın müəyyən olunması tələbinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(024)-465/2022 saylı qətnaməsindən idiaçı İddiaçı, cavabdeh X31, müstəqil tələb irəli sürən üçüncü şəxs X47 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Qax rayonunun İlisu kəndində yerləşən 81,80 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsindən ibarət olan daşınmaz əmlak Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli X3 mülkiyyətində olmuşdur. X40 xx.xx.2002-ci ildə ölümü ilə vərəsəlik açılmışdır. Sonuncunun ölümündən sonra X45, Cavabdeh, İddiaçı, X48, X33, X54 və X20 ibarət 7 vərəsəsi qalmışdır. X45 xx.xx.2010-cu il tarixində ölmüşdür. Sonuncunun ölümündən sonra onun vərəsələri - arvadı X41 və oğlu X66 qalmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdeh X18 qarşı “mərhum anası X24 miras qalmış Qax rayonu, İlisu kəndində yerləşən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən 81,80 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinə vərəsəliyin açılması, itirilmiş müddətin bərpa edilməsi və payın müəyyən edilərək mülkiyyətə verilməsi” haqqında iddia ərizəsi ilə Qax rayon Məhkəməsinə müraciət etmişdir.

3. Cavabdeh X31 iddia ərizəsinə etiraz edərək mərhum anası X24 miras qalmış Qax rayonu, İlisu kəndində yerləşən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən 81,80 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinə vərəsəliyin açılması, ötürülmüş müddətin bərpa edilməsi və qanun üzrə vərəsəliyə görə bütövlükdə miras qalmış əmlak kütləsinin ona düşən 1/7 hissədə payının müəyyən edilərək onun mülkiyyətinə verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. X41 ərizə ilə Qax rayon Məhkəməsinə müraciət edərək mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs kimi mülki işə qoşulmuş və “daşınmaz əmlakın X45 tərəfindən faktiki qəbul olunması faktının müəyyən olunması, həmin əmlak üzərində ½ hissədə qanun üzrə payının müəyyən olunması” barədə iddia ərizəsi təqdim etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum qaynanası X40 mülkiyyətində olmuş sözü gedən torpaq sahəsi və fərdi yaşayış evi şəklində miras əmlak sonuncunun vəfatından sonra mərhum əri X45 tərəfindən faktiki qəbul olunmuş, həmin torpaq və fərdi yaşayış evi onun faktiki sahibliyinə keçmiş, özü də həmin evdə Fazil vəfat edən günə qədər yaşamışdır.

5. X47 ərizə ilə Qax rayon Məhkəməsinə müraciət edərək mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs kimi mülki işə qoşulmuş və “miras əmlakdan ona düşən payın müəyyən olunması” haqqında iddia ərizəsi vermişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum X55 vəfat etdikdən sonra bütün bacı qardaşların mübahisəli fərdi yaşayış evində öz otağı olmuş və bu günə qədər həmin açarlar onlarda saxlanılır.

6. X66 ərizə ilə Qax rayon Məhkəməsinə müraciət edərək mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs kimi mülki işə qoşulmuş və “miras əmlakdan ona düşən payın müəyyən olunması” haqqında iddia ərizəsi vermişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X66 atası X45 ilə birlikdə yaşamış və mirası qəbul etmişdir.

7. Məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, gənc yaşlarından Zaqatala rayonuna tibb işçisi kimi təyinat alaraq köçmüş və orada ailə quraraq daimi yaşamışdır. Qax rayonunun İlisu kəndində yerləşən 81,80 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsindən ibarət olan daşınmaz əmlakın hüquq müəyyənedici sənədləri X32 adınadır. Həqiqətən də mərhum anası X55 vəfat etdiyi gündən həmin fərdi yaşayış evində mərhum qardaşı X45 davamlı şəkildə yaşamış, həmin evin kommunal xərclərini ödəmiş və daşınmaz əmlaka faktiki sahiblik etmişdir. Həmin fərdi yaşayış evində mərhum Fazil Əlimovdan başqa heç kim yaşamamışdır. Buna baxmayaraq daşınmaz əmlakın mülkiyyət sənədləri bu günə qədər Kafiyat Əlimovanın adınadır və miras hələ heç bir vərəsə tərəfindən rəsmi şəkildə qəbul olunmamışdır. Əgər miras həqiqətən də Fazil Əlimov tərəfindən qəbul olunsaydı, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da onun adına keçərdi. X7 arvadı X19 digər vərəsələrlə birgə 1/7 pay almaq hüququna etiraz etmir, lakin Sultanağa Əlimova həmin miras əmlakda daimi yaşamamış, tez-tez əri mərhum Fazil Əlimovla mübahisə edərək evdən getmiş və onunla birgə təsərrüfat aparmamışdır. X78 ölümündən bir il öncə qaraciyər serrozu xəstəliyinə tutulmuşdu. Mərhum xəstə olan zaman arvadı Sultanağa ona qulluq etməmiş, lakin o qardaşı Fazilə imkan tapdıqda yardım etmişdir. Fazil çox gözütox və mərd adam idi. O heç bir miras əmlakı sənədlə qəbul etməyib. Göstərdiyi halları məhkəmənin nəzərinə çatdıraraq iddia tələbinin təmin edilməsi, üçüncü şəxslərin iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi.

8. Məhkəmədə izahat vermiş cavabdeh X31 bildirmişdir ki, gənc yaşlarından Qax şəhərində daimi yaşayır və fərdi əmək fəaliyyəti ilə məşğul olur. Mərhum anası X55 vəfat etdikdən sonra mərhum qardaşı X17 rayonu, İlisu kəndində yerləşən mübahisəli fərdi yaşayış evində arvadı Sultanağa Əlimova ilə birlikdə daimi yaşamış, 2010-cu ildə xəstəlikdən vəfat etmişdir. Mübahisəli fərdi yaşayış evində mərhum Fazildən başqa digər bacı qardaşları daimi yaşamamış, həmin miras əmlakı mərhum X45 faktiki qəbul etmiş və bütün kommunal xərcləri də özü ödəmişdir. Mübahisəli fərdi yaşayış evinə vaxtaşırı gedib oranı ziyarət edir, hətta 2019-cu ildə evin yanında kiçik mətbəx də inşa etmişdir, lakin həmin tikinti sənədləşdirilməmişdir. Mərhum anası X24 miras qalmış daşınmaz əmlakda payının müəyyən olunması üçün iddia ərizəsi ilə məhkəməyə hələ müraciət etməmiş, lakin hazırki mülki işin nəticəsi məlum olandan sonra bunu etməyi nəzərdən keçirir. Etirazında göstərdiyi dəlilləri müdafiə edərək məhkəmədən İddiaçı iddia tələbini yalnız 1/7 hissədə payının müəyyən olunması şərti ilə təmin olunmasını xahiş etdi.

9. Məhkəmədə izahat vermiş mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs X47 bildirmişdir ki, 1986-cı ildən Balakən rayonunda daimi yaşamaqla əmək fəaliyyəti ilə məşğuldur. Mərhum anası X55 vəfat etdikdən sonra mərhum qardaşı X17 rayonu, İlisu kəndində yerləşən mübahisəli fərdi yaşayış evində daimi yaşamış, lakin arvadı X41 orada onunla birgə yaşamamış və təsərrüfat aparmamışdır. Bununla yanaşı, miras qalmış mübahisəli fərdi yaşayış evində olan otaqların yalnız birində Fazil Əlimov yaşamış, lakin digər otaqlar həmin evdə daimi yaşamayan digər qardaşların olmuşdur. X41 miras əmlakın 1/7 hissəsinə iddia edə bilər, lakin yerdə qalan paylar mərhum anası X32 övladları arasında bərabər bölünməli, ona da öz növbəsində 1/7 hissə verilməlidir. Həmin evdən ona çatası pay vardır.

10. Əvvəlki məhkəmə iclasında iştirak edərək izahat vermiş mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs X46 nümayəndəsi və vəkili X49 miras əmlakın mərhum X45 tərəfindən faktiki qəbul olunduğu 2002-ci ildən etibarən sonuncunun mülkiyyəti hesab olunmasını vurğulayaraq təmsil etdiyi şəxsin iddia tələbinin təmin edilməsini xahiş etdi.

11. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, X24 miras qalmış Qax rayonu, İlisu kəndində yerləşən, hal-hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən qeydiyyatda olan 81,80 kv/metr fərdi yaşayış evi və evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlak mərhum oğlu X45 tərəfindən xx.xx.2022-ci il tarixində faktiki qəbul olunmuş və sonuncu həmin əmlakda ömrünün sonuna qədər yaşamaqla həmin fərdi yaşayış evinə sahiblik etmişdir.

12. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, X55 xx.xx.2002-ci il tarixində vəfat etmiş və Qax rayonu, İlisu kəndində yerləşən 81,80 kv/metr fərdi yaşayış evi və 0,10 ha həyətyanı torpaq sahəsini miras qoymuş, lakin hazırkı mülki işdə iştirak edən İddiaçı, X31 və X47 tərəfindən qanunvericliklə müəyyən edilmiş müddətdə və qaydada qəbul olunmamışdır. Lakin həmin şəxslərin məhkəmədə verdikləri izahatlardan və mülki işin materiallarında olan sübutlardan göründüyü kimi mərhum X45 xx.xx.2002-ci il tarixindən vəfat etdiyi xx.xx.2010-cu il tarixinə qədər həmin fərdi yaşayış evində daimi yaşamaqla miras əmlaka sahiblik etmiş və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Hazırda olduğu kimi həmin illərdə də İddiaçı Zaqatala rayonunda, X85 şəhərində, Nadir Alimov isə Balakən rayonunda daimi yaşamış, analarından miras qalmış əmlakı qəbul etmək üçün notariat ofisinə müraciət etməmiş və əmlaka sahiblik etmək niyyətlərini ifadə etməmişdir. Başqa sözlə, X7 həmin miras əmlak üzərində mülkiyyət hüquqlarının əmələ gəlməsinə etiraz etməmişlər.

13. Hazırki işə üçüncü şəxslər qismində qoşularaq iddia ərizəsi vermiş X41 və X66 X7 birinci növbəli vərəsələri olduqlarına görə onların ən azı birinin sağ olması hazırkı işdə iştirak edən digər şəxslərin vərəsəlik hüquqlarını istisna edir. Bir halda ki, xx.xx.2002-ci il tarixində X24 qalmış miras X45 tərəfindən qəbul olunaraq sonuncunun mülkiyyəti sayılmağa başlamışdır, X25 xx.xx.2010-cu il tarixli vəfatı da onun özünün miras kütləsinin bir hissəsi hesab olunmalıdır. Bir halda ki, ölümünə qədər X7 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 0.10 hektar və Qax rayonu, İlisu kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olan (Çıxarış nömrəsi RX M 1060247) 0,577 hektar torpaq sahələri üzərində vərəsələr Sultanağa Əlimova və Sadiq Əlimovun hər birinin 1/2 hissələrdə qanun üzrə payları müəyyən olunmuşdur, mərhumun miras qoyduğu Qax rayonu, İlisu kəndində yerləşən, hazırda daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla qeydiyyatda olan 81.80 kv/metr ümumi sahəyə malik fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsi üzərində də onların hər birinin qanun üzrə 1/2 payları müəyyən olunmalıdır.

14. Qax Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(024)-465/2022 saylı qətnaməsi ilə (hakim Malik Qarayev) mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs X19 iddia tələbinin təmin edilməsi, X34 miras qalmış Qax rayonu, İlisu kəndində yerləşən, hazırda daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla qeydiyyatda olan 81.80 kv/metr ümumi sahəyə malik fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsinin mərhum X45 tərəfindən xx.xx.2002-ci il tarixində faktiki qəbul olunması faktının müəyyən olunması, X21 miras qalmış Qax rayonu, İlisu kəndində yerləşən, hazırda daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən qeydiyyatda olan 81.80 kv/metr ümumi sahəyə malik fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsinin üzərində X19 ½ hissədə qanun üzrə payının müəyyən olunması, mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs X46 iddia tələbinin təmin edilməsi, X21 miras qalmış Qax rayonu, İlisu kəndində yerləşən, hazırda daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən qeydiyyatda olan 81.80 kv/metr ümumi sahəyə malik fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsinin üzərində X46 ½ hissədə qanun üzrə payının müəyyən olunması, İddiaçı iddia tələbinin təmin edilməməsi, mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs X23 iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159, 1160, 1243 və 1260-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

16. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, 81,80 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsi X32 adına rəsmiləşdirilmişdir.

17. İş materiallarında olan Qax rayon Qeydiyyat Şöbəsinin AZ-İİ 189438 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X59 xx.xx.2002-ci ildə kəskin ürək-damar çatışmamazlığı səbəbindən vəfat etmişdir.

18. İş materiallarında olan Qax rayon İHB-nın İlisu kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, mərhum X59 öldüyü xx.xx.2002-ci il tarixinədək Qax rayonunun İlisu kəndində yaşamış və mərhumun ölümündən sonra onun İddiaçı, X45, X50, X33, X54, X13 ibarət varisləri qalmışdır.

19. İş materiallarında olan Qax rayon Qeydiyyat Şöbəsinin AZ-İ 880864 saylı ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X45 xx.xx.2010-cu il tarixində ürək çatışmamazlığından vəfat etmişdir.

20. İş materiallarında olan Qax rayon Qeydiyyat Şöbəsinin AZ-İİ 189439 saylı ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X26 xx.xx.1988-ci il tarixində ümumi intoksikasiyadan vəfat etmişdir.

21. İş materiallarında olan Qax rayon İHB-nın İlisu kənd İnzibati Ərazi dairəsi üzrə namayəndəliyi tərəfindən təsdiq olunmuş xx.xx.2017-ci il tarixli arayışının surətindən görünür ki, X45 öldüyü xx.xx.2010-cu il tarixədək İlisu kəndində yaşamışdır.

22. İş materiallarında olan Qax rayon İHB-nın İlisu kənd İnzibati Ərazi dairəsi üzrə namayəndəliyi tərəfindən təsdiq olunmuş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, X41 xx.xx.2010-cu il tarixədək İlisu kəndində yaşamışdır.

23. İş materiallarında olan Qax rayon İHB-nın İlisu kənd İnzibati Ərazi dairəsi üzrə namayəndəliyi tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X66 mərhum atası X45 ilə atasının öldüyü günədək birgə təsərrüfatda İlisu kəndində yaşamışdır.

24. İş materiallarında olan Qax rayon Qeydiyyat Şöbəsinin 18 iyul 2022-ci il tarixli № 05/76-240/69 saylı Arayışdan görünür ki, X6 Nadir Məhərrəm oğlunun atasıdır.

25. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, mərhum X45 mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyəm üçüncü şəxs X46 atasıdır.

26. İş materiallarında olan Azərbaycan SSR-in Qax rayon İcraiyyə Komitəsinin Vətəndaşlıq X14 şöbəsinin 291873 saylı nikah haqqında şəhadətnaməsindən görünür ki, X45 ilə X41 arasında xx.xx.1990-cı il tarixində nikah bağlanmışdır.

27. İş materiallarında olan qanuni qüvvəsini almış Qax rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(024)-832/2018 saylı qətnaməsindən görünür ki, X19 iddia tələbi təmin edilmiş, Qax rayon Dövlət Notariat Kontorunun 14 sentyabr 2010-cu il tarixli 2V-162 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab edilmiş və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, ölümünə qədər X7 mülkiyyətində olmuş Qax rayon Əmircan kənd "Qələbə" kolxozunun 5 avqust 1993-cü il tarixli, 3 saylı protokolundan çıxarışa əsasən verilmiş ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpaq üzərində iddiaçı Sultanağa Əlimovanın 1/2 hissə və Qax rayonu, İlisu kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olan (Çıxarış nömrəsi RX M 1060247) 0,577 hektar torpaq sahəsinin üzərində 1/2 hissə qanun üzrə payı müəyyən olunmuşdur.

28. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki,İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir.

29. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Sultanağa Əlimova məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir.

30. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki,Nadir Alimov məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir.

31. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki,Sadiq Əlimov məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir.

32. Qətnаmədən nаrаzı qаlаn İddiaçı, cavabdeh X31, müstəqil tələb irəli sürən üçüncü şəxs X47 аpellyаsiyа şikаyətləri vermişlər.

Apellyasiya şikayətinin dəlilləri

33. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qax rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd etmişdir ki, miras əmlakı ancaq X45 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Məhkəmənin bu mövqeyi tamamilə yalnışdır. Belə ki, o anasının ölümündən sonra mübahisəli evdə faktiki olaraq yaşamış və həmin vaxtı rəsmi şəkildə evli olsa da belə tək yaşayan və səhhəti yaxşı vəziyyətdə olmayan X78a baxmışdır. Həmçinin anası son vaxtlarında xəstə olduğu üçün ölümündən əvvəl mübahisəli evdə yaşamaqla ona baxmışdır.

34. X69 arvadı X41 və oğlu X66 1998-ci il tarixdən həmin evdə yaşamamışlar və onlar tərəfindən miras əmlakı heç vaxt qəbul edilməmişdir.

35. Mübahisəli əmlak faktiki olaraq onlar - vərəsələr arasında anasının sağlığında bölünmüş və ona həyətdən tövlə olan hissə verilmişdir. Anasının vəfatından sonra mirası faktiki qəbul etmiş, digər vərəsələr kimi yay aylarında həmin evdə dincəlməyə, təsərrüfatı idarə etməyə gəlmişdir. Belə ki, miras əmlakı bütün vərəsələr tərəfindən faktiki qəbul edilmişdir. Əlimov Fazil özünə düşən otaqda yaşamış və vəfat etmişdir.X79 miras əmlakının öz mülkiyyətinə keçirilməsi üçün heç bir addım atmamış və vəfat etmişdir. Onun vərəsələri olan Əlimova Sultanağa və X66 nə sağlığında, nə də ki ölümündən sonra miras əmlakını nə faktiki, nə də notariat orqanına müraciət etməklə qəbul etməmişlər.

36. Ona görə də, Qax Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(024)- 465/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini və mərhum anası X51 miras qalmış Qax rayonu İlisu kəndində yerləşən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən 81.80 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsinə vərəsəliyin açılmasını, itirilmiş müddətin bərpa edilməsini və ona düşən payın müəyyən edilərək onun mülkiyyətinə verilməsini xahiş edir.

37. Cavabdeh X31 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, X60 2002-ci ildə dünyasını dəyişmişdir. Onun 7 övladı var idi: Fazil, İsmail, Nəzirə, Nadir, Nəcibə, Afər, Nazim. Onun ölümündən sonra miras qalmış Qax Rayon İlisu kəndində yerləşən fərdi yaşayış evini oğlu Cavabdeh əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətləri ilə bariz şəkildə nümayiş etdirərək əmlakı faktiki qəbul etmişdir. Bu fakta dair kifayət qədər sübutlar mövcuddur (Cavabdeh ilə kommunal müqavilə, İlisu KİƏDN-in və ilisu bələdiyyəsinin arayışları, vergilərin, kommunal ödənişlərin Cavabdeh tərəfindən ödənilməsini təsdiq edən qəbzlər, şahid ifadələri və s).

38. X41 (X7 arvadı) və X66 (X7 birinci nikahdan olan oğlu), X48 işə qoşulmuşdur. Digər övladlar (Nəcibə, Afər, Nazim) isə işə qoşulmamışlar. Bu barədə nə imtinaları, nə də müraciətləri var.

39. X42 övladı X45 xx.xx.2010-cu ildə dünyasını dəyişmişdir. X89 atasına sağlığında kömək edəcək iqtidarda heç vaxt olmayıb. X41 isə 1997-ci ildən həmin mübahisəli evə ayaq basmayıb. Dünyasını dəyişdiyi günədək bütün yaşayış xərcləri, xəstəliyi zamanı ona qulluq (bunu ona baxan Merab həkim və tibb bacısı Seydəliyeva Aynur xanım təsdiq edə bilər), dəfn prosesi Cavabdeh tərəfindən həyata keçirilmişdir. Nə oğlu, nə də arvadı heç bir zaman onun qeydinə qalmamışlar. Qeyd etmək istəyirəm ki, X25 xx.xx.1990-cı ildə üçüncüi dəfə nikaha daxil olduğu X41 ilə nikah münasibətlərinə 1997-ci ildən faktiki olaraq xitam verilmişdir. Həmin tarixdən etibarən Əlimova Sultanağa iddialı evdə yaşamır, nə qaynanası X35 dəfnində, nə ərinin xəstəliyi zamanı, nə də ərinin dəfnində iştirak edib, halbuki onun yaşadığı ərazidən İlisu kəndinə 12 km məsafə var idi. Məhkəmə əmlakın əsassız olaraq X45 tərəfindən faktiki qəbulunu təsdiq etsə belə, X19 X25 vərəsəsi ola bilməməsi faktını aydınlaşdırmayıb. X45 ilə X19 nikah münasibətlərinə 1997-ci ildən bəri faktiki xitam verilib. X19 guya ki, Qax Rayon İlisu kəndində yerləşən mübahisəli fərdi yaşayış evində əri öldüyü vaxtadək yaşadığını göstərən arayışı, qətnamədə qeyd edilən Cavabdeh Sultanağanın orada yaşadığını deməsi tamamilə yalandır. Cavabdeh qətnamədə qeyd edilən bu ifadəni heç vaxt işlətməyib. X25 övladı X66 da məhkəməyə verdiyi iddia ərizəsində X19 1997-ci ildən bəri orada yaşamaması faktını təsdiq etmişdir. Bu faktı təsdiq edəcək kifayət qədər digər şahidlər də var. İfadələri apellyasiya şikayətinə əlavə edilmişdir. İş üzrə 6 oktyabr 2022-ci il tarixli məhkəmə iclas protokolunun 3-cü səhifəsinin 2-ci abzasında X19 vəkili Vəkil3 izahatında qeyd etmişdir ki, müvəkkili Əlimova Sultanağa əri Əlimov Fazil ilə birlikdə 8 il yaşamışdır. Əlimova Sultanağa da vəkilinin mövqeyi ilə razı olduğunu bildirmişdir. xx.xx.1990-cı ildə nikahın bağlanmasını nəzərə alaraq, deməli Əlimova Sultanağa ilə Əlimov Fazilin nikah münasibətlərinə 1998-ci ildən xitam verildiyindən Mülki Məcəllənin 1164-cü maddəsinə əsasən, Əlimova Sultanağa mərhum əri Əlimov Fazilin vərəsəsi ola bilməz.

40. Məhkəmənin mirasın X45 tərəfindən qəbulu yalnız yaşamaq faktı ilə əlaqələndirilmişdir. Qax Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il, 2 (024)-465/2022 nömrəli qətnaməsində (3-cü səhifə, 2-ci abzsaz) qeyd edilmişdir ki, X11 şəhərində yaşamış, mübahisəli evdə X45 yaşamışdır. Mirasın faktiki qəbulu üsulu yalnız orada yaşamaq faktı ilə əlaqəli olmamaqla, iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G. Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Əmlakın faktiki sahibliyindən əlavə, faktiki idarəçiliyini məhz X31 həyata keçirmişdir. Bütün vergiləri, kommunal ödənişləri ödəmiş, evi təmir etdirmiş, həyətdə əlavə yeni ev inşa etmişdir.

41. X7 övladı X66 isə 1991-ci ildən ömrü boyu öz anası ilə Bakıda yaşamışdır. 2002- 2010-cu illərdə orta məktəbdə, daha sonra isə universitetdə təhsil almışdır. Sual olunur ki, Bakı şəhərində orta məktəbdə, sonra isə universitetdə oxuyaraq necə İlisu kəndində daimi yaşamaq olar? Deməli təqdim olunan arayışlar saxtadır. İllərdir heç atası yadına düşmür, atasının ölümündən 12 il sonra əmlak iddiasını qaldırmaq yadına düşür. Sadiq bu illərdə harda idi? Sual olunur mərhum Kafıyat xanımın ölümündən sonra 20 il ərzində, X25 ölümündən sonra 12 il ərzində bu əmlakı kim idarə edib? Tək cavabı var: Cavabdeh.

42. X66 2011-ci ildə Qax şəhərində atasından miras qalmış 10 sot torpağı indiki işdə saxta arayış təqdim etdiyi kimi onda da saxta sənəd düzəldərək Əlimova Sultanağadan xəlvət satmışdı, hansı ki Sultanağa həmin işi mübahisələndirib 1/2 pay hüququnu almışdı (onlar arasında olan mübahisə ilə bağlı hazırki işlə bağlı Qax Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il, 2 (024)-465/2022 nömrəli qətnaməsinin 5-ci səhifəsinin 4-cü abzasında qeyd var. İndi də onun anasından qalan, illərdir zəhmətini çəkdiyi, haqqı olan əmlaka gözünü dikib.

43. Məhkəmə əmlakın X45 tərəfindən faktiki qəbulunu təsdiq edərkən, Fazilin ölümündən sonra mirası yalnız Cavabdeh qəbul etdiyini nəzərə almalı idi. X8 ölümündən sonra nə həyat yoldaşı, nə oğlu, nə də digər bacı- qardaşları mirası faktiki qəbulunu həyata keçirməmişlər. Yalnız Cavabdeh mirası qəbul etmişdir. Belə olan halda, əgər mirasın faktiki qəbuluna görə 1/2 hissə X36, 1/2 hissə Cavabdeh çatmalı idisə, Fazilin ölümündən sonra ona düşən ½ hissə də Cavabdeh tərəfindən faktiki qəbul olunduğuna görə Cavabdeh mübahisəli fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ yaranır.

44. X60 rəhmətə getdikdən sonra onun qanun üzrə 7 vərəsəsi olmasına baxmayaraq, hazırki məhkəmə işində ancaq 4 nəfər vərəsə iştirak edir. Mirasın qəbul edilməsi faktı ilə bağlı məsələni həll edərkən iddia qaldırmayan digər vərəsələr tərəfindən də mirasın qəbul edilmə ehtimalının ola bilməsini nəzərə alaraq, onların da işə cəlb edilməyi zəruri idi. Çünki mövcud qətnamə qanuni qüvvəyə minsə, onlar qanun üzrə vərəsəlik paylarından birdəfəlik məhrum ola bilərlər.

45. Ona görə də, Qax Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il, 2 (024)-465/2022 nömrəli qətnaməsini ləğv edərək, X27 miras qalmış Qax rayonu, İlisu kəndində yerləşən 81,80 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinin X31 tərəfindən qəbul olunması faktının təsdiq olunmasına, onun tam hissədə pay hüququnun müəyyən olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

46. Müstəqil tələb irəli sürən üçüncü şəxs X47 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, miras əmlak beş qardaş arasında razılıqla bölünmüşdür. Belə ki, fərdi yaşayış evinin üst mərtəbəsinin sağ tərəfdəki otağı X23, sol tərəfdəki otaq X25, alt mərtəbədəki sağdakı otaq X37, sol tərəfdəki otaq X15, digər tikili isə X38 verilmişdir. Həmin bölgü X1 olmuş, bu bölgüdən hal-hazıradək X40 vərəsələri istifadə edirlər. Bölünmüş otaqların hər birinin açarları isə yuxarıda qeyd edilən vərəsələrin özlərindədir.

47. Təxminən 2020-ci ildə isə X31 və X54 onlara düşən evin otağının darısqal olması ilə əlaqədar miras əmlak olan 0.10 ha torpaq sahəsinin bir hissəsində iki otaqdan ibarət kiçik ev inşa etmişlər. 05 fevral 2002-ci ildə ölmüş mərhum anası X34 miras qalmış Qax rayonu İlisu kəndində 0.10 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı ümumi sahəsi 81.80 kvm-dən ibarət fərdi yaşayış evinin üst mərtəbəsində sağ tərəfdə yerləşən otaqda özünə məxsus əşyaları-soyuducu, qab-qacaq, qaz peçi, digər məişət əşyaları, kitabları vardır. Eyni zamanda anasına məxsus olan sandıq da hazırda Nadir Alimovdadır. Anasının ölümündən sonra həmin otağını təmir etdirmişdir. Həmin faktları sübut etmək üçün məhkəməyə vəsatət versək də, məhkəmə vəsatəti təmin etməmişdir. Buna görə də qeyd edilənləri telefon vasitəsi ilə videoçəkiliş edərək diskə köçürməklə apellyasiya instasiyası məhkəməsinə apellyasiya şikayəti ilə birlikdə təqdim edirik. Qeyd edilənlər mirasın N.Alimov tərəfindən faktiki qəbulunu təsdiq edən mötəbər sübutdur. Məhkəmə isə üçüncü şəxsin bu dəlilini araşdırmamışdır.

48. Hazırki işdə X59 05 fevral 2002-ci il tarixdə öldüyündən onun vərəsələri olan oğlanları ona məxsus olmuş mirası faktiki sahiblik etmək və faktiki idarə etməklə mirası qəbul etdiklərini bəyan etmişlər. Qeyd edilən hərəkətlər isə işdə iştirak edən İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X41, X47, cavabdeh X31 tərəfindən etiraf olunmuşdur.

49. Ona görə də, Qax Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(024)- 465/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X23 iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Apellyasiya şikayətlərinə qarşı X41 etiraz verərək apellyasiya şikayətinin təmin edilmədən, Qax Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(024)-465/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. X66 apellyasiya şikayətləri ilə bağlı ərizə (etiraz) verərək apellyasiya şikayətinin təmin edilmədən, Qax Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(024)-465/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

51. Məhkəmə kollegiyasının iclasında İddiaçı öz verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, iddia ərizəsində vərəsəliyin açılmasını xahiş etsə də, əslində anası X34 qalmış mirasın – Qax rayon İlisu kəndində yerləşən evin və həmin evin yerləşdiyi torpaq sahəsindən ona düşən payın onun mülkiyyətinə verilməsini istəmişdir. Miras qalmış 0.58 ha torpaq sahəsinin isə həmin torpağın faktiki istifadəçisi olan digər vərəsə - qardaşı X15 mülkiyyətinə verilməsini xahiş edir.

52. Məhkəmə kollegiyasının iclasında cavabdeh X31 öz verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o da iddiaçı olan bacısı İddiaçı bildirdikləri ilə razıdır. Anasından qalmış mirasdan onun da payının ayrılmasını istəyir. Özünün faktiki istifadəsində olan 0.58 ha miras torpaq sahəsinin də vərəsələr arasında bölünməsinə etiraz etmir, torpaq sahəsi onun istifadəsində qalacağı halda digər vərəsələrin payına münasib olaraq pul kompensasiyası ödəməyə razıdır.

53. Məhkəmə kollegiyasının iclasında X23 nümayəndəsi və vəkili Vəkil1 öz verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o və təmsil etdiyi X47 da iddiaçı olan İddiaçı bildirdikləri ilə razıdır. X9 qalmış mirasdan onun da payının ayrılmasını istəyir. Miras qalmış 0.58 ha torpaq sahəsinin isə həmin torpağın faktiki istifadəçisi olan digər vərəsə X15 mülkiyyətində qalmasına etiraz etmir.

54. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, X15 nümayəndəsi və vəkili Vəkil2, X50 və X33 iştirak edərək izahatlar vermiş, X9 qalmış miras əmlakların onu qəbul etmiş vərəsələr arasında bölünməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında X19 nümayəndəsi və vəkili Vəkil3 izahat verərək apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.

55. X54 məhkəmə kollegiyasına teleqram göndərərək anası X34 qalan Qax rayon İlisu kəndində yerləşən miras əmlakı qəbul etdiyini bildirmişdir.

56. X66 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclaslarına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

57. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1282-ci maddəsinə əsasən əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. Bölgüyə yalnız vərəsələrin özlərinin təsərrüfatla məşğul olmağa hazırlaşdıqları halda yol verilir. Əgər vərəsələrdən heç biri təsərrüfatla məşğul olmaq istəməzsə, onların razılaşması üzrə torpaq orada yerləşən təsərrüfatla birlikdə satıla bilər və vərəsələr öz paylarını pul şəklində ala bilərlər. 1283-cü maddəsinə əsasən əgər kənd təsərrüfatı təyinatlı torpağın bölüşdürülməsi mümkün deyildirsə, torpaq kəndli təsərrüfatında yaşayan və miras qoyanla birlikdə təsərrüfatı aparmış vərəsəyə, belə vərəsə olmadıqda isə təsərrüfat aparmağa iqtidarı və arzusu olan şəxsə verilməlidir. 1284-cü maddəsinə əsasən torpaq sahəsini ala bilməyən vərəsə başqa əmlakdan müvafiq pay, belə əmlak kifayət etmədikdə isə müəyyənləşdirilmiş qaydada müvafiq kompensasiya alır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3-ci maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

58. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun... Göründüyü kimi, Konstitusiya Məhkəməsinin şərhinə görə mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsullarını ehtiva edir. Birinci halda vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Faktiki idarəçilikdə isə vərəsə tərəfindən adətən mülkiyyətçinin öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olduğu hərəkətlərin edilməsində ifadə olunur. Başqa sözlə, təkcə miras qoyanın ölümündən sonra nəinki miras mülkə gedibgəlmək və orada qeydiyyatda olmaq özü-özlüyündə mirasın faktik qəbulu kimi qiymətləndirilə bilməz. Əgər vərəsə mirasın faktik qəbulu üçün yuxarıda qeyd olunan aktiv hərəkətlər etməmişdirsə, onda mirasın faktik qəbulundan da söhbət gedə bilməz. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 16 mart tarixli Qərarındə göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

60. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

61. Apellyatorlar Qax Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(024)- 465/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

63. Məhkəmə kollegiyasının araşdırmaları zamanı bu qətnamənin 1-ci bəndində göstərilmiş hallar işin mübahisəsiz halları olaraq müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi). Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi).

64. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, hazırki iş üzrə iddia ərizəsi İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş, X41 (X7 arvadı) və X66 (X7 birinci nikahdan olan oğlu) və X48 müstəqil tələb irəli sürən üçüncü şəxslər olaraq işə qoşulmuşlar. Digər vərəsələr X33, X54 və X50 isə birinci instansiya məhkəməsində icraat zamanı işə qoşulmamışlar. 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Məhkəmə kollegiyası X33, X54 və X50 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olaraq işə cəlb etmiş və onların hazırki mübahisə üzrə fikirləri öyrənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Hazırki iş üzrə vərəsələrdən heç birinin mirasın qəbulundan imtinası halı da aşkar edilməmişdir. Belə olan halda, mirasdan imtina və miras əmlakdan açıq saxlanılmalı olan pay müəyyən edilmir.

65. X40 ölümündən sonra qalmış vərəsələrindən Cavabdeh, İddiaçı, X48, X33, X54 və X28 miras əmlakı faktiki olaraq qəbul etməsi iş üzrə bütün tərəflərin izahatlarından, İddiaçı və X29 apellyasiya şikayətlərinin məzmunundan, həmçinin X37 məhkəmə kollegiyasına göndərdiyi teleqramın məzmunundan aydın olur və məhkəmə kolegiyası tərəfindən işin halları ilə sübut olunmuş hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

66. X40 ölümündən sonra qalmış vərəsələrindən X45 tərəfindən miras əmlakın qəbul olunması məsələsi tərəflərdən yalnız Cavabdeh tərəfindən sonuncunun verdiyi apellyasiya şikayətində mübahisələndirilir. Cavabdeh apellyasiya şikayətinin bu qətnamənin 4-cı bəndində göstərilmiş həmin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Hazırki iş üzrə Cavabdeh da daxil olmaqla, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlardan da bəlli olur ki, X45 2002-ci ildə anası X59 ölənə qədər, eyni zamanda həmin vaxtdan sonra birinci özü 2010-cu ildə ölənə qədər Qax rayonu, İlisu kəndində yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən qeydiyyatda olan 0,10 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən 81,80 kv/metr fərdi yaşayış evində yaşamış, həmin əmlaka faktiki sahiblik etmiş, ölümündən öncə xəstə olduğu müddəti orada keçirmiş və həmin fərdi yaşayış evində ölmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar X25 Qax rayonu, İlisu kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 81,80 kv/metr fərdi yaşayış evini anası X34 qalmış miras əmlak olaraq faktiki sahiblik etmək üsulu ilə qəbul etdiyini hesab etmək üçün kifayətdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. (A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarı)

67. Hazırki işin X40 hal-hazırda yaşayan bütün 6 nəfər birinci dərəcə vərəsələri tərəfindən mübahisə edilən halı X34 qalmış miras əmlak olaraq Qax rayonu, İlisu kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 81,80 kv/metr fərdi yaşayış evinin X25 vərəsələri olan arvadı X41 və oğlu X66 tərəfindən X21 miras olaraq qəbul edilib-edilməməsi məsələsidir. Apellyasiya şikayətlərinin məzmunundan görünür ki, apellyatorlar İddiaçı və Cavabdeh apellyasiya şikayətlərində X41 və oğlu X46 1997-1998-ci il tarixlərdən etibarən həmin evdə yaşamamalarını, Əlimova Sultanağanın nə qaynanası X35 dəfnində, nə ərinin xəstəliyi zamanı, nə də ərinin dəfnində iştirak etməməsini və s. bildirməklə onlar tərəfindən miras əmlakın heç vaxt qəbul edilməməsini göstərmişlər. (§ 34, 39, 41-42) Məhkəmə kollegiyasının iclaslarında vərəsələrdən X48, X33 və X50 da həmin apellyasiya şikayətinin göstərilən dəlilləri ilə razılaşmışlar.

68. Məhkəmə kollegiyası işin bu halı ilə bağlı qeyd edir ki, mülki işin materiallarında olan və nəticə hissəsi bu qətnamənin 27-ci bəndində göstərilmiş Qax rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(024)-832/2018 saylı hal-hazırda qüvvədə olan qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı X41 həmin iş üzrə cavabdeh X56 qarşı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Qax rayon Dövlət Notariat Kontorunun 14 sentyabr 2010-cu il tarixli 2V-162 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab edilməsini, həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsini, ölümünə qədər X7 mülkiyyətində olmuş Qax rayon Əmircan kənd "Qələbə" kolxozunun 5 avqust 1993-cü il tarixli, 3 saylı protokolundan çıxarışa əsasən verilmiş ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpaq sahəsinin və Qax rayonu, İlisu kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olan (Çıxarış nömrəsi RX M 1060247) 0,577 hektar torpaq sahəsinin üzərində 1/2 hissə payının müəyyən olunmasını xahiş etmişdir. Həmin iş üzrə cavabdeh X66 həmin iş üzrə iddiaçı X30 qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək X19 ləyaqətsiz vərəsə hesab edilməsini xahiş etmişdir. Qax rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(024)-832/2018 saylı qətnaməsi ilə iddiaçı X19 iddia tələbi təmin edilmiş, Qax rayon Dövlət Notariat Kontorunun 14 sentyabr 2010-cu il tarixli 2V-162 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab edilmiş və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, ölümünə qədər X7 mülkiyyətində olmuş Qax rayon Əmircan kənd "Qələbə" kolxozunun 5 avqust 1993-cü il tarixli, 3 saylı protokolundan çıxarışa əsasən verilmiş ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpaq üzərində iddiaçı Sultanağa Əlimovanın 1/2 hissə və Qax rayonu, İlisu kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olan (Çıxarış nömrəsi RX M 1060247) 0,577 hektar torpaq sahəsinin üzərində 1/2 hissə qanun üzrə payı müəyyən olunmuş, cavabdeh X46 X19 ləyaqətsiz vərəsə hesab edilməsinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Bundan başqa, hal-hazırda qüvvədə olan Qax Rayon Məhkəməsinin (hаkim Malik Qarayev) 03 iyun 2020-ci il tarixli 2(024)-165/2020 saylı qətnaməsi ilə həmin iş üzrə iddiaçı X19 həmin iş üzrə cavabdehlər Qax rayon Notariat Ofisi, X56 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş pulun ödənilməsinə dair iddia tələbi qismən təmin edilmiş, Qax rayon Dövlət Notariat Kontorunda bağlanılmış xx.xx.2018-ci il tarixli, 4Ə-887 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpağın satışından əldə olunmuş 18.500 manat pulun ½ hissəsini təşkil edən 9.250 (doqquz min iki yüz əlli) manat pulun cavabdeh X43 tutularaq iddiaçı X30 ödənilməsi, qalan hissədə iddia tələbi təmin edilməməsi qət edilmişdir. Həmin qətnamələrdən göründüyü kimi, X10 Fazil Məhərrəm oğlundan miras qalan iki ayrı əmlakı qəbul etmiş və onun həmin əmlaklarda payı müəyyən edilmiş, həmçinin ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpağın satışından əldə olunmuş pulun yarısı ona verilmişdir.

69. X56 gəldikdə isə, 2(024)-832/2018 saylı mülki iş üzrə onun qarşılıqlı iddiasına baxılarkən birincinin X21 miras qalan həmin əmlakları qəbul etdiyi və beləcə də, X19 ləyaqətsiz vərəsə hesab edilməsi barədə həmin iddianı verməyə hüququnun olduğu müəyyən edilmiş, həmin qarşılıqlı iddiaya mahiyyəti üzrə baxılaraq əsassız olduğundan rədd edilmişdir. 2(024)-165/2020 saylı mülki iş üzrə isə ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpağın satışından əldə olunmuş pulun digər yarısı olan 9.250 (doqquz min iki yüz əlli) manat onda qalmışdır. Bu hal da X46 X21 miras qalan ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpaq sahəsinin ½ hissəsinə hüququnun olduğunu təsdiq edir.

70. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Beləliklə, X41 və X66 mərhum X21 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.10 hektar torpaq sahəsini və Qax rayonu, İlisu kəndində yerləşən 0,577 hektar torpaq sahəsini qəbul etməklə, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq mirası tamamilə qəbul etmişlər.

71. Məhkəmə kollegiyasının iclasında X31 tərəfindən məhkəməyə JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı təqdim edilmişdir. Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 4 nömrəli qərarı əsasında verilmiş həmin Dövlət Aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.58 ha torpaq sahəsi X40 mülkiyyətinə verilmişdir. Tərəflərin bildirdiyinə görə, həmin torpaq sahəsi Qax rayon Qaradolaq kəndində yerləşir. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Belə olan halda, JN 591 KOD 40308018 nömrəli Dövlət Aktında göstərilmiş 0.58 ha torpaq sahəsi də miras əmlakın ümumi kütləsinə daxil olduğundan, həmin torpaq sahəsindən də vərəsələrin payları müəyyən edilməlidir. Bu qətnamənin 69-cu bəndində göstərilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, Qax rayonu, İlisu kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 81,80 kv/metr fərdi yaşayış evi ilə bağlı məhkəmə araşdırması ilə əmlakı qəbul etmiş hesab edilmiş vərəsələr, eyni zamanda JN 591 KOD 40308018 nömrəli Dövlət Aktında göstərilmiş 0.58 ha torpaq sahəsini də qəbul etmiş hesab olunurlar.

72. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh, İddiaçı, X48, X33, X54 və X50 miras əmlakları X40 birinci dərəcə vərəsələri olaraq Kafyat Mama qızından, X41 və X66 isə X25 birinci dərəc vərəsələri olaraq sonuncudan miras olaraq qəbul etmişlər.

73. Mirasdan payların müəyyən edilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, X40 xx.xx.2002-ci ildə ölümündən sonra 7 vərəsəsi qaldığından və onlar miras əmlakı qəbul etdiyindən, həmin 7 vərəsənin hər birinin miras əmlakda payı 1/7 hissədə müəyyən edilir. X45 miras əmlakı qəbul etdikdən sonra öldüyündən, ona düşən 1/7 hissə payda onun vərəsələri X41 və X46 hər birinin ½ hissə payı müəyyən edilməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, X34 miras qalmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli X4 mülkiyyətinə verilmiş Qax rayonu, İlisu kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 81,80 kv/metr fərdi yaşayış evi və JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə X40 mülkiyyətinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.58 ha torpaq sahəsindən ibarət miras əmlakdan Cavabdeh, İddiaçı, X48, X33, X54 və X28 hər birinin 2/14 hissə və X41 və X46 hər birinin 1/14 hissə payı müəyyən edilir.

74. JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə X40 mülkiyyətinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.58 ha torpaq sahəsi ilə bağlı məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsi faktiki olaraq Cavabdeh istifadəsindədir. Digər vərəsələr isə həmin torpaq sahəsində kənd təsərrrüfatı ilə məşğul olmaq niyyətində deyildirlər. Məhkəmə kollegiyasının araşdırmaları ilə, həmçinin tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarla X34 miras qalmış tərəflərin bildirdiyinə görə Qax rayon Qaradolaq kəndi ərazisində yerləşən 0.58 hektar torpaq sahəsinin qiyməti təqribən 580 manatdır (1 hektarın qiyməti 1000 manatdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1282-1284-cü maddələrinin tələblərini əsas götürən məhkəmə kollegiyası qərara gəlir ki, JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə X40 mülkiyyətinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.58 ha torpaq sahəsi Cavabdeh mülkiyyətində qalmalı, digər vərəsələr hər biri öz paylarına mütənasib olaraq Cavabdeh kompensasiya almalıdırlar. Belə olduqda, İddiaçı, X48, X33, X54 və X28 hər birinə həmin torpaq sahəsində olan paylarının kompensasiyası olaraq 82.9 manat (580x2/14≈82.9), X41 və X46 isə hər birinə birinə həmin torpaq sahəsində olan paylarının kompensasiyası olaraq 41.4 manat (580x1/14≈41.4) pul Cavabdeh alınaraq verilməlidir.

75. Bu qətnamənin 62-74-cü bəndlərindən göründüyü kimi, məhkəmə kollegiyasının hazırki iş üzrə gəldiyi nəticələr göstərir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə tamamilə yanlış olmuşdur və ləğv edilməlidir.

76. Yuxarıda göstərilənlər nəzərə alındıqda məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə əsas iddia və üç müstəqil tələb irəli sürən şəxsin iddiası olmaqla, ümumilikdə dörd iddiaya baxıldığından, həmin iddiaların hər birinə ayrılıqda münasibət bildirilməsi zəruridir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi əks olunmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 6.8-ci bəndində qeyd olunmuşdur ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Həmin qərarın 9.1-cu bəndində isə göstərilmişdir ki, 9.1. iddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir.

77. Mülki işin materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı əsas iddiası anası X34 qalmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli X4 mülkiyyətinə verilmiş Qax rayonu, İlisu kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 81,80 kv/metr fərdi yaşayış evinə vərəsəliyin açılması, itirilmiş müddətin bərpa edilməsi və mirasdan ona düşən payın müəyyən edilməsi barədə olmuşdur. Məhkəmə kollegiyası həmin iddia ilə bağlı qeyd edir ki, iddianın miras əmlakdan payın müəyyən edilməsinə dair hissəsi təmin olunmalıdır və iddianın bu hissədə təmin olunmasının əsasları bu qətnamənin 65-ci bəndində göstərilmişdir. İddianın vərəsəliyin açılması barədə hissəsinə məhkəmə kollegiyası münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Göründüyü kimi, qanun vərəsəliyin açılmasını birbaşa miras qoyanın ölümü ilə şərtləndirmiş və həmin məsələ barədə hər hansı mübahisə yeri qoymamışdır. Belə olduqda, belə bir tələbə məhkəmədə baxıla bilməzdi. Lakin, bu qətnamənin 51-ci bəndindən göründüyü kimi, İddiaçı iddia ərizəsində vərəsəliyin açılmasını xahiş etsə də, əslində anası X34 qalmış mirasın – Qax rayon İlisu kəndində yerləşən evin və həmin evin yerləşdiyi torpaq sahəsindən ona düşən payın onun mülkiyyətinə verilməsini istədiyini bildirdiyindən, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.3-cü maddəsinin tələbinə əsaslanmaqla, məhkəmə kollegiyası iddianın həmin hissədə əsasının dəyişdirildiyini hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.3-cü maddəsinə əsasən tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. İddiaçının iddia tələbinin itirilmiş müddətin bərpa edilməsi barədə hissəsinə münasibət bildirərək kollegiya qeyd edir ki, hazırki iş üzrə miras əmlak mirasın qəbulunun qeyri-formal üsulu ilə qəbul olunmuşdur və mirasın qəbulu müddətinin ötürülməsi halı aşkar edilmir. Bu səbəblə də, iddianın həmin hissəsi təmin edilə bilməz.

78. Müstəqil tələb irəli sürən üçüncü şəxs X19 hazırki iş üzrə iddiası İddiaçı iddiasının rədd edilməsi, miras əmlakın mərhum X45 tərəfindən qəbul olunması faktının müəyyən edilməsi və X21 qalmış mirasda onun ½ hissədə payının müəyyən edilməsi barədə olmuşdur ki, bu qətnamənin 67-68 və 70-ci bəndlərində göstərilən əsaslarla həmin iddianın miras əmlakın mərhum X45 tərəfindən qəbul olunması faktının müəyyən edilməsi və X21 qalmış mirasda onun ½ hissədə payının müəyyən edilməsi hissələri təmin edilməlidir. Lakin, bu qətnamənin 76-cı bəndindən göründüyü kimi, hazırki qətnamə ilə İddiaçı iddiası qismən təmin edildiyindən, üçüncü şəxs X19 hazırki iddiası İddiaçı iddiasının rədd edilməsi hissəsində təmin edilməməlidir.

79. Müstəqil tələb irəli sürən üçüncü şəxs X23 iddiası anası X34 qalmış mirasdan ona çatacaq payın müəyyən edilməsi barədə olmuşdur və bu qətnamənin 65 və 73-cü bəndlərindən göründüyü kimi, X34 qalmış mirasdan bütün vərəsələrə, o cümlədən X39 çatacaq pay bu qətnamə ilə müəyyən edilmişdir. Beləliklə, üçüncü şəxs X23 iddiası tam təmin olunur.

80. Müstəqil tələb irəli sürən üçüncü şəxs X46 iddiası isə X25 vərəsəsi olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli X4 mülkiyyətinə verilmiş Qax rayonu, İlisu kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 81,80 kv/metr fərdi yaşayış evindən ona çatacaq payın müəyyən edilməsi barədə olmuşdur ki, bu qətnamənin 69-70 və 73-cü bəndlərindən göründüyü kimi, həmin əmlakdan bütün vərəsələrə, o cümlədən X56 çatacaq pay bu qətnamə ilə müəyyən edilmişdir.

81. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə mülki işin materiallarında olan müxtəlif sənədlərdə (ərizələr, iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar və s.) miras qoyanın adı müxtəlif yerlərdə X59, X55 və ya X67 olaraq göstərilmişdir ki, işin materiallarından və tərəflərin izahatlarından bu şəxslərin eyni şəxs olduqları aydın olur və hazırki işin mahiyyəti üzrə baxılmasına təsir etmir. Eyni zamanda, dövlət orqanları tərəfindən verilmiş müxtəlif sənədlərdə hazırki iş üzrə miras qoyanın adı X59 olaraq qeyd olunduğundan, məhkəmə kollegiyası həmin adı əsas götürməklə, qətnamənin nəticə hissəsində həmin addan istifadə etmişdir. Bundan başqa, iş üzrə vərəsələrin soyadı Əlimov və Əlimova olduğu halda, rəsmi sənədlərdə müstəqil tələb irəli sürən X5 Alimov, məhkəmə kollegiyası tərəfindən işə cəlb olunmuş üşüncü şəxs X2 Alimova olaraq göstərilir. Tərəflər məhkəmə kollegiyasının iclaslarında həmin şəxslərin məhz X40 övladları olduğunu təsdiq etmiş və bu soyad fərqinin səbəbini göstərilən şəxslərin “rus sektoru” üzrə təhsil alması ilə izah etmişlər.

82. Məhkəmə kollegiyası, həmçinin, ona da münasibət bildirməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərəflərin iddiaları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli X4 mülkiyyətinə verilmiş Qax rayonu, İlisu kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 81,80 kv/metr fərdi yaşayış evi barədə olmuşdur, lakin məhkəmə kollegiyasının iclasında məhkəməyə JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı təqdim edilmişdir ki, həmin dövlət aktında X40 mülkiyyətinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.58 ha torpaq sahəsi göstərilmişdir. Bu qətnamənin 71-ci bəndində göstərilən əsaslarla həmin torpaq sahəsi də Kafyat Mama qızından qalmış miras kütləsinə daxil olduğundan məhkəmə kollegiyası həmin kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.58 ha torpaq sahəsində də tərəflərin paylarını bu qətnamənin 73-74-cü bəndlərində göstərildiyi şəkildə müəyyən etmişdir.

83. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh X31 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X47 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(024)-465/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı itirilmiş müddətin bərpa edilməsi və ona düşən payın müəyyən edilməsi barədə iddiası qismən təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X19 əsas iddianın rədd edilməsi, miras əmlakın mərhum X45 tərəfindən qəbul olunması faktının müəyyən edilməsi və X21 qalmış mirasda onun ½ hissədə payının müəyyən edilməsi barədə iddiası qismən təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X23 mirasdan ona çatacaq payın müəyyən edilməsi barədə tələbi təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X46 miras əmlakdan ona çatacaq payın müəyyən edilməsi barədə iddiası təmin edilməli, X34 miras qalmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli X4 mülkiyyətinə verilmiş Qax rayonu, İlisu kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 81,80 kv/metr fərdi yaşayış evi və JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə X40 mülkiyyətinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.58 ha torpaq sahəsindən ibarət miras əmlakın X40 birinci dərəcə vərəsələri olaraq Cavabdeh, mərhum X45, İddiaçı, X48, X33, X54 və X50; X7 birinci dərəcə vərəsələri olaraq X41 və X66 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, həmin miras əmlaklardan Cavabdeh, İddiaçı, X48, X33, X54 və X28 hər birinin 2/14 hissə və X41 və X46 hər birinin 1/14 hissə payı müəyyən edilməli, JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə X40 mülkiyyətinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.58 ha torpaq sahəsi Cavabdeh mülkiyyətində qalmalı, İddiaçı, X48, X33, X54 və X28 hər birinə həmin torpaq sahəsində olan paylarının kompensasiyası olaraq 82.9 manat, X41 və X46 isə hər birinə birinə həmin torpaq sahəsində olan paylarının kompensasiyası olaraq 41.4 manat pul Cavabdeh alınaraq verilməlidir.

84. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh X31 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X47 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(024)-465/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı itirilmiş müddətin bərpa edilməsi və ona düşən payın müəyyən edilməsi barədə iddiası qismən təmin edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X19 əsas iddianın rədd edilməsi, miras əmlakın mərhum X45 tərəfindən qəbul olunması faktının müəyyən edilməsi və X21 qalmış mirasda onun ½ hissədə payının müəyyən edilməsi barədə iddiası qismən təmin edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X23 mirasdan ona çatacaq payın müəyyən edilməsi barədə tələbi təmin edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X46 miras əmlakdan ona çatacaq payın müəyyən edilməsi barədə iddiası təmin edilsin. X34 miras qalmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli X4 mülkiyyətinə verilmiş Qax rayonu, İlisu kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 81,80 kv/metr fərdi yaşayış evi və JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə X40 mülkiyyətinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.58 ha torpaq sahəsindən ibarət miras əmlakın X40 birinci dərəcə vərəsələri olaraq Cavabdeh, mərhum X45, İddiaçı, X48, X33, X54 və X50; X7 birinci dərəcə vərəsələri olaraq X41 və X66 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Həmin miras əmlaklardan Cavabdeh, İddiaçı, X48, X33, X54 və X28 hər birinin 2/14 hissə; X41 və X46 hər birinin 1/14 hissə payı müəyyən edilsin. JN 591 KOD 40308018 nömrəli Dövlət Aktı ilə X40 mülkiyyətinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.58 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilsin. İddiaçı, X48, X33, X54 və X28 hər birinə həmin torpaq sahəsində olan paylarının kompensasiyası olaraq 82.9 manat, X41 və X46 isə hər birinə həmin torpaq sahəsində olan paylarının kompensasiyası olaraq 41.4 manat pul Cavabdeh alınaraq verilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar