Məhkəmə qərarları › İş №2(107)-2373/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2373/2020

03.12.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2373/2020 03.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-691/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-691/2020 nömrəli qərardadı ilə iddianı təmin etmə tədbirinin görülməsinə dair ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizəsi təmin edilərək hazırkı mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, xx.xx.2005-ci il tarixində 01 saylı reyestr kitabının 167-ci vərəqində İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmış Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzilin üzərinə həbs qoyularaq, həmin mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Həmin qərardaddan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)- 691/2020 nömrəli iddianı təmin etmə tədbirinin görülməsi haqqında qərardadının ləğv edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-691/2020 saylı qərаrdаdı ilə verilmiş şikayət təmin edilməmiş, şikаyətin mülki işlə birlikdə bаxılmаsı üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və hansı səbəbdən iştirak etməmələri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-691/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1, 158.1.2, 158.1.3-cü mаddələrinə əsаsən iddiаnı təmin etmək üçün cаvаbdehdə və yа digər şəxslərdə olаn cаvаbdehə məxsus əmlаk üzərinə həbs qoyulа, müəyyən hərəkətləri etməyi cаvаbdehə qаdаğаn edə, mübаhisə predmetinə аid olаn müəyyən hərəkətləri etmək bаşqа şəxslərə qаdаğаn edilə bilər. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Odur ki, kollegiya şikayətin dəlillərinin formal müahizələrlə əsaslandırılması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün kifayətedici əsaslar mövcud deyildir. Eyni zamanda kollegiya qeyd etməyi lazım bilir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-691/2020 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-691/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(033)-691/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar