Məhkəmə qərarları › İş №2(107)-239/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-239/2022

21.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-239/2022 21.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və Mingəçevir şəhər X5 X6 şurasına qarşı Mingəçevir şəhər X5 X6 şurasının 29 №-li 30 mart 1998-ci il tarixli qərarın ləğv edilməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: qərarın ləğvi, torpaq sahəsindən çıxarılma, iddia müddəti) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2(051)-86/2021 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbini dəqiqləşdirərək onun istifadəsinə verilmiş torpaq sahəsinə X2 adına verilmiş torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, Cavabdeh adına verilmiş Çıxarışın və aparılmış reyestr qeydinin ləğv edilməsi, Cavabdeh ona verilmiş torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbini dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək ona verilmiş torpaq sahəsinin Cavabdeh verilməsi barədə Mingəçevir şəhər X5 X6 şurasının 30 manat 1998-ci il tarixli 29 №-li qərarının ləğv edilməsi, Cavabdeh torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o 1970-ci ildən Mingəçevir şəhər xəstəxanasının poliklinika şöbəsində tibb bacısı işləmişdir. Mingəçevir şəhər XDS-nin 07 iyul 1976-cı il tarixli 315 №-li qərarına əsasən iddiaçıya “Şəfa” kollektiv bağçılıq təsərrüfatından 06 sot torpaq sahəsi verilmişdir. İddiaçının adı kollektiv bağçılıq üçün torpaq sahəsi verilmiş xəstəxana işçiləri siyahısında qeyd edilmiş, həmçinin torpaq sahəsinin ayrılması barədə ona pasport verilmişdir. İddiaçı həmin torpaq sahəsindən istifadə etmiş, orada ağaclar əkmişdir, lakin tikinti işləri aparmamışdır. Lakin sonra bir müddət xəstə olduğuna görə torpaq sahəsinə gedib-gələ bilməmişdir. Bundan istifadə edən Cavabdeh həmin torpaq sahəsini zəbt etmişdir. İddiaçı onun istifadəsinə verilmiş torpaq sahəsinə getdikdə, cavabdeh onu torpağa buraxmamışdır. Buna görə də iddiaçı ərizə ilə Polis şöbəsinə müraciət etmiş, lakin Polis şöbəsinin təhqiqatçısının qərarı ilə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə iclasında onlara məlum olunmuşdur ki, iddiaçıya verilmiş torpaq sahəsi Mingəçevir şəhər X5 X6 şurasının 29 №-li 30 mart 1998-ci il tarixli qərarı ilə Cavabdeh verilmişdir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, guya İddiaçı həmin torpaq sahəsini Cavabdeh istifadəsinə verilməsi barədə ərizə ilə həmkarlar ittifaqına müraciət etmişdir. Halbuki torpaq sahəsinin Cavabdeh istifadəsinə verilməsindən iddiaçının xəbəri olmamışdır. Hesab edir ki, həmin qərar qanunsuzdur. Ona görə də iddianın təmin olunmasını, iddiaçıya ayrılmış torpaq sahəsinin Cavabdeh verilməsi barədə Mingəçevir şəhər X5 X6 şurasının 29 №-li 30 mart 1998-ci il tarixli qərarının ləğv edilməsi, Mingəçeir şəhəri Şəfa küçəsi 1-ci döngə 2-ci ünvan kimi Cavabdeh adına verilmiş 24 yanvar 2020-ci il tarixli Çıxarışın ləğv edilməsi, Cavabdeh Bəhrm qızının iddiaçının istifadəsinə verilmiş torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2(051)-86/2021 saylı qətnaməsi ilə (hakim M.Kərimova) İddiaçı cavabdehlər Mingəçevir şəhər X5 X6 Şurasına və Cavabdeh qarşı 29 №-li 30 mart 1998-ci il tarixli qərarın ləğv edilməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair iddia, iddia müddəti keçdiyinə görə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı onun istifadəsinə verilmiş torpaq sahəsindən uzun müddət istifadə etmədiyinə görə həmin torpaq sahəsi Mingəçevir şəhər Mərkəzi Xəstəxanası həmkarlar ittifaqının qərarı ilə əvvəl Əjdər Muxtarova, sonra isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həmkarlar ittifaqının 29 №-li 30 mart 1998-ci il tarixli qərarı ilə Cavabdeh verilmişdir. İddiaçı tələbində onun istifadəsinə verilmiş həmin torpaq sahəsindən son illərə qədər istifadə etdiyini, səhhəti ilə əlaqədar sonradan torpaq sahəsinə gedib-gəlmədiyini bildirmiş, lakin bunları təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh iddiaçının mübahisələndirilən torpaq sahəsindən heç vaxt istifadə etməməsini, həmin torpaq sahəsinin Mingəçevir şəhər X9 işçiləri həmkarlar komitəsinin 30 mart 1998-ci il tarixli qərarı ilə onun istifadəsinə verilməsini, həmin vaxtdan 28 il müddət keçməsini, torpaq sahəsinin hazırda onun mülkiyyətində olmasını nəzərə alaraq iddia müddətini tətbiq olunmasını, iddia müddəti ötürüldüyünə görə iddianın rədd olmasını xahiş etmişdir. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, filialda mühafizə olunan Mingəçevir şəhər XDS İK-nin arxiv fondunun sənədlərinə əsasən 315 №-li 07 oktyabr 1976-cı il tarixli qərarı ilə şəhər xəstəxanasına bağçılıq üçün Bozdağ ətəklərindən 5,6 ha torpaq sahəsi ayrılmışdır. 07 iyul 1976-cı il tarixli 315 №-li qərara əsasən X7 6 sot torpaq sahəsi verilmişdir. 14 avqust 1986-cı il tarixli qərarla X3 06 sot torpaq sahəsi verilmişdir. X4 ona verilmiş torpaq sahəsini əkib-becərməyə imkanı olmadığı üçün həmin torpaq sahəsi Cavabdeh verilməsi qərara alınmışdır. Uşaq xəstəxanasında kiçik tibb bacısı işləyən Cavabdeh 6(altı) sot torpaq sahəsi verilmişdir. ünvan 1 ünvanda yerləşən 0,599 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Mingəçevir şəhər Səhiyyə X6na məxsus 1990-cı ildən 2010-cu ilədək dövr ərzində olan sənədlər 2014-cü ildə ləğv edilmişdir. İddiaçı tələbində Mingəçevir şəhər XDS-nin 07 iyul 1976-cı il tarixli 315 №-li qərarı ilə Mingəçevir şəhər Səhiyyə İşçilərinə kollektiv bağçılı üçün ayrılmış torpaq sahəsindən 06 sot torpaq sahəsinin onun istifadəsinə verilməsini bildirmiş, bunu adının torpaq sahəsi ayrılmış xəstəxana işçiləri siyahısında qeyd edilməsi, torpaq sahəsi ayrılması barədə Mingəçevir şəhər tibb X6 tərəfindən ona pasport verilməsi ilə əsaslandırmışdır. İddiaçı, həmçinin, tələbində onun istifadəsinə verilmiş həmin torpaq sahəsinin Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həmkarlar ittifaqının 29 №-li 30 mart 1998-ci il tarixli qərarı ilə Cavabdeh verilməsini bildirmiş, həmin qərardan hazırkı işə baxılan zaman xəbəri olmasını bildirmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, Mübahisəli torpaq sahəsinə cavabdehə hüquq verən və iddiaçının ləğvini tələb etdiyi Mingəçevir şəhər X9 X6nın qərarı 30 mart 1998-ci ildə qəbul edilmişdir və iddianın müddətlər baxımından həllində həmin vaxt qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır. 01 mart 1965-ci ildə qüvvəyə minmiş və həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinə əsaasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət(iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir. İddiaçının, istifadəsinə verilmiş torpaq sahəsinin hüquqi rejimi ilə 28 il müddətində maraqlanmaması inandırıcı və ağlabatan deyil. Hətta həyatın adi axarı şəraitində belə torpaq sahəsinə üçüncü şəxsin hüquqları olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı cavabdehlər Mingəçevir şəhər X5 X6 Şurasına və Cavabdeh qarşı 29 №-li 30 mart 1998-ci il tarixli qərarın ləğv edilməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair iddia, iddia müddəti keçdiyinə görə təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni 01 mart 1965-ci ildə qüvvəyə minmiş və həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73cü, 78-ci, 82-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə İddiaçı subyektiv hüququnun pozulub- pozulmamasına hüquqi qiymət verməmişdir. İşin obyektiv araşdırmasını təmin etməyən, işin bütün dəlillərinə hüquqi qiymət verməyən məhkəmə qətnaməsi əsaslı və ədalətli sayıla bilməz. Məhkəmə qətnaməsində bir cümlə ilə də olsun məhkəmə təqdim etdiyimiz iddia tələbinin məcburi həyata keçirilməsinin mümkünlüyü ümumiyyətlə araşdırılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarındakı mövqeyinə əsasən İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, Cavabdeh həmin torpaq sahəsinə Çıxarışı İddiaçı 30 iyul 2019-cu ildə Mingəçevir şəhər məhkəməsində iddia qaldırdıqdan uzun müddət sonra 24 yanvar 2020-ci il tarixdə almışdır. Cavabdeh 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün olmaqla gəldiyini, hazırdada məcburi köçkün olmasını təsdiq etmişdir. Bu barədə köçkün vəsiqəsinin surətini iş materiallarına əlavə etmişdir. İddiaçı da həmin torpaq sahəsini özəlləşdirmə hüququ vardır və uzun müddət həmin sənədləşmə dövlət tərəfindən sənədləşdirilmədiyindən İddiaçı həmin hüquqlarının qeydə alınmasını həyata keçirə bilməmişdir. Torpaq sahəsindən istifadə etmək və ya etməmək isə onun ayrılmaz hüququ olmuşdur. Məhkəmənin uzun müddət torpaq sahəsindən istifadə etməməsinin həmin əmlakı tələb etmək hüququ üzrə iddia müddətinin ötürülməsi əsası hesab edilə bilməzdi. Torpaq sahəsinə dair “Şəfa” bağçılıq təsərrüfatından verilmiş order İddiaçı ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi olmasını təsdiq edir. Həmin orderin surətini məhkəməyə təqdim etmişik. Məhkmə isə İddiaçı qanuni gözləntiyə malik olduğu mülkiyyət hüquqlarını qeydə aldırmağa hüququ çatan, əmlakını tələb etməsi barədə iddiasına iddia müddətini tətbiq etməkdə səhv buraxmışdır. İddiaçı ayrılmış torpaq sahəsinin guya 30 mart 1998-ci il tarixdən başqa şəxsə verilməsi həyata keçirildiyindən 01 mart 1965-ci ildən qüvvəyə minmiş Azrbaycan Respublikasının Mülki Məcəlləsi 01 sentyabr 2000-ci il tarixə qədər qüvvədə olduğundan məhkəmənin istinad etdiyi 3 illik iddia müddəti müddəti 01 sentyabr 2000-ci il tarixdən sonra davam etdiyindən 01 sentyabr 2000-ci ildən qüüvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; iddia müddəti şamil edilmir. İddiaçı hüquqlarına olan müdaxilə qanuni əsas malik olmamışdır. Belə ki, məcburi köçkün olan Cavabdeh torpaq sahəsini özəlləşdirmək hüququ olmasada həmin torpaq sahəsinə mülkiyyət hüquqları məhz bu əsasla qeydə alınmışdır. Qeyd edim ki, X14 xəstəxansında kiçik tibb bacısı işləməmişdir və Ağdam rayonundan olan məcburi köçkündür. Bağın sərhədində yerləşən digər torpaq sahəsini oğlu Elçin Məmmədovun adına aldıqdan sonra İddiaçı torpaq sahəsini öz sərhədləri daxilinə daxil edərək zəbt etmişdir. Məhkəmə isə həmin halları da araşdırmaqdan yayınmışdır. Mingəçevir şəhər X9 X6 Şurasının 30 mart 1998-ci il tarixli 29 saylı Protokolun məzmunundan görünür ki, Qocayeva(Əliyeva) Mahirə Musa qızı ərizə yazaraq ona verilmiş bağ üçün 6 sot torpaq sahəsini tanışı Cavabdeh verilməsini xahiş edir. О xahişini belə əlaqələndirir ki, onun imkanı yoxdur ki, həmin bağın abadlıq işləri ilə məşğul olsun. Mahirə Qocayeva(Əliyeva) belə bir ərizə verməmişdir. Məhkəmə iddia tələbini iddia müddəti keçməsi səbəbilə rədd edərkən istinad etmişdir ki, X3 14 avqust 1986-cı ildə 0.06 ha torpaq sahəsi verilmişdir. Halbu ki, İddiaçı verilmiş bağ pasportu 1992-ci ildə tərtib olunmuşdur. Məhkəməyə təqdim olunmuş «Şəfa» bağçılığm üzvlərinin adlı Siyahısından görünür ki, torpraq sahəsi ayrılmış şəxslərdən 29 -cu sıradakı Qocayeva(Əliyeva) Mahirə Musa qızıdır. Həmin siyahıda X1 adı keçmir. İş materialları ilə Cavabdeh adına həmin torpaq sahəsinin Mahirə Qocyevanın (əliyevanın) razılıq ərizəsi əsasında keçməsinə dair Protokoldan Çıxarış təqdim olunsada belə bir ərizənin mövcudluğu müəyyən olunmasada məhkəmə işin hallarını işə aidiyyatı olmayan sübutlarla təsdiq olunduğunu göstərməkdə haqlı olmamışdır. Əsl həqiqət isə bundan ibarətdir ki, ümumiyyətlə belə bir Protokol, ərizə mövcud olmamışdır. Məhkəmə bir dəfədə olsun o halı araşdırmadı ki, A.Alıyev və Məhəmmədiyə Sadəddinov məhkəməyə təqdim etdikləri Mingəçevir şəhər X5 X6 Şurasının 30 mart 1998-ci il tarixli 29 saylı Protokoldan çıxarışı hər dəfə hardan əldə edirlər və həmin Çıxarışdakı möhür hazırda kimdədir. Halbu ki, həmin sənədlər A.Alıyevin arayışına əsasən ləğv olunmuşdur. Qeyd olunanlara əsasən o Mingəçevir Şəhər Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(051)- 86/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən etiraz verilərək apellyasiya şikayətinin qeyri mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(051)- 86/2021 saylı qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq proses iştirakçıları məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: (mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olmuş) M a d d ə 25. Müəssisələrin, idarələrin və təşkilatların öz işçilərinə torpaq sahələri verməsi Müəssisələr, idarələr və təşkilatlar bostançılıq, ot çalını və mal-qaranın otarılması məqsədləri üçün torpaq sahələrini öz işçilərinə müvafiq rayon, şəhər xalq deputatları Sovetlərinin razılığı ilə müdiriyyətin və həmkarlar ittifaqı təşkilatının qərarı əsasında verirlər. Maddə 27. Torpaqların geri alınması Mülkiyyətdə, sahiblikdə, istifadədə və icarədə olan torpaqlar bu Məcəllədə göstərilən hallarda mülkiyyətçilərin, sahibkarların, istifadəçilərin və icarəçilərin razılığı əsasında onları verən müvafiq orqanlar tərəfindən geri alına bilər. Vətəndaşların xüsusi mülkiyyət hüququnda olan torpaqlarda mülkiyyətçi üzürlü səbəb olmadan bu Məcəllənin 32-ci maddəsinin 4,6,7-ci bəndlərində nəzərdə tutulmuş hərəkətləri etdikdə və kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən üzürlü səbəb olmadan bir il ərzində istifadə etmədikdə onun torpaq sahəsi müvafiq rayon, şəhər xalq deputatları Sovetinin qərarları ilə torpağın haqqı ödənilmədən geri alınır. Maddə 32. Torpaq üzərində mülkiyyət hüququna, sahiblik, istifadə və icarə hüquqlarına xitam verilməsinin əsasları Torpaq sahəsinə və ya onun bir hissəsinə mülkiyyət, sahiblik və istifadə hüquqlarına bu torpaqları vermiş rayon, şəhər xalq deputatları Sovetləri aşağıdakı hallarda xitam verir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; 2) torpaq sahəsinin verildiyi müddət qurtardıqda; müəssisənin, idarənin, təşkilatın, kəndli (fermer) təsərrüfatının fəaliyyətinə xitam verildikdə; 4) torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; 5) xidməti torpaq payının verilməsi ilə əlaqədar olan əmək münasibətlərinə, qanunda göstərilmiş hallardan başqa, xitam verildikdə; 6) icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; 7) respublika qanunvericiliyi və torpaq icarəsi (Müqavilələri ilə müəyyən edilmiş torpaq vergisi və ya icarə haqqı üzürlü səbəb olmadan 2 il dalbadal ödənilmədikdə; 8) kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən bir il ərzində və qeyrikənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal iki il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; 8) dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınması zəruri olduqda; 9) tikinti və qurğu üzərində mülkiyyət hüququ və ya əməli idarəçilik hüququ başqasına keçdikdə; 10) sahibkar və ya istifadəçi öldükdə. Azərbaycan Respublikasının qanunvericiliyində torpağa mülkiyyət, sahiblik və torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Bu Məcəllənin 32-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulan halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, həmin maddədə göstərilən digər hallarda isə torpaq üzərində mülkiyyət hüququna, torpağa sahiblik, torpaqdan istifadə və digər hüquqlara rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən xitam verilir Torpaq üzərində mülkiyyət hüququna, torpağa sahiblik, torpaqdan istifadə və torpağın icarəsi hüquqlarına rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən qərar qəbul edildiyi gündən, torpaq sahibləri, istifadəçiləri, icarəçiləri torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə ərizə verilən gündən xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarındakı mövqeyinə əsasən İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(051)-86/2021 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tələb qətnamənin ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini rədd etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, maddi hüuq normasının tətbiqində səhvə yol vermiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 sentyabr 2021ci il tarixli, 2(051)-86/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 01 mart 1965-ci ildə qüvvəyə minmiş və həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü, 78ci, 82-ci maddələri ilə əsaslandırmış, iddia müddətinin keçməsinə görə iddianı rədd etmişdir. Məhkəm kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da iddia ərizəsini iddia müddətinin keçməsinə görə rədd etməkdə haqlı olmamışdır. Ona görə də kollegiya hesab edir ki, şikayət qətnamənin ləğv edilməsi üçün əsas olsa da iddianın təmin edilməsi üçün əsas deyildir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Mingəçevir şəhər XDS İK-nin 07 oktyabr 1976-cı il tarixli qərarı ilə xəstəxana işçilərinin istifadəsinə verilməsi üçün 5,6 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsindən 06 sot İddiaçı ayrılmışdır. Lakin İddiaçı həmin torpaq sahəsindən heç vaxt istifadə etməmişdir. Ona görə də Mingəçevir şəhər Mərkəzi Xəstəxanası həmkarlar ittifaqı şurasının 30 mart 1998-ci il tarixli qərarı ilə həmin torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Hazırda həmin torpa sahəsi Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarındakı mövqeyinə əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının iddia tələbi əsassızdır. Ona görə də hazırkı halda iddia müddətinin tətbiq edilməsinə lüzum yoxdur. İşə əlavə olunmuş Dövlət arxivinin Mingəçevir filialı tərəfindən verilmiş arxiv arayışında göstərilir ki, filialda mühafizə olunan Mingəçevir şəhər XDS İK-nin arxiv fondunun sənədlərinə əsasən 315 №-li 07 oktyabr 1976-cı il tarixli qərarı ilə şəhər xəstəxanasına bağçılıq üçün Bozdağ ətəklərindən 5,6 ha torpaq sahəsi ayrılmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər X11 komitəsi tərəfindən verilmiş “Şəfa” bağçılıq təsərrüfatın pasportunda göstərilr ki, 07 iyul 1976-cı il tarixli 315 №-li qərara əsasən X7 6 sot torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər X11 komitəsi tərəfindən verilmiş “Şəfa” bağçılıq təsərrüfatın pasportunda göstərilir ki, 14 avqust 1986-cı il tarixli qərarla X3 06 sot torpaq sahəsi verilmişdir. İşdə olan Mingəçevir şəhər X5 işçiləri həmkarlar komitəsi şurası tərəfindən verilmiş “Şəfa” kooperativ bağçılıq təsərrüfatının pasportundan görünür ki, uşaq xəstəxanasında kiçik tibb bacısı işləyən Cavabdeh 6(altı) sot torpaq sahəsi verilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki. ünvan 1 ünvanda yerləşən 0,599 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Mingəçevir şəhər XDS İK-nin 07 oktyabr 1976-cı il tarixli qərarı ilə xəstəxana işçilərinin istifadəsinə verilməsi üçün 5,6 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsindən 06 sot İddiaçı ayrılmışdır. Lakin İddiaçı həmin torpaq sahəsindən istifadə etmədiyi üçün Mingəçevir şəhər Mərkəzi Xəstəxanası həmkarlar ittifaqı şurasının 30 mart 1998-ci il tarixli qərarı ilə həmin torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. İddiaçı tərəf 30 mart 1998-ci il tarixdən 2019-cu ilədək həmin torpaq sahəsindən hansı səbəbdən istifadə etmədiyini, istifadə edə bilməməsinin səbəblərini iddia ərizəsində əsaslandıra bilməmişdir. Yuxarıda qeyd edilən Torpaq Məcəlləsinə əsasən mülkiyyətdə, sahiblikdə, istifadədə və icarədə olan torpaqlar bu Məcəllədə göstərilən hallarda mülkiyyətçilərin, sahibkarların, istifadəçilərin və icarəçilərin razılığı əsasında onları verən müvafiq orqanlar tərəfindən geri alına bilər. Bu Məcəllənin 32-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulan halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, həmin maddədə göstərilən digər hallarda isə torpaq üzərində mülkiyyət hüququna, torpağa sahiblik, torpaqdan istifadə və digər hüquqlara rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən xitam verilir Torpaq üzərində mülkiyyət hüququna, torpağa sahiblik, torpaqdan istifadə və torpağın icarəsi hüquqlarına rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən qərar qəbul edildiyi gündən, torpaq sahibləri, istifadəçiləri, icarəçiləri torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə ərizə verilən gündən xitam verilir. Mingəçevir şəhər X5 X6 şurasının 30 mart 1998-ci il tarixli 29 №-li protokolundan çıxarışda göstərilir ki, X4 ona verilmiş torpaq sahəsini əkib-becərməyə imkanı olmadığı üçün həmin torpaq sahəsi Cavabdeh verilməsi qərara alınmışdır. Eyni zamanda Mingəçevir şəhər Səhiyyə X6nın sədri A.S.Alıyev tərəfindən verilmiş 29 №-li 08 sentyabr 2021-ci il tarixli arayışda göstərilir ki, Mingəçevir şəhər Səhiyyə X6na məxsus 1990-cı ildən 2010-cu ilədək dövr ərzində olan sənədlər 2014-cü ildə ləğv edilmişdir. Beləliklə müəyyən edilir ki, Cavabdeh 6(altı) sot torpaq sahəsi verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Kollegiya iddia tələbinin torpaq sahəsində çıxarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, nə qədər ki, torpaq sahəsi cavabdehin mülkiyyətindədir cavabdeh həmin torpaq sahəsindən çıxarıla bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən cavabdehin izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(051)-86/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(051)- 86/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar