Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2397/2020 04.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; X3 vəkili X2 iştirakı ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qərardadından X5 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları həddi-buluğa çatanadək yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Balakən şəhəri S.Vurğun küçəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evindən onun və uşaqları Hüseynov Məhəmməd Rövşən oğlu, Hüseynov Ağarza Rövşən oğlu və Hüseynova Mətanət Rövşən qızının istifadə hüququnun tanınması və onun üç uşaqla birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin edilmiş, İddiaçı və uşaqları; xx.xx.2005-ci il təvəllüdlü Hüseynov Məhəmməd Rövşən oğlu, xx.xx.2006-cı il təvəllüdlü Hüseynov Ağarza Rövşən oğlu və xx.xx.2009-cu il təvəllüdlü Hüseynova Mətanət Rövşən qızının ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən olunması və İddiaçı uşaqları; Hüseynov Məhəmməd Rövşən oğlu, Hüseynov Ağarza Rövşən oğlu və Hüseynova Mətanət Rövşən qızı ilə birlikdə Cavabdeh məxsus həmin fərdi yaşayış evinə köçürülməsi, Cavabdeh 10 manat məbləğində dövlət rüsumunun alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. X5 məhkəməyə vəsatətə verərək, Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-207/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi prosessual müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-207/2020 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin edilmiş, İddiaçı və uşaqları; xx.xx.2005-ci il təvəllüdlü Hüseynov Məhəmməd Rövşən oğlu, xx.xx.2006-cı il təvəllüdlü Hüseynov Ağarza Rövşən oğlu və xx.xx.2009-cu il təvəllüdlü Hüseynova Mətanət Rövşən qızının ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən olunması və İddiaçı uşaqları; Hüseynov Məhəmməd Rövşən oğlu, Hüseynov Ağarza Rövşən oğlu və Hüseynova Mətanət Rövşən qızı ilə birlikdə Hüseynova Bersinay Ramazanhacı qızına məxsus həmin fərdi yaşayış evinə köçürülməsi, Cavabdeh 10 manat məbləğində dövlət rüsumunun alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. Hazırkı mülki iş onun maraqlarına toxunduğundan, o, işə cavabdeh qismində cəlb edilmədiyindən həmin qətnamənin surəti ona rəsmi qaydada göndərilməmiş və onun hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də qətnamədən apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Beləliklə o, prosessual müddəti üzürlü səbəbdən ötürmüşdür. Qeyd edilənləri nəzərə alaraq Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi prosessual müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı evdən istifadə hüquqlarının müəyyən edilməsi və evə köçürmə tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 2(019)-207/2020 saylı xx xxx 2020-ci il tarixli qətnaməsindən X5 tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. X1 Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qərardadından şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X3 vəkili X4 şikayətin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qərardadının ləğv edilməsini və X3 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq X5 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları həddi-buluğa çatanadək yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-207/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı və uşaqları; xx.xx.2005-ci il təvəllüdlü Hüseynov Məhəmməd Rövşən oğlu, xx.xx.2006-cı il təvəllüdlü Hüseynov Ağarza Rövşən oğlu və xx.xx.2009-cu il təvəllüdlü Hüseynova Mətanət Rövşən qızının ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən olunması və İddiaçı uşaqları; Hüseynov Məhəmməd Rövşən oğlu, Hüseynov Ağarza Rövşən oğlu və Hüseynova Mətanət Rövşən qızı ilə birlikdə Cavabdeh məxsus həmin fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. X1 Rayon Məhkəməsinin 2(019)-207/2020 nömrəli mülki iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. X5 vəsatət verərək,qətnamədən buraxılmış apellyasiya şikayətinin müddətinin üzrlü səbəbdən buraxılmasını qeyd edib apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Vəsatətin dəlilləri ilə razılaşmayan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 134cü maddəsində sadalanan məhkəmə sənədləri (o cümlədən məhkəmə qətnaməsi) «Poçt haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə) onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini, və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Məhkəmə kollegiyası X3 qətnamədən buraxılmış apellyasiya şikayətinin verilməsi müddətinin bərpası üçün «hazırkı mülki işin onun maraqlarına toxunması, onun işə cavabdeh qismində cəlb edilmədiyindən həmin qətnamənin surəti ona rəsmi qaydada göndərilməməsi və onun hüquqlarının kobud şəkildə pozulması, ona görə də qətnamədən apellyasiya şikayətini vaxtında verə bilməməsi, onun prosessual müddəti üzürlü səbəbdən ötürməsi» barədə gətirdiyi əsasları həmin müddətin bərpası üçün faktoloji və hüquqi əsaslar kimi qəbul etmir. Belə ki, Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(019)-207/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı və uşaqları; xx.xx.2005ci il təvəllüdlü Hüseynov Məhəmməd Rövşən oğlu, xx.xx.2006-cı il təvəllüdlü Hüseynov Ağarza Rövşən oğlu və xx.xx.2009-cu il təvəllüdlü Hüseynova Mətanət Rövşən qızının ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən olunması və İddiaçı uşaqları; Hüseynov Məhəmməd Rövşən oğlu, Hüseynov Ağarza Rövşən oğlu və Hüseynova Mətanət Rövşən qızı ilə birlikdə Cavabdeh məxsus həmin fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. X5 həmin mülki iş üzrə tərəf deyildir. X3 şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası ilə bağlı istinad etdiyi hallar tamamilə əsassızdır, iş materialları ilə təsdiq olunmur və həmin müddətin bərpası üçün üzrlü hallar kimi qəbul edilə bilməz. X8 sözügedən məhkəmə qətnaməsinin onun hansı maraqlarına toxunmasını və iş üzrə cavabdeh qismində cəlb olunmalı olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarından görünür ki, evin mülkiyyətçisi Cavabdehdır və iddia da həmin evdən istifadə hüquqlarının müəyyən olunması və evə köçürmə ilə bağlı olmuşdur. Belə olan halda hazırki qətnamənin X3 hansı maraqlarına toxunması aydın deyildir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. X10 Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Məhkəmə kollegiyаsı hesаb edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməməli və Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(019)-207/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-2397/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2397/2020
04.12.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver