Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-242/2021 04.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-724/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-724/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “qərəzli hərəkətlərə son qoyulması, zəbt edilmiş fərdi yaşayış evindən cavabdehin çıxarılması və onun həmin evə köçürülməsi” tələbinə dair iddiası təmin edilərək Cavabdeh İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 133 kv.m. olan fərdi yaşayış evindən istifadə və sahibliyə qapını bağlamaq və əmlaka daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərinə son qoyulması, Cavabdeh ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsindən və ümumi sahəsi 133 kv.m. olan fərdi yaşayış evindən çıxarılması və İddiaçı həmin fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 133 kv.m. olan fərdi yaşayış evindən istifadə və sahibliyinə qapını bağlamaq və əmlaka daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərinə son qoyulması, cavabdehin zəbt etdiyi həmin əmlaklardan çıxarılması və özünün həmin əmlaka köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, mərhum əri X6 xüsusi mülkiyyətində Zaqatala şəhəri İ.Şamil küçəsində ümumi sahəsi 133 kv.m. olan fərdi yaşayış evi və 0,05 ha həyətyanı torpaq sahəsi olmuşdur. X3 xx xxxx 2001-ci il tarixdə vəfat etmişdir. X2 vəfatından sonra ondan miras qalmış fərdi yaşayış evini o, oğlu X9 və sonuncunun birinci evlilikdən olan oğlu X10 qəbul etmiş və idarə etmişdir. Qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsi üzərində özünün, oğlu X4 və onun mərhum ərinin birinci evlilikdən olan oğlu X5 ümumi paylı mülkiyyət hüququ xx xxxxxx 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Hazırda həmin evdə oğlu X1 arvadı - iş üzrə Cavabdeh yaşayır və həmin evdən çıxmır, o cümlədən onu həmin evə buraxmır. Hazırkı iddia ilə məhkəməyə müraciət etməsinin səbəbi də iş üzrə Cavabdeh həmin evdən çıxarılmasını, fərdi yaşayış evindən istifadə və sahibliyinə qapını bağlamaq və əmlaka daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərinə son qoyulması, cavabdehin zəbt etdiyi həmin əmlakdan çıxarılması və onun həmin əmlaka köçürülməsini məhkəmədən xahiş etməkdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun Azərbaycan Repsublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə o hazırkı tələblə aidiyyatı üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, mübahisələndirilən evə o xx xxxxx 2015-ci ildə X9 ilə faktiki ailə qurduqdan sonra gəlin köçmüşdür. xx xxxxxxx 2016-cı il tarixdə iddiaçının oğlu olan X9 ilə rəsmi nikaha daxil olmuşlar. Məhkəmənin qətnaməsi ilə onların arasında bağlanmış nikah xx xxxxx 2019-cu il tarixdə pozulmuşdur. Mübahisələndirilən evə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığından o, həmin evdə yaşayan şəxs kimi qeydiyyata düşə bilməmişdir. Həmin evdə o, İddiaçı, X9 və X10 yaşamışlar. Hazırda onun keçmiş əri Tatday hərbi xidmətdədir. X10 isə mülkiyyətçi olaraq onun həmin evdə yaşamasına razıdır. Həmin ev iki mərtəbəli olmaqla iki ayrı girişi var. O da öz növbəsində İddiaçı həmin evdə yaşamasına maneçilik törətmir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh vəkili X12 çıxış edərək göstərmişdir ki, Cavabdeh 2015-ci ilin aprel ayından ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. O iddiaçının oğlu olan X9 ilə rəsmi nikaha daxil olaraq onun yaşadığı evdə yaşamasına baxmayaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqlar dövlət qeydiyatına alınmadığından o, həmin evdə mülkiyyətçinin razılığı ilə yaşayış hüququ əldə edə bilməmişdir. Cavabdeh həmin evin paylı mülkiyyətçisi olan X5 razılığı ilə həmin evdə yaşayır və iddiaçının da həmin evdə yaşamasına heç bir maneçilik törətmir. Hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X10 izahatında İddiaçı dediklərini təsdiq edərək ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyətçisi olduğunu bildirmişdir. Hazırda o Cavabdeh həmin evdə yaşamasına etiraz etmir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-724/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-724/2020 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanaraq qətnamə çıxarmışdır. Bundan başqa məhkəmədə mülki işə üçüncü şəxs qismində cəlb edilmiş X10 izahatında Cavabdeh həmin evdə yaşamasına etiraz etmədiyini bildirmişdir. Lakin, məhkəmə İsmayıl Tatayevin mübahisəli əmlakdan paylı mülkiyyətə sahib olduğu halda onun iradəsindən irəli gələn mövqeyini kənarda qoymuşdur. Bununla məhkəmə iddiaçının mülkiyyət hüquqlarının müdafiəsini qorumaqla yanaşı, digər paylı mülkiyyətçinin hüquqlarını məhdudlaşdırmışdır. Eyni zamanda məhkəmə işə baxarkən paylı mülkiyyətçilərin paylarının naturada müəyyən edilmədiyini göstərmişdir. Bu halda hesab edir ki, məhkəmə mülki işin icraatını dayandırmalı, iddiaçıya mülkiyyət payının naturada müəyyən edilməsini izah etməli, paylar müəyyən edildikdən sonra hazırkı iddiaya nəticə verilməli idi. O, xx xxxxx 2015-ci ildə iddiaçının oğlu X9 ilə faktiki ailə qurduqdan sonra mübahisələndirilən evə gəlin köçmüşdür. Onun gəlin köçdüyü evdə yaşayış sahəsi ayrı olmuşdur. Yaşayış evi iki mərtəbəli olmaqla, ayrıca gəlin köçdüyü otağa pilləkən də qoyulmuşdur. Lakin, iddiaçı əsassız yerə iddia qaldırmaqla, onu və oğlunu yaşayış hüququndan məhrum etmək istəyir. İddia ərizəsində yalan məlumatlar göstərməklə məhkəməni çaşdırmışdır. Eyni zamanda məhkəmə mübahisəli evə baxış keçirməmişdir. Onun gəlin köçdüyü fərdi yaşayış evində yaşamağı azyaşlı uşağının normal böyüməsi üçün vacibdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-724/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-724/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində ********* nömrə ilə xx.xx.2020-ci il tarixdə qeydiyata alınmış **********21-10301 reyestr nömrəli ünvan 3 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Daddayev Daday, X10, X9, X14, X13, X15 və İddiaçı məxsusdur. Həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 133 kv.m. olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə paylı mülkiyyət hüququ əsasında hər birinin payı 1/3 olmaqla X10, X9 və İddiaçı məxsusdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-161/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X9 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2016cı il tarixli 276 nömrəli nikah akt qeydinin pozulması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək göstərmişdir ki, “ünvan 1 ünvanında yerləşən mübahisəli 0,05 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi hər birinin payı 1/3 olmaqla xüsusi mülkiyyət hüququ ilə X10, X9 və İddiaçı adlarına qeydiyyata alınmışdır. İşdən də göründüyü kimi iddiaçı, İddiaçı iddia ərizəsində göstərilən hallar, yəni Cavabdeh tərəfindən həqiqətən İddiaçı paylı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evində yaşaması və mülkiyyətçinin öz mülkiyyətində olan evinə sahiblik edə bilməməsində, həmin evdən sərbəst şəkildə istifadə etməsində maneələrin olması sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və ümumi sahəsi 133 kv.m. olan fərdi yaşayış evi üzərində Cavabdeh hər hansı hüquqa malik olmadığı halda, həmin torpaq sahəsinə və fərdi yaşayış evinə qapını bağlamaq və əmlaka daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətləri iddiaçının həmin torpaq sahəsindən və fərdi yaşayış evindən sahiblik və istifadə etməsinə uzun müddətdir ki, maneçilik yaradır. Ona görə də cavabdehin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdeh tərəfindən yaradılan həmin maneələr aradan qaldırılmalı, iddiaçı isə paylı mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin gerçək halı ondan ibarətdir ki, Zaqatala şəhəri İ.Şamil 5 ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Daddayev Daday, X10, X9, X14, X13, X15 və İddiaçı məxsusdur. Həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 133 kv.m. olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında hər birinin payı 1/3 olmaqla X10, X9 və İddiaçı məxsusdur və onların adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx xxxxxxx 2016-cı il tarixdə iddiaçının oğlu olan X9 ilə Cavabdeh rəsmi nikaha daxil olmuşlar. Cavabdeh ilə İddiaçı oğlu olan mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 arasında olan nikah akt qeydi Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı mülkiyyət hüququ əsasında özünə məxsus olan və ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsindən və ümumi sahəsi 133 kv.m. olan fərdi yaşayış evindən Cavabdeh çıxarılmasını, eyni zamanda cavabdeh tərəfindən həmin əmlakdan istifadə və sahibliyə qapını bağlamaq və əmlaka daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərə son qoyulmasını və özünün həmin əmlaka köçürülməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında göstərilir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinin tələbinə görə, əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.6-cı maddəsinə əsasən, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4-cü maddəsinə görə, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Azərbaycan Respublikası Tоrpaq Məcəlləsinin: 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, tоrpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 2-ci bəndinə əsasən, qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 133 kv.m. olan fərdi yaşayış evinin paylı mülkiyyətçilərindən biridir və onun öz əmlakından maneəsiz (sərbəst) istifadə etmək hüququ vardır. Kollegiya hesab edir ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan və ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsindən və 133 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evindən Cavabdeh çıxmaması, torpaq sahəsini və fərdi yaşayış evini boşaltmaması iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, mülkiyyətçinin özünə paylı mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən və fərdi yaşayış evindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalıdır. Bundan başqa kollegiya hesab edir ki, iddiaçının paylı mülkiyyətində olan barəsində mübahisə gedən fərdi yaşayış evindən istifadə və sahibliyə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması tələbi qanunvericiliyin tələblərinə tam uyğundur. Cavabdehin apellyasiya şikayətinin xx xxxxx 2015-ci ildə iddiaçının oğlu X9 ilə faktiki ailə qurduqdan sonra mübahisələndirilən evə gəlin köçməsi barədə dəlil ilə bağlı qeyd edilməlidir ki, işin gerçək hallarından göründüyü kimi, Cavabdeh faktiki ailə qurduğu 2015ci ildə və rəsmi nikaha daxil olduğu 2016-cı ildə əri Tatday Tatdayev mülkiyyətçi olmamışdır. Onların nikahları Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində ********* nömrə ilə xx.xx.2020-ci il tarixdə qeydiyata alınmış **********21-10301 reyestr nömrəli ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 133 kv.m. olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında hər birinin payı 1/3 olmaqla X10, X9 və İddiaçı adlarına qeydə alınmışdır. Həmin Çıxarışdan əvvəl verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli Çıxarışdan isə görünür ki, **********21- 10301 reyestr nömrəsi olan və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133 kv.m. olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında hər birinin payı 1/2 olmaqla X4 və İddiaçı adlarına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, Cavabdeh ailə qurduğu və nikahları pozulduğu zaman onun əri X9 sözügedən evin mülkiyyətçisi olmamış, onların nikahları pozulduqdan 08 ay sonra, yəni xx.xx.2019-cu il tarixdə keçmiş ərinin həmin evdə mülkiyyət hüququ yaranmışdır. Habelə, apellyasiya şikayətinin “mülki işə üçüncü şəxs qismində cəlb edilmiş X5 izahatında Cavabdeh həmin evdə yaşamasına etiraz etmədiyini bildirməsi, məhkəmənin bunu nəzərə almaması” barədə dəlili ilə bağlı bildirilir ki, birinci instansiya məhkəməsi həmin hal ilə əlaqədar göstərmişdir ki, X10 mülkiyyətçi olsa da, onun payı naturada müəyyən edilməmişdir. Qanunvericiliyin tələbindən də görünür ki, cavabdehin həmin evdən istifadə etməsi hazırda paylı mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını pozur. Məhkəmənin qənaətinə görə paylı mülkiyyətçilərin payları naturada müəyyən olunduqdan sonra hazırkı iş üzrə cavabdehin X5 istifadəsində və sahibliyində olan mübahisələndirilən fərdi yaşayış evinin ona düşən hissəsindən mülkiyyətçinin razılığı ilə istifadə edə bilər. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdiyi hallar əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “X7” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübutetmə yükü iddiaçıların üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-724/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-724/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-242/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-242/2021
04.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver