Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-243/2023 06.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraata xitam, tərəf öldükdə hüquq varisliyinə yol verilmirsə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçılar İddiaçı3 və İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(075)-16/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 28 oktyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətlərində olan 10,3343 hektar pay torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(075)-16/2022 saylı qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia təmin olunmuş, Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 28 oktyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan 10,3343 hektar pay torpaq sahəsindən çıxarılmaları, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 özlərinə aid edilməsi, 515 manat ekspertiza xərcinin Cavabdeh alınıb Dövlət büdcəsinə- Az. MEM, VÖEN **********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi, Cavabdeh iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 qarşı pulun ödənilməsi, torpaq sahəsindən istifadəsinə edilən maneələrin aradan qaldırılması və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin Şəki Rayon Məhkəməsinin 04 noyabr 2022ci il tarixli, 2(075)-16/2022 saylı qərardadı ilə baxılmamış saxlanılmasının nəzərə alınması qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi Qanuni nümayəndə аpellyаsiyа şikаyəti vermişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı elektron məhkəmə informasiya sistemi vasitəsilə müəyyən edilmişdir ki, Cavabdeh 2 aprel 2023-cü ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddia tələbi cavabdehin torpaq sahəsindən çıxarılması ilə bağlıdır ki, çıxarılması tələb edilən şəxs artıq mövcud deyildir. Belə olan halda hər hansı hüquq varisliyinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsələyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apelyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apelyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası işdə olan sənədlərə baxaraq hesab edir ki, qeyd edilənlərə əsasən, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir.
13. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
14. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
15. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 191, 261-264, 370, 384, 400, 402-403, 404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kollegiyаsı
QƏRARA ALDİ:
Cavabdeh nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(075)-16/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Vəzirxan Məlikov
Mahir Əsədli