Məhkəmə qərarları › İş №2(107)-243/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-243/2025

09.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-243/2025 09.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, əvvəlki tutuduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: İşə bərpa, əmək haqqının ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X6 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinin direktoru Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, əvvəlki tutuduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(063)-1042/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, əvvəlki tutuduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərzəsi ilə məhkəməyə müraciət edərək Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəb ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 iyun 2024-cü il tarixli, 21 nömrəli əmrin ləğv edilməsi, onun Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyinin Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, illərdir ki, müxtəlif məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olaraq ölkənin gələcəyi olan uşaqlara təhsil vermə yolunda əlindən gələni etmişdir. Belə ki, ilkin olaraq 15 sentyabr 2004-cü il tarixdə Ucar rayonu, Bağman kənd orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. Həmin məktəbdə 2017-ci il tarixinədək müəllim kimi çalışmışdır. 13 dekabr 2017-ci il tarixdən etibarən Yuxarı Şilyan kənd tam orta məktəbində ona direktor vəzifəsinin icrası həvalə edilmişdir. 2020-ci il tarixədək həmin vəzifədə çalışdıqdan sonra 30 iyun 2020-ci il tarixindən Bağman kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində çalışmışdır. Bağman kənd tam orta məktəbinin 27 iyun 2024-cü il tarixli, 21 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad edilmişdir. Məlumat üçün bildirir ki, sözügedən əmr ona rəsmi qaydada 28 iyun 2024-cü il tarixdə təqdim edilmişdir. Bununla bağlı xitam əmrini alandan sonra 19 iyul 2024-cü il tarixdə mediasiya proseslərinə başlamış və daha sonra Şəki şəhəri 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. 14 avqust 2024-cü il tarixə ilkin mediasiya sessiyası təyin edilsə də cavabdeh və ya onun nümayəndələri həmin sessiyaya gəlməmişdir. Hesab edir ki, qanunsuz və əsassız olaraq qəbul edildiyi üçün Bağman kənd tam orta məktəbinin 27 iyun 2024-cü il tarixli, 21 nömrəli əmri ləğv edilməli və əvvəlki tutduğu vəzifəyə bərpa edilməyi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh qurum işin faktiki hallarına və onun şəxsi ailə vəziyyətinə məhəl qoymadan bu əmri vermişdir. Himayəsində birinci qrup əlilliyi olan 29 oktyabr 2009-cu il təvəllüdlü oğlu X7 var. Yeganə qazanc mənbəyi pedaqoji fəaliyyət olduğu üçün oğlunun və ailəsinin maddi təminatını məhz bu işlə qarşılayırdı. Hal-hazırda qanunsuz olaraq işdən azad edildiyi üçün birinci qrup əlilliyi olan oğlunun müalicəsi və dərmanlarını maddi olaraq qarşılaya bilmir. Əmək Məcəlləsi birbaşa olaraq qadağan etsə də cavabdeh qurum qanunun tələblərinə məhəl qoymamışdır. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Göründüyü kimi qanun normasının imperativ tələbinə baxmayaraq cavabdehin belə bir əmr verməsi qanunsuzdur və ləğv edilməlidir. Belə ki, öhdəsində birinci qrup əlil olan oğlu X7 olduğu halda qanunverici onunla əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsi əsası ilə xitam verilməsini qadağan edir. Cavabdehə bu barədə dəfələrlə bildirsə də onlar buna məhəl qoymamış və yekunda səhv nəticəyə gələrək onun əmək hüquqlarını pozmuşlar. Cavabdeh sözügedən əmri verən zaman da prosessual pozuntular etmişdir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. Göründüyü kimi qanunverici burada da işdən azad etmə zamanı işəgötürən qarşısında müəyyən şərtlər qoymuşdur. Belə ki, işəgötürən sözügedən maddə ilə işçini işdən azad edən zaman yalnız sertifikasiyanın nəticələrinə deyil, eyni zamanda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərara əsaslanmalıdır. Cari işdə isə cavabdeh yalnız sertifikatlaşdırmanın nəticəsini əsas gətirərək onunla olan əmək müqaviləsini qanunsuz olaraq ləğv etmişdir. 30 aprel 2020-ci il tarixli “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müəllimlərin sertifikatlaşdırılmasını Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən Təhsilverənlərin Sertifikatlaşdırılmasını Şurası həyata keçirir. Bu halda məhz həmin qurumun sertifikasiyanın nəticələri ilə bağlı olan qərarı əmrin əsaslarından biri kimi çıxış etməli idi. Söylədiyi tezisi dəstəkləyən daha bir əsas Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.4-cü maddəsidir. Həmin maddəyə görə iş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. Sözügedən maddə də bir daha təsdiq edir ki, yalnız sertifikatlaşdırılmanın nəticələri ilə işçilərin əmək müqaviləsi ləğv edilə bilməz. Cavabdeh qurum bu maddənin tələblərinə da dırnaqarası yanaşmış və yekunda onun əmək hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Göründüyü kimi işəgötürən qanunvericiliklə müəyyən edilmiş, işçinin hüquqlarını görməzdən gəlmiş və ədalət prinsipini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 aprel 2024-cü il tarixli qərarında qeyd edilir: “Nəzərə alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur”. Göründüyü kimi qanunvericilikdə işçi üçün təminatlar və işəgötürən üçün imperativ normaların nəzərdə tutulmasının əsas məqsədi işçi ilə işəgötürən arasında hüquq bərabərliyini qorumaq və sosial ədaləti bərpa etməkdir. İşəgötürənin belə imperativ normalara riayət etməməsi və işçi üçün nəzərdə tutulan təminatları təmin etməməsi sosial ədalətin pozulması ilə yanaşı işçilərin əmək hüquqlarını da gözardı edir.

3. Cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbin direktoru məhkəməyə iddiaçının iddia ərizəsi üzrə mülahizəsini təqdim etmişdir. Mülahizədə göstərilmişdir ki, İddiaçı özünün də qeyd etdiyi kimi 15 sentyabr 2024-cü il tarixdən məktəbdə müəllim kimi fəaliyyətə başlamışdır. İşlədiyi dövrdə iddiaçı zəif təsir bağışlamış, heç bir uğurlu nəticələri olmamışdır. 13 dekabr 2017-ci il tarixdə Ucar Rayon Təhsil Şöbəsinin 14 dekabr 2017-ci il tarixli, 146 nömrəli əmri ilə İddiaçı Ucar rayon Yuxarı Şilyan kənd tam orta məktəbinə əvvəlki iş yerində tarifləşmə cədvəlində adı saxlanılmaqla direktor vəzifəsinə müvəqqəti təyin olunmuşdur. Həmin vəzifədə çalışdığı dövrdə dəfələrlə direktorların işə qəbulu müsabiqəsində iştirak etsə də keçid balını toplaya bilməmişdir. Bütün bunları nəzərə alaraq və vəzifəsində yol verdiyi ciddi nöqsanlara görə Ucar Rayon Təhsil Sektorunun müvafiq əmri ilə 30 iyun 2020-ci il tarixində əvvəlki iş yerində müəllim vəzifəsinə geri qaytarılmışdır. İşlədiyi dövrdə Bəhruz müəllim normal pedaqoji fəaliyyətlə məşğul olmaq əvəzinə pozuçuluq və təxribatla məşğul olmuş və tədris prosesindən yayınmışdır. Dəfələrlə ona həvalə olunmuş dərslərdən yayınmış və bununla bağlı ondan əmək haqqı tutulmuşdur. Vəzifəsində yol verdiyi nöqsanlara görə məktəb tərəfindən töhmət almışdır. İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində qeyd edir ki, yeganə qazanc mənbəyi pedaqoji fəaliyyətidir. İddiaçı bu məlumatı doğru deyil. Bəhruz müəllimin həyat yoldaşı X8 məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləyir. Kəmalə Qurbanovaya əlil övladına qulluq üçün dövlət tərəfindən müavinət təyin olunmuş və əmək haqqına güzəşt şamil olunmuşdur. İddiaçı onunla bağlanılmış əmək müqavələsinə xitam verilməsinin qanunsuz olması ilə bağlı bütün iddiaları əsassızdır. Təhsilverənlərin peşakarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifıkatlaşdırmada keçid balını toplaya bilmədiyi üçün məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmr verilərkən 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanm nəticələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli Qərarına, Azərbaycan Respublikasının Prezidentinin təsdiq etdiyi 29 mart 2019-cu il tarixli “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29- 69/3-2-13F/2024 nömrəli əmrinə əsaslanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq göstərdi ki, cavabdehin iddiaya münasibəti ilə qismən razılaşmır, belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinə əsasən Yuxarı Şilyan kənd tam orta məktəbin direktoru vəzifəsindən azad edilmiş, heç bir nöqsana da yol verməmişdir. X3 həqiqətən Bağman kənd S.Salmanov adına tam orta məktəbdə riaziyyat müəllimi işləyir. Əlil övladına müavinət təyin olunmuş, arvadına əlil övladına qulluq üçün əlavə müavinət də verilir, əmək haqqına da güzəşt tətbiq edilir. Həmçinin, heç bir təxribatla məşğul olmamış, 10 may 2000-ci ildən də Yeni Azərbaycan Partiyasının üzvüdür.

5. Cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

6. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

7. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Ucar Rayon Məhkəməsinin (hakim H.Xəlilov) 25 oktyabr 2024-cü il tarixli, 2(063)- 1042/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, əvvəlki tutuduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiasının təmin еdilməməsi qət edilmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən ləğv edilmişdir. Əmək müqaviləsinin ləğv edilməsinə səbəb “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə müqnasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməməsi ilə əlaqədar olmuşdur. İddiaçı işdən çıxarılmasını qanunsuz hesab edərək Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbin direktoru Nümayəndə 27 iyun 2024 tarixli, 21 əmri ilə işdən azad edilməsinin qanunsuz və əsassız olduğunu, işçi olaraq hüquqlarının pozulduğunu əsas gətirməklə əmrin ləğv edilməsi, əvvəlki tutuduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

10. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi iddiaçının qanununa uyğun olaraq təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün ləğv olunmuşdur. İddiaçının öhdəsində birinci qrup əlilliyi olan uşağının olması və məktəbin direktoru tərəfindən müqavilənin ləğv olunmasında səlahiyyətinin olmaması barədə göstərdiyi dəlillərlə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar müəyyən edilmişdir. Cavabdehin iddiaya mülahizəsindən və iddiaçının özünün məhkəmə iclasında göstərdiyi izahatından da görünür ki, iddiaçının X3 həmin məktəbdə riyaziyyat müəllimi işləyir, iddiaçının arvadına əlil övladına qulluq üçün müavinət verilir və əmək haqqına da güzəştlər tətbiq edilir. Həmçinin, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, onun məktəb müəllimi kimi işə qəbul edilməsi barədə müvafiq əmr həmin məktəbin direktoru tərəfindən verildiyindən müqavilənin ləğv edilməsi barədə də əmr məhz məktəbin direktoru tərəfindən verilmişdir. Qeyd olunan əmrin verilməsinə əsas kimi 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/3-2-13F/2024 nömrəli əmri olmuşdur.

11. Məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin qanunsuz olması ilə əlaqədar göstərdiyi dəlillər əsassız olduğundan iddia təmin edilməməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsi, 70-ci maddəsinin “C” bəndi, 79-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılma Qaydası”nın 5.4-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 217.3, və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edirlər ki, Ucar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(063)-1042/2024 nömrəli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və ləğv edilməlidir.

15. Göründüyü kimi işəgötürən qanunvericiliklə müəyyən edilmiş, işçinin hüquqlarını görməzdən gəlmiş və ədalət prinsipini pozmuşdur. Məhkəmə hüquq normalarını özü istədiyi şəkildə şərh edərək səhv nəticəyə gəlmiş və yekunda iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, Əmək məcəlləsinin sözügedən norması iddiaçı ilə əmək müqaviləsinin xitamını birbaşa qadağan etsə də məhkəmə bu məsələyə fərqli şəkildə don geyindirməyə çalışmışdır. İlk öncə onu bildirmək istərdi ki, cavabdeh qurum işin faktiki hallarına və onun şəxsi ailə vəziyyətinə məhəl qoymadan bu əmri vermişdir və məhkəmə də bu halları gözardı etmişdir. Bildirmək istərdi ki, himayəsində birinci qrup əlilliyi olan xx.xx.2009-cu il təvəllüdlü oğlu X7 var. Yeganə qazanc mənbəyi pedaqoji fəaliyyət olduğu üçün oğlunun və ailəsinin maddi təminatını məhz bu işlə qarşılayırdı. Bununla yanaşı 2 övladı daha var. Onlardan biri tələbədir, digəri isə 10-cu sinifdə oxuyur. Hal-hazırda qanunsuz olaraq işdən azad edildiyi üçün birinci qrup əlilliyi olan oğlunun müalicəsi və dərmanlarını maddi olaraq qarşılaya bilmir. Əmək Məcəlləsi birbaşa olaraq qadağan etsə də cavabdeh qurum qanunun tələblərinə məhəl qoymamışdır. Göründüyü kimi qanun normasının imperativ tələbinə baxmayaraq cavabdehin belə bir əmr verməsi qanunsuzdur və ləğv edilməlidir. Belə ki, öhdəsində birinci qrup əlil olan oğlu X7 olduğu halda qanunverici onunla əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsi əsası ilə xitam verilməsini qadağan edir. Cavabdehə bu barədə dəfələrlə bildirsə də onlar buna məhəl qoymamış və yekunda səhv nəticəyə gələrək onun əmək hüquqlarını pozmuşlar. Məhkəmə bu məsələyə aşağıdakı şəkildə münasibət bildirmişdir: “İddiaçının X3 həmin məktəbdə riyaziyyat müəllimi işləyir, iddiaçının arvadına əlil övladına qulluq üçün müavinət verilir və əmək haqqına da güzəştlər tətbiq edilir.” Bununla bağlı bildirmək istərdilər ki, qeyd olunan məsələnin iddia tələbi ilə bağlı ümumiyyətlə əlaqəsi yoxdur. İddiaçının həyat yoldaşının harada işləməsi və nə qədər müavinət almasını iddia tələbi ilə əlaqələndirərək belə bir qətnamənin qəbul edilməsi ilə məhkəmə hüququn ümumi prinsiplərini pozmuşdur. Belə ki, sözügedən məsələ ən son X2rında əks olunmuşdur və “elliklə zəmanət” adlandırılırdı. Bir şəxsin hüquqi statusunu müəyyən edən normanın digər şəxsdən asılı hala salmaqla məhkəmə yalnış nəticəyə gəlmişdir. Eyni zamanda Əmək məcəlləsinin 79-cu maddəsi də bi daha deyilənləri təsdiqləyir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı Ucar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının hüquqa zidd olduğunu bir daha təsdiqləməklə iddiaçının pozulan hüquqlarını təsbit edir. “Təhsil haqqında” Azərbaycan RespublikasıQanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilir: “İşəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən isə həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır” Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plennum qərarı da əmək müqaviləsinin xitam olunmasının qadağa edilən işçilərlə bağlı maddənin işəgötürən tərəfindən nəzərə alınmasının vacibliyini bir daha vurğulayır. Məhz bu qərara görə məhdudiyyətlər nəzərə alınmalı və qanunsuz hərəkətlər edilməməli idi. Konstitusiya Məhkəməsi haqqında qanunun 63.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

17. Bununla yanaşı bildirmək istərdilər ki, cavabdeh sözügedən əmri verən zaman da prosessual pozuntular etmişdir və bu məhkəmə tərəfindən gözardı edilmişdir.

18. İşəgötürən işçini işdən azad edən zaman yalnız sertifikasiyanın nəticələrinə deyil, eyni zamanda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərara əsaslanmalıdır. Cari işdə isə cavabdeh yalnız sertifikatlaşdırmanın nəticəsini əsas gətirərək onunla olan əmək müqaviləsini qanunsuz olaraq ləğv etmişdir. xx.xx.2020-ci il tarixli Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında müəllimlərin sertifikatlaşdırılmasını Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası həyata keçirir. Bu halda məhz həmin qurumun sertifikasiyanın nəticələri ilə bağlı olan qərarı əmrin əsaslarından biri kimi çıxış etməli idi. Söylədikləri tezisi dəstəkləyən daha bir əsas Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 67.4-cü maddəsidir. Həmin maddəyə görə, İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. Sözügedən maddə də bir daha təsdiq edir ki, yalnız sertifikatlaşdırılmanın nəticələri ilə işçilərin əmək müqaviləsi ləğv edilə bilməz. Cavabdeh qurum və məhkəmə bu maddənin tələblərinə da dırnaqarası yanaşmış və yekunda iddiaçının əmək hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

19. Məhkəmə qətnamə qəbul edərkən cavabdehin məhkəməyə təqdim etdiyi mülahizəni əsas götürmüşdür. Cavabdeh məhkəmə iclasına gəlməmiş və yalnız mülahizəni göndərməklə işini bitmiş hesab etmişdir. Mülahizədə qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı iddiaçının şərəf, ləyaqinə və işgüzar nüfuzuna xələl vurmuşdur.

20. 20 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olaraq müəllimlik edən iddiaçı barəsində bu formada yalan məlumatların yazılması ilə cavabdeh onun 20 illik fəaliyyətinə kölgə salmaqla yanaşı özü özünüdə inkar etmişdir. Belə ki, əgər iddiaçı məktəbdə pozuçuluq və təxribatla məşğul olmuşdursa o zaman nədən Əmək Məcəlləsinin 70Ç maddəsi ilə deyil də 70C maddəsi ilə əmək müqaviləsinə xitam verilmişdir? Təbii ki bu ritorik sualın cavabı bəllidir və cavabdeh öz qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə yalana baş vurmuşdur. İdddiaçıya verilən töhmətlə bağlı isə iddiaçının ümumiyyətlə xəbəri olmamışdır. Belə bir töhmətin verilib-verilməməsi də müəmmalıdır. Həqiqətən belə bir töhmət verilmişdir yoxsa bu da cavabdehin növbəti təxribatıdır aydınlaşdırılmalıdır. Eyni zamanda iddiaçının müvəqqəti direktor təyin ediləndən sonra vəzifəsində yol verdiyi ciddi nöqsanlara görə əvvəlki iş yerinə müəllim kimi təyin edilməsi ilə bağlı iddialara münasibətdə bildirmək istərdilər ki, burada da cavabdeh özü özünü inkar edir. Çünki müvəqqəti direktor təyin edildiyi cavabdehin mülahizəsində qeyd edilmişdir. Müvəqqəti sözü isə müəyyən zaman kəsiyi ilə məhdudlaşan ifadədir və nə vaxtsa bitməyi təbii qarşılanmalıdır. Əgər cavabdehin iddia etdiyi kimi iddiaçı vəzifəsində ciddi nöqsanlara yol versəydi onun barəsində Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş başqa tədbirlər görülməli idi. Bir məktəbin, bir təhsilverən qurumun məhkəməyə bu formada mülahizə təqdim etməsi, 20 illik müəllimlik fəaliyyəti ilə məşğul olan müəllimin fəaliyyətini belə alçatması etik normalarla ziddiyyət təşkil edir və məhkəmənin də bu mülahizəyə əsaslanaraq belə qərar qəbul etməsi anlaşılmazdır.

21. Məhkəmə icraat zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir. Mübahisənin daha ətraflı araşdırılması üçün sözügedən qurumun deyil, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının cəlb edilməsi daha məqsədəmüvafiq olardı. Çünki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İşəgötürən sözügedən maddə ilə işçini işdən azad edən zaman yalnız sertifikasiyanın nəticələrinə deyil, eyni zamanda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərara əsaslanmalıdır. Cari işdə isə cavabdeh yalnız sertifikatlaşdırmanın nəticəsini əsas gətirərək onunla olan əmək müqaviləsini qanunsuz olaraq ləğv etmişdir.

22. Odur ki, Ucar rayon Məhkəməsinin 2(063)-1042/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunması, Ucar Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(063)-1042/2024 nömrəli qətnaməsinin ləğv olunması və onun cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, əvvəlki tutuduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunması, Ucar Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(063)-1042/2024 nömrəli qətnaməsinin ləğv olunması və İddiaçı cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, əvvəlki tutuduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinin direktoru Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmaması, Ucar Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(063)-1042/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 67-2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 70-ci maddəsinin c) bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 79-cu maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmiş işçilər və hallar sadalanmışdır. Həmin maddənin tələbinə (6-cı yarımbəndinin) görə, “öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin” əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

30. Təhsil Haqqında Azərbaycan Respublikasının Qanununun; 36-2.6-cı maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

31. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024- cü il tarixli Qərarı.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Apellyator Ucar Rayon Məhkəməsinin 2(063)-1042/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə nəzərə almamış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 15 sentyabr 2004-cü il tarixdən Ucar rayon Bağman kənd orta məktəbində müəllim kimi fəaliyyətə başlamış, sonuncu dəfə Ucar rayon Təhsil Şöbəsinin 30 iyun 2020-ci il tarixli əmri ilə Ucar rayon Bağman kənd orta məktəbində ixtisası üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə keçirilmişdir. İddiaçı 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada keçid balını toplaya bilməmişdir. Ucar rayon Bağman kənd orta məktəbinin məktəbin xx.xx.2024-cü il tarixli, 21 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrinə əsasən Ucar rayon Bağman kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə əsasən xx.xx.2024-cü il tarixindən ləğv edilmişdir. Əmrin verilmə əsası kimi isə 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024 tarixli 3-29-69/3-2-13 F/2024 nömrəli əmri göstərilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/-3-2-13F/2024 nömrəli “Təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə” əmrində isə göstərilmişdir ki, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasə ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etmələri tapşırılmışdır.

39. Kollegiyanın iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı himayəsində olan 29 oktyabr 2009-cu il təvəllüdlü oğlu uşaq serebral iflici xəstəliyindən əziyyət çəkməklə ona müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticə və hüquqi əsaslandırma isə əsasssız olmaqla, birinci instansiya məhkəməsinin gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, cavabdeh təşkilat tərəfindən iddiaçının işdən azad edilməsi barədə əmr verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarının tələbləri diqqətə alınmamışdır.

42. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin öhdəsində birinci qrup əlil olan oğlu X7 olduğu halda qanunvericinin onunla əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsi əsası ilə xitam verilməsini qadağan etməsi, qanun normasının imperativ tələbinə baxmayaraq cavabdehin belə bir əmr verməsinin qanunsuz olmasına dair əsas dəlili ilə razılaşaraq qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 29 oktyabr 2009-cu ildə doğulmuş X7 “kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici teraplegik forma” diaqnozu ilə müddətsiz ümumi xəstəlikdən birinci dərəcəli əlildir.

43. Kollegiya qeyd edir ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36- 2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsi və Qaydanın 1.4-cü bəndi ilə Əmək Məcəlləsinin 79-cu maddəsi fərqli ictimai münasibətləri tənzimlədiyindən həmin normalar arasında hər-hansı kolliziya mövcud deyil və həmin normalar Konstitusiyasının 35-ci maddəsi ilə ziddiyyət yaratmırlar.

44. Odur ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən, “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır.

45. İşəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən isə həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır.

46. Göründüyü kimi cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbi İddiaçı ilə aralarında bağlanmış əmək münasibətlərinə xitam verilməsinə dair 27 iyun 2024-cü il tarixli 21 nömrəli əmri verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarının tələblərini diqqətə almamaqla maddi, həmçinin prosessual hüquq normalarının tələblərini pozmuşdur.

47. Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 15 aprel 2024-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, dövlətin sosial mahiyyəti digər amillərlə yanaşı, həm də vətəndaşların əmək sahəsində hüquqlarının həyata keçirilməsinin, o cümlədən sabit məşğulluğun təmin olunmasında ifadə olunur.

48. Nəzərə alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur.

49. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı).

50. Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə icraatı zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi, mübahisənin daha ətraflı araşdırılması üçün sözügedən qurumun deyil, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının cəlb edilməsinin daha məqsədəmüvafiq olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 2.1-ci bəndinə əsasən sertifikatlaşdırma Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra-Nazirlik) tərəfindən həyata keçirilir.

52. Məhkəmə kollegiyası tərəfindən isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə işin müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan qanuni və əsaslı hesab edilə bilməz. Kollegiyаnın qənaətinə görə mülki işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış və qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir.

54. Ona görə də məhkəmə kollegiyаsı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Ucar Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(063)-1042/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəb ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 iyun 2024-cü il tarixli, 21 nömrəli əmri ləğv edilməli, İddiaçı ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyi Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinin üzərinə qoyulmaqla Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilməlidir.

55. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ucar Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(063)-1042/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəb ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 iyun 2024-cü il tarixli, 21 nömrəli əmri ləğv edilsin. İddiaçı ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyi Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbinin üzərinə qoyulmaqla Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar