Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-244/2025 26.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, iddia müddəti) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(016)- 1035/2024 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019cu il tarixli X4 əsasən “Baş satıcı” vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli X4 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” Müqavilə bağlanmışdır. 18 aprel 2022-ci il, 10 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci il tarixdə cavabdehin Oba– Shuvelan 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində iddiaçıya zərər vurulması müəyyən edilmiş, həmin tarixlərdə tərtib edilmiş “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 8984,37 manat müəyyən edilmişdir. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 666 saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı MMC Cavabdeh qarşı – "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 8984,37 manat, mediasiya xərci kimi ödənilmiş 55 manat və dövlət rüsumu kimi ödənilmiş 60 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixli X4 əsasən “Baş satıcı” vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli X4 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2022-ci il tarixli 666 saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehlə bağlanmış “Tam maddi məsuliyyət haqqında” Müqavilnin 1-ci bəndinin tələblərinə görə, cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə görə, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Birinci inventarizasiva yoxlaması: İddiaçı MMC-nin “Planlı inventarizasiyanın aparılması haqqında” xx.xx.2022-ci il tarixli 783 saylı Əmrindən göründüyü kimi “Oba - Şüvəlan 3” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2021-ci il xx.xx.2022-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 6198,54 manat məbləğində maddi ziyan vurulası (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin öz əlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sayımda tam olaraq iştirak etmiş, saydan miqdarlara görə cavabdehlik daşıdığını etiraf etmişdir. İkinci inventarizasiya yoxlaması: İddiaçı MMC-nin “Planlı inventarizasiyanın aparılması haqqında” xx.xx.2022-ci il tarixli, 2143 saylı Əmrindən göründüyü kimi, “Oba - Şüvəlan 3” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 4262,34 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin öz əlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sayımda tam olaraq iştirak etmiş, sayılan miqdarlara görə cavabdehdik daşıdığını etiraf etmiş, əskik gələn mallarla tanış olmuşdur. Üçüncü inventarizasiya yoxlaması: İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2022-ci il tarixli, 2351 saylı Əmrindən göründüyü kimi, “Oba - Şüvəlan 3” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvil alan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 2460,43 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. İnventarizasiya yoxlamalarının nəticələri ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalaması üçün cavabdehə xəbərdarlıq məktubları göndərilsə də, cavabdeh müvafiq sənədləri imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəfindən müvafiq İmtina Aktları tərtib edilmişdir. Cəmiyyətin xx.xx.2023-cü il tarixli Maliyyə Arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 8984,37 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019- cu il tarixli X4 əsasən “Baş satıcı” vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli X4 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2022-ci il tarixli 666 saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. 18 aprel 2022-ci il, 10 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci il tarixdə cavabdehin Oba– Shuvelan 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində iddiaçıya zərər vurması müəyyən edilmiş, 18 aprel 2022-ci il, 10 oktyabr 2022ci il və 03 noyabr 2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 8984,37 manat təşkil edir.
5. İşdə iştirak edən şəxslərin izahatları, işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, 18 aprel 2022-ci il, 10 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci il tarixlərindən iddiaçı hüquqlarının pozulduğunu bilmişdir.
6. Göründüyü kimi, iddiaçı ona maddi ziyanın vurulmasını 18 aprel 2022-ci il, 10 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci il (sonuncu inventarizasiya aktı ilə) tarixlərdə artıq bilirmiş, yəni iddiaçı hüqununun pozulmasını 18 aprel 2022-ci il, 10 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci ildə bildiyi halda, xx.xx.2023-cü il tarixdə Mediasiya təşkilatına müraciət etmiş, mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə X1 iştirak edilməməsi barədə arayış tərtib edilmiş, mövcud iddia ərizəsi ilə məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 18 aprel 2022-ci il inventarizasiya aktı üzrə 18 aprel 2022-ci il tarixdə, 10 oktyabr 2022-ci il inventarizasiya aktı üzrə 10 oktyabr 2022-ci il tarixdə və 03 noyabr 2022-ci il inventarizasiya aktı üzrə 03 noyabr 2022-ci il tarixdə iddia müddətinin axımı başladığından, iddia müddəti müvafiq olaraq 18 aprel 2023-cü il, 10 oktyabr 2023-cü il və 03 noyabr 2023-cü il tarixdə bitmişdir.
7. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir.
8. Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(016)-1035/2024 nömrəli qətnaməsi ilə (hakim Babək Qasımov) İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375 və 377-ci maddələrinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsi İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020- ci il tarixli Əmək Müqaviləsi İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 666 saylı Əmr İddiaçı MMC-nin “Planlı inventarizasiyanın aparılması haqqmda” xx.xx.2022- ci il tarixli 783 saylı Əmri İddiaçı MMC-nin “Planlı inventarizasiyanın aparılması haqqında” xx.xx.2022- ci il tarixli, 2143 saylı Əmr İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqmda” xx.xx.2022-ci il tarixli, 2351 saylı Əmri Cəmiyyətin xx.xx.2023-cü il tarixli Maliyyə Arayışı xx.xx.2023-cü il tarixli X1 iştirak edilməməsi barədə arayış İddia müddətinin tətbiqi barədə ərizə İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq
11. Qətnаmədən nаrаzı qаlаn İddiaçı MMC аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı MMC apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Ağsu Rayon Məhkəməsinin inzibati binasında hazırki iş üzrə keçirilmiş məhkəmənin baxış iclasında tərəflər məhkəməyə izahatlar verərkən, Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbi üzrə 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ödəyə biləcəyini bildirmiş, bununla da borcunu etiraf etmişdir. Həmin iclasda İddiaçı MMCnin nümayəndəsi Rövşən Şirəliyev cavabdehə “Fəxri bəy, siz nə qədər pul ödəyə bilərsiniz?” sualını vermiş, Cavabdeh isə həmin suala “Son olaraq 1500 manat ödəyə bilərəm” cavabını vermişdir. Faktın etirafını bir daha dəqiqləşdirmək üçün iddiaçının nümayəndəsi “Yəni, ümumi tələb olunan məbləğdən 1500 manat?” sualını vermiş, Cavabdeh isə “Bəli” cavabını vermişdir. İşin hallarından göründüyü kimi, Cavabdeh mövcud borcun etiraf etməsini göstərən hərəkətlər etmiş, bunun nəticəsində AR Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən iddia müddətinin axımı kəsilmişdir. Lakin birinci instansiya məhkəməsi bu faktı və halı nəzərə almamış və əsassız olaraq iddia müddətini tətbiq etmişdir.
13. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(016)- 1035/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(016)-1035/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. İddiaçı MMC-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçı MMC məhkəməyə ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 3-cü maddəsinin 9-cu bəndinə görə əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. 10-cu maddəsində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əsas vəzifələri sırasındadadır (“a” bəndi). 43-cü maddəsinə görə işçinin əmək funksiyası əmək müqaviləsində mütləq göstərilməlidir. 44-cü maddəsinə əsasən isə əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə görə ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.5-ci maddəsinə görə bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. İddiaçı Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(016)-1035/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı iddia müddəti tətbiq etməklə rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur; İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Göründüyü kimi mövqe ondan ibarət olmuşdur ki, əgər iddia tələbi əsassızdırsa, iddia tələbi iddia müddəti tətbiq edilməklə deyil, tələbin əsassızlığına görə rədd edilməlidir. Əgər iddia tələbi əsaslıdırsa və iddiaçı iddia müddətini ötürübsə, onda iddia müddətinin tətbiq edilməsi mümkündür.
23. Hazırki iş üzrə iddia tələbinin əsaslı olduğu birinci instansiya məhkəməsinin araşdırmaları ilə öz təsdiqini tapmışdır və kollegiya həmin nəticə ilə razılaşır. Cavabdeh isə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermiş, birinci instansiya məhkəməsi iddia tələbini iddia müddəti tətbiq etməklə rədd etmişdir. İddiaçı apellyasiya şikayətində xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasındakı cavabdehin izahatlarını borcun etirafı kimi qəbul etməklə iddia müddətinin axımının kəsildiyini iddia edir.
24. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, hətta iddia müddətinin axımı iddiaçı təşkilat tərəfindən cavabdehin işdən azad edildiyi xx.xx.2022-ci il tarixdən hesablansa belə, həmin tarixdən mediasiyaya müraciət edildiyi xx.xx.2023-cü il tarixə qədər 7 ay 19 gün müddət keçmişdir. Mediasiya prosesinin davam etdiyi müddət hesablanmadıqda, X1 iştirak edilməməsi barədə arayışın verildiyi xx.xx.2023-cü il tarixdən iddia ərizəsinin verildiyi xx.xx.2024-cü il tarixədək 11 ay 8 gün müddət keçmişdir. Ümumilikdə, 18 ay 27 gün keçmiş olur ki, bu da iddia müddətinin 6 ay 27 gün ötürülməsi anlamına gəlir. İddiaçının iddia etdiyi xx.xx.2024-cü il tarixdə keçirilmiş Ağsu Rayon Məhkəməsinin məhkəmə iclasındakı cavabdehin izahatlarını borcun etirafı olaraq qəbul etsək belə, həmin izahatlar iddia müddətini kəsən hərəkətlər kimi qiymətləndirilə bilməz. Çünki həmin hərəkətlər iddia müddəti ərzində deyil, həmin müddət başa çatdıqdan sonra baş vermişdir. Belə ki, iddia müddəti xx.xx.2024-cü ildə iddia verilərkən artıq ötmüşdü. Həmin izahatların 2024-cu ilin noyabr ayında verilməsi nəzərə alınsa həmin izahatlar bir illik müddətin keçməsindən sonra edilməsi aşkar edilir. Nəzərə almaq lazımdır ki, borcun etirafına dair hərəkətlər iddia müddəti ərzində icra edildikdə Mülki Məcəllənin 380.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq iddia müddətinin axımı kəsilir, müddət keçdikdən sonra edilmiş ödənişlər artıq bitmiş müddəti bərpa edə bilməz.
25. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh İddiaçı MMC-yə maddi ziyan vurması 18 aprel 2022-ci il, 10 oktyabr 2022-ci il və 03 noyabr 2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən təsdiq edilmişdir. Həmin aktlarla müvafiq olaraq 6198.54 manat, 4262.33 manat və 2460.44 manat ziyan vurulduğu müəyyən edilmişdir. Həmin aktlarda və əlaqəli sənədlərdə hər bir akt üzrə yoxlamanın hansı dövrü əhatə etdiyi, hər sonrakı yoxlama üzrə aktın öncəki yoxlamanın nəticələrini ehtiva edib etmədiyi, nəticədə, hər bir sonraki yoxlamada dəymiş zərərin azaldığı, yoxsa hər bir akt üzrə nəticələrin toplanmalı olduğu müəyyən edilmir. Hər bir akt üzrə nəticələr toplandıqda belə ümumi zərər 12921.31 manat edir. Hazırki iddia ərizəsi ilə cavabdehdən 8984,37 manat pul tələb olunur. Cavabdeh tərəfindən iddiaçıya hər hansı ödəniş edildiyi barədə məhkəməyə heç bir sənəd təqdim edilməsə də, iddiaçı MMC tərəfindən tərtib edilmiş 22 may 2023-cü il tarixli Arayışda cavabdehin iddiaçıya həmin tarixə olan ümumi borcunun 8984.37 manat təşkil etdiyi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbi həcmində, apellyasiya məhkəməsi isə apellyasiya şikayəti həcmində işə baxmışdır.
26. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı iddia müddəti tətbiq etməklə rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(016)-1035/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı MMC tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(016)-1035/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.