Məhkəmə qərarları › İş №2(107)-246/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-246/2023

30.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-246/2023 30.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və Quluzadə (Həsənli) Aygün Zöhrab qızının cavabdeh Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızı və üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ əsasında miras əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraatın dayandırılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və Quluzadə (Həsənli) Aygün Zöhrab qızının cavabdeh Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızı və üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ əsasında miras əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə icraatın dayandırılması barədə İsmayıllı Rayon Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 2(037)-1473/2022 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və Quluzadə (Həsənli) Aygün Zöhrab qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev 15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində 1/3 hissədə İddiaçı1, 1/3 hissədə X1 və 1/3 hissədə Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızının qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi və “VAZ 21154” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində (Şəhadətnamə AC 130621, şəhadətnamənin verilmə tarixi xx.xx.2013) 1/2 hissədə İddiaçı1 və 1/2 hissədə X1 qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər Cavabdeh nümayəndəsi/vəkil Nümayəndə məhkəməyə vəsatət verərək iddiaçı X5 Şəki İnzibati Məhkəməsində cavabdeh təşkilat olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxs Cavabdeh qarşı qaldırdığı “cavabdeh təşkilatın üzərinə fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi öhdəliyinin qoyulması tələbinə dair” iddiasına baxılıb nəticə verilənə və həmin qərar qanuni qüvvəsini alana qədər hazırkı iş üzrə icraatın dayandırılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.. İsmayıllı Rayon Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 2(037)-1473/2022 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və Quluzadə (Həsənli) Aygün Zöhrab qızının cavabdeh Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızı və üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ əsasında miras əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə icraat, Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)- 2633/2022 nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılması qərara alınmışdır. İddiaçı1 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(037)-1473/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 2(037)- 1473/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh nümayəndəsi/vəkil Nümayəndə birinci instansiya məhkəməsinin iclasında vəsatətin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçıların bölünməsini tələb etdikləri miras əmlak kimi göstərilmiş İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev 15 ünvanında 0.06 hektar həyətyanı torpaq sahəsində yerləşən,********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixdə tərtib edilmiş Çıxarışa əsasən 3 otaqlı fərdi yaşayış evi mərhum miras qoyan X4 qardaşı X7 məxsusdur və hal-hazırda X2 İnzibati Məhkəməsində cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və üçüncü şəxs Cavabdeh qarşı “cavabdeh təşkilatın üzərinə fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2014- cü il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi öhdəliyinin qoyulması tələbinə dair” iddia qaldırmışdır və hazırda 2-1(116)- 2633/2022 saylı inzibati iş Şəki İnzibati Məhkəməsinin icraatında olmaqla araşdırma mərhələsindədir. Hesab edir ki, eyni mübahisə üzrə,eyni predmet barəsində və eyni tərəflər arasında Şəki İnzibati Məhkəməsində mübahisə olduğuna görə İsmayıllı Rayon Məhkəməsinin icraatında olan işə baxılıb qərar qəbul edilməsi mümkün deyildir. Ona görə də Şəki İnzibati Məhkəməsinin icraatında olan işə baxılıb nəticə verilənə və qəbul olunmuş qərar qanuni qüvvəsini alana kimi İsmayıllı Rayon Məhkəməsinin icraatında olan mülki işin icraatının dayandırılmasını xahiş edir. Şəki İnzibati Məhkəməsində baxılan işlərə dair elektron sistemdən çıxarışdan görünür ki, iddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr-yaşayış sahəsi üzrə-yaşayış sahəsi ilə bağlı digər mübahisələr üzrə” tələbinə dair Şəki İnzibati Məhkəməsinin icraatında 2-1(116)- 2633/2022 saylı inzibati iş vardır. Məhkəmə zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Şəki İnzibati Məhkəməsinin və İsmayıllı rayon Məhkəməsinin icraatlarında olan mülki işlərdə Cavabdeh tərəfdir və hər iki mülki işdə mübahisə predmeti İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev 15 ünvanında 0.06 hektar həyətyanı torpaq sahəsində yerləşən, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən X6 məxsus olan fərdi yaşayış evidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında,mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən iş üzrə icraat bu Məcəllənin 254.1.4cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. İddiaçı1 qərardaddan verdiyi şikayətdə göstərmişdir ki, iddiaçı X9 fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarışın mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Açıq-aşkar görünür ki, iddiaçı Quliyev LətifƏzim oğlunun Şəki İnziabti Məhkəməsində həmin iddianı qaldırmaqda məqsədi hazırki işin baxılmasına mane olmaqdır. Göründüyü kimi birinci mülki işlə ikinci inzibati işin arasında heç bir əlaqə yoxdur, yəni hazırki mülki işin sonrakı hərəkətinə, o cümlədən işin mahiyyəti üzrə baxılaraq həll olunmasına mane olan hallar müəyyən olunmur. Məhkəmə kolelgiyası şikayətin dəlillərinə müasibət bildirərək qeyd edir ki, iddiaçı X9 fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Çıxarışın mübahisələndirmək üçün subyektiv hüquqa malik olubolmaması məsələsi Şəki İnzibati Məhkəməsinin icraatında 2-1(116)-2633/2022 saylı inzibati iş üzrə qəbul ediləcək qərarla müəyyən ediləcəkdir. Məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 2(037)-1473/2022 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 2(037)-1473/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 2(037)-1473/2022 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Elçin Mehdiyev Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar