Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-249/2022 26.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon İcra və Probasiya şöbəsinə qarşı Çıxarışların ləğv edilməsi bаrədə Balakən Rayon Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli 2(019)-967/2021 nömrəli qətnaməsindən İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli 2(019)-967/2021 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) İddiaçı,cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə,mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon İcra və Probasiya şöbəsinə qarşı Çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adına verilmiş 12.07.2021-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarışın və 12.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(019)- 38/2019 saylı qətnaməsinə əsasən iddiaçılar Cavabdeh1 və Cavabdeh2, X8 və X1 ümumi paylı mülkiyyətlərinə verilmiş Balakən rayonu, Meşəşambul kəndində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 2/4 hissə paylarının ekspert rəyinə uyğun naturada ayrılması,iddiaçıların payına verilmiş torpaq sahəsindən cavabdehlər İddiaçı və X13 çıxarılmalarına dair qərar qəbul edilmişdir. ünvan 2əsindən İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış, Balakən Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ünvan 2əsi icra üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra mərhələsində müəyyən olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 paylarının ekspertin rəyinə uyğun olaraq 1-ci və ya 2-ci bölgü variantı əsasında ayrılması dəqiq müəyyən edilməmişdir. Bunun üçün Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X17 ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(019)-38/2019 saylı icra sənədində iddiiaçılar Cavabdeh1 və Cavabdeh2 paylarının ekspertin rəyinə uyğun olaraq 1-ci və ya 2-ci bölgü variantı əsasında ayrılmasının dəqiq təmin edilməsi ilə bağlı izah verilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 8(019)-13/2021 saylı qərardadına əsasən Balakən rayon İcra və Probasiya Şöbəsinin ərizəsi təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-38/2019 saylı 11 aprel 2019-cu il tarixli icra sənədinin ekspertin təqdim etdiyi birinci bölgü variantı üzrə (evin yerləşdiyi hissə borclulara verilməklə) icra edilməsinə dair qərardad qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 8(019)-13/2021 saylı qərardadından İddiaçı Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.Şəki Apellyasiya Məhkəməsinin 04.05.2021-ci il tarixli 8(107)35/2021 saylı qərardadına əsasən Balakən Rayon Məhkəməsinin qərardadı ləğv olunmuş, Balakən rayon İcra və X12 Rayon Məhkəməsinin 2(019)-38/2019 nömrəli 11.04.2019-cu il tarixli icra sənədində iddiaçılar Cavabdeh1 və Cavabdeh2 paylarının 1-ci və ya 2-ci bölgü variantı əsasında ayrılmasının dəqiq təmin edilməsi barədə ərizəsi təmin edilməmişdir. Daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 27 may 2021-ci il tarixdə Balakən rayon İcra və Probasiya Şöbəsinə məktub ünvanlanmış, ünvan 2əsinin icrasının təmin olunması məqsədi ilə aşağıda qeyd olunan məsələlərə münasibət bildirilməsi xahiş olunmuşdur: ekspert rəyinə uyğun olaraq 1-ci və 3-cü bölgü hissəsində iddiaçılar Cavabdeh1 və Cavabdeh2 və ya JN 133 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə digər mülkiyyətçilərə münasibətdə icra edilməlidir? Məhkəmə qətnaməsi icra sənədi üzrə icra olunan zaman torpaq sahələrinin yerdə (naturada) müəyyən edilərkən ekspert rəyinə uyğun olaraq hansı bölgü hissəsində iddiaçılara Cavabdeh1 və Cavabdeh2 münasibətdə icra edilmişdir? Balakən rayon İcra və Probasiya şöbəsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə 04 iyun 2021-ci il tarixdə 191/4 saylı cavab məktubu göndərilmiş, məktubda göstərilmişdir ki, “ekspert rəyinə uyğun olaraq 1-cı və 3-cü bölgü hissəsində iddiaçılar Cavabdeh1 və Cavabdeh2 münasibətdə icra edilməlidir. Qeyd olunan torpaq sahələri yerdə müəyyən edilərkən, ekspert rəyinə uyğun olaraq 1-ci və 3-cü bölgü variantı üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 təhvil verilməklə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 münasibətdə icra edilmişdir”. Lakin, Balakən rayon İcra və X12 Rayon Məhkəməsinin 2(019)-38/2019 nömrəli 11.04.2019-cu il tarixli icra sənədində iddiaçılar Cavabdeh1 və Cavabdeh2 paylarının 1-cı və ya 2-ci bölgü variantı əsasında ayrılmasına izah tam verilməsinə dair ərizəsi təmin olunmadığı təqdirdə DƏDRX-nin məktubuna yuxarıda qeyd olunan formada cavab məktubu ünvanlaması tam əsassızdır. Daha sonra tərəfindən Balakən rayon İcra və Probasiya Şöbəsinin 04 iyun 2021-ci il tarixli 191/4 saylı məktubuna münasibət olaraq DƏDRX-nin 18 saylı ərazi idarəsinə ərizə ilə müraciət edərək Balakən rayon İcra və Probasiya Şöbəsinin 04 iyun 2021-ci il tarixli 191/4 saylı məktubunun nəzərə alınmamasını, Cavabdeh1 və Cavabdeh2 icra şöbəsinin məktubunda yazılaraq qeyd olunan torpaq sahəsinin ekspert rəyinə uyğun olaraq 1-ci və 3-cü bölgü hissəsində icra olunmamasını xahiş etmişdir. Eyni zamanda ərizəsinə Şəki Apeliyasiya Məhkəməsinin 04.05.2021-ci il tarixli 8(107)35/2021 saylı qərardadını əlavə etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən ünvanlanmış müraciətinə 29 iyun 2021-ci il tarixli cavab məktubu göndərilmiş, göstərilmişdir ki, “Müraciətinizdə qaldırılan birinci məsələ ilə bağlı olaraq bildiririk ki, “Daşınmaz Əmlakın Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz Əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklylüyünün) və xitam verilməsininin dövlət qeydiyyatı üçün həmin Qanununun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas sayılır. Müraciətdə qaldırılan 2-ci məsələ ilə bağlı bildirilir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında ” Azərbaycan Respublikası qanunu ilə müəyyən edilmiş qaydada təqdim olunmuş sənədlərdə hüquqların dövlət qeydiyyatının dayandırılması və dövlət qeydiyyatından imtina üçün əsaslar olmadığı təqdirdə hüquq əldə edənlərin adına qeydiyyatın aparılması təmin edilir.“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Odur ki, müraciətinizdə qaldırılan məsələ ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciətinizi məqsədəuyğun hesab edirik”. Qeyd edir ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin 04 iyun 2021-ci il tarixli 191/4 saylı məktubu əsassız olmaqla, yekun məhkəmə qərarına (Şəki Apeliyasiya Məhkəməsinin 04.05.2021-ci il tarixli 8(107)-35/2021 saylı qərardadına) istinad olunmadan verilmişdir.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsinə dair hüquqları DƏDRX-də qeydiyyata alınmış, 12.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Mübahisəli torpaq sahəsinə dair tərəflərin payları müəyyən olunmuş, lakin paylar naturada ayrılmamışdır.Həmin payların naturada ayrılması mümkün deyildir. Cavabdehlərə verilmiş torpaq sahəsində onun tikililəri mövcuddur. 40-50 ədəd fındıq ağacı cavabdehlərin adına qeydiyyata alınmış torpaq sahəsində yerləşir. Öz əmlakından istifadə edə bilmir.Mübahisəli torpaq sahəsinə dair mərhum ana və atasının adına vərəsəlik işi açılmış, daşınmaz əmlakın mərhum valideynlərinə məxsus hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehlərə işlənmiş , torpaq sahəsininin plan və ölçüsü sənədində onun tikililəri qalmaqla mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur.Ona görə də göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və X16 qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan paylarının naturada ayrılması tələbinə dair iddiaları təmin edilərək Cavabdeh1, Cavabdeh2 paylarının X8, X1 ümumi paylı mülkiyyətlərinə verilmiş Balakən rayonu Meşəşambul kəndində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onun və anasının 2 /4 hissədə paylarının ekspert rəyinə uyğun naturada ayrılması , həmin hissədən cavabdehlər İddiaçı və X13 çıxarılmaları və onlardan 132,51 manat torpaq sahəsinin invertarlaşdırılması xərcinin tutulması qət olunmuşdur. ünvan 2əsindən İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış,Balakən Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mübahisəli torpaq sahəsinin 2 /4 hissəsi ona və anası Pitimata, qalan 2 /4 hissəsi babası Abdullaya və nənəsi Məryəmə məxsus olmuşdur. O və anası Pitimat özlərinə məxsus torpaq sahəsini tələb etmişlər. ünvan 2əsi icra üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsi qətnaməni icra etmiş və onların məktubu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRXnin18 saylı Ərazi İdarəsi tərəfindən ona və anası Pitimata 12.07.2021-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli və 12.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəlii hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Həmin çıxarışlar qanuni və əsaslıdır. İddiaçı bu üsulla onların öz torpaqlarından istifadə etmələrinə imkan vermək istəmir. İddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və onun vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX tərəfindən cavabdehlər X2 və Cavabdeh2 adına verilmiş 12.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarışın və 12.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışın ləğv olunması üçün Balakən rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. ünvan 2əsinə əsasən X2 və Cavabdeh2nm, X8 və X1 ümumi paylı mülkiyyətlərinə verilmiş Balakən rayonu, Meşəşambul kəndində yerləşən 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar X2 və Cavabdeh2 2/4 hissə payları ekspert rəyinə uyğun naturada ayrılması, iddiaçıların payına verilmiş torpaq sahəsindən cavabdehlər İddiaçı və X13 çıxarılmasına dair qərar qəbul edilmişdir. Qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. ünvan 2əsinin icrası Balakən rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. X10m və Cavabdeh2 torpaq sahəsində 2/4 hissədə payları ekspert rəyinə uyğun olaraq ayrılması dəqiq müəyyən edilmədiyi üçün Balakən rayon İcra və Probasiya şöbəsi X2 və Cavabdeh2 paylarının ekspertin rəyinə uyğun olaraq 1 -ci və ya 2-ci bölgü variantı əsasında ayrılmasının dəqiq müəyyən edilmədiyi üçün qətnaməyə izah verilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Balakən rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 8(019)-13/2021 saylı qərardadı ilə müraciət qismən təmin edilmiş, Balakən rayon Məhkəməsinin 2(019)-38/2019 saylı 11 aprel 2019-cu il tarixli icra sənədi ekspertin təqdim etdiyi İ bölgü variantı üzrə (evin yerləşdiyi hissə borclulara verilməklə) icra edilməsinə dair qərardad qəbul edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 04.05.2021-ci il tarixli 8(107)35/2021 saylı qərardadına əsasən Balakən rayon Məhkəməsinin qərardadı ləğv olunmuş, Balakən rayon İcra və X12 rayon Məhkəməsinin 2(019)38/2019 nömrəli 11.04.2019-cu il tarixli icra sənədində iddiaçılar X2 və Cavabdeh2 paylarının 1-ci və ya 2-ci bölgü variantı əsasında ayrılmasının dəqiq təmin edilməsi barədə ərizəsi təmin edilməmişdir. Lakin, Balakən rayon İcra və X12 rayon Məhkəməsinin 2(019)38/2019 nömrəli 11.04.2019-cu il tarixli icra sənədində iddiaçılar X2 və Cavabdeh2 paylarının 1-ci və ya 2-ci bölgü variantı əsasında ayrılmasına izah verilməsinə dair ərizəsi təmin olunmadığı təqdirdə DƏDRX-nin 18 sayh ərazi idarəsinə 04 iyun 2021-ci il tarixli 191/4 sayh məktub ünvanlayaraq X9 və Cavabdeh2 qızma ekspert rəyinə uyğun olaraq 1-ci və 3-cü bölgü hissəsində icra olunmasını bildirmişlər. Çıxarışın ləğv olunması tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərin ümumpaylı mülkiyyətdən paylarının ekspert rəyinə uyğun naturada ayrılmasına dair qərar mövcud olmadığı təqdirdə DƏDRX tərəfindən cavabdehlərin adına ümumpaylı mülkiyyətdən paylar Balakən rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş məktub əsasında ayrılaraq qeydiyyata alınmışdır. Ona görə də, Balakən Rayon Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli 2(019)- 967/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 3 noyabr 2021ci il tarixli 2(019)-967/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli 2(019)-967/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-133 nömrəli 40109018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən X11, X3,Cavabdeh2 və X14 Balakən rayonu Meşəşambul kəndi ərazisindən 1.31 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2(019)-38/2019 nömrəli qətnaməsindən və icra sənədindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 iddiası təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2, X8, X1 ümumi paylı mülkiyyətlərinə verilmiş Balakən rayonu Meşəşambul kəndində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 2/4 hissə paylarının ekspert rəyinə uyğun naturada ayrılması, iddiaçıların payına verilmiş torpaq sahəsindən cavabdehlər İddiaçı və X13 çıxarılması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi idarəsinə ünvanlanmış 04 iyun 2021-ci il tarixli 191/4 nömrəli məktubda göstərilmişdir ki, 27.05.2021-ci il tarixli **********45 nömrəli məktubunuza, məlumat üçün bildiririk Balakən rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Balakən Rayon Məhkəməsinin 2(019)-38/2019 nömrəli, 11.04.2019-cu il tarixli icra sənədi üzrə tələb tam icra edilmiş və bu barədə , Balakən rayon İcra və Probasiya şöbəsinin 19.05.2020-ci ii tarixli qərarına əsasən icra işinin icraatına xitam verilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-38/2019 nömrəli, 11.04.2019-cu il tarixli icra sənədinə görə Cavabdeh1 və Cavabdeh2 qzının,X8, X1 ümumi payı mülkiyyətlərinə verilmiş, Balakən rayonu Meşəşambul kəndində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 2/4 hissə payları ekspert rəyinə uyğun naturada ayrılmalı, iddiaçıların payına verilmiş torpaq sahəsindən cavabdehlər İddiaçı və X18 çıxarılmalıdırlar. İcra sənədinin icra edilməsi 19.05.2020-ci il tarixə təyin edilmişdir. Aidiyyatı qurumların nümayəndələri dəvət edilmiş, o cümlədən ƏMDK yannda DƏDRX-nın 18 saylı Ərazi Dairəsinin nümayəndəsi X4 iştirakı ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 2/4 hissə payları ekspert rəyinə uyğun naturada ayrılmalı olacaq hissə göstərilmiş, həmin hissə iddiaçılara təhvil verilmişdir. Cavabdehlər İddiaçı və X18 həmin hissədən çıxarılmışlar. Məktubunuzda göstərilən məsələlərə münasibət bildirməklə qeyd edirəm ki, -Ekspert rəyinə uyğun olaraq 1 -ci və 3-cü bölgü hissəsində iddiaçılar Cavabdeh1 və Cavabdeh2 münasibətdə icra edilməlidir. -Qeyd olunan torpaq sahələri yerdə müəyyən edilərkən, ekspert rəyinə uyğun olaraq 1 -ci və 3-cü bölgü variantı üzrə iddiaçılar Cavabdeh1 və OsmanovaPitimat Məhəmməd qızına təhvil verilməklə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 münasibətdə icra edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən 12.07.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.2416 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi 12.07.2021-ci ildə ½ hissə mülkiyyət hüququ ilə Cavabdeh1 adına və ½ hissə mülkiyyət hüququ ilə Cavabdeh2 Mahama qızının adına daşınmaz əmlakın dövlət reyestrində 104 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən 12.07.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.24695 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi 12.07.2021-ci ildə ½ hissə mülkiyyət hüququ ilə Cavabdeh1 adına və ½ hissə mülkiyyət hüququ ilə Cavabdeh2 Mahama qızının adına daşınmaz əmlakın dövlət reyestrində 104 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 8(019)-49/2021 nömrəli qərardadından görünür ki, borclu İddiaçı Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən DƏDRX-nə göndərilmiş 04 iyun 2021-ci il tarixli 191/4 saylı məktubun, Balakən Rayon Məhkəməsinin 2(019)-38/2019 saylı 11.04.2019-cu il tarixli icra vərəqəsinin məcburi icrasının 16 iyul 2021-ci il tarixinə saat 15:30-a təyin edilməsinə dair icra hərəkətlərinin qanunsuz hesab olunması və 17.07.2021-ci il tarixli icraata xitam verilməsinə dair qərarın ləğv olunmasına dair şikayəti təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17 iyul 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 01.02.2007-ci il tarixdə vəfat etmiş-X1 vərəsəsi: Balakən rayonu Meşəşambul kəndi ünvanında qeydiyyatda olan oğlu İddiaçıdur (AZE********, 09.06.2014 - Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1963) və o miras əmlakdan tam hissədə irs almalıdır.Şəhadətnamə verilən miras əmlak –Balakən rayon DTXK tərəfindən 25.02.1999 tarixdə X5 verilmiş seriya nömrəsi JN:133, KOD: 40109018 olan Dövlət Aktına əsasən Balakən rayonu Meşəşambul kəndi ünvanında yerləşən ümumi sahəsi 1.31 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17 iyul 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15.09.2005-ci il tarixdə vəfat etmiş-X6 vərəsəsi: ünvan 5 ünvanında qeydiyyatda olan oğlu İddiaçıdur (AZE********, 09.06.2014-Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1963) və o miras əmlakdan tam hissədə irs almalıdır.Şəhadətnamə verilən miras əmlak-Balakən rayon DTXK tərəfindən 25.02.1999cu il tarixdə X11 verilmiş seriya nömrəsi JN: 133, KOD: 40109018 olan Dövlət Aktına əsasən Balakən rayonu Meşəşambul kəndi ünvanında yerləşən ümumi sahəsi 1.31 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə və “Daşınmaz Əmlakın Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Daşınmaz Əmlakın Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5.2006-cı il iyulun 6-dəkmüvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlərkollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlakobyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edənmüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyitikinti obyektləriüçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonratikinti barədə məlumatlandırılan orqana (quruma)sifarişli poçt göndərişi ilə və ya bilavasitəməlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarı ilə X8, X1, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə Balakən rayonu Meşəşambul kəndi ərazisindən 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə müvafiq olaraq JN 133 KOD 40109018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilmişdir. Balakən Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli 2(019)- 761/2018 saylı qətnaməsi ilə Balakən rayonunun Meşəşambul kəndində yerləşən X8,X1, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 hər birinə ¼ hissə-0,3275 hektar payları müəyyən edilmişdir. Balakən Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(019)-38/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 iddiasının təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 X8, X1 ümumi paylı mülkiyyətlərinə verilmiş Balakən rayonu Meşəşambul kəndində yerləşən 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 2/4 hissə paylarının ekspert rəyinə uyğun naturada ayrılması, iddiaçılarıın payına verilmiş torpaq sahəsindən cavabdehlər İddiaçı və X13 çıxarılması qət edilmişdir. İş üzrə cavabdeh İddiaçı verdiyi apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.Balakən Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2(019)-38/2019 nömrəli icra sənədi icra olunması üçün Balakən rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəmənin icra sənədi icra olunmuş və icra ilə bağlı Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən DƏDRX-nə 04 iyun 2021-ci il tarixli 191/4 saylı məktub göndərilmişdir. Həmin məktub əsasında Cavabdeh1 və Cavabdeh2 adına 12.07.2021-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli və 12.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İddiaçı həmin sənədlərin əsassız və qanunsuz olduğunu iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin18 saylı ərazi idarəsi tərəfindən Cavabdeh1 adına 12.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli və 12.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar qüvvədə olan Balakən Rayon Məhkəməsinin 2(019)- 38/2019 nömrəli, 11.04.2019-cu il tarixli qətnaməsinə və Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən DƏDRX-nə göndərilmiş 04 iyun 2021-ci il tarixli 191/4 saylı məktubuna əsasən verilmişdir. İddiaçı Osmanov X7 rayon İcra və Probasiya Şöbəsi tərəfindən DƏDRX-nə göndərilmiş 04 iyun 2021-ci il tarixli 191/4 saylı məktubun, Balakən Rayon Məhkəməsinin 2(019)-38/2019 saylı 11.04.2019-cu il tarixli icra vərəqəsinin məcburi icrasının 16 iyul 2021-ci il tarixinə saat 15:30-a təyin edilməsinə dair icra hərəkətlərinin qanunsuz hesab olunması və 17.07.2021-ci il tarixli icraata xitam verilməsinə dair qərarının ləğv olunması barədə şikayət vermiş,Balakən Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 8(019)-49/2021 nömrəli qərardadı ilə onun şikayəti təmin edilməmiş, adıçəkilən sənədlər və icra hərəkətləri qanuni hesab edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı,cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə,mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon İcra və Probasiya şöbəsinə qarşı Çıxarışların ləğv edilməsi tələbinə dair iddası təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-nin 119.1ci maddəsinə uyğun olaraq 10 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli 2(019)-967/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli 2(019)-967/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-249/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-249/2022
26.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver