Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-249/2023 02.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı 15 avqust 2013-ci il tarixli “230” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: 15 avqust 2013-ci il tarixli “230” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X4, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və onların vəkili Vəkil iştirakı ilə, İddiaçı Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı 15 avqust 2013-ci il tarixli “230” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1746/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Azərbaycan Respublikasının Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı 15 avqust 2013-ci il tarixli “230” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 15 avqust 2013-ci il tarixli “230” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzviləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 504 mənzilli yaşayış kompleksində bina 5-də yerləşən 50 nömrəli 3 otaqlı mənzillə təmin edilmişdir. Daha sonra Mingəçevir şəhər 1 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir (bu barədə Azərişıq və Azərsudan abonentin sərfiya göstəriciləri və akt əlavə olunur). Sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvlərinə 50 nömrəli mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsədə nəticəsi olmamışdır. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı 15 avqust 2013-ci il tarixli “230” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılmaları haqqında qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 2(051)-1746/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə, iddianın təmin edilməsi, iddiaçı Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı 15 avqust 2013-ci il tarixli “230” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılması və mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdehlər məcburi köçkündürlər. Mingəçevir şəhəri 504 ailəlik qəsəbədə yerləşən 5 №-li bina 3 otaqlı 50 №-li mənzili kirayə müqaviləsinə əsasən cavabdehlərin istifadəsinə verilmişdir. İddiaçı cavabdehlərin istifadələrinə verilmiş mənzildə üzrsüz səbəbdən yaşamamalarını sübut kimi evə baxış keçirilən zaman bir dəfə evdə olmamaları, cavabdehlərin ünvanına göndərilmiş xəbərdarlıq məktublarına cavab verməmələri, həmin mənzildə yaşamamaları barədə tərtib edilmiş müxtəlif tarixli aktlarla əsaslandırmışdır. Həmçinin iddia tələbi üzrə mülki işə baxılması ilə əlaqədar qeyd edilən ünvana göndərilmiş məhkəmə bildirişi cavabdehlər tərəfindən alınmamış və məhkəmə iclasında iştirakları mümkün olmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh və onun ailə üzvləri, qeyd edilən xüsusi təyinatlı mənzildə artıq uzun müddətdir ki, yaşamırlar. Bu hal müqavilə bağlanılmış şəxs Cavabdeh1 və ailə üzvlərinin həmin mənzildə uzun müddət, yaşamamaları, həmçinin, aktlarla və iş materialların əlavə edilmiş sənədlərlə təsdiq olunur. Sözü gedən mənzilə baxış zamanı həqiqətəndə mənzildə heç kəsin yaşamaması müəyyən edilmişdir. Belə olan halda qeyd olunan şəxslərin müqavilənin tərkib hissəsinə əməl etmədiklərindən və mövcud qanunverilcilyə əsasən həmin mənzildən istifadə hüquqları yaranmamışdır. Məhkəmə yekun olaraq qeyd edir ki, həm qanunvericiliyin tələbinə əsasən kirayəçilər müəyyən olunmuş müddətdən yəni 6 aydan artıq müddətdə mənzildə yaşamaması halı müqavilənin ləğv edilməsinə əsas verir. Həmçinin məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 102.2-ci maddəsində göstərilən halların heç biri mövcud deyildir. Məhkəmə iş üzrə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunan sübutlara qiymət verərək hesab etmişdir ki, iddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin İ bəndi, Mənzil Məcəlləsinin 5.1, 5.3, 9.1, 91.1.5, 91.3, 98.1, 99.1, 99.6, 100.3 və 102.1-ci maddələri, Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası”nın 3, 3.3 və 3.7-ci maddələri, 15 avqust 2013-ci il tarixli, 230 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.1, 5.3, 5.4, 5.7 və 5.7.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1. 9.3, 14.2, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdrılması məqsədilə Mingəçevir şəhərində 504 mənzilli yaşayış kompleksi tikilərək köçkünlərə verilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il tarixli 65 saylı qərarı ilə “Məcburi Köçkünlərin müvəqqəti yerləşdrilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Həmin yaşayış sahələrinin verilməsi Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin qeyd edilən qərarı ilə təsdiq edilmiş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, yəni ağır vəziyyətdə məskunlaşmış köçkünlərə belə yaşayış sahələrinin verilməsini həyata keçirmişdir. Qeyd edilən yaşayış sahəsi onlara verilənədək Mingəçevir şəhərində yerləşən 6 saylı məktəb binasında ağır vəziyyətdə yaşayırdıq. Ağır vəziyyətdə yaşadığımız nəzərə alınaraq Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 15 avqust 2013-cü il tarixli 230 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən onlara Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 504 mənzilli yaşayış kompleksində bina 5 də yerləşən 50 nömrəli 3 otaqlı mənzil verilmişdir. Böyük oğlu Cavabdeh4 artıq ailə qurub və bir övladı da dünyaya gəlib və ailəsi ilə birlikdə oda qeyd edilən mənzildə onlarla birlikdə yaşayır. Ümumiyyətlə bütün ailənin yeganə yaşayış yeri qeyd edilən yaşayış sahəsidir. Məhkəmə tərəfindən araşdırılsa məlum olar ki, bütün ailənin yeganə yaşayış yeri qeyd edilən mənzildir və onların yaşamaq üçün başqa yerləri yoxdur. Qərar icra olunacağı halda bütün ailə küçədə qalmalı olacaq. Onların kirayədə yaşamağa belə gücləri yoxdur. Qətnamədə qeyd edilir ki, Mingəçevir şəhəri 1 saylı Mənzil Komunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvlərinin həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. qeyd edir ki, bu tamamilə əsassız bir fikirdir. Belə ki, onların evinə həqiqətən baxış keçirilsə, aydın olardı ki, mənzildə həqiqətən də yaşayış var. Sadəcə olaraq məhkəmə xx.xx.2022-ci il tarixdə keçrilərkən məhkəmənin yeri və vaxtı barədə bildiriş onlara vaxtında verilməmiş və poçtalyon tərəfindən həmin gün çatdırılmışdır. Bu səbəbdən məhkəmə iclasının yeri və vaxtı barədə vaxtında məlumatımız olmamışdır. Bu barədə Azərpoçtdan onlara təqdim edilmiş zərfin surətini də şikayətə əlavə etmiş və zərfin surətinə baxarkən görünür ki, onlara məhkəmənin keçirildiyi gün, yəni günün ikinci yarısı çatdırılmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixlərdən əvvəl keçrilən digər iki məhkəmə iclasında onlar iştirak etmişlər. xx.xx.2022-ci il tarixdə gəlini X1 şəhər xəstəxanasında uşaq dünyaya gətirdiyi üçün onlar evdə olmamışlar. Belə bir vaxtda birinci instansiya məhkəməsinin hakimi evə baxış keçirmək üçün gəlmiş və evdə kimsə olmadığından qapını açan olmamış və hakimdə belə nəticəyə gəlmişdir ki, evdə yaşayış yoxdur. Ancaq qeyd etdiyi kimi həmin gün gəlini xəstəxanada olduğundan evdə heç kəs olmamışdır. Bununla bağlı uşağın doğum haqqında arayışını da şikayətə əlavə etmişdir. O arvadı ilə birlikdə fermada başqasının malqarasına baxaraq aylıq əmək haqqı alırıq və evə gecə saatlarında gəlirik. Oğlu Cavabdeh4 hazırda müddətli həqiqi hərbi xidmətdədir. Yəni bildirmək istəyir ki, evdə yaşayış var. Gündüzlər isə hamı işdə olduğundan evdə heç kim olmur. Aktın tərtib olunma tarixinə baxsaq yəqin ki, aydın olar ki, akt onlar evdə olmadığı saatlarda tərtib edilmiş və ətraflı araşdırma aparılmamışdır. Hesab edirlər ki, məhkəmə onların başqa yaşayış sahəsinin olmasını və adlarına hər hansı mənzil olub olmamsı ilə bağlı məsələni araşdırmalı idi. Bu qərarı çıxararkən yeddi nəfərdən ibarət böyük bir ailənin evi olmadığı halda harada yaşaya biləcəyi məsələsini də nəzərdən keçirmək lazım idi. Qeyd edilən mənzil onlara verilərkən müvafiq dövlət qurumu tərəfindən ailənin yaşayış vəziyyəti yoxlanılmış və ağır vəziyyətdə yaşadığıları üçün onlara məcburi köçkün kimi ev verilmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1746/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və onların vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1746/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1746/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh3 heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin İ bəndinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Mənzil Məcəlləsinin 8.0.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 98.1-ci maddəsinin tələbinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 5.1 və 5.3-cü maddələrində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 157-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan əmlakını geri tələb edə bilər. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası”: 3-cü hissəsinin məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydalarının 3.3-cü maddəsinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin qaydaların 3.7-ci maddəsinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. 15 avqust 2013-ci il tarixli, 230 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən kirayəçinin vəzifələri: Kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək; yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə 10 iş günündən gec olmayaraq, kirayəyə verəni məlumatlandırmaq; Kirayəyə verən və Kirayəçi bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar; kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri bu Müqavilədən irəli gələn öhdəliklər üzrə Kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Müqavilənin 5.1-ci maddəsinə tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edil bilər. Müqavilənin 5.3-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. Müqavilənin 5.4–cü maddəsinə əsasən bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Müqavilənin 5.7-ci maddəsinə əsasən kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: Müqavilənin 5.7.1-ci Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1746/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1746/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdehlər məcburi köçkündürlər. Mingəçevir şəhəri 504 ailəlik qəsəbədə yerləşən 5 №-li bina 3 otaqlı 50 №-li mənzili kirayə müqaviləsinə əsasən cavabdehlərin istifadəsinə verilmişdir. İddiaçı təşkilat tərəfindən mübahisəli mənzilə dəfələrlə baxış keçirilmiş, lakin cavabdehlərin mübahisəli mənzildə yaşamamaları müəyyən edilmişdir. İddiaçı təşkilat tərəfindən dəfələrlə bu barədə akt tərtib edilmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə məlumatı olmamışdır. Kollegiya şikayətin həmin dəlilini əsassız sayır. Belə ki, birinci instansiya məhkəməsi 10 noyabr 2022-ci il tarixdə cavabdehlərə məhkəmə bildirişi göndərilmiş və 12 noyabr 2022-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin reyestrinə Mingəçevir MXŞ tərəfindən möhür vurulmuşdur. Göndərilən məktublar isə geri qayıtmamışdır. Kollegiyanın qənaətinə görə əgər göndərilən məktublar qayıtmayıbsa deməli cavabdehlər göndərilən məktubları almışlar. Ona görə də şikayət bu hissədə əsassızdır. Apellyatorun ikinci dəlili ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə gəlin X1 şəhər xəstəxanasında uşaq dünyaya gətirdiyi üçün onlar evdə olmamışlar. Belə bir vaxtda birinci instansiya məhkəməsinin hakimi evə baxış keçirmək üçün gəlmiş və evdə kimsə olmadığından qapını açan olmamış və hakimdə belə nəticəyə gəlmişdir ki, evdə yaşayış yoxdur. Ancaq qeyd etdiyi kimi həmin gün gəlini xəstəxanada olduğundan evdə heç kəs olmamışdır. Qətnamədə qeyd edilir ki, Mingəçevir şəhəri 1 saylı Mənzil Komunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvlərinin həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Qeyd edir ki, bu tamamilə əsassız bir fikirdir. Kollegiya şikayətin həmin dəlillərini əsassız sayır. Belə ki, iş materiallarında olan protokoldan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən yerli baxış keçirilmişdir. Yerli baxış zamanı cavabdehlərin evdə olmaması məhkəmənin yerli baxış keçirməsindən imtina etməsi üçün əsas deyildir. Əslində məhkəmənin niyyəti də baxış zamanı cavabdehlərin həmin mənzildə yaşayıb yaşamamalarını müəyyən etmək olmuşdur. Ancaq yerli baxış zamanı cavabdehlərin həmin mənzildə yaşamadığı müəyyən olmuşdur. Bundan başqa 05 yanvar 2022-ci il tarixli, 28 fevral 2022-ci il tarixli, 04 aprel 2022-ci il tarixli və 13 iyun 2022-ci il tarixli aktlarda göstərilir ki, 504 mənzilli qəsəbədə yerləşən 5 №-li bina, 50 №-li mənzilə baxış keçirilərkən məlum olmuşdur ki, həmin mənzildə, uzun müddətdir ki yaşayış yoxdur. Eyni zamanda işə əlavə olunmuş 28 fevral 2022-ci il tarixli, 04 aprel 2022-ci il tarixli, 05 may 2022ci il tarixli və 13 iyun 2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1 mənzildə öz yaşayışını təmin etməyəcəyi təqdirdə kirayə müqaviləsinin ləğv olunacağı və sözügedən mənzilin onlardan alınacağı ilə bağlı məlumat verilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1746/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1746/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-249/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-249/2023
02.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver