Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-25/2022 08.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X9, İddiaçı1, X6 və İddiaçı2 Cavabdeh qarşı (açar sözlər: zəbt olunmuş torpaq sahəsindən çıxarılma və əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçılar X9, İddiaçı1, X6 və İddiaçı2 Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınması tələbinə dair” mülki iş üz üzrə Yevlax Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli, 2(039)-1888/2016 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. Yevlax rayon Aqrar İslahat Komissiyasının 25 aprel 1998-ci il tarixli 30 saylı qərarına əsasən, torpağın mükiyyətçiləri X9, İddiaçı1, X7 və İddiaçı2 mülkiyyətinə 0,12 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə JN-314A Kod 90110018 saylı torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə işlənmişdir.
2. İddiaçılar həmin fərdi yaşayış üçün verilmiş torpaq sahəsində ev tikdirmişlər və orada yaşayırlar.
3. Yevlax rayon Aqrar İslahat Komissiyasının 25 aprel 1998-ci il tarixli 30 saylı qərarına əsasən Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə 0,16 ha həyətyanı sahəsi verilmiş, həmin torpaq sahəsinə JN-315A saylı Kod 90110018 saylı torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə işlənmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli RX seriyalı, ******* saylı Çıxarışa əsasən, 0,1556 ha torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətindədir.
5. İddiaçılar X9, İddiaçı1, X10 və İddiaçı2 Faiq oğlu Cavabdeh qarşı Yevlax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən bir zəbt olunmuş torpaq ahəsindən çıxarılması və əmlaklarının cavabdehin qanunsuz sahibliyindən geri alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddia ərizəsi belə əsaslandırlmışdır ki, onlara məxsus olan 0,12 ha torpaq sahəsinin 0,3 ha hissəsi hazırkı Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehə dəfələrlə müraciət və xahiş etsələr də zəbt edilən mülkiyyətlərini, torpaq sahəsini onlara qaytarmır. Ona görə də onlar məcbur olaraq qanuni hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddialarında qəti və israrlıdır, tələblərinin ədalətli baxılmasına inanırlar. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməsini xahiş etmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçılar X9, İddiaçı1, X1 nümayəndəsi, eyni zamanda İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, o, iddiaçılar X2, İddiaçı1, X3 və İddiaçı2 Faiq oğlunun mülkiyyətində olan 0,12 ha torpaq sahəsini zəbt etməmişdir.
9. Yevlax Rayon Məhkəməsinin (hakim Qələmdar Abbasov) 29 noyabr 2016-cı il tarixli, 2(039)-1888/2016 nömrəli qətnaməsi ilə iddiа təmin edilmiş, Cavabdeh iddiaçılar X9, İddiaçı1, X6 və İddiaçı2 JN-314A (KОD ********) sаylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 0,12 ha torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0,03 ha hissəsindən çıxаrılması, iş üzrə ödənilmiş 10 manat 20 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh aid edilməsi və həmin məbləğin ondan alınaraq İddiaçı2 ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 60 manat məbləğində pulun da Cavabdeh aid edilməsi və həmin məbləğin cavabdehdən alınaraq Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin bank hesabına (“Kapital Bank”ın 1 saylı Xətai filialında olan - KOD 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ 37 NABZ ********************1944, SWİFT AİİBAZ 2X, VÖEN: **********, hesab nömrə: AZ 23 AİİB ********************) ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 213.6-cı maddələrinə istinad edərək hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
11. Yevlax Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli, 2(039)-1888/2016 saylı qətnaməsindən nаrаzı qalan Cavabdeh tərəfindən apellyаsiyа şikаyəti verilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli, 2(107)-16/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Yevlax Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli, 2(039)-1888/2016 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh aid edilməsi, həmin məbləğin cavabdehdən alınaraq KOD: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE******************** hesabına ödənilməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
c) Kassasiya instansiya məhkəməsində icraat
14. Şəki Apellyasiya Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(107)-16/2019 saylı qətnaməsindən Cavabdeh və onun vəkili X4 tərəfindən kassasiya şikayəti verilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(102)-2769/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli, 2(107)- 16/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır. Belə ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, sübutları dügün qiymətləndirməmiş, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Odur ki, Yevlax Rayon Məhkəməsinin 29 noyabr 2016cı il tarixli, 2(039)-1888/2016 saylı qətnaməsini ləğv edərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
18. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
IV. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 13. Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Maddə 29. Mülkiyyət hüququ 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 152.1. Mülkiyyət hüququsubyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:
Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0.1. İşə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
V. Apellyasiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli, 2(039)-1888/2016 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
26. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
27. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 17- 106 №-li, 13 oktyabr 2016-cı il tarixli mütəxəssis rəyinin təstiq olunmuş surətindən görünür ki, X5 verilmiş JN-314A saylı şəhadətnaməyə əsasən verilmiş, 0,12 ha həyətyanı torpaq sahəsindən çatışmayan 2 metr hissənin Cavabdeh JN-315A saylı şəhadətnamə ilə verilmiş, 0,15 ha həyətyanı sahənin sərhədləri daxilində olduğu müəyyən olunmuşdur.
28. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, Yevlax rayon Aqrar İslahat kommisiyasınm 25 aprel 1998-ci il tarixli, 30 saylı qərarı ilə Yevlax rayonu Tanrıqulular vəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi iddiaçılar X15 əğlunun, İddiaçı1, X1 və İddiaçı2 birgə mülkiyyətinə verilmişdir. Həmin həyətyanı torpaq sahəsində iddiaçılar X9, İddiaçı1, X6 və İddiaçı2 tərəfindən ev tikdirilmiş və orada yaşayırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Həyətyanı torpaq sahəsinin 0,03 ha hissəsi Cavabdeh tərəfindən zəbt edildiyinə və torpaq sahəsindən istifadə edə bilmədiklərinə görə iddiaçılar X9, İddiaçı1, X6 və İddiaçı2 hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar.
29. Əvvəlki apellyasiya icraatı zamanı iş üzrə 24 iyul 2017-ci il tarixli, 2(107)- 1333/2017 saylı qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
30. 23 noyabr 2017-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2017-ci il tarixli, 23428 nömrəli ekspert rəyi daxil olmuşdur.
31. Həmin ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzinin 17 saylı Layihə-Tədqiqat idarəsinin mühəndisi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmış Yevlax rayonu Tanrıqulular kəndində yerləşən JN-314 A Kod 90110018 saylı Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə ilə iddiaçı X8 verilmiş 0,12 ha torpaq sahəsinin Cavabdeh JN-315A saylı şəhadətnamə ilə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.
32. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2017-ci il tarixli, 2(107)-1333/2017 saylı qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
33. Şəki Apellyasiya Məhkəməsinə 23 iyul 2018-ci il tarixdə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elmar Səidov 12 yanvar 2018-ci il tarixli məlumatı və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2017-ci il tarixli, 2(107)-1333/2017 saylı qərаrdаdı icra edilmədən geri qaytarılmış mülki işin materialları daxil olmuşdur.
34. Şəki Apellyasiya Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(107)-16/2019 saylı qərardadı ilə 12 dekabr 2017-ci il tarixli, 2(107)-1333/2017 saylı qərardad icra olunması üçün yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.
35. 02 fevral 2019-cu il tarixdə Şəki Apellyasiya Məhkəməsinə Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2019-cu il tarixli, 23398 nömrəli ekspertiza rəyi daxil olmuşdur.
36. 04 noyabr 2019-cu il tarixli, 23398 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Mingəçevir LTİ-nin mühəndisi Silyan Ababsovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, JN-314 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçılara məxsus torpaq sahəsinin şimal-qərb hissəsindəki 17 kv.m torpaq sahəsindən cavabdeh, JN-315 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə cavabdehə məxsus torpaq sahəsinin cənub-şərq hissəsindəki 50 kv.m torpaq sahəsindən iddiaçılar istifadə edirlər.
37. Qeyd olunduğu kimi Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2019-cu il tarixli, 2(107)-16/2019 saylı qətnaməsindən Cavabdeh və onun vəkili X4 tərəfindən kassasiya şikayəti verilmişdir.
38. İddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə apellyasiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Ali Məhkəmənin Mülki kollegiyası 22 sentyabr 2020-ci il tarixli, 2(102)- 2769/2020 saylı qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh iddiaçılar X9, İddiaçı1, X6 və İddiaçı2 JN-314A KOD 90110018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 0,12 ha torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0,03 ha hissəsindən çıxarılması qət olunmuşdur. Lakin iş materialları və ekspert rəyi ilə cavabdehin zəbt etdiyi torpaq sahəsinin məhz “0,03 ha” olmasının dəqiq müəyyən olunması təsdiq olunmur. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi MPM-in 102.1-ci maddəsinin tələbləri baxımından əlavə ekspertiza təyin edilməsinin zəruriliyini müzakirə etməmiş və qeyri-müəyyən nəticəyə gəlmişdir.
39. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
40. Ali Məhkəmənin Mülki Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2(102)- 2769/2020 saylı qərarının göstərişinə uyğun olaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
41. Qərardadın icrası ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinə 21 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2022-ci il tarixli, 10/2705 nömrəli ekspert rəyi daxil olunmuşdur.
42. Rəydən görünür ki, - "xxxx" MMC Mingəçevir LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, JN-314A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə iddiaçı X2 mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi ilə faktiki naturada istifadə etdiyi 0.14 ha torpaq sahəsinin, həmçinin cayabdeh Cavabdeh faktiki naturada istifadə etdiyi 0.18 ha həyətyanı torpaq sahəsinin coğrafi yerləşməsi, həndəsi ölçüləri və konfiqurasiyası arasında uyğunsuzluq mövcud olduğundan iddiaçıların JN-314A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə iddiaçı X2 mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək mümkün olmadı.Qeyd olunur ki, ekspert rəyləri arasında ziddiyyətlərin yaranmasına səbəb, müvafiq qərardadlar üzrə verilmiş mütəxəssis rəylərinin arasında fərqlərin olmasıdır.
43. İddianı təmin edən birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh iddiaçı X5 və ailə üzvülərinə JN-314A KOD 90110018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 0,12 ha torpaq sahəsinin 0,03 ha hissəsindən istifadə edir. Ona görə də işə baxan birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçılar X5, İddiaçı1 qızİa, X11ma və İddiaçı2 JN-314A KOD 90110018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 0,12 ha torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0,03 ha hissəsindən çıxarılmalıdır.
44. Məhkəmə kollegiyası aşağıda göstərilənlər səbəbli birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
45. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş mütəxəssis rəyində cavabdehin iddiaçılara məxsus 0,03 ha torpaq sahəsini zəbt etdiyi müəyyən edilməmişdir.
46. Bundan əlavə istər işin əvvəlki apellyasiya baxışı, istərsə də indiki apellyasiya baxışı zamanı da alınmış məhkəmə texniki-tikinti ekspert rəyləri ilə də cavabdehin iddiaçlara məxsus torpaq sahəsini zəbt etdiyi öz təsdiqini tapmamışdır.
47. Məhkəmə kollegiyası 01 iyul 2022-ci il tarixli, 10/2705 nömrəli ekspert rəyini mötəbər sübut növü kimi qəbul edir. Həmin ekspert rəyi ilə cavabdehin iddiaçılara məxsus torpaq sahəsini zəbt etmədiyi müəyyən edilir.
48. Sözü gedən ekspert rəyi iş üzrə alınmış 16 noyabr 2017-ci il tarixli, 23428 nömrəli ekspert rəyi ilə tam, 04 noyabr 2019-cu il tarixli, 23398 nömrəli ekspert rəyi ilə isə xırda kənarlaşmalarla üst-üstə düşür.
49. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
50. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.
51. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini təmin etməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli, 2(039)-1888/2016 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir.
52. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul iddiaçılar X9, İddiaçı1, X6 və İddiaçı2 müştərək qaydada tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944, S.W.İ.F.T. BİK CTREAZ 22, VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli, 2(039)-1888/2016 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar X9, İddiaçı1, X6 və İddiaçı2 Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınması tələbinə dair” iddiası rədd edilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul iddiaçılar X9, İddiaçı1, X6 və İddiaçı2 müştərək qaydada tutulsun və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944, S.W.İ.F.T. BİK CTREAZ 22, VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kAollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov