Məhkəmə qərarları › İş №2(107)-25/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-25/2025

04.06.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(107)-25/2025 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Yevlax rayonu Aran qəsəbəsində yerləşən 4.34 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması və torpaq sahələrindən sərbəst istifadə etmək hüquqlarının həyata keçirilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: iddiadan imtina, icraata xitam) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Ismayılova Nərmin Ərəstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 və cavabdehin vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Yevlax rayonu Aran qəsəbəsində yerləşən 4.34 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması və torpaq sahələrindən sərbəst istifadə etmək hüquqlarının həyata keçirilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli 2(039)- ***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailə üzvülərinin ümumi birgə mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən 4.34 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması və torpaq sahələrindən sərbəst (cavabdeh Cavabdeh qadağalarından kənar) istifadə etmək hüquqlarının həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Kamil Əliyev) iddia təmin edilmiş, iddiaçı İddiaçı və onun ailə üzvülərinin ümumi birgə mülkiyyətində daxil olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən 4.34 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə cavabdeh Cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması və iddiaçının həmin torpaq sahəsindən sərbəst (cavabdeh Cavabdeh qadağalarından kənar) istifadə etmək hüquqlarının həyata keçirilməsi, mütəxəssis rəyinin alınması üçün ödənilmiş məhkəmə məsrəfi olan 124 manat pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Yevlax rayonu Aran qəsəbəsində yerləşən 4.34 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması və torpaq sahələrindən sərbəst istifadə etmək hüquqlarının həyata keçirilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraat hal-hazırda Şəki Inzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Şəki Inzibati Məhkəməsinə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Yevlax Ərazi Idarəsinə qarşı Mülkiyyətimdə olan torpaq sahəsinin xəritə materialları üzrə torpaq islahatının nəticəsini özündə əks etdirən kompleks Yerquruluş layihəsi ilə natura arasında uyğunsuzluğun (konfiqurasiya və sahə fərqi) naturaya uyğıın müəyyən etməklə aradan qaldırılması öhtəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair *-*(***)-****/**** nömrəli inzibati iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəsini alana kimi dayandırılmışdır. Məhkəmə kollegiyasının araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, Şəki Inzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli işi üzrə ## ###### 2026-cı il tarixdə yekun məhkəmə aktı çıxarılmış, qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almışdır. Şəki Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Yevlax rayonu Aran qəsəbəsində yerləşən 4.34 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması və torpaq sahələrindən sərbəst istifadə etmək hüquqlarının həyata keçirilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli 2(039)- ***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icrааt təzələnmiş və mülki işə baxılması ## #### 2026-cı il tarixdə, sааt 11:20-də Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında ** nömrəli zala təyin edilmişdir. ## #### 2026-cı il tarixində cavabdehin vəkili Vəkil məhkəməyə ərizə göndərərək tərəfindən Yevlax Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verildiyini, hazırda mübahisələndirilən 4.34 ha torpaq sahəsi ilə bağlı iddiaçının mübahisələndirdiyi mübahisənin artıq nizama salındığını, həmin torpaq sahəsinin hazırki mülki işdə cavabdehin nümayəndəsi olan oğlu-X2 tərəfindən alındığını, həmin torpaq sahəsi oğlu tərəfindən alındığından həmin əmlakın hazırda oğlunun mülkiyyəti olmaqla cavabdehin istifadəsində olduğundan, iddiaçı İddiaçı iddiası üzrə 4.34 ha ölçüdə torpaq sahəsinə münasibətdə onların tərəfindən yaradılan süni maneələrlə bağlı iddiası ilə bağlı Yevlax Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsinin icraatına xitam verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin surəti də elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə göndərilmişdir. ## #### 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında tərəflərdən heç biri iştirak etməmiş, məhkəmə kollegiyasının iclası ## #### 2026-cı il tarixə, saat 10:50-yə təxirə salınmışdır. ## #### 2026-cı il tarixli məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi X1 iddiaçı tərəfindən imzalanmış iddiadan imtina barədə ərizəni məhkəməyə təqdim etmişdir. Həmin ərizədə iddiaçı qeyd etmişdir ki, onunla Cavabdeh arasında olan torpaq mübahisəsi qurtarıb, o 4.34 ha torpağı Cavabdeh oğluna satmışdır. Iddiadan imtina edir və icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 izahatında cavabdehin nümayəndəsi tərəfindən mübahisəli torpaq sahəsinin alındığını, qarşı tərəf ilə aralarında mübahisənin olmadığını, iddiadan imtina etdiklərini bildirdi, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 mübahisəli torpaq sahəsini iddiaçıdan satın aldığını, bununla da qarşı tərəf ilə aralarında olan mübahisənin həll olunduğunu bildirərək, iddiaçının iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil iddiaçının iddiadan imtina etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 384.0.5-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Yevlax rayonu Aran qəsəbəsində yerləşən 4.34 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması və torpaq sahələrindən sərbəst istifadə etmək hüquqlarının həyata keçirilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 114-cü maddəsinin tələbinə əsasən iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, hazırki iş üzrə cavabdeh tərəfindən apellysiya şikayətinin verilməsi üçün ödənilmiş 50,00 manat dövlət rüsumu cavabdehə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə mütəxəssis rəyinin alınması üçün ödənilmiş məhkəmə məsrəfi olan 124 manat pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 191, 261-264, 370, 384, 400, 402-403, 404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kollegiyаsı QƏRARA ALDI: Iddiaçı İddiaçı iddiadan imtinası təsdiq edilsin. Yevlax Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli 2(039)- ***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Yevlax rayonu Aran qəsəbəsində yerləşən 4.34 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması və torpaq sahələrindən sərbəst istifadə etmək hüquqlarının həyata keçirilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Dövlət rüsumu olaraq ödənilmiş 50,00 manat pul Cavabdeh qaytarılsın. Mütəxəssis rəyinin alınması üçün ödənilmiş məhkəmə məsrəfi olan 124 manat pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar