Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-251/2021 16.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-449/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-449/2020 saylı qətnaməsi ilə (hakim Nizam Əliyev) iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 birgə uşaqları xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2011-ci il təvəllüdlü X2 Cavabdeh2 mülkiyyətində olan Ağdaş rayon, Yuxarı Qəsil kəndində yerləşən mənzilə istifadə hüquqlarının tanınması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2011-ci il təvəllüdlü X7 ilə birlikdə indiyədək yaşadıqları, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşadıqları ünvan 1ində yerləşən evdə yaşayış yerindən istifadə hüquqlarının tanınması və həmin evə köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx xxxxxx 2005-ci il tarixdə nikahlarının rəsmi qeyd edilməsi ilə ailə qurmuşlar. Toylarından sonra o Cavabdeh1 valideynləri ilə birlikdə yaşadığı Ağdaş rayon Yuxarı Qəsil kəndində yerləşən 0.20 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Nikahları pozulanadək o həmin evdə uşaqları ilə birlikdə yaşamışlar. Onların birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı üç uşaqları anadan olmuşdur. Əvvəllər nisbətən sakit, mehriban yaşamışlar, lakin son vaxtlar ailələrində narazıçılıqlar yaranmış, münasibətləri tamamilə pozulmuş, ayrılmışlar. Hər üç uşağı onun himayəsində qalmış və ata-ananın yaşadığı Ağdaş rayon Kotavan kəndində yerləşən evlərinə sığınmışlar. Lakin bu evdə üç ailə yaşadığından mənzil şəraiti çox ağırdır. O heç yerdə işləmir, maddi imkanı həddindən çox aşağı vəziyyətdədir. Cavabdehlərin evinə gəlin köçən zaman bu evin heç bir çıxarış sənədi olmamış, yalnız mərhum qaynatasının adına çıxarış olmuşdur. X11 vəfat etdikdən sonra cavabdehlər dərhal evi sənədləşdirməyə başlayaraq, onu evdən çıxarmaq üçün qaynanası Cavabdeh2 adına çıxarış sənədi almışlar. Bütün bunlar onu və azyaşlı uşaqlarını yaşadıqları evdən qanunsuz olaraq çıxarmaq və mənzildən istifadə hüququndan hər birinin məhrum edilməyi məqsədi ilə həyata keçirilmişdir. Onun hər üç uşağı cavabdehlərin yaşadığı, Ağdaş rayon Yuxarı Qəsil kəndində yerləşən, hal-hazırda Cavabdeh2 mülkiyyətində olan evdə yaşamış, bu kəndin orta məktəbində təhsil alırlar.Beləliklə, onun azyaşlı uşaqları, xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2011-ci il təvəllüdlü X2 mübahisəli mənzildə yaşamaq və istifadə hüquqları vardır. Cavabdehlər həmin mübahisəli evdə qeydiyyatdadırlar. Bu baxımdan onların həmin evdə yaşayış hüquqları tanınmalıdır. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək uşaqları birlikdə gəlin köçüb ailə üzvü kimi uzun müddət yaşadığı mübahisəli evdən istifadə hüququnun tanınması və uşaqları ilə birlikdə oraya köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, İddiaçı ilə bir evdə yaşamağa razı deyil, çünki mübahisəli ev anası Cavabdeh2 məxsusdur, ondan əvvəl isə atasında məxsus olmuşdur. Mübahisəli yaşayış evi 1989-cu ildə tikilib. Halhazırda həmin evdə anası ilə birlikdə yaşayır. Uşaqlarının həmin mənzilə köçürülməsinə və istifadə etməsinə heç bir etirazı yoxdur. Buna görə də, məhkəmədən iddiasının qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsini qanunsuz və əsassız hesab edir. 2005-ci ilin avqust ayında cavabdehlərin yaşadığı evə gəlin köçməklə ərə gəlmiş, orada yaşayan ailə üzvləri tərəfindən bərabər hüquqlu ailə üzvü kimi qəbul olunmuş, həmin vaxtdan cavabdehlərin yaşadığı yaşayış evində ona məxsus cehiz və digər əmlakı ilə birlikdə yerləşməklə yaşamağa və ümumi ailə təsərrüfatı işlərini birgə idarə etməyə başlamış, evin yaşayış sahəsindən, həmçinin evin və həyətin köməkçi və kommunal - məişət sahələrindən onlarla bərabər surətdə istifadə etmək və orada yaşamaq hüququ qazanmışdır. İlk vaxtlar münasibətləri normal olmuş, lakin sonradan pisləşmişdir. xx.xx.2019-cu il tarixdə 3 uşağı ilə birlikdə evdən çıxmağa məcbur etmiş, sonradan həmin evə qayıtmaq cəhdinə baxmayaraq cavabdehlər onu evə qoymamışlar və həmin vaxtdan onlar faktiki ayrılmışlar. Həmin vaxtdan mən 15 ilə yaxın yaşadığı yaşayış evini müvəqqəti tərk etməyə məcbur olmaqla müvəqqəti olaraq rayonun Kotavan kəndində yaşayan valideynlərimin yanında yaşamağa məcbur qalmışdır. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-449/2020 saylı qətnaməsinin ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-449/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin özünün də ünvan 1ində yerləşən yaşayış evində istifadə hüquqlarının tanınması və həmin evə köçürülmə hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddiaçının mübahisələndirdiyi hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. İş materiallarına əlаvə edilmiş edilən Ağdaş RİHBA-nın Qəsil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli, 59 saylı arayışından məlum olur ki, İddiaçı ünvan 1ində qeydiyyatdadır və hal-hazırda həmin kəndində yaşayır. İş materiallarına əlаvə edilmiş Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş, xx xxxxxxxx 2019-cu il tarixli 2(014)-1556/2019 saylı qətnamənin surətindən məlum olur ki, iddia təmin edilmiş, İddiaçı Cavabdeh1 arasında Azərbaycan Respublikası Ağdaş rayon Kotavan kənd İƏD üzrə nümayəndəliyində qeydə alınmış xx xxxxxx 2005-ci il tarixli 05 saylı nikah qeydinin pozulması, nikah pozularkən tərəflərin birgə nikahlarından xx xxxxxx 2011-ci il tarixdə X13, xx xxxxxx 2006-ci il tarixdə X5, xx xxxxxxx 2007-ci il tarixdə X7 anaları İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İş materiallarına əlаvə edilmiş Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair JN-151A (kod 90308005) saylı şəhadətnaməsinin surətindən məlum olur ki, X6, Cavabdeh2, Cavabdeh1 Elmar oğlu, X8, X9 və X3 adına ünvan 1ində 0.20 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlаvə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarışın surətindən məlum olur ki, Ağdaş rayon, Yuxarı Qəsil kəndində 0.20 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququi ilə Cavabdeh2 məxsus olmaqla xx.xx.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlаvə edilmiş Ağdaş RİHB-nın Qəsil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2017-ci il tarixli 448 saylı arayışın surətindən məlum olur ki, Ağdaş rayonu Yuxarı Qəsil kənd sakini Cavabdeh2 2011-2017-ci illər üzrə 03 saylı təsərrüfatbaşına kitabın 23 saylı səhfəsində 1989-cu ildə inşa olunmuş bir mərtəbəli 3 otaqlı mərtəbəl fərdi yaşayış evi və 0.20 hektar həyətyanı torpaq sahəsi onun adına qeyd edilmişdir. İş materiallarına əlаvə edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxx 2017-ci il tarixli şəhadətnamənin surətindən məlum olur ki, Azərbaycan Respublikası DT və XK- Ağdaş rayon şöbəsi tərəfindən xx/xx/2006 tarixdə X1 verilmiş seriya nömrəsi JN:151A, kod:90308005 olan şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.2 ha olan torpaq sahəsinin altıda bir hissəsindən ibarətdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 ilə xx xxxxxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, cavabdehin mülkiyyətində olan Ağdaş rayon Yuxarı Qəsil kəndində yerləşən 0.20 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə gəlin köçmüş və həmin mənzildə yaşadıqları dövrdə birgə nikahlarından xx.xx.2006cı il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. İddiaçı və uşaqları mübahisəli mənzildə, yəni Ağdaş rayon Yuxarı Qəsil kəndində qeydiyyatdadır. Hazırda ailə münasibətlərinə xitam verildiyindən və məhkəmə qətnaməsi ilə uşaqların ananın himayəsinə verildiyindən iddiaçı valideynlərinin evində qalmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir; Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 2005-ci ildən yarandığından hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsi tətbiq edilməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X10 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il № 5 qərarında qeyd edilir ki: İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının və X10 haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuş şəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının və X10 haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir . X21 Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” (76254/11 №-li ərizə) qərarında formalaşdırdığı hüquqi mövqeyə görə ,“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Məhkəmə Avropa məhkəməsinin presedent hüququnu əsas götürərək hazırkı mübahisəli yaşayış sahəsini mülkiyyət kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər; Həmin Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçırülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. X12 Məhkəməsi qeyd olunan məsələ ilə bağlı hüquqi mövqe nümayiş etdirərək göstərmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamasından asılıdır. Mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Süleymanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkmə kollegiyasının xx xxxxxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2010-cu il tarixli Qərarında Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində qeyd olunan «mülkiyyətçinin razılığı» müddəası yalnız «digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir» müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 3-cü maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayiş yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 ilə xx xxxxxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Cavabdeh2n mülkiyyətində olan Ağdaş rayon Yuxarı Qəsil kəndində yerləşən 0.20 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə gəlin köçmüş və həmin mənzildə yaşadıqları dövrdə birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. İddiaçı və uşaqları mübahisəli mənzildə, yəni Ağdaş rayon Yuxarı Qəsil kəndində qeydiyyatdadır. Hazırda ailə münasibətlərinə xitam verildiyindən və məhkəmə qətnaməsi ilə uşaqların ananın himayəsinə verildiyindən iddiaçı valideynlərinin evində qalmaqdadır. Göründüyü kimi, iddiaçı cavabdehlə nikaha daxil olduqdan sonra keçmiş qayınatasına məxsus olan, hazırda isə qayınanası cavabdeh X4 mülkiyyətində olan mənzilə köçürülərkən mənzil mülkiyyətçisinin yazılı razılığını almamışdır. İddiaçı mübahisəli mənzillə bağlı hər hansı subyektiv hüququ olmadığından ona münasibətdə də istifadə hüququnun tanınması və köçürülməsi hissəsində iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, nə də yeni Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən istifadə hüququ vardır. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Hazırkı yaşayış evi də 2017-ci ildən qeydiyyata alındığından İddiaçı qeyd edilən yaşayış sahəsi ilə bağlı yeni Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən hər hansı subyektiv hüququ yoxdur. Bundan əlavə “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2018-ci il tarixli qərarında formalaşdırdığı hüquqi movqeyə görə də iddiaçının mübahisəli mənzilə hər hansı hüququnun yaranması müəyyən edilmir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddia tələbində qeyd olunan fərdi yaşayış evinin sahibi kimi cavabdeh X4 həmin evə “gözlənilən mülkiyyət hüququ” olmuşdur. Buna görə hazırkı münasibətlərə Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən qanunun analogiyası qaydasında Mənzil Məcəlləsinin “Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri” adlanan 30-cu maddəsi tətbiq olunmalıdır. Həmin maddənin tələbinə əsasən isə iddia təmin olunmamalıdır. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərilir ki: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. İş materiallarından da göründüyü kimi, iddiaçını gəlin düşdüyü mənzil onun qayınatasının xüsusi mülkiyyətində olmuşdur. İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarının təsiri altına düşürmür. Başqa sözlə desək, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olmuş şəxslərdən (hazırkı iş üzrə cavabdehlərdən) özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər siyasına daxil deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Hazırkı iş üzrə mənzilin mülkiyyətçisinin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi iddiaçının mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-449/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-449/2020 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-251/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-251/2021
16.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver