Məhkəmə qərarları › İş №2(107)-251/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-251/2023

02.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-251/2023 02.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İlk İddiaçı Cavabdeh1 qarşı cavabdehin icarəsində olan torpaq sahəsindən çıxarılması və istifadə hüququna olan maneçiliklərin aradan qaldırılması tələbi barədə iddiası, qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: ilk iddia, istifadə hüququ, qarşılıqlı iddia) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçının vəkili X5, Cavabdeh1 və vəkili X8, Üçüncü şəxs İsmayıllı rayon Diyallı bələdiyyəsinin sədri X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı cavabdehin icarəsində olan torpaq sahəsindən çıxarılması və istifadə hüququna olan maneçiliklərin aradan qaldırılması tələbi barədə iddiası, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1037/2022 saylı, 3 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazidə yerləşən 40 hektar torpaq sahəsindən cavabdehin çıxarılması və istifadə hüququna olan maneəçiliklərin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 mərhum X7 varisi X9 ilə 12 noyabr 2021-ci il tarixdə "Torpağın icarə müqaviləsinin alğı-satqı müqaviləsi" bağlayaraq İsmayıllı rayonu Diyallı bələdiyyəsi ilə sonuncunun əri, mərhum X15 arasında bağlanmış icarə müqaviləsi üzrə icarə hüquqlarını satın almışdır. Cavabdeh2 müqavilə üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alaraq, 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququnu dövlət qeydiyyatına aldırmışdır. 30 noyabr 2021-ci ildə Cavabdeh2 ilə İddiaçı arasında İsmayıllı rayon Notariat Ofisində icarə müqaviləsi bağlanaraq 40 hektar torpaq sahəsini iki il müddətinə, yəni 30 noyabr 2023-ci il tarixinə kimi İddiaçı icarəsinə verilmişdir. Torpaq sahəsi hal-hazırda İddiaçı icarəsindədir. Lakin 2021-ci ildə həmin torpaq sahəsinin 20 hektar hissəsini Cavabdeh1 əkmiş və İddiaçı razılığı əsasında əkdiyi sahəni biçərək götürmüşdür. Bundan istifadə edən Cavabdeh1 yenə öz qanunsuz əməllərini davam etdirmək istəyir. Belə ki, İddiaçı icarəsində olan 40 hektar torpaq sahəsinin özünün olduğunu, ora əziyyət çəkdiyini iddia edərək boşaltmaq istəmir. Həmin torpaq sahəsi üzrə bir neçə dəfə məhkəmə çəkişməsi olmuş və hər dəfə qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə sübut olunmuşdur ki, qeyd olunan torpaq sahəsi Diyallı bələdiyyəsinin mülkiyyətində olmaqla, əvvəllər Nəsrəddin İsayevin icarəsinə, sonra həmin müqavilə əsasında Cavabdeh2 icarəyə verilmişdir. Torpaq sahəsi İddiaçı icarə verilməmişdən əvvəl 2015-ci ildə Diyallı kəndinin başqa sakinləri qanunsuz olaraq Nəsrəddin İsayevin icarəsində olan həmin torpaq sahəsini zəbt etmişlər. Nəsrəddin İsayev onlara qarşı "Torpaqdan müvəqqəti istifadə hüququna dair" JN-4200 Kod 40707018 olan şəhadətnamə ilə müvəqqəti istifadədə olan torpaq sahəsinin cavabdehlərdən geri alınması, zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və cavabdehlərin istifadə olan torpaq sahəsindən çıxarılması" tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İsmayıllı rayon Məhkəməsi 13 may 2015-ci il tarixdə işə baxaraq iddianın təmin olunması haqqında qətnamə qəbul etmişdir. Bundan əlavə Cavabdeh2 Cavabdeh1 qarşı İsmayıllı rayon Məhkəməsində eyni tələblə iddia qaldırmış və məhkəmə 12 may 2020-ci il tarixdə işə baxaraq iddianın təmin olunması haqqında qətnamə qəbul etmişdir. Qətnamədən verilmiş apelyasiya şikayətinə 14. sentyabr 2020-ci il tarixdə Şəki Apelyasiya Məhkəməsində baxılmış və İsmayıllı rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamələr ilə sübut olunur ki, mübahisəli torpaq sahəsinin Cavabdeh1 heç bir aidiyyatı yoxdur, o, torpaq sahəsini qanunsuz əkib-becərir və həmin torpaq sahəsindən çıxarılmalıdır. Cavabdeh1 yenə öz qanunsuz əməlini davam etdirir, İddiaçı icarəsində olan torpaq sahəsindən istifadəsinə maneçiliklər törədərək, torpaq sahəsinin 20 hektardan cox hissəsini özünün əkəcəyini bildirir. Bununla da İddiaçı istifadə hüququnu pozur. Cavabdeh1 qarşılıqlı iddia tələbi əsassızdır. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-28/2020 nömrəli 12 may 2020-ci tarixli qətnaməsindən göründüyü kimi qeyd olunan torpaq sahəsindən Cavabdeh1 heç vaxt qanuni əsasla istifadə etməmişdir. Cavabdeh1 həmişə torpaq sahəsini uzun müddət istifadə etməsi əsası ilə qanunsuz zəbt etmiş və ona qarşı olan münasibətdən bəhrələnmişdir Belə ki, iş materiallarından da ğoründüyü Cavabdeh2la Diyallı Bələdiyyəsi arasında hüquq münasibəti qeyd olunan müqavilə bağlandığı andan yaranmış, həmin müqavilə əsasında Cavabdeh2 icarə hüququ 21 noyabr 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış, adına çıxarış verilmiş və bundan sonra Cavabdeh2 icarəsində olan torpaq sahəsinə İddiaçı subicarəsinə vermişdir. Qarşılıqlı iddia ərizəsində göstərilənlərin əksinə olaraq Cavabdeh2 subicarəçi deyil icarəçidir. Qeyd etdikləri nəzərə alınmaqla İddiaçı iddia tələbinin təmin edilməsi, Cavabdeh1 qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Əkbərov X11 Ağariza Hacı oğlu və Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayon Notariat Ofisi tərəfindən 30 noyabr 2021-ci il tarixli, 3M- 111 reyestrlə təsdiqlənmiş, İsmayıllı rayonu Diyallı kəndində yerləşən 40 hektar torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə dair Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, İsmayıllı rayonu Diyallı kəndində yaşayır. Diyallı kəndində yerləşən mübahisəli 40 hektar torpaq sahəsi 1996-ci ildən hazırki vaxtadək onun istifadəsindədir. X14 arasında müxtəlif tarixli bir neçə icarə müqavilələri bağlanmışdır. Torpaq sahəsi onun icarəsində və istifadəsində olan vaxtda Nəsrəddin Musayev həmin torpaq sahəsinə dair saxta icarə müqaviləsi əldə etmişdir. Bundan sonra Nəsrəddin Musayev vəfat etmişdir. Nəsrəddin Musayevin həyat yoldaşı Akifə Musayeva saxta icarə müqaviləsindən istifadə edərək, həmin torpaq sahəsini Cavabdeh2 subicarəyə vermişdir. Halbuki, əvvəlki icarə müqaviləsində Diyallı kəndində yerləşən mübahisəli 40 hektar torpaq sahəsinin subicarəyə vermək səlahiyyəti qeyd edilməmişdir. İcarə müqaviləsində subicarəyə verilməsi səlahiyyəti qeyd olunmadığı halda, Diyallı kəndində yerləşən mübahisəli 40 hektar torpaq sahəsi qanunsuz olaraq Cavabdeh2 subicarəyə verilmiş və bu barədə icarə müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsi Akifə Musayevanın adından Cavabdeh2, Cavabdeh2 adından isə İddiaçı adına subicarəyə verilərkən, torpaq sahəsinin mülkiyyətçisi olan Diyallı bələdiyyəsinin yazılı razılığı alınmamışdır. Cavabdeh2 həmin torpaq sahəsini İddiaçı icarəsinə verilməsinə dair 30 noyabr 2021-ci il tarixli icarə müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlanmışdır. Onunla Cavabdeh2 arasında İsmayıllı rayon Notariat Ofisində 06 noyabr 2020-ci il tarixli "barışıq razılaşması haqqında" müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 ona qarşı torpaq sahəsindən çıxarılma, istifadə hüququna olan maneələrin aradan qaldırılması tələbi barədə iddiasından imtina etməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh2 40 hektar əkin torpaq sahəsini onunla birgə istifadə etmək barədə üzərinə öhdəlik götürmüşdür. Həmin müqaviləyə əsasən o, isə Cavabdeh2 qarşı "pul tələbinə dair" qarşılıqlı iddiasından imtina etməyi və Cavabdeh2 təklifini qəbul etmək barədə üzərinə öhdəlik götürmüşdür. O, müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Lakin Cavabdeh2 müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, əksinə "barışıq razılaşması haqqında" müqavilədən sonra 40 hektar əkin torpaq sahəsini onun istifadəsində olmasına baxmayaraq qanunsuz olaraq İddiaçı 2 illik icarəyə vermişdir. Bu səbəbdən Cavabdeh2 Diyallı kəndində yerləşən 40 hektar torpaq sahəsini İddiaçı icarəsinə verilməsinə dair 30 noyabr 2021-ci il tarixli icarə müqaviləsi etibarlı sayıla bilməz. Qeyd etdikləri nəzərə alınmaqla qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 3 noyabr 2022-ci il tаrixli, 2(037)-1037/2022 saylı qətnaməsi (hakim R.Şirinov) ilə ilk iddia tələbi təmin edilmiş, İddiaçı icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən Cavabdeh1 çıxarılması və həmin torpaq sahəsindən İddiaçı istifadəsinə Cavabdeh1 tərəfindən edilən maneçiliklər aradan qaldırılması, Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İsmayıllı Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli 2(037)-28/2020 saylı qətnaməsinə əsasən Cavabdeh2 icarəsində olan İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən Cavabdeh1 çıxarılması və istifadə hüququna olan maneəçiliklərin aradan qaldırılmasına dair iddia tələbi təmin edilmiş, Cavabdeh1 Cavabdeh2 qarşı İsmayıllı rayonu Diyallı kəndində “Qaraquş” adlanan ərazidə istifadəsində olan 20 hektar torpaq sahəsindən Cavabdeh2 tərəfindən istifadə hüququna edilən maneəçiliklərin aradan qaldırılması və Cavabdeh2 25000 manat alınaraq ona verilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(107)-1508/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli 2(037)-28/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 12 noyabr 2021ci il tarixli Torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi əsasında Akifə Musayeva icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndində olan 40 hektar torpaq sahəsinin icarə hüquqlarını 29 dekabr 2003-cü ildən başlayaraq 49 il müddətinə Cavabdeh2 20000 manata satmışdır. X20 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubkik Hüquqi Şəxsi tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqda daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İsmayıllı rayonu Diyallı kəndində yerləşən İsmayıllı rayonu Diyallı Bələdiyyəsninə aid olan 40 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi 12 noyabr 2021 tarixdən 29 dekabr 2052-ci il tarixədək Cavabdeh2 adına icarə hüququ əsasında yüklü edilmişdir. 30 noyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh2 İsmayıllı rayonu Diyallı kəndində yerləşən 40 hektar torpaq sahəsini 30 noyabr 2023-ci il tarixə qədər İddiaçı icarəsinə vermişdir. İddiaçı icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazidə yerləşən 40 hektar torpaq sahəsindən Cavabdeh1 çıxarılması və istifadə hüququna olan maneəçiliklərin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 Cavabdeh2la arasında İsmayıllı rayon Notariat Ofisində 06 noyabr 2020-ci il tarixli "barışıq razılaşması haqqında" müqavilə bağlandığını, həmin müqaviləyə əsasən Cavabdeh2 ona qarşı torpaq sahəsindən çıxarılma, istifadə hüququna olan maneələrin aradan qaldırılması tələbi barədə iddiasından imtina etməyi öhdəsinə götürdüyünü, Cavabdeh2 40 hektar əkin torpaq sahəsini onunla birgə istifadə etmək barədə üzərinə öhdəlik götürdüyünü, həmin müqaviləyə əsasən o, isə Cavabdeh2 qarşı "pul tələbinə dair" qarşılıqlı iddiasından imtina etməyi və Cavabdeh2 təklifini qəbul etmək barədə üzərinə öhdəlik götürdüyünü, müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyini, lakin Cavabdeh2 müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini, əksinə "barışıq razılaşması haqqında" müqavilədən sonra 40 hektar əkin torpaq sahəsini onun istifadəsində olmasına baxmayaraq qanunsuz olaraq İddiaçı 2 illik icarəyə verdiyini, bu səbəbdən Cavabdeh2 Diyallı kəndində yerləşən 40 hektar torpaq sahəsini İddiaçı icarəsinə verilməsinə dair 30 noyabr 2021-ci il tarixli icarə müqaviləsinin etibarlı olmadığını bildirərək İsmayıllı rayon Notariat Ofisi tərəfindən 30 noyabr 2021-ci il tarixli, 3M-111 reyestrlə təsdiqlənmiş, İsmayıllı rayonu Diyallı kəndində yerləşən 40 hektar torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə dair Cavabdeh2la İddiaçı arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İsmayıllı Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli 2(037)-28/2020 saylı qətnaməsinə əsasən Cavabdeh2 icarəsində olan İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən Cavabdeh1 çıxarılması və istifadə hüququna olan maneəçiliklərin aradan qaldırılmasına dair iddia tələbi təmin edilmiş, Cavabdeh1 Cavabdeh2 qarşı İsmayıllı rayonu Diyallı kəndində “Qaraquş” adlanan ərazidə istifadəsində olan 20 hektar torpaq sahəsindən Cavabdeh2 tərəfindən istifadə hüququna edilən maneəçiliklərin aradan qaldırılması və Cavabdeh2 25000 manat alınaraq ona verilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(107)-1508/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli 2(037)-28/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 12 noyabr 2021ci il tarixli Torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi əsasında Akifə Musayeva icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndində olan 40 hektar torpaq sahəsinin icarə hüquqlarını 29 dekabr 2003-cü ildən başlayaraq 49 il müddətinə Cavabdeh2 20000 manata satmışdır. X20 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubkik Hüquqi Şəxsi tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqda daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İsmayıllı rayonu Diyallı kəndində yerləşən İsmayıllı rayonu Diyallı Bələdiyyəsninə aid olan 40 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi 12 noyabr 2021 tarixdən 29 dekabr 2052-ci il tarixədək Cavabdeh2 adına icarə hüququ əsasında yüklü edilmişdir. 30 noyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh2 İsmayıllı rayonu Diyallı kəndində yerləşən 40 hektar torpaq sahəsini 30 noyabr 2023-ci il tarixə qədər İddiaçı icarəsinə vermişdir. İddiaçı icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazidə yerləşən 40 hektar torpaq sahəsindən Cavabdeh1 çıxarılması və istifadə hüququna olan maneəçiliklərin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 Cavabdeh2la arasında İsmayıllı rayon Notariat Ofisində 06 noyabr 2020-ci il tarixli "barışıq razılaşması haqqında" müqavilə bağlandığını, həmin müqaviləyə əsasən Cavabdeh2 ona qarşı torpaq sahəsindən çıxarılma, istifadə hüququna olan maneələrin aradan qaldırılması tələbi barədə iddiasından imtina etməyi öhdəsinə götürdüyünü, Cavabdeh2 40 hektar əkin torpaq sahəsini onunla birgə istifadə etmək barədə üzərinə öhdəlik götürdüyünü, həmin müqaviləyə əsasən o, isə Cavabdeh2 qarşı "pul tələbinə dair" qarşılıqlı iddiasından imtina etməyi və Cavabdeh2 təklifini qəbul etmək barədə üzərinə öhdəlik götürdüyünü, müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyini, lakin Cavabdeh2 müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini, əksinə "barışıq razılaşması haqqında" müqavilədən sonra 40 hektar əkin torpaq sahəsini onun istifadəsində olmasına baxmayaraq qanunsuz olaraq İddiaçı 2 illik icarəyə verdiyini, bu səbəbdən Cavabdeh2 Diyallı kəndində yerləşən 40 hektar torpaq sahəsini İddiaçı icarəsinə verilməsinə dair 30 noyabr 2021-ci il tarixli icarə müqaviləsinin etibarlı olmadığını bildirərək İsmayıllı rayon Notariat Ofisi tərəfindən 30 noyabr 2021-ci il tarixli, 3M-111 reyestrlə təsdiqlənmiş, İsmayıllı rayonu Diyallı kəndində yerləşən 40 hektar torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə dair Cavabdeh2la İddiaçı arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasını iştirakı olmadan keçirilərək İddiaçı iddiasının təmin olunması, Cavabdeh1 qarşılıqlı iddiasının rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 hər iki iddia tələbinə dair münasibətini etiraz ərizəsi ilə bildirmişdir. Torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi əsasında Akifə Musayeva icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndində olan 40 hektar torpaq sahəsinin icarə hüquqlarını Cavabdeh2 satmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubkik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqda daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İsmayıllı rayonu Diyallı kəndində yerləşən İsmayıllı rayonu Diyallı Bələdiyyəsninə aid olan 40 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi 12 noyabr 2021 tarixdən 29 dekabr 2052-ci il tarixədək Cavabdeh2 adına icarə hüququ əsasında yüklü edilmişdir. 30 noyabr 2021-ci il tarixli icarə müqaviləsi ilə Cavabdeh2 İsmayıllı rayonu Diyallı kəndində yerləşən 40 hektar torpaq sahəsini 30 noyabr 2023-ci il tarixə qədər İddiaçı icarəsinə vermişdir. 30 noyabr 2021-ci il tarixli icarə müqaviləsi tərtib edilərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət edilmişdir. Cavabdeh1 qeyd edilən mübahisəli torpaq sahəsini istifadə etdiyini bildirsə də ona mübahisəli ərazidən torpaq sahəsinin ayrılmasını, təhvil verilməsini, icarə müqaviləsinin bağlanmasını, həmin müqavilənin qeydə alınmasını və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməsinin verilməsini təsdiq edən sənədlər yoxdur. Belə olan halda, Cavabdeh1 həmin torpaq sahəsindən İddiaçı istifadə etməsinə maneəçilik yaratması sonuncunun həmin torpaq sahəsi üzərində istifadə hüquqlarının məhdudlaşması ilə nəticələnir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlmişdir ki, İddiaçı iddia tələbi təmin edilməli, Cavabdeh1 qarşılıqlı iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Torpaq icarəsi haqqında Qanunun 6-cı maddəsi, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 6.1, 6.2, 11, 11.3 və 11.9-cu maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2 və 339.1-ci maddələri, Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İş materiallarından göründüyü kimi məhkəmə ilk və qarşılıqlı iddialar üzrə belə nəticəyə gəlmişdir ki, torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi əsasında Akifə Musayeva icarəsində olan, İsmayıll rayonu Diyallı kəndində olan 40 hektar torpaq sahəsinin icarə hüquqlarını Cavabdeh2 satmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubkik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqda daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İsmayıllı rayonu Diyallı kəndində yerləşən İsmayıllı rayonu Diyallı Bələdiyyəsninə aid olan 40 hektar kənd təsərüfatı təyinatl torpaq sahəsi 12 noyabr 2021 tarixdən 29 dekabr 2052-ci il tarixədək Cavabdeh2 adına icarə hüququ əsasında yüklü edilmişdir. 30 noyabr 2021-ci il tarixli icarə müqaviləsi ilə Cavabdeh2 İsmayıllı rayonu Diyallı kəndində yerləşən 40 hektar torpaq sahəsini 30 noyabr 2023-ci il tarixə qədər İddiaçı icarəsinə vermişdir. 30 noyabr 2021-ci il tarixli icarə müqaviləsi tərtib edilərkən “Notaria haqqında” Azərbaycan Respublikası Qanunun və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayə edilmişdir. O qeyd edilən mübahisəli torpaq sahəsini istifadə etdiyini bildirsə də ona mübahisəli ərazidən torpaq sahəsinin ayrılmasını, təhvil verilməsini, icarə müqaviləsinin bağlanmasını, həmin müqavilənin qeydə alınmasını və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməsinin verilməsini təsdiq edən sənədlər yoxdur. Belə olan halda, o həmin torpaq sahəsindən İddiaçı istifadə etməsinə maneəçilik yaratması sonuncunun həmin torpaq sahəsi üzərində istifadə hüquqlarının məhdudlaşması ilə nəticələnir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, İsmayıllı rayonu, Diyallı kəndində yerləşən mübahisəli olan 40 ha torpaq sahəsi 1996-ci il tarixdən hazırki vaxtadək onun istifadəsindədir. Diyallı Bələdiyyəsi ilə aralarında müxtəlif tarixli bir neçə icarə müqavilələri bağlanmışdır. Torpaq sahəsi onun icarəsində və istifadəsində olan vaxtda X15 həmin torpaq sahəsinə dair saxta icarə müqaviləsi əldə etmişdir. Bundan sonra X15 ölmüşdür. Onun ailəsi, X2 icarə müqaviləsindən istifadə edərək, həmin torpaq sahəsini Cavabdeh2 sub-icarəyə vermişdir. Halbu ki, əvvəlki icarə müqaviləsində İsmayıllı rayonu, Diyallı kəndində yerləşən mübahisəli olan 40 ha torpaq sahəsinin sub-icarəyə vermək səlahiyyəti qeyd edilməmişdir. İcarə müqaviləsində sub-icarəyə verilməsi səlahiyyəti qeyd olunmadığı halda, İsmayıllı rayonu, Diyallı kəndində yerləşən mübahisəli olan 40 ha torpaq sahəsi qanunsuz olaraq Cavabdeh2 sub-icarəyə verilmiş və bu barədə icarə müqaviləsi bağlanmışdır. Həmçinin qeyd edir ki, İsmayıllı rayonu, Diyallı kəndində yerləşən mübahisəli olan 40 ha torpaq sahəsi X6 adından Cavabdeh2, Cavabdeh2 adından isə İddiaçı adına sub-icarəyə verilərkən, torpaq sahəsinin mülkiyyətçisi olan Diyallı Bələdiyyəsinin yazılı razılığı alınmamışdır. Bu səbəbdən hesab edir ki, Cavabdeh2 İsmayıllı rayonu Diyallı kəndində yerləşən 40 hektar torpaq sahəsini İddiaçı icarəsinə verilməsinə dair 30 noyabr 2021-ci il tarixli icarə müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmаqlа bаğlаnmışdır. İstifadə hüququna olan maneələrin aradan qaldırılması tələbi barədə iddiasından imtina etməyi öhdəsinə götürmüşdür. Həmçinin birinci tərəf Cavabdeh2 40 hektar əkin torpaq sahəsini onunla birgə istifadə etmək barədə üzərinə öhdəlik götürmüşdür. Həmin İsmayıllı rayon Notariat Ofisində təsdiq edilmiş 06 noyabr 2020-ci il tarixli “barışıq razılaşması haqqında” müqaviləyə əsasən o, isə Cavabdeh2 qarşı “pul tələbinə dair” qarşılıqlı iddiasından imtina etməyi və birinci tərəfin təklifini qəbul etmək barədə üzərinə öhdəlik götürmüşdür. O, İsmayıllı rayon Notariat Ofisində təsdiq edilmiş 06 noyabr 2020-ci il tarixli “barışıq razılaşmas haqqında” müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Lakin Məlikov X13 rayon Notariat Ofisində təsdiq edilmiş 6 noyabr 2020-ci il tarixli “barışıq razılaşması haqqında” müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, əksinə “barışıq razılaşması haqqında” müqavilədən sonra 40 hektar əkin torpaq sahəsini onun istifadəsində olmasına baxmayaraq qanunsuz olaraq İddiaçı 2 illik icarəyə vermişdir. Bu səbəbdən hesab edir ki, Cavabdeh2 İsmayıllı rayonu Diyall kəndində yerləşən 40 hektar torpaq sahəsini İddiaçı icarəsinə verilməsinə dair (2 illik) 30 noyabr 2021-ci il tarixli icarə müqaviləsi etibarlı sayıla bilməz. Hesab edir ki, qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1037/2022-nömrəli, 03 noyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun gəlmir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1037/2022-nömrəli, 03 noyabr 2022-ci il tarixli qətnaməsini ləğv edilməsini, iş üzrə yeni qətnamənin qəbul edilməsini, İddiaçı Cavabdeh1 qarşı cavabdehin icarəsində olan torpaq sahəsindən çıxarılması və istifadə hüququna olan maneçiliklərin aradan qaldırılması tələbi barədə iddiasının əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və vəkili X16 apellyasiya şikayətinin təmin edilməsini və İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1037/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsini ləğv edilməsini, iş üzrə yeni qətnamənin qəbul edilməsini, İddiaçı Cavabdeh1 qarşı cavabdehin icarəsində olan torpaq sahəsindən çıxarılması və istifadə hüququna olan maneçiliklərin aradan qaldırılması tələbi barədə iddiasının əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X10 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 1037/2022-nömrəli, 03 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs İsmayıllı rayon Diyallı bələdiyyəsinin sədri X4 izahat verərək bildirmişdir ki, mübahisələndirilən icarə müqaviləsi qanuna uyğun bağlandığından etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılarnəzərdə tutulur:“ Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarlabağlanan müqavilələr;hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlıdigər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı vəya hökmü;vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarlayaranır.”“ Maddə 66.Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqdahüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur....”“ Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarınınmüdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunlaqorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin,istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

4. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.”“ Maddə 111.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi)qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanıçəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır....”

Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun:

6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 11-ci maddəsinə əsasən bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. 11.3-cü bəndinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. 11.9-cu bəndinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Həmin Məcəllənin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1037/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsini ləğv edilməsini, iş üzrə yeni qətnamənin qəbul edilməsini, İddiaçı Cavabdeh1 qarşı cavabdehin icarəsində olan torpaq sahəsindən çıxarılması və istifadə hüququna olan maneçiliklərin aradan qaldırılması tələbi barədə iddiası əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 3 noyabr 2022-ci il tаrixli, 2(037)-1037/2022 saylı saylı qətnaməsinin mübahisələndirilən, yəni ilk iddianın təmin edilməsi hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq ilk iddianı düzgün olaraq yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 3 noyabr 2022-ci il tаrixli, 2(037)-1037/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi əsasında Akifə Musayeva icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndində olan 40 hektar torpaq sahəsinin icarə hüquqlarını Cavabdeh2 satmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubkik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqda daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İsmayıllı rayonu Diyallı kəndində yerləşən İsmayıllı rayonu Diyallı Bələdiyyəsninə aid olan 40 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi 12 noyabr 2021 tarixdən 29 dekabr 2052-ci il tarixədək Cavabdeh2 adına icarə hüququ əsasında yüklü edilmişdir. 30 noyabr 2021-ci il tarixli icarə müqaviləsi ilə Cavabdeh2 İsmayıllı rayonu Diyallı kəndində yerləşən 40 hektar torpaq sahəsini 30 noyabr 2023-ci il tarixə qədər İddiaçı icarəsinə vermişdir. 30 noyabr 2021-ci il tarixli icarə müqaviləsi tərtib edilərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət edilmişdir. Cavabdeh1 qeyd edilən mübahisəli torpaq sahəsini istifadə etdiyini bildirsə də ona mübahisəli ərazidən torpaq sahəsinin ayrılmasını, təhvil verilməsini, icarə müqaviləsinin bağlanmasını, həmin müqavilənin qeydə alınmasını və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməsinin verilməsini təsdiq edən sənədlər yoxdur. Belə olan halda, Cavabdeh1 həmin torpaq sahəsindən İddiaçı istifadə etməsinə maneəçilik yaratması sonuncunun həmin torpaq sahəsi üzərində istifadə hüquqlarının məhdudlaşması ilə nəticələnir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, İsmayıllı rayonu, Diyallı kəndində yerləşən mübahisəli olan 40 ha torpaq sahəsi 1996-ci il tarixdən hazırki vaxtadək onun istifadəsindədir. Diyallı Bələdiyyəsi ilə aralarında müxtəlif tarixli bir neçə icarə müqavilələri bağlanmışdır. Torpaq sahəsi onun icarəsində və istifadəsində olan vaxtda X15 həmin torpaq sahəsinə dair saxta icarə müqaviləsi əldə etmişdir. Bundan sonra X15 ölmüşdür. Onun ailəsi, X2 icarə müqaviləsindən istifadə edərək, həmin torpaq sahəsini Cavabdeh2 sub-icarəyə vermişdir. Halbu ki, əvvəlki icarə müqaviləsində İsmayıllı rayonu, Diyallı kəndində yerləşən mübahisəli olan 40 ha torpaq sahəsinin sub-icarəyə vermək səlahiyyəti qeyd edilməmişdir. İcarə müqaviləsində sub-icarəyə verilməsi səlahiyyəti qeyd olunmadığı halda, İsmayıllı rayonu, Diyallı kəndində yerləşən mübahisəli olan 40 ha torpaq sahəsi qanunsuz olaraq Cavabdeh2 sub-icarəyə verilmiş və bu barədə icarə müqaviləsi bağlanmışdır. Həmçinin qeyd edir ki, İsmayıllı rayonu, Diyallı kəndində yerləşən mübahisəli olan 40 ha torpaq sahəsi X6 adından Cavabdeh2, Cavabdeh2 adından isə İddiaçı adına sub-icarəyə verilərkən, torpaq sahəsinin mülkiyyətçisi olan Diyallı Bələdiyyəsinin yazılı razılığı alınmamışdır. Bu səbəbdən hesab edir ki, Cavabdeh2 İsmayıllı rayonu Diyallı kəndində yerləşən 40 hektar torpaq sahəsini İddiaçı icarəsinə verilməsinə dair 30 noyabr 2021-ci il tarixli icarə müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmаqlа bаğlаnmışdır. istifadə hüququna olan maneələrin aradan qaldırılması tələbi barədə iddiasından imtina etməyi öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşmır və qeyd edir ki, apellyasiya şikayətinin bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli 2(037)-28/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 icarəsində olan İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən Cavabdeh1 çıxarılması və istifadə hüququna olan maneəçiliklərin aradan qaldırılmasına dair iddia tələbi təmin edilmiş, Cavabdeh1 Cavabdeh2 qarşı İsmayıllı rayonu Diyallı kəndində “Qaraquş” adlanan ərazidə istifadəsində olan 20 hektar torpaq sahəsindən Cavabdeh2 tərəfindən istifadə hüququna edilən maneəçiliklərin aradan qaldırılması və Cavabdeh2 25000 manat alınaraq ona verilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(107)-1508/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli 2(037)- 28/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 12 noyabr 2021-ci il tarixli Torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X9 Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən 10 noyabr 2021-ci ildə verilmiş 410-01 saylı arayışa, 10 noyabr 2021-ci ildə verilmiş 170 kitab, 5 vərəq, **********72 yüklü edilən əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 11 noyabr 2021-ci ildə Azərbaycan Respublikası İsmayıllı rayonu Diyallı Bələdiyyəsi tərəfindən verilmiş 90 saylı məktuba əsasən icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndində yerləşən 40 hektar torpaq sahəsinin icarə hüquqlarını 29 dekabr 2003-cü ildən başlayaraq 49 il müddətə Cavabdeh2 20000 manata satmışdır. X20 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubkik Hüquqi Şəxsi tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqda daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayonu Diyallı kəndində yerləşən İsmayıllı rayonu Diyallı Bələdiyyəsninə aid olan 40 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi 12 noyabr 2021 tarixdən 29 dekabr 2052-ci il tarixədək Cavabdeh2 adına icarə hüququ əsasında yüklü edilmişdir. 30 noyabr 2021-ci il tarixli icarə müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Məlikov X13 rayonu Diyallı kəndində yerləşən 40 hektar torpaq sahəsini 30 noyabr 2023-ci il tarixə qədər İddiaçı icarəsinə vermişdir. Göründüyü kimi şikayətin dəlili də əsassızıdr. Yəni qanuni qüvvədə olan qətnamə ilə Cavabdeh2 icarəsində olan İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən Cavabdeh1 çıxarılması və istifadə hüququna olan maneəçiliklərin aradan qaldırılmasına dair iddia tələbi təmin edilməsi qət edilmişdir. Kollegiya şikayətin digər dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir; Subicarə - icarəçi tərəfindən müqavilə müddəti ərzində icarəyə götürdüyü əmlakdan və ya onun bir hissəsindən, icarəyə verənin razılığı ilə, əmlak üzərində istifadə hüququnun müvəqqəti üçüncü şəxsə verilməsidir. Yəni İcarəçi icarəyə verənin razılığı ilə icarəyə götürdüyü əmlakı subicarəyə verə bilər. Belə olduqda, icarəyə verən qarşısında icarə müqaviləsinə görə məsuliyyəti icarəçi daşıyır. Subicarə müqaviləsi icarə müqaviləsinin müddətindən artıq müddətə bağlana bilməz. Subicarə müqaviləsinə, qanunvericilikdə digər qaydalar müəyyən edlməyibsə icarə müqavilələrinə aid olan qaydalar tətbiq edilir. Kollegiyanın qənaətinə görə əgər mübahisəli torpaq sahəsi üzrə subicarə müqaviləsi icarəyə verənin razılığı ilə bağlanmamışdırsa, həmin müqviləni icarəyə verən mübahisələndirə bilər. Yəni apelyator həmin müqaviləni mübahisələndirə bilməz. Digər tərəfdən mübahisəli torpaq sahəsinə dair apelyator tərəfindən torpağın onun istifadəsində, mülkiyyətində və ya icarəsində olmasına dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, torpaq sahəsinin mülkiyyətçisi olan Diyallı Bələdiyyəsinin yazılı razılığının alınmaması barədə dəlil də əsassızdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli, obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, hər bir tərəf öztələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz iddiasını onunla əsaslandırmışdır ki, ona icarəyə verilmiş torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edilir, sonuncu ona məxsus torpaq sahəsindən istifadəyə mane olur. Beləliklə, öz iddiasının təmin edilməsi üçün iddiaçı sözügedən faktların həqiqiliyini təsdiqedən mötəbər sübutları işə baxan məhkəməyə təqdim etmişdir. İşin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından isəgörünür ki, iddia ərizəsinin faktiki əsasını təşkil edən hallar iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh tərəfindən isə bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə, habelə apelyasiya şikayətində birinci instansiyası məhkəməsinin gəldiyi nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli və İsmayıllı Rayon Məhkəməsinin 3 noyabr 2022-ci il tаrixli, 2(037)-1037/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 3 noyabr 2022-ci il tаrixli, 2(037)-1037/2022 saylı qətnaməsi mübahisələndirilən hissə üzrə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar