Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2516/2020 18.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi və Ərizəçi iştirakı ilə Ərizəçi (sonradan X5) maraqlı şəxs Maraqlı şəxsnə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dаir ərizəsi üzrə aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının müəyyən edilməsi məsələsinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəyə müraciət edərək X2 xx.xx.1999-cu il tarixdə Şəki rayonunun Kiçik Dəhnə kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xаhiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi MPM-nin 54.1-ci maddəsinə əsasən əsl ərizəçi X5 ilə əvəz edilmişdir. Mülki işə məhkəmədə baxılarkən ərizəçi X5 tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, onun Azərbaycan Respublikasında daimi yaşaması və xx.xx.1999-cu il tarixdə Şəki rayonunun Kiçik Dəhnə kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) xx.xx.2020-ci il tarixli, 2(075)- 1484/2020 nömrəli qərardadına əsasən mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, ərizəçi X5 xx.xx.1999-cu il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində andan olmuş və 18 yaşınadək həmin kənddə yaşamışdır. Lakin 4 il əvvəl ailə quraraq Yevlax rayonu, Hürüşağı kəndinə gəlin köçmüş və artıq 4 ildir ki həmin kənddə yaşayır. Həmçinin həmin ailə münasibətlərindən qeyri-rəsmi olsa da 2 azyaşlı uşağı vardır. Ərizəçi göstərmişdir ki, hal-hazırda Yevlax rayonu, Hürüşağı kəndində yaşaydığından və himayəsində iki azyaşlı uşağı olduğundan Şəki rayon məhkəməsinə gəlib-gedə bilmir. Buna görə də mülki işin Yevlax Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmir. Yevlax Rayon Məhkəməsinin (hаkim R.Əlizadə) xx.xx.2020-ci il tarixli, 2(039)- 2227/2020 nömrəli qərаrdаdı ilə ilə mülki iş üzrə ərazi aidiyyəti məsələsinə baxılması üçün iş Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı düzgün olaraq Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsi X4 ərizəçi qismində cəlb etsə də, onun şəxsiyyətini müəyyən edən və ya yaşayış yerini təsdiq edən müvafiq sənədi mövcud deyil. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli iclasının protokolundan da məlum olur ki, ərizəçi X5 hazırda ünvan 1 ünvanında yaşayır. Ərizəçi X2 Yevlax rayonu, Hürüuşağı kəndində yaşaması barədə iş materiallarında heç bir sübut yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, hazırda Şəki şəhərində yaşadıqlarından və maddi imkanları yaxşı olmadığından işin Şəki Rayon Məhkəməsində baxılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Şəki Rayon Məhkəməsi (hakim C.İmanov) xx.xx.2020-ci il tarixli, 2(075)-1484/2020 nömrəli qərardadı ilə mülki işi baxılmaq üçün Yevlax Rayon Məhkəməsinə göndərməklə düzgün nəticəyə gəlməmiş və həmin qərardad prosessual qanunvericiliyin tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələblərinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Mülki Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mülki işə ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsində baxılmalıdır. Birincisi ona görə ki, iş Şəki Rayon Məhkəməsinin icraatına daxil olarakən və icraata qəbul edilərkən MPM-in 37-ci maddəsinin tələbi baxımından ərizəçinin olduğu yer üzrə verilmiş, məhkəmə də işi icraata qəbul etmişdir. Sonradan ərizəçinin dəyişməsi işin aidiyyəti üzrə digər məhkəməyə göndərilməsi üçün əsas deyil. Belə ki, yuxarılda qeyd olunduğu kimi aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. İkinci, tələbdən müəyyən edilir ki, sonradan işə əlavə edilmiş ərizəçi X5 “onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin işə baxan Şəki Rayon Məhkəməsi onun şəxsiyyətini müəyyən edərkən protokolda (iş mat.səh.25) “xx.xx.1966-cı il tarixdə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Rrespublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 3 ünvanda yaşayan” kimi xarakterizə etmişdir. Ərizəçi onun xx.xx.1999cu il tarixdə doğulması və onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması” faktının müəyyən edilməsini məhkəmədən xahiş etdiyi və heç bir rəsmi sənəd olmadığı halda, məhkəmənin hansı sənəd əsasında bu məlumatlara istinad etdiyi məlum deyil. Üçüncü, işin faktiki hallarından məlum olur ki, ünvan 1 ünvanda yaşayan Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı düzgün olaraq Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsi X1 əsl ərizəçi qismində cəlb etsə də, onun şəxsiyyətini müəyyən edən və ya yaşayış yerini təsdiq edən müvafiq sənədi mövcud deyil. Ərizəçi X2 Yevlax rayonu, Hürüuşağı kəndində yaşaması barədə iş materiallarında heç bir sübut yoxdur. Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsinin tələbinə görə məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müəyyən kateqoriya mülkihüquq münasibətləri üçün qanunda ərazi aidiyyətinin ümumi qaydalarından fərqli qaydalar müəyyən edilmiş və hazırki tələb də məhz həmin kateqoriya mülki-hüquq münasibətlərinə aiddir. Həmin Məcəllənin 45.5-ci maddəsinə görə, işin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, Mülki Prosessual Məcəllənin yuxarıda şərh olunan maddəsi işlərin düzgün və vaxtında həlli üçün maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, işə baxılması ilə əlaqədar maksimum dərəcədə əlverişli şərait yaradılması, eləcə də işin hərtərəfli və obyektiv həli edilməsi üçün ərizəyə Şəki Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-1484/2020 nömrəli qərardadı ləğv edilməli və iş baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-1484/2020 nömrəli qərardadı ləğv edilsin. Ərizəçi (sonradan X5) maraqlı şəxs Maraqlı şəxsnə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Hakimlər: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2516/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2516/2020
18.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver