Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-252/2024 31.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlakların mənzildən çıxarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: əmlakların mənzildən çıxarılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakların mənzildən çıxarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(051)- 1528/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçının X7 11 noyabr 2022-ci ildə Cavabdeh ilə rəsmi nikaha girmiş və həmin vaxtdan da cavabdeh onun mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 51 saylı evin, 16 saylı mənzilinə köçüb yaşamağa başlamışdır. Hazırda Cavabdeh mənzildən çıxsa da, ona məxsus cehiz əşyaları, yəni yataq və qonaq otağı mebel dəstləri mənzildə qalmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mingəçevir şəhəri, H.Əliyev prospekti 51 saylı evin, 16 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı nümayəndəsi və vəkili X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 51 saylı evin, 16 saylı mənzilindən çıxdığını, lakin cehiz əşyaları, yataq və qonaq otağı dəstlərinin mülkiyyətində olan mənzildə qaldığını göstərib, Cavabdeh məxsus yataq və qonaq otağı dəstlərinin yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 51 saylı evin, 16 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini müdafiə etdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 51 saylı evin, 16 saylı mənzilini 06 sentyabr 2001-ci ildə alqı-satqı yolu ilə almışdır və mənzilə 14 sentyabr 2001-ci ildə adına mülkiyyət hüququ qeydə alınmışdır. X7 11 noyabr 2022-ci ildə Cavabdeh ilə rəsmi nikaha girmiş və həmin vaxtdan da cavabdeh onun mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 51 saylı evin, 16 saylı mənzilinə köçüb yaşamağa başlamışdır. Birgə nikahdan onların övladları olmamışdır. Cavabdehin qısa müddətli evliliyinə baxmayaraq, onunda birgə yaşamaq mümkün olmadığından mülkiyyətində olan mənzildən çıxmağa məcbur qalmışdır. Cavabdeh hər an özünü öldürəcəyi ilə hədələyir. Hazırda Cavabdeh mənzildən çıxıb getsə də, ona məxsus cehiz əşyaları, yəni yataq və qonaq otağı mebel dəstləri mənzildə qalmışdır. Ona görə iddianın təmin edilməsini, Cavabdeh məxsus yataq və qonaq otağı dəstlərinin yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 51 saylı evin, 16 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzil iddiaçının xüsusi mülkiyyətindədir və bu barədə X4 İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 14 sentyabr 2001-ci il tarixdə 1100a reyestr kitabında 9389 №li qeyd aparılmışdır. Cavabdeh iddiaçının X7lə xx.xx.2022-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurduqdan sonra iddiaçıya məxsus evə gəlin köçmüşdür. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmlaklarının mənzildən çıxarılmaqla mənzilin boşaldılmasını xahiş edir.
6. Göründüyü kimi, hazırda ünvan 1 iddiaçının mülkiyyətindədir. İddiaçı mülkiyyətçi olmaqla, həmin mənzildən cavabdehin əşyalarının mənzildə yerləşdiyi səbəbdən tam olaraq istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir.
7. Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(051)-1528/2023 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin olunmuş, Cavabdeh məxsus əmlaklar-yataq və qonaq otağı mebel dəstləri ünvan 2 ünvanında yerləşən, 16 saylı mənzildən çıxarılması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: X4 İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi Mingəçevir şəhər 3 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 172 №li arayış
10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə ona heç vaxt məlumat verməmişdir. İddiaçı iddia ərizəsində yalnız ona məxsus yataq və qonaq otağı mebellərinin çıxaraılmasını tələb etmişdir. Halbuki, ona məxsus yataq və qonaq otağı mebellərindən başqa, ona məxsus televizor, toz sovuran, qab-qacaq və digər əmlakları da qeyd olunan mənzildədir. Əgər o məhkəmə iclasının vaxtı barədə məlumatlı olsaydı, o bunları məhkəmənin diqqətinə çatdıra, öz müdafiəsini təşkil edə bilərdi. Hesab edir ki, iddiaçı onun gələcəkdə əmlak tələbi ilə bağlı iddia qaldırmaq ehtimallarının olmasını fikirləşərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu isə qanunsuz və ədalətsizdir. Çünki, onun bütün cehiz əmlakları iddiaçıya məxsus mənzildə yerləşir. İddiaçı isə bu hallar barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı ona məxsus 2 adda əmlakı özünə məxsus mənzildən çıxarılmasını tələb etməklə, gələcəkdə ona məxsus cehiz əmlaklarının taleyini sual altına qoyur. Çünki, onun qeyd etdiyi əmlakları gələcəkdə tələb etmək hüququ vardır. Digər tərəfdən iddiaçı ona məxsus yataq və qonaq otağı dəstlərinin mənzildən çıxarılmasını tələb etsə də, həmin mebel dəstlərinə nələrin daxil olduğunu qeyd etməmişdir.
12. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(051)- 1528/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 34-cü maddəsinin tələblərinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 387.1-ci mаddələrinə əsаsən prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 387.2.2--ci mаddələrinə əsаsən şikayətin dəlillərindən asılı olmayaraq, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
Apellyasiya baxışının hədləri
19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(051)- 1528/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ümumilikdə təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edərkən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
22. Mülki işin materiallarından görünür ki, iş üzrə 25 iyun 2023-cü ilə təyin olunmuş məhkəmə hazırlıq iclası üçün cavabdehə ünvanlanmış məhkəmə bildirişi ünvan 3ş, həmin poçt zərfi “köçüb” əsası ilə məhkəməyə geri qaytarılmışdır. 25 iyun 2023-cü ildə baş tutmuş məhkəmə hazırlıq iclası cavabdehin iştirakı olmadan keçirilməklə iş üzrə baxış iclası təyin edilmişdir. Həmin qərardad tərəflərə göndərilsə də, cavabdehin adına yenə həmin ünvana göndərilmiş poçt zərfi həmin ünvanda yaşamadığı əsası ilə məhkəməyə geri qaytarılmışdır. Nəticədə 17 avqust 2023-cü ildə məhkəmə baxışı keçirilmiş və cavabdehin məhkəmə prosesində iştirakı təmin edilmədən qətnamə qəbul edilmişdir. İş materiallarında cavabdehin adına göndərilmiş SMS bildirişlər mövcud olsa da, həmin bildirişlər iddiaçının iddia ərizəsində qeyd etdiyi mobil nömrəyə göndərilmişdir ki, həmin nömrə də cavabdehin adına qeydiyyatda olmamaqla, cavabdehin istifadəsində olduğu məlum deyildir. Cavabdeh məhkəmə qətnaməsindən verdiyi apellyasiya şikayətində də başqa mobil nömrə göstərmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 387.2.2-ci mаddəsinə əsаsən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
23. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, bu qətnamənin 1-ci bəndində göstərilənlər işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəlləyə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırki tələbin qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsinə istinad edilməlidir. Həmin normaya əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normalar əsasında iddianın təmin edilməsi üçün iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması (cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi) və cavabdehin sahibliyinin (maneçiliyin) qanunsuz olması müəyyən edilməlidir. Göründüyü kimi, hazırda ünvan 1 iddiaçının mülkiyyətindədir. İddiaçı mülkiyyətçi olmaqla, həmin mənzildən cavabdehin əşyalarının mənzildə yerləşdiyi səbəbdən tam olaraq istifadə edə bilmir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, yataq və qonaq otağı dəstlərinin mənzildən çıxarılması ilə bağlı hazırki iddianın təmin olunması mənzildə qalan cavabdehə məxsus digər cehiz əşyaları olduğu halda cavabdehi həmin əşyaların tələbi ilə bağlı gələcəkdə iddia qaldırmaq hüququndan məhrum etmir.
25. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə xərci olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi məsələsi həll edilməmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti verəmməklə həmin hissəni mübahisələndirməmişdir. Ona görə də, hazırki apellyasiya baxışında həmin məsələ üzrə araşdırma aparılmamışdır.
26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(051)-1528/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməli, Cavabdeh məxsus əmlaklar-yataq və qonaq otağı mebel dəstləri İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 16 saylı mənzildən çıxarılmalıdır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli 2(051)- 1528/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh məxsus əmlaklar-yataq və qonaq otağı mebel dəstləri İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 16 saylı mənzildən çıxarılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev