Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-252/2025 04.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Sadiqov Zülfüqar Əhməd oğlu və X5 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi (sədri) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol yerinin açılması, cavadehin yol yerindən çıxarılması və yol yerindən cavabdeh tərəfindən istifadəyə maneələrə son qoyulması tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tаrixli, e-2(025)-363/2024 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan JN-390F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən Cavabdeh, X1, X6 və X9 mülkiyyətinə JN-390F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən 0,71 ha həyətyanı torpaq sahəsi verilmişdir.
2. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçınə ünvanlanmış 22 yanvar 2024-cü il tarixli, 3-21-3-42/2-514/2024 nömrəli məktubda göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsində 26 Dekabr 2023-cü il tarixli, 59 saylı ərizə araşdırılmışdır. Ərizədə Qəbələ rayonu Nic qəsəbəsinin, Nic Bələdiyyəsinə məxsus ümumi istifadəsində olan yolu Nic qəsəbə sakini Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edərək digər şəxslərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş yolu bağlamışdır. Həmin ümumi istifadəsində olan yolun ölçü işlərinin aparılmasına və Nic Bələdiyyəsinin mülkiyyətinə aid olub-olmaması barədə yazılmış xx.xx.2023-cü il tarixli ərizə araşdırılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən xx.xx.2024-cü il tarixdə Nic Bələdiyyəsi tərəfindən iddia olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə təyin edilmiş, torpaq sahəsinin hansı mülkiyyətə aid olması müəyyənləşdirilmişdir. 1. Məktuba əsasən faktiki naturada ölçülmüş torpaq sahəsi 0,0408 hektardır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Nic qəsəbə sakini Cavabdeh tərəfindən istifadə olunan 0,0408 ha torpaq sahəsi Qəbələ rayonu Nic qəsəbəsində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Nic qəsəbəsi İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası Yaşayış məntəqələri torpaqları, uqodiyası ümumi istifadədə olan (yollar və küçələr) Bələdiyyə mülkiyyətinə aid ərazidir. Sözügedən 0,0408 ha torpaq sahəsi X2 X8 (TEKUİS) əsasən, kateqoriyası Yaşayış məntəqələri torpaqları, uqodiyası ümumi istifadədə olan (yollar və küçələr) Bələdiyyə mülkiyyətinə aid ərazidir.
3. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 may 2024-cü il tarixli, 3-21-3-42/2- 2568/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir: 1. JN-390F (Kod:********) nömrəli "Torpağın Mülkiyyətə Veriməsinə Dair Şəhadətnamə" yə əsasən Cavabdeh, X1, X6 və X9 mülkiyyətinə verilmiş 0,71 ha həyətyanı torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. 2. JN-390F (Kod:********) nömrəli "Torpağın Mülkiyyətə Veriməsinə Dair Şəhadətnamə" yə əsasən Cavabdeh, X1, X6 və X9 mülkiyyətinə verilmiş 0,71 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. 3. İddiaçının açılmasını tələb etdiyi yol yeri xəritədə nəzərdə tutulmuşdur. Həmin sahə və ölçüləri yerquruluşu planlarında göstərilmişdir. 4. İddiaçının açılmasını tələb etdiyi yol yeri İddiaçı mülkiyyətinə aid ümumi istifadə yol yeridir. 5. İddiaçının açılmasını tələb etdiyi yol yeri İddiaçı mülkiyyətinə aid ümumi istifadə yol yeridir. Həmin yol yeri yerqurluşu planında göstərilən sahə və ölçülərdə cavabdeh tərəfindən hasarlanmışdır. Hasarlanmış sahə 0,0408 hektardır. Sözügedən 0,0408 ha torpaq sahəsi X2 X8 (TEKUİS) əsasən, kateqoriyası Yaşayış məntəqələri torpaqları, uqodiyası ümumi istifadədə olan (yollar və küçələr) Bələdiyyə mülkiyyətinə aid ərazidir.
4. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3-16-16/2-10/4872 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, JN-390F (Kod:********) nömrəli "Torpağın Mülkiyyətə Veriməsinə Dair Şəhadətnamə" yə əsasən Cavabdeh, X1, X6 və X9 mülkiyyətinə verilmiş 0,71 ha həyətyanı torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. JN-390F (Kod:********) nömrəli "Torpağın Mülkiyyətə Veriməsinə Dair Şəhadətnamə" yə əsasən Cavabdeh, X1, X6 və X9 mülkiyyətinə verilmiş 0,71 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. İddiaçının açılmasını tələb etdiyi yol yeri xəritədə nəzərdə tutulmuşdur. Həmin sahə və ölçüləri yerquruluşu planlarında göstərilmişdir. İddiaçının açılmasını tələb etdiyi yol yeri İddiaçı mülkiyyətinə aid ümumi istifadə yol yeridir. İddiaçının açılmasını tələb etdiyi yol yeri İddiaçı mülkiyyətinə aid ümumi istifadə yol yeridir. Həmin yol yeri yerqurluşu planında göstərilən sahə və ölçülərdə cavabdeh tərəfindən hasarlanmışdır. Hasarlanmış sahə 0,0408 hektardır. Sözügedən 0,0408 ha torpaq sahəsi X2 X8 (TEKUİS) əsasən, kateqoriyası Yaşayış məntəqələri torpaqları, uqodiyası ümumi istifadədə olan (yollar və küçələr) Bələdiyyə mülkiyyətinə aid ərazidir.
5. İş materiallarında olan Qəbələ rayon Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini X14, Qəbələ rayon Nic bələdiyyəsinin sədri Nümayəndə və Nic bələdiyyəsinin üzvü X3 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, X4 Nic bələdiyyəsinə etdiyi müraciətlə bağlı xx.xx.2023-cü ildə Vartanov Rafael və Nikolay Muradari birlikdə qeyd olunan əraziyə tərəflərindən baxış keçirilmiş və həqiqətində Bayramari Abrik yaşadığı evin yanından keçən ümumi istifadəsində olan yolu iki tərəfdən Cavabdeh tərəfindən kustar üsula düzəldilmiş taxta qapı ilə bağlamasını müşahidə etmişlər. Bununla bağlı Cavabdehla söhbətlər aparıb yolun bağlanmasını ümumi vəziyyəti əməl olduğunu bildirsələr də, həmin şəxs onlara bağladığı ərazisinin onun şəxsi mülkiyyəti və yol olmadığını deyib, onlara inanmadığını bildiribdir. Cavabdehla söhbət apardıqları zaman onlar həmin ərazinin ümumi istifadədə olan yol olduğunu bildirsələr də, onların sözlərinə məhəl qoymaraq və bu günə qədər həmin yolu açmamışdır.
II. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı “yol yerinin açılması, cavadehin yol yerindən çıxarılması və yol yerindən cavabdeh tərəfindən istifadəyə maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayon Nic qəsəbəsində Nic Bələdiyyəsinə məxsus ümumi istifadədə olan yolun cavabdeh tərəfindən açılaraq qapının sökülməsi, cavadehin həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsindən cavabdeh tərəfindən istifadəyə maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hazırda Qəbələ rayon Nic qəsəbəsində vətəndaşlar tərəfindən torpaqların qanunsuz olaraq zəbt edilməsi halları kifayət qədərdir. Belə ki, cavabdeh tərəfindən Nic qəsəbə Bələdiyyəsinin aid torpağı qanunsuz olaraq zəbt edilərək digər şəxslərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş yolu bağlamışdır. Kənd sakinlərinin sikayətlərinə baxmayaraq cavabdeh tərəfindən yolun bağlanması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi halları aradan qaldırılmamış, taxta qapı ilə bağlanmış yol ləğy edilərək əvvəlki vəziyyətinə qaytarılmamışdır. Cavabdehə məktub göndərilməsinə və kənd sakinləri ilə bərabər akt rətib edilərək qanunsuluğa son qoyulması tələb edilsə də, cavabdeh torpaq sahəsinin onun mülkiyyəti olduğuna əsaslanaraq maneələrə son qoymamışdır. Qeyd olunanlara əsasən hesab edirlər ki, cavabdehin onlara məxsus olan torpaq sahəsini hüquq əsas olmadan zəbt etməsi onun sözügedən əmlaka mülkiyyət hüququnun "şərti və qeyrisabit" xarakter almasına dəlalət edir. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində onlar mülkiyyətçi kimi öz əmlakı üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşlar; buna görə də həmin torpaq sahəsinin ortasında tikilmiş dəmir hasar cavabdehin vəsaiti hesabına sökülməli, onların torpaq sahəsindən istifadə etməkləri üçün mövcud olan maneələr aradan qaldırılmalı və torpaq sahəsi onlara təhvil verilməlidir
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı nümayəndəsi (sədri) Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda göstərmişdir ki, məhkəmə tərəfindən alınmış mütəxəssis və ekspert rəylərində də cavabdehin bağladığı yol yerinin İddiaçı mülkiyyətində olması müəyyən edilmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, heç kimin yol yerini zəbt etməmişdir. Verilmiş mütəxəssis rəyi və ekspert rəyi ilə razılaşmır. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında X10 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh 30 ildir onun qonşusudur. Onların mülkiyyətinə gedən yol yerini bağlayaraq əsassız olaraq öz mülkiyyəti olduğunu iddia edir. Belə olub yol yerinin açılması üçün Nic bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə isə yerli əraziyə baxış keçirtmiş, cavabdehin bağladığı yol yerinin Nic bələdiyyəsinin mülkiyyətində olması müəyyən edilmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında X12 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh onun qonşusudur. Cavabdeh onların mülkiyyətinə gedən yol yerini bağlamışdır. Yol yerinə bir maşın daş tökmüşdür. Mülkiyyətlərinə gedən başqa yol olmadığından həmin yol yerini açsalar da, cavabdeh maneəçilik törətməyə davam edir.
12. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin şöbə müdiri X15 ifadəsində göstərmişdir ki, həm İddiaçı müraciəti, həm də məhkəmənin qərardadı əsasında mübahisəli əraziyə baxış keçirmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının açılmasını tələb etdiyi yol yeri İddiaçı mülkiyyətinə aid ümumi istifadə yol yeridir. İddiaçının açılmasını tələb etdiyi yol yeri İddiaçı mülkiyyətinə aid ümumi istifadə yol yeridir. Həmin yol yeri yerqurluşu planında göstərilən sahə və ölçülərdə cavabdeh tərəfindən hasarlanmışdır. Hasarlanmış sahə 0,0408 hektardır.
13. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 19 noyabr 2024-cü il tаrixli, e-2(025)-363/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək Qəbələ rayon Nic qəsəbəsində Nic Bələdiyyəsinə məxsus ümumi istifadədə olan və cavabdeh tərəfindən hasarlanmış 0,0408 ha yol yeri (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 13 may 2024-cü il tarixli, 3-21- 3-42/2-2568/2024 nömrəli mütəxəssis rəyində göstərilmiş formada) Cavabdeh tərəfindən açılması, yol yerində olan qapı cavabdehin hesabına sökülməsi, cavabdeh həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsindən cavabdeh tərəfindən istifadəyə maneələrə son qoyulması, Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Qəbələ rayon məhkəməsinə) ödənilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına keçirilməsi qət edilmişdir.
14. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı iddia etdiyi və mülkiyyətlərində yol yeri ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və faktiki olaraq mövcuddur. Reallıqda həmin yol yeri cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh həmin yol yerinin onun mülkiyyəti olduğunu qeyd etsə də, ekspert rəyindən göründüyü kimi həmin yol yeri cavabdehin mülkiyyətində deyil və cavabdeh bunun əksini sübut edəcək heç bir sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim etməmişdir. Ekspert və mütəxəssis rəylərinə əsasən də müəyyən olunmuşdur ki, həmin yol yeri cavabdeh tərəfindən bağlanmışdır. Bu səbəbdən Qəbələ rayonu Nic qəsəbəsinin sakinləri sözügedən yol yerindən istifadə edə bilmir.
15. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan yol yeri açılmalı və həmin yol yerinə cavabdeh tərəfindən maneələrə son qoyulmalıdır.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 170.1, 170.2 və 175.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 107, 119.1, 119.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddia ərizəsində qeyd edilənlərlə razı deyil və Qəbələ Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, e- 2(025)-363/2024 saylı qətnaməsindən də narazıdır. Belə ki, məhkəmə iclasında da qeyd etmişdir ki, o, heç kimin yol yerini zəbt etməmişdir, dəmir hasar olması yalandır, mübahisəli torpaq sahəsinə 1 maşın daş tökülməsi olmamışdır, eyni zamanda qonşunun həyətinə ot daşımasında da hər hansı maneə yoxdur. Mübahisəli yol yeri kimi qeyd etdikləri torpaq sahəsi isə torpaq islahatından da əvvəl onun istifadəsində olmuş və həmin hissədən özünün istifadə etməyi üçün yol açaraq orada taxtadan qapı qoymuşdur. Digər tərəfdən də Nic Bələdiyyəsi mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan gediş-gəliş yolu olduğunu qeyd etsə də, məhkəməyə onu subut edəcək hər hansı mülkiyyət sənədi təqdim etməmişdir. O isə məhkəməyə torpaq islahatı zamanı verilmiş mülkiyyət sənədi olan JN-390F, kod 40600068 nömrəli Torpağın mülkiyyətə veriməsinə dair Şəhadətnaməni təqdim etmişdir. Göstərilənlərə əsasən mülki iş obyektiv araşdırılmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhəkəməsin 19 noyabr 2024-cü il tаrixli, e-2(025)-363/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (sədri) Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tаrixli, e-2(025)-363/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
24. Maddə 13. Mülkiyyət
İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
25. Maddə 29. Mülkiyyət hüququ
İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...) İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. ...
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
29. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
30. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
31. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
32. Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.
33. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
34. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
41. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
42. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
48. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
49. Müəyyən edilmişdir ki, Qəbələ rayonu Nic qəsəbə sakini X11 İddiaçınə müraciət edərək, yaşadığı evin yanından keçən ümumi istifadəsində olan yolu iki tərəfdən Cavabdeh tərəfindən kustar üsula düzəldilmiş taxta qapı ilə bağlamasını bildirmişdir. Bununla bağlı İddiaçı sədri mübahisəli əraziyə getmiş, Bayramari Abrik yaşadığı evin yanından keçən ümumi istifadəsində olan yolu iki tərəfdən Cavabdeh tərəfindən kustar üsulla düzəldilmiş taxta qapı ilə bağlamasını müşahidə etmişlər. Bununla bağlı Cavabdehla söhbətlər aparıb yolun bağlanmasını ümumi vəziyyəti əməl olduğunu bildirsələr də, həmin şəxs onlara bağladığı ərazisinin onun şəxsi mülkiyyəti və yol olmadığını deyib, onlara inanmadığını bildirmişdir. Cavabdeh tərəfindən tutulmuş yol yerinin İddiaçı mülkiyyətində olub-olmamasını müəyyənləşdirmək üçün bələdiyyə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçınə ünvanlanmış 22 yanvar 2024-cü il tarixli, 3-21-3-42/2-514/2024 saylı məktubda göstərilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən xx.xx.2024-cü il tarixdə Nic Bələdiyyəsi tərəfindən iddia olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə təyin edilmiş, torpaq sahəsinin hansı mülkiyyətə aid olması müəyyənləşdirilmişdir. 1. Məktuba əsasən faktiki naturada ölçülmüş torpaq sahəsi 0,0408 hektardır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Nic qəsəbə sakini Cavabdeh tərəfindən istifadə olunan 0,0408 ha torpaq sahəsi Qəbələ rayonu Nic qəsəbəsində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Nic qəsəbəsi İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası Yaşayış məntəqələri torpaqları, uqodiyası ümumi istifadədə olan (yollar və küçələr) Bələdiyyə mülkiyyətinə aid ərazidir. Sözügedən 0,0408 ha torpaq sahəsi X2 X8 (TEKUİS) əsasən, kateqoriyası Yaşayış məntəqələri torpaqları, uqodiyası ümumi istifadədə olan (yollar və küçələr) Bələdiyyə mülkiyyətinə aid ərazidir. Lakin Cavabdeh yol yerini açmadığı üçün İddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə yol yerinin onun mülkiyyətində olduğunu, heç kimə maneəçilik törətmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.
50. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 may 2024-cü il tarixli, 3-21-3-42/2- 2568/2024 saylı mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3-16-16/2-10/4872 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, JN-390F (Kod:********) nömrəli “Torpağın Mülkiyyətə Veriməsinə Dair Şəhadətnamə” yə əsasən Cavabdeh, X1, X6 və X9 mülkiyyətinə verilmiş 0,71 ha həyətyanı torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. JN-390F (Kod:********) nömrəli "Torpağın Mülkiyyətə Veriməsinə Dair Şəhadətnamə" yə əsasən Cavabdeh, X1, X6 və X9 mülkiyyətinə verilmiş 0,71 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu (ictimai yol) ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Reallıqda belə bir yol mövcuddur. İddiaçının açılmasını tələb etdiyi yol yeri xəritədə nəzərdə tutulmuşdur. Həmin sahə və ölçüləri yerquruluşu planlarında göstərilmişdir. İddiaçının açılmasını tələb etdiyi yol yeri İddiaçı mülkiyyətinə aid ümumi istifadə yol yeridir. İddiaçının açılmasını tələb etdiyi yol yeri İddiaçı mülkiyyətinə aid ümumi istifadə yol yeridir. Həmin yol yeri yerqurluşu planında göstərilən sahə və ölçülərdə cavabdeh tərəfindən hasarlanmışdır. Hasarlanmış sahə 0,0408 hektardır. Sözügedən 0,0408 ha torpaq sahəsi X2 X8 (TEKUİS) əsasən, kateqoriyası Yaşayış məntəqələri torpaqları, uqodiyası ümumi istifadədə olan (yollar və küçələr) Bələdiyyə mülkiyyətinə aid ərazidir.
51. Göründüyü kimi, mütəxəssis və ekspert rəylərindən də müəyyən edilir ki, İddiaçı açılmasını tələb etdiyi yol yeri cavabdehin mülkiyyətində deyil, lakin cavabdeh tərəfindən bağlanmışdır. Sözügedən yol yeri İddiaçı mülkiyyətindədir.
52. İş üzrə birinci instansiya məhkəməsinin araşdırması zamanı əldə edilmiş mütəxəssis və ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyləri sübut növü kimi qəbul edir və onlarla razılaşır.
53. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
54. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.
56. “X7rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
57. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan yol yerinin bağlanması nəticəsində Qəbələ rayonu Nic qəsəbəsi sakinlərinin torpaq sahələrinə gediş-gəlişi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneə mövcud olduğundan iddia əsaslıdır və bu səbəbdən iddia tələbi təmin edilməlidir.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
59. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
60. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
62. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
63. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
64. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tаrixli, e-2(025)-363/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tаrixli, e-2(025)-363/2024 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov