Məhkəmə qərarları › İş №2(107)-253/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-253/2022

17.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-253/2022 17.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması, icarə müqaviləsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin 2(025)-754/2021 saylı, 18 oktyabr 2021-ci il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firudin oğlunun JN-220 Kod 40613018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və ödədiyi 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.33 ha torpaq sahəsinə JN-220 Kod 40613018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində istifadə və sahiblik etməyə başlamışdır. Lakin bir müddətdən sonra o, 2001-ci il tarixində Mirzəbəyli kənd Bələdiyyəsinin binasında 0.33 ha torpaq sahəsinin Mirzəbəyli kəndi ərazisindəki 0.30 ha hissəsini Cavabdeh Firudin oğluna köhnə məzənnə ilə 350.000 (indiki 70 manat) manata öz aralarında uzunmüddətli icarə müqaviləsi bağlayaraq vermişdir. Artıq 20 ilə yaxındır ki, Cavabdeh Firudin oğlu ona məxsus Dövlət Aktına əsasən verilmiş torpaq sahəsini istifadə edir və bir neçə il bundan əvvəl cavabdeh şəxsə torpaq sahəsini boşaldılmasını və ona qaytarılmasını tələb etsə də, əvəzində onunla razılığa gələrək dəyərini ödəyəcəyini və ya digər torpaq sahəsi ilə əvəzləşdirəcəyini bildirsədə vədinə əməl etməmişdir. Bu barədə o, aidiyyatı orqanlara (İcra nümayəndəliyinə, Bələdiyyəyə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə) müraciət etməyinə baxmayaraq, cavabdeh barəsində hər hansı tədbir görə bilmədiklərini və tərəflər arasında mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 2(025)-754/2021 saylı, 18 oktyabr 2021-ci il tаrixli qətnaməsi ilə (hakim İ.Elman) İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən mübahisəli 0.33 ha torpaq sahələri JN-220 saylı, kod 40613018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə X2 mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı qeyd olunan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini iddia edir və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını tələb edir. Cavabdeh isə Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən mübahisəli torpaq sahəsi üzərində icarə hüquqlarının olduğunu, iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır ki, iddiaç İddiaçı Cavabdeh Firudin oğlunun JN-220 Kod 40613018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş, torpaq sahəsini cavabdeh tərəfindən zəbt olunduğu barədə əsaslı sübutlar təqdim etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 156.1, 157.2, 157.4-cü maddələri, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.33 ha torpaq sahəsinə JN-220 Kod 40613018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində istifadə və sahiblik etməyə başlamışdır. Lakin bir müddətdən sonra o, 2001-ci il tarixində Mirzəbəyli kənd Bələdiyyəsinin binasında 0.33 ha torpaq sahəsinin Mirzəbəyli kəndi ərazisindəki 0.30 ha hissəsini Cavabdeh Firudin oğluna köhnə məzənnə ilə 350.000 (indiki 70 manat) manata öz aralarında uzunmüddətli icarə müqaviləsi bağlayaraq vermişdir. Artıq 20 ilə yaxındır ki, Cavabdeh Firudin oğlu ona məxsus Dövlət Aktına əsasən verilmiş torpaq sahəsini istifadə edir və bir neçə il bundan əvvəl cavabdeh şəxsə torpaq sahəsinin boşaldılmasını və ona qaytarılmasını tələb etsə də, əvəzində onunla razılığa gələrək dəyərini ödəyəcəyini və ya digər torpaq sahəsi ilə əvəzləşdirəcəyini bildirsə də vədinə əməl etməmişdir. Bu barədə o, aidiyyatı orqanlara (İcra nümayəndəliyinə, Bələdiyyəyə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə) müraciət etməyinə baxmayaraq, cavabdeh barəsində hər hansı tədbir görə bilmədiklərini və tərəflər arasında mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Əlavə olaraq bildirir ki, hal-hazırda ona məxsus torpaq sahəsində fındıq tinkləri əkmişdir ki, bu hallar da gələcəkdə onun həmin torpaq sahəsinin ona qaytanlmasında maneələr yaradacaqdır. Onun iddia tələbi Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilmədiyindən və hesab edir ki, qətnamə əsassız və qanunsuzdur. Məhkəmə qətnaməsində əsaslandırma hissəsində qeyd olunmuşdur ki, İddiaçı Cavabdeh JN-220 Kod - 40613018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş, torpaq sahəsini cavabdeh tərəfindən zəbt olunduğu barədə əsaslı sübutlar təqdim etməmişdir. Halbuki, məhkəmə mülki işi tam, hərtərəfli və obyektiv araşdırmamış, mübahisəli torpaq sahəsinə yerində baxış keçirməklə, mütəxəssislər cəlb edilməmiş və müvafiq sahədə mütəxəssis rəyi alınmamışdır. Qeyd edilən halllann olmaması mülki işin birtərəfli qaydada heç bir əsaslandırma olmadan cavabdehin xeyrinə qərar çıxarılması ilə nəticələnmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Firudin oğlu apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi onun atası X5 ilə iddiaçı arasında bağlanmış icarə müqaviləsi əsasında onun atasının istifadəsindədir. O isə həmin torpaq sahəsini əkilib becərilməsində atasına köməklik edir. O, hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də o, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsi və Qəbələ Rayon Məhkəməsinin 2(025)-754/2021 saylı, 18 oktyabr 2021ci il tаrixli qətnaməsinin dəyişirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1.-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2.-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3.-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 706.4-cü maddəsinə əsasən torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. 712.1-ci maddəsinə əsasən İcarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: 712.1.1-ci maddəsinə əsasən torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-754/2021 saylı, 18 oktyabr 2021-ci il tаrixli qətnaməsini İddiaçı mübahisələndirir. Apellyator Qəbələ Rаyоn Məhkəməsinin 18 oktyabr 2021-ci il tаrixli, 2(025)-754/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə nəticə olaraq düzgün olsa da, qətnamə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamışdır. Kollegiya qeyd edir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, işin halları barədə məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlillər və rəhbər tutduğu qanunlar göstərilməklə hüquqi cəhətdən əsaslandırılmalıdır. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qətnamənin əsaslandırıcı hissəsində, məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad edilən qanunun adı, maddəsi, bəndi, hissəsi dəqiq göstərilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Qəbələ Rаyоn Məhkəməsinin 18 oktyabr 2021-ci il tаrixli, 2(025)-754/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə qismən razılaşsa da iddianın təmin edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə X5 (cavabdehin atası) arasında 10 oktyabr 2001-ci il tarixli uzunmüddətli (99 illik) İcarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən 33 nömrəli püşkdən olan 30 sot torpaq payını uzun müddətə X4 icarəyə verir. İcarə haqqı əvvəlcədən ödənilir. 2002-ci ildən başalayaraq həmin torpaq sahəsinin vergisini X5 ödəyir. İddiaçı göstərilən 99 il müddətində torpaq iddiası əsassız sayılır. Müqavilənin 2-ci bəndinə əsasən X5 33 nömrəli püşkdən olan 30 sot torpaq sahəsini uzun müddətə icarəyə götürür. İcarə haqqını əvvəlcədən ödəyir. Familə heç bir borcu yoxdur. 2002-ci ildən etibarən torpaq vergisini Sərkərov Firudun ödəyəcəkdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin izahatından, həmçinin iş materiallarında olan və yuxarıda qeyd edilmiş icarə müqaviləsindən görünür ki, həmin icarə müqaviləsi İddiaçı ilə X5 (cavabdehin atası) arasında 10 oktyabr 2001-ci il tarixli uzunmüddətli (99 illik) İcarə müqaviləsi bağlanmışdır. Həmçinin müqavilənin birinci bəndində qeyd edilmişdir ki, İddiaçı göstərilən 99 il müddətində torpaq iddiası əsassız sayılır. Müqavilə iddiaçı tərəfindən imzalanmışdır. Hazırda isə o, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh torpaq sahəsindən çıxarılmasını xahiş edir. Cavabdehin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, o, atasının torpağında işləyir, atasına torpağı əkib becərməkdə kömək edir. Yəni hazırki iş üzrə cavabdeh olan Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini özbaşına zəbt etməmişdir. X1 ailə üzvü kimi topaq sahəsini əkib becərir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olsa da, iddia tələbinin təmin edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmadan iddia tələbini təmin etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Qəbələ Rаyоn Məhkəməsinin 18 oktyabr 2021-ci il tаrixli, 2(025)-754/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rаyоn Məhkəməsinin 18 oktyabr 2021-ci il tаrixli, 2(025)-754/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar