Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-254/2023 08.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpağın istifadəyə qaytarılması və torpaqdan istifadəyə görə maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpağın istifadəyə qaytarılması və torpaqdan istifadəyə görə maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(051)-674/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. ünvan 1 ünvanında .yeləşən 0.10 ha torpaq sahəsi İddiaçı mülkiyyəti kimi xx.xx.2020-ci ildə qeydə alınmışdır. Cavabdeh həmin torpaq sahəsində qanunsuz tikili inşa etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,10 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsində aparılmış tikinti işlərinin cavabdehin hesabına sökülməsi torpaqdan istifadəetmə maneələrin aradan qaldırıması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, iddiaçıya atası X11 şəhəri Boz dağ küçəsi 2-ci döngə, 1 ünvanında .yeləşən 0.10 ha torpaq sahəsi miras qalmışdır. ünvan 1 ünvanında yeləşən 0.10 ha torpaq sahəsinə xx.xx.2020-ci ildə mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçı həmin torpaq sahəsinə arabir gedib baxır. Bu arada qonşuluqda yaşayan Cavabdeh göstərişi ilə adını bilmədiyi şəxslər onun torpağını zəbt edərək hasar çəkməyə başlamışdılar. O, dərhal 102 xidmətinə şikayət etmişdir. Mingəçevir şəhər X15 Bölməsinin əməkdaşları torpaq sahəsinə getmiş və müəyyən etmişlər ki, həqiqətən, onun torpaq sahəsində tikinti işləri aparılır. Daha sonra toplanmış material istintaq Bölməsinə verilmişdir. Bundan sonra bir müddət tikinti işləri dayanmışdır. Sonradan ona məlum olmayan səbəbdən istintaq araşdırmasız yekunlaşmış və təqsirkar şəxslər barəsində cinayət işi başlanmamışdır. Yenidən müəyyən etmişdir ki, cavabdeh tikinti işlərini davam etdirir və təxminən 2 sot torpaq sahəsini zəbt edərək öz hasarı daxilinə almışdır. Onlarda heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Torpağa dair çıxarışın surətini verib məhkəməyə. O, torpaq sahəsini heç kimə satmamış və verməmişdir. Ona görə də məhkəmədən ünvan 1 ünvanda yerləşən 0,10 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsində aparılmış tikinti işlərinin cavabdehin hesabına sökülməsi, torpaqdan istifadə etməyə maneələrin aradan qaldırıması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı torpaq sahəsindən çıxartma, torpağın istifadəyə qaytarılması, torpağın istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia qaldırmışdır. Bildirmək istəyir ki, iddianı qəbul etmir. Qeyd olunan torpaq sahəsində oğlu X13 2013-cü ildən yaşayır. Oğluna torpaq sahəsini etibarnamə vasitəsi ilə mərhum X1 ş. Boz dağ küçəsi 2-ci döngədə 0.04 ha torpaq sahəsi 23000 (iyirmi üç min) ABŞ dollara satmışdır. Mərhum əri vasitəsi ilə həmin torpaq sahəsində 1 otaqlı mətbəx və hamam tikilmişdir. (tikintiyə xərclənən məbləğ 15000 manatdır). Tikinti 2013-cü ildə bitmişdir. İddiaçını onlar heç vaxt o ərazidə görməmişlər. İddiaçının qardaşı Fərid 2015-ci ildə onun yaşadığı əraziyə gələrək torpaqı ona satmağı təklif etmişdir. 2021-ci ilin noyabr ayında onu Polis şöbəsinə dəvət edib bildirdilər ki İddiaçı şikayət etmişdir ki.güya onlar onun torpaq sahəsini zəbt edərək orada tikinti işi aparır. Lakin o, polis şöbəsinə heç bir tikinti işi aparmadığını və ümumiyyətlə orada o, yaşamadığını bildirmişdir. Ona məlum oldu ki, iddiaçı 2020-ci ildə atasından qalan miras torpağa dair çıxarış alıb. Lakin çıxarışda hansısa səbəbdən 0.10 sot torpaq sahəsi qeyd edilib. Halbuki Yevlax rayon sabiq Tərəvəzçilik sovxozunun xx.xx.1994-cii il tarixli 01 saylı qərarı ilə Tərəvəzçilik sovxozunun ərazisində yaşayan və işləyən vətəndaşların həyatyanı torpaq sahələrinin sənədləşməsi barədə iddiaçının atası X5 0.08 ha həyatyanı torpaq sahəsi verilmişdir. Eyni tarixli qərarla oğlu Torpaq sahəsi aldığı X12 0,32 ha torpaq sahəsi ayrılmışdır. O, iddia tələbini əsassız hesab edir. Məhkəmədən iddianın rədd olunmasını xahiş edir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia predmeti olan torpaq sahəsinin özünə məxsus olduğuna əsaslanaraq cavabdehdən geri alınmasını tələb edir. Həmin mübahisə özgənin sahibliyində olan əmlakın alınması üzrə yaranan mübahisədir.
6. İddia ərizəsində göstərilən torpaq sahəsinin iddiaçıya məxsus olduğunu və bu torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə X8 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı, DƏDRX-ın 17 saylı Ərazi İdarəsinin texniki pasportu, torpaq sahəsinin planı və ölçüsünü təqdim etməklə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli 10/2539 nömrəli rəyindən görünür ki, Mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinin 0,0139 ha hissəsində cavabdeh tərəfindən inşa olunmuş tikilinin sökülməsi texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir.
7. Baxılan iş üzrə, torpaq sahəsinin mülkiyyətçisinin torpaq sahəsinə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehin torpaq sahəsindən istifadə hüququna razılıq verməyə borclu olsun.
8. Mingəçevir Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(051)-674/2022 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin olunmuş, İddiaçı məxsus, ünvan 4 ünvanında yerləşən, və Cavabdeh tərəfindən zəbt olunmuş 0,10 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsində aparılmış tikinti işlərinin cavabdehin hesabına sökülməsi, cavabdeh tərəfindən torpaqdan istifadəyə yaranan maneələrin aradan qaldırılması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157 və 158-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
10. İşə əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı tam, xüsusi mülkiyyətinə xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır.
11. İşə əlavə olunmuş DƏDRX-ın 17 saylı Ərazi İdarəsinin Texniki Pasportundan görünür ki, ünvan 6 ünvanında yerləşən mülkiyyətin hüquq subyekti İddiaçıdır.
12. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli 10/2539 nömrəli rəyindən görünür ki, Mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinin 0,0139 ha hissəsində cavabdeh tərəfindən inşa olunmuş tikilinin sökülməsi texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir.
13. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər saxta olduğu halda həmin sənədlər qebul edilmişdir. İddaçının tələbinə görə ünvan 7 ünvanda yerləşən 10 ha torpağın 0.0139 ha torpağı onlar zəbt etmişdir. O, Boz dağ küçəsi 2-ci döngədə oğlu X9 X6 4 ha (dörd) torpaq almışdır.
15. Həmin ərazidə satılan, istifadə olunan torpaqların heç birinin sənədi yoxdur. O da 2013-cü ildə aldığı, qarşılığında 2300 (iki min üç yüz) dollar pul ödədiyi torpağı etibarnamə ilə almışdır. Həmin ildə də orada oğlu üçün ev tikmişdir.
16. Ona torpağı Tərəvəzçilik savxozunun bələdiyyəsi Nurəddin tapmışdı. O, 4 (dörd) ha torpağı Əhmədov Fizulidən alanda yanında savxozun bələdiyyəsi Nurəddin müəllim və Mənzil istismar sahəsinin mühəndisi var idi. Onlar şahid kimi məhkəməyə gəlmişlər. Hakim şahidləri dindirmədi, saxta sənədlərlə qərar qəbul etdi.
17. Yevlax rayonunda yerləşən Arxivdən alınan sənəddə göstərilir ki, Tərəvəzçilik savxozunun direktoru Sevda xanım imzası ilə xx.xx.1994-cü il tarixli qərarı ilə bir neçə nəfər, o cümlədən iddiaçının atası X5 8 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin vaxt ona 4 (dörd) ha torpaq satan X12 da 0.32 ha torpaq sahəsi verilmişdir.
18. İddiaçı atası Aydının adına 0.8 ha torpaq sahəsi olduğu halda 10 ha torpağa necə sənəd əldə etdiyi hakim tərəfindən araşdırılmadı. 3 (üç ) şahid dindirilmədi.
19. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(051)- 674/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
22. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsnə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158.1. mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da mülkiyyət hüququ sayılır. Maddə 158.2. əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
26. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
27. Akimovanın Azərbayçan Respublikasına qarşı işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli Qərarında göstərmişdir ki, «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1- ci maddəsinin mahiyyəti 3 hissədən ibarətdir: 1) əmlakdan dinc qaydada istifadə etmək hüququ; 2) müəyyən müstəsna hallarda əmlakdan məhrum etmə hallarının mövcudluğu; 3) üzv dövlətlər əmlak hüququnun müdafiəsi üçün tədbirlər görməlidir. Odur ki, məhkəmə Akimovanın mənzilindən məcburi köçkünün çıxarılması haqqında məhkəmə qərarının Ağdam şəhəri işğaldan azad edilənədək təxirə salmasını fiziki şəxsin əmlak hüquqlarına, Azərbaycan Respublikasının qanunlarının pozulması ilə həyata keçirilmiş müdaxilə kimi qiymət vermişdir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
30. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(051)- 674/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
32. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 14 və 16-cı bəndlərində qeyd olunmuş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi dövlət reyestrindən çıxarış və plan və ölçü sənədi rəsmi təsdiq edilmiş sənədlər olmaqla, cavabdeh həmin sənədlərin saxta olduğuna dair iddiasını sübut etməli olduğu halda, bunu edə bilməmişdir. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 14-18-ci bəndlərində göstərdiyi digər arqumentlərinə münasibət bildirərək qeyd edir ki, onun oğlu Əvəz Niftəliyev və ya özü tərəfindən X6 Mingəçevir şəhəri Boz dağ küçəsi 2-ci döngədə yerləşən 0.04 ha torpaq sahəsini 2013-cü ildə 2300 ABŞ dollarına etibarnamə yolu ilə almasına dair göstərdikləri mülki işin materialları ilə təsdiq edilmir. X10 X9 29 oktyabr 2013-cü ildə verdiyi etibarnamədə isə mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı bir qeyd aşkar edilməmişdir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, onun üzərində sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəldiyindən, həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmədiyindən bu cür əmlak barəsində hər hansı formada bağlanmış müqavilələr etibarsız sayılır. Hazırki vəziyyətdə cavabdeh məhkəməyə onun mülkiyyətində olmasını iddia etdiyi daşınmaz əmlakla bağlı hər hansı bir müqavilə təqdim edə bilməmişdir.
34. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin 0.0139 ha hissəsində heç bir hüquqi əsas olmadan Cavabdeh tərəfindən hasar inşa edilmişdir ki, həmin hasarın da cavabdeh tərəfindən inşa edilməsi və sökülməsinin mümkünlüyü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli 10/2539 nömrəli rəyi ilə müəyyən edilmişdir. Həmin hissə cavabdehin qanunsuz sahibliyində və istifadəsində olmaqla iddiaçıya məxsus 0.10 ha torpaq sahəsində yerləşdiyindən iddia tələbinin yuxarıda göstərilən məzmunda təmin olunması işin faktiki halları ilə uyğundur.
35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(051)-674/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(051)-674/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev