Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-256/2025 18.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X6 ibarət tərkibdə, X3 iclas katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Yevlax şəhər 2 saylı tam orta məktəbin direktoru X7, vəkil Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(039)-1765/2024 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Yevlax şəhər 2 saylı tam orta məktəbin direktorunun xx.xx.2019-cu il tarixli, 75 saylı əmrindən görünür ki, İddiaçı vəzifəsi müəssisə daxili dəyişdirilərək, xx.xx.2019-cu ildən bir ştat texniki işçi təyin edilmişdir. Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 25 saylı əmrindən görünür ki, həmin məktəbdə «kiçik xidmətedici işçi» vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İddiaçı iddiasına görə, o, qanunsuz olaraq işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsinə, əvvəlki işinə bərpa edilməsinə və xx.xx.2024-cü il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmağa görə əmək haqqının və digər ödənişlərin cavabdehdən tutularaq ona (iddiaçıya) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax şəhər 2 saylı tam orta məktəbdə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək laborant vəzifəsində, xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək xadimə vəzifəsində işləmişdir. Həmin məktəbin direktoru Sədaqət Şükürova 2019-cu ildə oktyabr ayının sonunda onu yanına çağıraraq DTX tərəfindən Yevlax rayonunda məktəblərdə yoxlama keçirildiyini, yoxlamaya görə onu laborant vəzifəsindən formal olaraq sənəd üzərində xadimə işinə keçirməli olduğunu, yoxlama bitdikdən sonra isə onu əvvəlki işinə qaytaracağını bildirmişdir. O da məcbur qalaraq texniki iş olan xadimə işinə keçməyə razılıq vermişdir. Məktəbin direktoru Sədaqət Şükürova ona onun adına müqavilənin dəyişdirilib xadimə kimi göstərilsə də o yenə də əvvəlki laborant vəzifəsini yerinə yetirəcəkdir və müqavilədə adının xadimə kimi yazılmasını məktəbdə heç kimə bildirməməyi, bunun müvəqqəti hal olduğunu bildirmişdir. O da məcbur olub razılşamışdır. 2019-cu ilin noyabr ayından 2024-cü ilin fevral ayınadək o məktəbdə işləmişdir. Bir müddət sonra o direktordan onu əvvəlki işinə keçirməyini xahiş etsə də direktor ondan buna görə pul istəmiş, o (iddiaçı) isə bundan imtina etmişdir. Sonradan ona məlum olmuşdur ki, Sədaqət Şükürova onun işlədiyi laborant vəzifəsinə başqa şəxsi təyin etmişdir. Sədaqət Şükürova xx.xx.2024-cü il tarixində ona (iddiaçıya) zəng edərək, barəsində Yevlax rayon prokurorluğunda mənimsəmə və israfetmə maddələri üzrə araşdırılma aparıldığını, bununla bağlı məktəbin bütün müəllimlərinin prokurorluğa getdiklərini, eyni zamanda onun da prokurorluğa getməli olduğunu və müstəntiqə əmək haqqı kartından pul çıxarıb direktora vermədiyi barədə izahat verməyi tələb etmişdir. Bunun qarşılığında o Sədaqət Şükürovanın bu təklifindən imtina etmiş və ona belə bir yalan izahat verə bilməyəcəyini, onu çağıracaqları təqdirdə həqiqəti söyləyəcəyini bildirmişdir. Sədaqət Şükürova ona prokurorluğa izahat verməyə getməyəcəyi halda və məktəbin müəllimləri soruşacaqları təqdirdə gedib izahat verdiyini deməsini söyləmişdir. Bu hadisədən sonra Sədaqət Şükrova ona qarşı daha da qəzəbli davranmağa, qərəzli olmağa başlamış və onu iş yerində sıxışdırmağa başlamışdır. 2024cü ilin fevral ayında X13 rayonundakı Hüquq mühafizə orqanlarından birinin rəhbərinin köməkliyi ilə barəsində Yevlax rayon prokurorluğunda olan araşdırmanı öz xeyrinə həll etdikdən sonra onu (iddiaçını) yanına çağıraraq əsəbi halda ona «Sən prokurorluğa gedib mənim xeyrimə izahat vermədiyinə görə sən bizimlə işləyə bilməzsən. Sən ərizə yaz işdən çıx, daha bu məktəbdə mənim yanımda işləyə bilməzsən» demişdir. Sədaqət Şükürova xx.xx.2024-cü ildə qanunsuz olaraq heç bir əsas olmadan ona ərizə yazıb işdən çıxmağı bildirmiş, öz xətti ilə ona (iddiaçıya) telefon vasitəsi ilə boş ərizə forması göndərib həmin formada könüllü işdən çıxmağını tələb etmiş, daha sonra isə heç bir qanuni əsas olmadan onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç ) bəndinə əsasən işdən qanunsuz olaraq azad etmişdir. xx.xx.2024-cü il tarixdə iş yoldaşı vasitəsi ilə əmək kitabçasını ona göndərmişdir. Əmək kitabçasına baxan zaman ona məlum olmuşdur ki, Sədaqət Şükürova onu xx.xx.2024-cü il tarixli əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən xaric etmişdir. Halbuki həmin əmr bugünədək direktor tərəfindən ona təqdim edilməmiş, o heç bir qeyri-qanuni hərəkətə yol vermədiyi halda qanunsuz və əsassız olaraq onu işdən çıxarmışdır. Eyni zamanda işlədiyi dövr üçün son haqq-hesab və ödənilməmiş məzuniyyət haqqları ona işdən çıxarıldığı gün ödənilməmişdir. İşdən çıxarılma əmri 3 aydan çoxdur ki, bugünədək ona təqdim edilməmişdir. Əmək kitabçası işdən çıxarıldıqdan 40 gün sonra ona verilmişdir. Son haqqhesab işdən çıxarıldığı gün ona ödənilməmişdir. Bundan bir həftə sonra yarımçıq ödənilmişdir. Əmək məcəlləsinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. X5 həqiqətən bir çox qanun pozuntusuna yol verməsi X11 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən onun şikayəti əsasında aparılmış araşdırma sonunda da müəyyən edilmişdir. Belə ki, Yevlax şəhəri X20 adına 20 saylı tam orta məktəbin direktorunun onu qanunsuz olaraq işdən çıxarmağı və bir çox qanunsuz hərəkətləri barədə tərəfindən xx.xx.2024-cü il tarixində X11 Xidməti Mərkəzi Aran Regional Şöbəsinə şikayət ərizəsi ünvanlanmışdır. Onun şikayəti əsasında araşdırma aparılmış, Sədaqət Şükürovanın həqiqətən bir çox qanun pozuntularına yol verdiyi aşkar edilmiş və Sədaqət Şükürova Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. X11 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən müraciəti əsasında araşdırma da qismən düzgün aparılmamışdır. Cavabdeh əmək müfəttişliyini aldadaraq, onlara saxtalaşdırdığı, geri tarixə tərib edilmiş, müəllimləri məcbur etməklə imzaladığı sənədləri təqdim etmişdir. Əmək müfəttişliyi gedib yerində araşdırma aparmaq əvəzinə cavabdeh tərəfindən onlara saxtalaşdırılaraq təqdim edilmiş sənədlər əsasında araşdırma aparmışdır. Halbuki araşdırma aparan nümayəndə gedib yerində araşdırma aparmalı, ona təqdim olunan sənədlərin, əmrlər, aktlar kitabında tarix və nömrə ardıcıllığı ilə qeyd olunub-olmadığını, əmrlərdə və əmək kitabçasında onun imzasının olub-olmadığını müəyyən etməli idi. Əmək müfəttişliyinə təqdim edilən aktlar, əmrlər, təqdimatlar və digər sənədlər heç biri mövcud olmamış, hamısı onun şikayətindən sonra geri tarixə, sonradan müəllimləri məcburi imzalatdırmaqla tərtib edilmiş sənədlərdir. X11 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən müraciətinə cavab olaraq bildirilmişdir ki, M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin xx.xx.2024-cü il tarixli məktub və qoşma sənədlərindən məlum olmuşdur ki, məktəbin təsərrüfat işləri və tədris işləri üzrə direktor müavinləri və sinif rəhbəri tərəfindən onun əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirməməyi və nəticə olaraq ona ayrılmış sinif otaqlarında, dəhlizdə, sanitar qovşağında sağlam sanitariya-gigiyena şəraitinin pozulması barəsində müxtəlif tarixli təqdimatlar verilmişdir. Eyni zamanda guya tərəfindən başqa-başqa vaxtlarda əmək intizamı, müəssisədaxili intizam qaydaları pozulmuş, heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməmiş, işə isə iş vaxtı başlama vaxtından gec gəldiyinə, vəzifə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktlar tərtib edilmişdir. Onun tərəfindən heç bir əmək intizamı pozulmamışdır. Qeyd olunan aktların heç biri mövcud olmamış, həmin aktlar onun Sədaqət Şükürova barəsində etdiyi şikayətlərdən sonra direktor tərəfindən özünü müdafiə etmək məqsədi ilə saxlalaşdırılaraq geri tarixə, müəllimləri məcbur etməklə imzalatdırdığı aktlardır. Çünki o heç bir pozuntuya yol verməmiş, vəzifəsini layiqincə icra etmişdir. Həmin aktlar sonradan geri tarixə tərtib edilmiş aktlardır. O, işlədiyi müddət ərzində bir dəfə də olsun nə töhmət almış, nə də ona xəbərdarlıq olunmuşdur. Cavabdeh məktəbin direktoru onun şikayətlərindən sonra geri tarixə saxta aktlar və töhmətlər tərtib etmişdir. Həmişəki kimi müəllimləri məcbur edərək geri tarixə akt tərtib edərək əmr imzalamışdır. Əgər Əmək müfəttişliyi təqdim edilən sənədlərlə yox, gedib yerində qərəzsiz, heç bir tapşırıq olmadan araşdırma aparsaydı həmin aktların sonradan tərtib edildiyini müəyyən edə bilərdi. Çünki məktəbin aktlar, əmrlər kitabı mövcuddur və həmin kitablarda aktlar, əmrlər tarix və nömrə ardıcıllığı ilə yazılmalıdır. Həmin kitablarda o aktların heç biri qeyd edilməmişdir. Təqdim edilən kağızlara və yazılara baxanda həmin aktların köhnə və yeniləri arasında fərqi müəyyən etmək olar. Əmrlər olsaydı ona təqdim edilməli idi. Onun əmrlə tanış olmağı barədə imzası, qeydi yoxdur. Bundan başqa, cavab məktubunda qeyd edilir ki, onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin « Ç » bəndində göstərilən əsaslarla ləğv edilməsinə razılığın alınması məqsədi ilə işəgötürən tərəfindən xx.xx.2024 və xx.xx.2024-cü il tarixli təqdimatla məktəbdə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına müraciət edilmişdir. 45 nömrəli, xx.xx.2024-cü il tarixli və 46 nömrəli, xx.xx.2024-cü il tarixlərində keçirilmiş iclaslarda həmin təqdimatlar müzakirə olunmuş, yekdil razılıq ilə qərar qəbul edilmişdir. M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin həmkərlar ittifaqın xx.xx.2024-cü il tarixli razılıq məktubu ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respubliksının Əmək Məcəlləsinin « Ç » bəndinə əsasən xitam verilmişdir. Cavab məktubunda qeyd edilənlər həqiqəti əks etdirmir. Ona işlədiyi müddət ərzində heç bir töhmət verilməmişdir. Hər hansı töhmət verilsəydi həmin töhmət ona elan edilməli və töhmət müvafiq kitabda (töhmət, əmr kitablarında) nömrə və tarix ardıcıllığı ilə qeyd olunmalıdır. İşdəliyi müddət ərzində bir dəfə də olsun nə töhmət almış, nə ona hər hansı xəbərdarlıq olunmamışdır. Cavabdeh onun şikayətlərindən sonra geri tarixə saxta aktlar, əmrlər, töhmətlər tərtib etmişdir. Həmişəki kimi müəllimləri məcbur edərək geri tarixə akt tərtib etmiş və əmr imzalamışdır. Bundan əlavə cavab məktubunda guya Azərbaycan Respublikası Həmkarlar İttifaqının rəyinin alınması qeyd edilir, lakin bu da həqiqəti əks etdirmir. Həmkarlar İttifaqının heç bir rəyi alınmamış, ümumiyyətlə Həmkərlar İttifaqının iştirakı ilə heç bir iclas keçirilməməişdir. Əgər rəy alınmış olsaydı, onlar dəvət olunanda və iclas keçiriləndə onun (iddiaçının) iştirakı təmin edilməli idi. Halbuki, belə bir iclas və ya başqa bir görüş keçirilməmiş, Həmkarlar İttifaqının rəyi alınmamışdır. Əmək Müfəttişliyinə təqdim olunan rəy də geri tarixə tərtib edilmiş rəy və müraciətdir və saxtadır. Cavab məktubunda işdən çıxmağı barədə əmrin ona məktəbdə işləyən bir müəllimin izahatına əsasən guya xx.xx.2024-cü il tarixdi təqdim edildiyi qeyd edilir. Halbuki, işdən çıxmağı barədə əmr bu günə qədər də ona təqdim edilməmişdir. Əmək Müfəttişliyi işi araşdırarkən ancaq cavabdehin təqdim etdiyi saxta sənədlərə istinad etmişdir. Heç bir araşdırma aparmamış, təqdim edilən sənədləri analiz etməmiş, əmrin həqiqətən ona təqdim edilməsini təsdiq edən sübut tələb etməmişdir. Əmək Müfəttişliyinin cavabdeh barədə qeyd etdikləri həqiqəti əks etdirmir. Ümumiyyətlə qanunvericiliyin tələbinə görə işçiyə töhmət, şiddətli töhmət, əmr verilərkən müvafiq kitabda qeyd olunmalı, töhmət işçiyə elan edilməlidir. İşdən çıxmağı barədə əmrin bu günədək ona təqdim edilməməsi, son haqq-hesabın aparılmaması, həmkarlar ittifaqının iclasında onun iştirakının təmin edilməməsi (əgər icla keçirilmişdirsə), geri tarixə aktlar, əmrlərin tərtibi cavabdeh tərəfindən yol verilmiş kobud qanun pozuntularıdır. Əmək Müfəttişliyinə təqdim edilən aktlar və sənədləri hamısı sonradan, geri tarixə direktorun təkidi və tələbi ilə tərtib edilmiş sənədlərdir. Ona görə də, sənədləri saxtalaşdıran məktəb direktoru barədə xüsusi qərardad çıxarılmalıdır. Göründüyü kimi məktəb direktoru vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, özbaşınalıq və qanunsuz əməllər törədərək onun (iddiaçının) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş huquqlarını pozaraq onu əsassız, qanunsuz olaraq işdən çıxarmışdır. Bütün bunlar onun (iddiaçının) qanunsuz olaraq işdən çıxarılmağını sübut edir. Cavabdeh işdən çıxarılmağı barədə əmri bu günə qədər ona təqdim etməməklə, əmək kitabçasını işdən çıxarıldığı gün yox daha sonra, şəxsən ona təqdim etməməklə, son haqq-hesabı (ödənilməmiş əmək məzuniyyəti) isə gecikdirməklə və tam olaraq ödəməməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşdur. İşdən çıxarılmağı barədə əmr də elektron portalda vaxtında yerləşdirilməmişdir. Bütün bunlar cavabdehin ona qərəzli münasibətindən irəli gəlir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin nümayəndəsi (vəkil) Nümayəndə iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün dəfələrlə məktəbin işçiləri tərəfindən bu barədə aktlar tərtib edilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməmişdən əvvəl Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin Həmkarlar Təşkilatına müraciət edilmiş və Həmkarlar Təşkilatının iclasında həmin məsələ tam şəkildə araşdırıldıqdan sonra təşkilatın qərarına əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin « Ç » bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Bundan sonra Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 25 saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, son haqq-hesab ödənilmişdir. Həmin əmr əsaslı və qanunidir. Cavabdeh əmək funksiyalarını yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X1 verdiyi izahatında göstərmişdir ki, İddiaçı M.Ə.Sabir adına 2 saylı tam orta məktəbdə əmək hüquqlarının pozulması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Mərkəzi Aran regional şöbəsinə ünvanladığı müraciətlərinə tərəflərindən baxılmışdır. Vətəndaş müraciətlərin cavabından qismən narazı qaldığından yenidən müraciət etmiş və həmin müraciət xidmətin daxili nəzarət şöbəsi tərəfindən yerindən araşdırılmışdır. Bundan sonra müraciət edən şəxsə təqdim edilmiş sənədlərə əsasən işə qanunauyğun baxılması ilə bağlı cavab məktubu verilmişdir. İddiaçı işdən azad edilməmişdən əvvəl məktəb direktorunun müvafiq təqdimatlarına əsasən məktəbin Həmkarlar Təşkilatı tərəfindən həmin məsələyə baxılmış və iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin « Ç » bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məktəb tərəfindən təqdim edilmiş sənədlərə əsasən işə qanunauyğun şəkildə baxılmış və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin direktoru tərəfindən işçiyə xəbərdarlıq vermək barədə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, son aylar ərzində üzrlü səbəb olmadan iş vaxtı rejiminin dəfələrlə pozulması-işə tez-tez gecikmə, müvfaiq icazə almadan işdən tez getmə hallarına yol verildiyindən, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələri, müəssisədaxili intizam qaydalarını pozduğuna görə, səmimi etirafı və peşmançalığı nəzərə alınaraq İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq sonuncu xəbrdarlıqla töhmət elan edilmiş və gələcəkdə təkrar vəzifə funksiyalarını yerinə yetirilməsində nöqsanlara yol verəcəyi təqdirdə barəsində daha ciddi tədbirlər görüləcəyi nəzərinə çatdırılmışdır. Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir. Nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir. Nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir. Nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlməmiş, onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir ki, bu da nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlməmiş, onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir ki, bu da nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir. Nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı tərəfindən Azərbaycan Respub.ikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir. Nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir. Nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin Həmkarlar Təşkilatanın iclasının xx.xx.2024-cü il tarixli, 45 saylı protokolundan görünür ki, məktəbin direktoru X5 xx.xx.2024-cü il tarixli təqdimatına əsasən texniki işçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin « Ç » bəndi ilə xitam verilməsinə razılığın verilməsi qərara alınmışdır. Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin direktoru tərəfindən Həmkarlar Təşkilatına verilmiş xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, verilmiş intizam tənbehlərindən nəticə çıxarmamasına görə məktəbin texniki işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin « Ç » bəndinə əsasən ləğv edilməsi barədə razılıq verilməsi xahiş edilmişdir. Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin Həmkarlar Təşkilatının sədri tərəfindən Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin « Ç » bəndi ilə xitam verilməsinə etiraz edilməmişdir. Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin Həmkarlar Təşkilatanın iclasının xx.xx.2024-cü il tarixli, 46 saylı protokolundan görünür ki, məktəbin direktoru X5 xx.xx.2024-cü il tarixli təqdimatına əsasən texniki işçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndi ilə xitam verilməsinə razılığın verilməsi qərara alınmışdır. Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 49 saylı əmrindən görünür ki, 2023-2024-cü tədris ilində xx.xx.2024-cü il tarixli 25 nömrəli əmr ilə məktəbin texniki işçisi İddiaçı əmək müqaviləsinə xitam verildiyi üçün onun 2019-2024-cü tədris illərinə aid olan 93 gün istifadə etmədiyi əmək məzuniyyətlərinin son haqq-hesabının ödənilməsi əmr edilmişdir. Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin direktoru tərəfindən Azərbaycan Respublikası X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 29 saylı məktubdan (məlumatdan) görünür ki, İddiaçı xx.xx.2024cü il tarixli, 25 nömrəli əmrə əsasən onun 2019-2024-cü tədris illərinə aid olan 93 gün istifadə etmədiyi əmək məzuniyyətlərinin son haqq-hesabı MARTİ-nin mühasibatlığı tərəfindən xx.xx.2024-cü il tarixdə tam olaraq ödənilmişdir. Əmək qabiliyyətinin olmaması barədə vərəqənin surətindən görünü ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işdən azad edilmişdir. Yevlax Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(039)-1765/2024 nömrəli qətnaməsi (hakim: Q.Paşayev) ilə, iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbdə işlədiyi dövrdə yol verdiyi ciddi nöqsanlara, əmək müqaviləsi üzoə öhdəliklərini və əmək funksiyalarını lazımi qaydada yerinə yetirmədiyinə görə Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin direktorunun 22 fevral 2024cü il tarixli, 25 saylı əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəl Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin direktoru tərəfindən Həmkarlar Təşkilatına xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təqdimatlar verilmiş və Həmkarlar Təşkilatının müvafiq qərarları ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndinə əsasən xitam verilməsinə razılıq verilmiş və bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı onun 2019-2024-cü tədris illərinə aid olan 93 gün istifadə etmədiyi əmək məzuniyyətlərinin son haqq-hesabı MARTİ-nin mühasibatlığı tərəfindən xx.xx.2024-cü il tarixdə tam olaraq ödənilmişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün – Əmək Məcəlləsi 10, 70, 71, 72, 84, 296, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 217ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan, əslində adları qeyd olunan şəxslər tərəfindən yox başqa şəxslər tərəfindən imzalanmış aktlara, Yevlax şəhəri M.Ə.Sabir adına 2 nömrəli orta məktəbin Həmkarlar təşkilatının sədri tərəfindən imzalanmış razılıq məktubuna istinad edərək qətnamə qəbul etmişdi. Belə ki, ilk olaraq qeyd edir ki, məhkəmənin istinad etdiyi aktlar və Məktəbin həmkarlar ittifaqının razılıq məktubları saxta, geri tarixə tərtib edilmiş sənədlərdir. Belə ki, İddiaçı ilə Yevlax şəhər 2 saylı məktəbin həmkarlar ittifaqının sədri Esmira Qənbərova arasında “Whatsapp” sosial şəbəkə vasitəsi ilə danışmalarından açıq-aydın görünür ki, həmkar ittifaqının sədirinin İddiaçı işdən çıxarılmasından xx.xx.2024-cü il tarixində xəbəri olmuşdur. Belə ki, cavabdeh X9 barəsində 2 dəfə (xx.xx.2024, xx.xx.2024) məktəbinin həmkarlar ittifaqına təqdimatla müraciət olunduğu qeyd edilir. xx.xx.2024-cü il tarixli müraciət məhkəməyə təqdim edilmiş, lakin xx.xx.2024-cü il tarixli müraciət məhkəməyə təqdim edilməmiş, iş materiallarında yoxdur. Bildirilir ki, ümumiyyətlə həmin müraciətlər geri tarixə tərtib edilmiş sənədlərdir. Həmkarlar ittifaqının iclası isə ümumiyyətlə keçirilməmişdir. Belə ki, əgər həmkalar ittifaqı tərəfindən hər hansı iclas keçirilsəydi, ilk olaraq iddiaçının izahatı alınmalı, həmkarlar ittifaqının iclasında onun iştirakı təmin edilməli idi. Təqdim edilmiş iclas protokolundan da göründüyü kimi, həmin protokolda İddiaçı adı qeyd edilməyib, iclas barədə ona heç bir bildiriş göndərilməmişdir. Bunlardan əlavə ümumiyyətlə belə bir, təqdimatların olmasından, iclasın keçirilməsindən, iclasın nəticəsindən, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “Ç” bəndi ilə işdən çıxarılmağı barədə həmkarlar ittifaqının sədri Esmira Qəhrəmanovanın məlumatı olmamışdır. Həmin sənədlər də məktəbin direktoru tərəfindən geri tarixə hazırlanmış sənədlərdir. Məhkəmə ümumiyyətlə nə akları, hansı aktların nə üçün tərtib edildiyini, aktları imzalayan şəxslərin həqiqətən həmin şəxslər olması araşdırmamışdır. Çünki, aktlara nəzər yetirildikdə bəzi aktlar, guya İddiaçı işdə olmamadığı üçün tərtib edildiyi, bəzi aktların isə sinif otaqlarının natəmiz olması ilə bağlı tərtib edilmiş aktlar olduğu müəyyən edilir. Halbuki, həmin aktların qeydiyyat jurnalının məhkəməyə təqdim edilməsi ilə bağlı tərəfindən vəsatət verilmiş, lakin jurnal məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddiaçı işə gəlməməsi ilə bağlı isə xx.xx.2024-xx.xx.2024 tarixlərdə blütendə olması barədə sənəd təqdim etmişdir. Həmin tarixlərdə əmək qabiliyyətinin olmaması barədə muvafiq sənəd məhkəməyə təqdim edilmişdir. Bundan başqa iddiaçının işdən çıxmasına barədə, əmrin surəti, əmək kitabçası işçiyə işdən çıxdığı şəxsən həmin günü təqdim edilməlidir. Lakin iş materaillarından da müəyyən olunur ki, işçiyə işdən çıxmağı barədə əmr ümumiyyətlə təqdim edilməmişdir. Əgər İddiaçı tərəfindən əmək intizam qaydaları pozulmuşdusa ilkin olaraq onun izahatı alınmalı idi. İş materiallarında İddiaçı heç bir izahatı yoxdur. Ona hər hansı töhmət verilmişdisə töhmət ona elan edilməli idi. Əgər məktəb tərəfindən bir dəfə təqdimatla həmkarlar təşkilatına müraciət olunmuş, təşkilatın rəyi alınmışdısa nə üçün həmin vaxt xx.xx.2024-cü il tarixində İddiaçı işdən çıxarılmamışdır? (müraciət məhkəməyə təqdim edilməmişdir) Bu qədər pozuntuya yol vermiş işçinin ünvanına hər hansı bildiriş göndərilməmişdir. Əgər İddiaçı işə çıxmırdısa nə üçün onun əmək haqqı hər ay tam olaraq köçürülürdü? Dövlətin pulu niyə israf edilirdi? Məktəb tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Mərkəzi Aran regional şöbəsinə təqdim olunan, Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin xx.xx.2024-cü il tarixli əmrdə İddiaçı işdən çıxarılmasına əsas kimi, Həmkarlar təşkilatının razılıq məktubu qeyd olunmuşdur, lakin hazırda məhkəməyə təqdim olunan və iş materiallarında olan əmrdə isə əsas aktlar qeyd olunmuşdur. Göründüyü kimi məktəb tərəfindən Əmək Müfəttişliyinə başqa, məhkəməyə isə başqa əmr təqdim edilmişdir. Bundan əlavə əmr qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Ümumiyyətlə işçi Azərbaycan Respublikası ƏməkMəcəlləsinin 70 maddənin “Ç” bəndi ilə işdən çıxarıldığı təqdirdə əmr geniş və əsaslandırılmış olmalıdır. Lakin xx.xx.2024-cü il tarixli, 25 nömrəli əmrdə əsas olaraq sadəcə İddiaçı barəsində tərtib edilmiş aktlar qeyd olunmuşdur. Lakin həmin aktların tarixləri qeyd edilməmişdir. Sinif otaqların natəmiz, sanitariya qovşağının baxımsız və antisatinariya vəziyyətində olması barədə aktlara gəldikdə isə, qeyd edirilir ki, məktəbdə bir çox sinif otaqları və bir çox sanitar qovşaqları mövcuddur. Anti sanitariya vəziyyətində olan otaqların və həmin sanitariya qovşağının məhz İddiaçı təmizləyəcəyi otaq və sanitar qovşağı olması heç yerdə öz əksini tapmır. Məktəbdə bir çox xadimə vardır. Həmin natəmiz otaqların hansı xadimə tərəfindən təmizlənməsi nə ilə müəyyən olunması qeyrimüəyyəndir. Lakin birinci instansiya məhkəməsi işə səthi yanaşmış, icraatında olan iş üzrə heç bir araşdırma apamamış, cavabdehdən tələb olunan heç bir sənədi (əmrlər kitabı, davamiyyət jurnalı, töhmətlər kitabı və sair) məhkəməyə təqdim etməmiş, məhkəmə isə sözgedən sənədlərin əldə edilməsi üçün heç bir tədbir görməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Yevlax şəhər 2 saylı tam orta məktəbin direktoru X7 və vəkili Nümayəndə apellyasiya şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi X8 qanuni qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 3 5 . Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. M a d d ə 7 1 . İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: k) qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək. 49.1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. 49.2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanılacaq əmək müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində qeydə alınmış işçi və işəgötürən barədə əmək münasibətlərinə dair məlumatların elektron informasiya sisteminə ötürülməsi əsasında elektron sənəd formasında avtomatlaşdırılmış qaydada formalaşır və formalaşan tarixdən 3 (üç) iş günündən gec olmayaraq, tərəflərin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanır. Bu halda əmək müqaviləsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. 49.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. 49.4. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır. 49.5. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. https://eqanun.az/framework/46943 80.3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 83.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir 84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 84.3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 189.1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. 189.2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.
288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi. 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanunu
20. İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqlarının qabaqcadan razılığının alınması Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarı: “.....nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir.”
“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarı: “.....məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.”
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “....Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır....”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə işçinin qanunsuz olaraq işdən azad edilməsi ilə bağlıdır. Belə ki, İddiaçı cavabdeh Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsinə, əvvəlki işinə bərpa edilməsinə və xx.xx.2024-cü il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmağa görə əmək haqqının və digər ödənişlərin cavabdehdən tutularaq ona (iddiaçıya) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə, yəni iddia tələbinin rədd edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddianın təmin edilməsini tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və ilkin olaraq qeyd edir ki, iddiaçı tərəfindən iddia ilə məhkəməyə müraciət edilməsi üçün müddət ötürülmüşdür. Belə ki, əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə) pozulduğu gündür. Hazırki işdən isə, iddiaçıya əmrin və ya əmək kitabçasının verilməsi müəyyən edilmir. Buna baxmayaraq, iddiaçı iddia ərizəsində özü bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə iş yoldaşının vasitəsi ilə əmək kitabçası ona göndərilmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayışdan isə görünür ki, iddiaçı mediasiya təşkilatına xx.xx.20224-cü il tarixdə müraciət etmiş və arayışın surətini şəxsən xx.xx.2024-cü il tarixdə əldə etmişdir. İşdən daha sonra müəyyən edilir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.4-1-ci maddəsinə görə, mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə göstərilmişdir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırki işdən isə görünür ki, cavabdeh tərəf nə birinci instansiya məhkəməsində nədəki apellyasiya instansiyasında iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə verməmişdir. Belə olan halda isə kollegiya hesab edir ki, məhkəmə özü iddia müddətini tətbiq edə bilməz və işə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə qiymət verən zaman daha sonra qeyd edir ki, hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Əmək insanın ləyaqətini alçaltmamalı, insanların əsas hüquqlarına hörmət və əməyin mühafizəsini təmin edən şəraitdə işləməklə işçilərin əmək haqqının ədalətli ödənilməsində ifadə olunmalıdır. Buna görə də Konstitusiyada əmək hüququnun normativ məzmunu həmçinin insanın ləyaqətini alçaltmayan müəyyən şəraitlərdə işləmək hüquqları ilə səciyyələndirilir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Göründüyü kimi, qanunverici işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin və ya onun qanunvericiliyə uyğun səlahiyyət verdiyi rəhbər şəxsin üzərinə mühüm vəzifələr qoymuşdur. Ümumiyyətlə, bu cür mübahisələrdə mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. İşdən müəyyən olunur ki, iddiaçı cavabdeh təşkilatda işləmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Həmin maddənin «ç» bəndinin tələbinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmçinin Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi, qanunvericilik əmək müqaviləsinin ləğv edilməsi üçün aşağıdakı şərtləri müəyyən etmişdir: - işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir; - işçinin bu hərəkətləri nəticəsində müqafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır; - işçinin bu hərəkətləri nəticəsində işəgötürənən, mülkiyyətçinin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqa uyğun olmayacaqdır. Əmək Məcəlləsinin 72-ci maddəsində isə göstərilmişdir ki, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, əmək vəzifəsinin kobud şəkildə pozulması Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə işəgötürən tərəfin əmək müqaviləsinin ləğv edilməsi üçün əsasdır. Məhz bu maddə ilə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilən hallar dəqiq şəkildə müəyyən edilmişdir. İşdən müəyyən edilir ki, cavabdeh orta məktəbin drektoru iddiaçının işdən azad edilməsi barədə təqdimatı Əmək Məcəlləsinin 72-ci maddəsin a), e) və ə) bəndləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili olan aktların və həmkarlar təşkilatının razılığını geri tarixli olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir. Nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir. Nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir. Nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlməmiş, onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir ki, bu da nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlməmiş, onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir ki, bu da nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir. Nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir. Nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir. Nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. Göründüyü kimi, iddiaçı tərəf iş materiallarına əlavə edilmiş həmin aktların geri tarixə tərtib edildiyini və saxta olduğunu bildirmişdir. Bundan başqa, iddiaçı tərəf əmək qabiliyyətinin olmaması barədə məhkəməyə sənəd təqdim etmişdir. Kollegiya qeyd edir ki, iş materiallartında olan əmək qabiliyyətinin olmaması barədə vərəqənin surətindən görünü ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş davamiyyət jurnalından da göründüyü kimi, İddiaçı akt tərtib edildiyi xx.xx.2024-cü xəstə olduğu üçün işdə olmamışdır. Cavabdeh tərəf isə bildirmişdir ki, iddiaçının əmək qabiliyyətli olmaması onlara məlumat verilməmişdir, bu səbəbdəndə iddiaçı barədə tərtib edilmiş bir akt həmin tarixə təsadüf etmişdir. Göründüyü kimi, iddiaçı barəsində dəfələrlə əmək müqaviləsi üzrə öhdəliklərini və əmək funksiyalarını lazımi qaydada yerinə yetirmədiyinə (işdə olmama və digər əsaslara) görə aktlar tərtib edilmişdir. Həmin aktlarında sonradan və ya geri tarixə tərtib edilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçı tərəfin həmkarlar təşkilatının razılığının geri tarixli olması ilə bağlı dəlilləri də öz təsdiqini tapmamışdır. Kollegiya bununla bağlı qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində göstərilən əsaslarla həmkarlar təşkilatının üzvü olan işçinin əmək müqaviləsinə xitam verdikdə müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatının qabaqcadan razılığını almalıdır. Belə ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir (Əmək Məcəlləsi 80 maddəsinin 1 və 2-ci hissələri). İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsin ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması Azərbaycan Respublikası Əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir (“Həmkərlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin dördüncü hissəsi). Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin Həmkarlar Təşkilatanın iclasının xx.xx.2024-cü il tarixli, 45 saylı protokolundan görünür ki, məktəbin direktoru X5 xx.xx.2024-cü il tarixli təqdimatına əsasən texniki işçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndi ilə xitam verilməsinə razılığın verilməsi qərara alınmışdır. Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin direktoru tərəfindən Həmkarlar Təşkilatına verilmiş xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, verilmiş intizam tənbehlərindən nəticə çıxarmamasına görə məktəbin texniki işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndinə əsasən ləğv edilməsi barədə razılıq verilməsi xahiş edilmişdir. Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin Həmkarlar Təşkilatının sədri tərəfindən Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin « Ç » bəndi ilə xitam verilməsinə etiraz edilməmişdir. Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin Həmkarlar Təşkilatanın iclasının xx.xx.2024-cü il tarixli, 46 saylı protokolundan görünür ki, məktəbin direktoru X5 xx.xx.2024-cü il tarixli təqdimatına əsasən texniki işçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndi ilə xitam verilməsinə razılığın verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin həmkarlar təşkilatının sədri Esmira Qəmbərova bildirmişdir ki, o, şəxsən üç dəfə həmkarların iclasları barədə İddiaçı məlumat vermişdir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçıya həmkarlar təşkilatının iclası barədə məlumat verilmişdir. Kollegiya bir məqamıda qeyd edir ki, xx.xx.2024-cü ildə iddiaçı bülletendə olduğundan həmkarlar təşkilatının iclası xx.xx.2024-də təkrarən keçirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmkarlar təşkilatının sədri Esmira Qəmbərovanın iddiaçının işdən çıxarılmasından məlumatı olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, iddiaçı tərəf məhkəməyə vatsap yazışmasından çıxarış təqdim edərək məktəbin həmkarlar təşkilatının sədrinin onun işdən çıxarılmasından xx.xx.2024-cü ildə məlumatı olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin həmkarlar təşkilatının sədri Esmira Qəmbərova bildirmişdir ki, o, iddiaçıya heç vaxt həmin məzmunda vatsapda yazı yazmamışdır. İş materiallarında olan vatsap yazışmaları ona məxsus deyildir. O, iddiaçı ilə həmişə zəng edərək əlaqə saxlamışdır və iddiaçının işdən çıxarılmasından da məlumatlı olmuşdur. Kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş vatsap yazışmalarının məhz həmkarlar təşkilatının sədri Esmira Qəmbərova tərəfindən iddiaçıya yazılması sübut olunmur. Belə ki, həmin yazışmalar başqa bir şəxs tərəfindən də rahatlıqla iddiaçıya yazıla bilərdi. Belə olan halda kollegiya hesab edir ki, şikayətin dəlilləri həmin hissədə də öz təsdiqini tapmır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmkarlar iclaslarının keçirilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, iddiaçı tərəf ümumiyyətlə həmkarlar təşkilatının heç bir iclas keçirmədiyini və sənədlərin sonradan hazırlandığını bildirmişdir. Lakin, iş materiallarına əlavə edilmiş təqdimatlardan görünür ki, Yevlax şəhər, M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin direktoru hazırki iş üzrə iddiaçının işdən azad edilməsi üçün təqdimatlar vermişdir. Yevlax şəhər, M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin Həmkarlar Təşkilatının iclasının xx.xx.2024-cü il tarixli, 45 saylı protokolundan (iş v. 150) isə görünür ki, xx.xx.2024-cü il tarixdə məktəbin həmkarlar təşkilatı məktəbin direktoru X5 xx.xx.2024-cü il tarixli təqdimatına baxaraq texniki işçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsinə razılığın verilməsi qərara alınmışdır. Həmçinin, Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin Həmkarlar Təşkilatanın iclasının xx.xx.2024-cü il tarixli, 46 saylı protokolundan görünür ki, məktəbin direktoru X5 xx.xx.2024-cü il tarixli təqdimatına əsasən texniki işçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndi ilə xitam verilməsinə razılığın verilməsi qərara alınmışdır. Protokollardan göründüyü kimi, həmin iclaslarda həmkarlar təşkilatının ondan artıq üzvü iştirak etmişdir. Belə olan halda isə kollegiya hesab edir ki, əksi sübuta yetirilməyənə qədər iclasların keçirilmədi və sənədlərin sonradan tərtib edildiyi qənaətinə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası sübutetmə yükü ilə bağlı xüsusilə qeyd edir ki, tərəf (və/vəya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hazırki işdən isə görünür ki, iddiaçı irəli sürdüyü dəlillərini sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmrlərin fərqli olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, idiaçı tərəf işdə olan əmrlə cavabdeh tərəfin Əmək Müfəttişliyinə təqdim etdiyi əmrin fərqli olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X8 isə bildirmişdir ki, elektron portalda əmrin nömrəsi, tarixi, adı qeyd edildikdə əsaslandırma hissəsi sistem tərəfindən “şablon” olaraq verilir. Kollegiya daha sonra qeyd edir ki, işə götürən işçi ilə əmək müqaviləsinə xitam verən zaman Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə riayət etməlidir. Belə ki, həmin maddədə göstərilir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ümumiyyətlə əmrdə əsas olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi qeyd edilmişdir və həmin əmrlərdə heç bir fərqlilik yoxdur. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 25 saylı əmrin məzmunu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğundur. Belə olan halda kollegiya hesab edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının həmişə işə gəlməsi və davamiyyət jurnalına imza etməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, məhkəmə kollegiyasının iclaslarında tədqiq edilmiş davamiyyət jurnallarından müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək davamiyyət jurnalını imzalamamışdır. Göründüyü kimi, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işdə olmamış və əmək müqaviləsi üzrə öhdəliklərini və əmək funksiyalarını lazımi qaydada yerinə yetirməmişdir. Doğrudur kollegiya qəbul edir ki, iddiaçı 31 yanvardan 09 fevraladək üzürlü səbəblərdən işdə iştirak etməmişdir. Ancaq qalan günlərdə iddiaçı üzürsüz səbəbdən işdə iştirak etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmamışdur. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsi düzgün olmuşdur. Belə ki, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən əsaslara görə iddia tələbinin təmin etməməkldə haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(039)-1765/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.