Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-257/2022 27.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı gediş-gəliş yolunun üzərinə servitut qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: gediş-gəliş yolu, servitut, əsl olmayan tərəf) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2(014)-1468/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı gediş-gəliş yolunun üzərinə servitut qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 257/2014 saylı, 22 iyul 2014-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin üzərinə Ağdaş rayonu Binələr kəndində yerləşən 107-ci sıradakı 0,15 ha torpaq sahəsinin İddiaçı ailəsi ilə yaşadığı fərdi yaşayış sahəsinin torpaq sahəsi istisna olmaqla qalan hissəsinə X3 adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən məhkəmə qərarı icra olunduqdan sonra Q.İsmayılovun mülkiyyətinə verilmiş 0,1389 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ 06 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən qeydə alınmış və ********** qeydiyyat nömrəli, 06 fevral 2016-cı il tarixli, seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və **********15 saylı, 06 fevral 2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Lakin istər DTXKnın Ağdaş rayon şöbəsi, istərsə də DƏDRX-nin 17 saylı idarəsi tərəfindən 0,1389 ha torpaq sahəsinin plan və ölçüsü tərtib edilərkən mübahisəli ərazidə bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsi bilərəkdən, qərəzli şəkildə onların yaşayış evinin yaxınlığına deyil, Q.İsmayılovun mülkiyyətinə verilmiş 0,1389 ha torpaq sahəsi tərəfə vurulmuşdur. Bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi onun tərəfindən zəbt edilməklə hasara alınmışdır. Q.İsmayılov 0,07 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin sonradan öz adına rəsmiləşdirilməsindən yayınmaq üçün torpaq sahəsinin plan və ölçüsünü tərtib edən şəxslərlə əlaqəyə girərək bələdiyyə mülkiyyətinə aid torpaq sahəsini əks tərəfə vurdurmuşdur. Sözügedən bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsi 1993-cü ildən etibarən onun istifadəsindədir. Həmin bələdiyyə torpağında ona məxsus tikinti olan tövlə və 15 metr uzunluğunda 6 metr enində talvar (“навес”) yerləşir. DƏDRX-nin 17 saylı idarəsi tərəfindən cavabdehə verilmiş 0,1389 ha torpaq sahəsinin sərhədi onun yaşayış evinin giriş hissəsinə bitişikdir. Bu səbəbdən cavabdeh onun torpaq sahəsini mənimsəmədən əvvəl torpaq sahəsinə darvaza qoydurmuş, 7 metr enində 16 metr uzunluğunda talvar inşa etdirmişdir. Hazırda həmin darvaza və talvar cavabdehin torpaq sahəsindədir. Bu səbəbdən də onun yaşayış evinə girib-çıxmağı üçün heç bir yol yoxdur. Həmçinin bugünədək istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsinə gedən yol da cavabdehdədir. Hazırda yaşayış evinə və istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsinə gediş-gəlişi və hər ikisindən də istifadəsi zəruridir. Bu səbəbdən onun yaşayış evinə və bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsinə gediş-gəlişi üçün cavabdehin mülkiyyətində və istifadəsində olan giriş darvazasından bələdiyyə mülkiyyətinə aid 0,07 ha torpaq sahəsinədək olan 8 metr enində 30 metr uzunluğunda gediş-gəliş yoluna ehtiyacı var. Həmin torpaq sahəsinə gediş-gəliş yolu ancaq cavabdehin istifadəsində olan torpaq sahəsindən mümkündür. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2(014)-1468/2021 saylı qətnaməsi ilə (hakim C.Sultanov) İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı gediş-gəliş yolunun üzərinə servitut qoyulması tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının evinə hazırda gedişgəliş yolu mövcuddur, lakin o, öz istifadəsində olan torpaq sahəsini genişləndirmək üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmin torpaq sahəsinin mülkiyyətçisini (X6) iddia ərizəsində cavabdeh qismində göstərməmişdir. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(014)-518/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə və 3-cü şəxs X5 qarşı “torpaq sahəsinin planı və ölçünün koordinatlarında dəyişiklik edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2(107)-2536/2019 saylı qətnaməsi ilə ddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(014)-518/2019 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə və 3-cü şəxs X5 qarşı “torpaq sahəsinin planı və ölçünün koordinatlarında dəyişiklik edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(014)-2100/2017 saylı qətnaməsi ilə, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı, iddiaçı X3 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,1389 hektar həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmişdir.Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2014-cü il tarixli, 2- 1(84)-257/2014 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin müdiri T.Məmmədovun 09.12.2013-cü il tarixli, 825 nömrəli məktubunun əsassız hesab edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin üzərinə Ağdaş rayonu Binələr kəndində yerləşən, 107-ci sıradakı 0,15 ha torpaq sahəsinin İddiaçı ailəsi ilə yaşadığı fərdi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi istisna olmaqla qalan hissəsinə X3 adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2012-ci il tarixli, 2 inz (84)-115/2012 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30.03.1998-ci il tarixli 07 saylı qərarı və JN 107F, kod 90304038 saylı 07.06.2005-ci il tarixdə DTXK-nın Ağdaş rayon şöbəsində qeydiyyata alınmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Ağdaş rayonu Binələr kəndində yerləşən 0,15 ha torpaq sahəsinin İddiaçı verilməsi hissəsində onun və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi istisna olunmaqla ləğv edilməsi qərara alınmışdır. Eyni zamanda məhkəmə müəyyən etmişdir ki, Binələr kəndində 107-ci sırada yerləşən İddiaçı və X3 istifadəsində olan 0,1389 ha (seriya RX № 071214) torpaq sahəsi hazırda X3 mülkiyyətindədir. Ağdaş rayonunun Binələr kəndində X3 xüsusi mülkiyyətinə 0,1389 ha torpaq sahəsi verilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı gediş-gəliş yolunun üzərinə servitut qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 76.2-ci, 77.1-ci, 119.1-ci, 185.5-ci, 217.3-cü, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, X7 əsassız torpaq tələbi irəli sürmüşdür. Bir neçə il bundan qabaq saxta yollarla qərarlar əldə edərək onu məxsus mülkiyyətindən çıxarmağa çalışır. Ağdaş rayon Binələr kəndində yerləşən ona məxsus şəxsi və istifadəsində olan bələdiyyə mülkiyyətindən istifadə etmək üçün gəliş-gediş yolunun üzərinə servitut qoyulması tələbinə dair iddia ərizəsı ilə müraciət etmişdir. Bugünədək yerli qurumlardan alınmış arayışlarda həqiqətəndə cavabdehə məxsus heç bir torpağın mövcud olmadığı aydın olmuşdur. Sözu gedən 0,15 ha torpaq sahəsi Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 30 mart 1998-cı il tarixli 07 saylı qərarı əsasında Jn - 107FKOD 90304038 nömrəli şəhadətnamə ilə onun mülkiyyətinə verilmişdir. Verilmiş arayışlardan da məlum olur kı mülkiyyətində olan torpaq sahəsi ona məxsusdur. Ağdaş rayon məhkəməsi 23 avqust 2021-cı il tarixli 2(014)1468/2021 saylı qərarı ilə iddia tələbini rədd etmiş, nəticədə cavabdehin onun əmlakını əsassız mənimsəməsi davam edir. 3-cü şəxs X4 cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət RX ilə şəxsi əlaqəsi var. Bu günədək aparılmış bütün təyinetmələrdə mütəxəssisə də təsir göstərmişdir. Nəticədə adına şəhadətnamə olan torpaq sahəsinə öz adına saxta ikinci şəhadətnamə əldə etmişdir. Qeyd olunanlara əsasən o, Ağdaş Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2(014)- 1468/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı X8 tərəfindən etiraz göndərilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X1 şikayətində verilmiş arayışlarla torpaq sahəsinin iddiaçıya məxsus olmasını bildirmişdir. Lakin o buna dair heç bir sənəd məhkəməyə təqdim etmir. Çünki həmin sahədə onun mülkiyyəti olmamışdır. İddiaçı həmçinin Ağdaş rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli qərarını onun əmlakını mənimsəməyinin davamı olduğunu göstərir. Əksinə, iddiaçı Ağdaş rayon XDS-nın 17.07.1990-cı il tarixli 14 saylı qərarına əsasən qanuni istifadəsinə verilmiş 0,15 ha torpaq sahəsinə 2005-ci ildə özünün adına saxta şəhadətnamə almış və onun məhkəməyə müraciətindən sonra 25 aprel 2012ci il tarixli Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə (yaşayış evinin yerləşdiyi torpaq sahəsi istisna olunmaqla) ləğv edilmişdir. Beləliklə inşa etdirdiyi 2 Otaq və mətbəxdən ibarət fərdi yaşayış evi onun istifadəsində qalmışdır. Hazırda orada tək yaşayır. İddiaçı xüsusi mülkiyyətində olan 0.1389 ha torpaq sahəsindən onun yaşayış evinə və 0.07 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə həyətin giriş darvazasından (qapısından) eni 8 m, uzunluğu 30 m olmaqla gediş-gəliş yolunun üzərinə servitut qoyulması tələbinə dair əsassız iddiası ilə onun xüsusi mülkiyyətində olan 0.1389 ha torpaq sahəsini 2 hissəyə ayırmaqla həyətin girişindən 0.07 ha bələdiyyəyə aid torpaq sahəsinə qədər 8 metr enində, 30 metr uzunluğunda özünə həyətin təxminən ortasından koridor açmaqla məqsədi onun xüsusi mülkiyyətində olan 0.1389 ha torpaq sahəsində 1990-2000-ci illərdə inşa etdirdiyi həyətin girişində yaşayış evinin yaxınlığında yerləşən tikintiləri 2 taylı həyətə giriş qapısını yaşayış evinin qarşısında yerləşən 50kv metr (4* 12.5) sahəsi olan talvarı qonşu hasarını və 0.07 ha istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşən vəsaitilə 1992-ci ildə tikdirdiyi 90 kv metr (15*6) dəmir talvarı (naves) özünün istifadəsinə keçirməkdir. Bundan başqa koridorun sağ tərəfində yerləşən 0.03 ha torpaq sahəsini də istifadəsinə keçirmiş olur. Bələdiyyəyə aid həmin 0.07 ha torpaq sahəsində tərəfindən inşa edilən 90 kv metr (15*6) dəmir talvardan başqa heç bir tikinti yoxdur, olmamışdır. Hazırki 23.08.2021-ci il tarixli Ağdaş rayon Məhkəməsinin qətnaməsindən sonra iddiaçı qanunsuz hərəkətləri ilə ona qəsdən zərər vurmaq məqsədi ilə sözü gedən 90 kv metr (15*6) bələdiyyəyə aid 0.07 ha torpaq sahəsində yerləşən həmin talvarı sökdürdü. Bununla əlaqədar polis şöbəsinə sonra isə ona dəyən zərərin ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Yuxarıda göstərdiyi əsaslara görə iddiaçının istifadəsində olan 0.07 ha bələdiyyəyə aid torpaq sahəsinə gedişi-gəlişi üçün yol tələb etməsi tamamilə əsassızdır. Qeyd edilənlərə əsasən o iddiaçının apellyasiya şikayətini əsassız və qanunsuz hesab etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq proses iştirakçıları məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə İddiaçı tərəfindən məhkəməyə teleqram göndərilsə də gəlməməsinin səbəbini təsdiq edən hər hansı bir əlavə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində deyilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya ) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrıayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.. 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. 256.2. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. 261.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. 261.2. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Mülki-Prosessual Məcəllənin 54.4-cü maddəsinə görə əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini tələb edir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını apellyasiya şikayətinin həcmində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2(014)-1468/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(014)-518/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə və 3-cü şəxs X5 qarşı “torpaq sahəsinin planı və ölçünün koordinatlarında dəyişiklik edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2(107)-2536/2019 saylı qətnaməsi ilə ddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(014)-518/2019 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə və 3cü şəxs X5 qarşı “torpaq sahəsinin planı və ölçünün koordinatlarında dəyişiklik edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(014)-2100/2017 saylı qətnaməsi ilə, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı, iddiaçı X3 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,1389 hektar həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmişdir.Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2014-cü il tarixli, 2- 1(84)- 257/2014 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin müdiri T.Məmmədovun 09.12.2013-cü il tarixli, 825 nömrəli məktubunun əsassız hesab edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin üzərinə Ağdaş rayonu Binələr kəndində yerləşən, 107-ci sıradakı 0,15 ha torpaq sahəsinin İddiaçı ailəsi ilə yaşadığı fərdi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi istisna olmaqla qalan hissəsinə X3 adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2012-ci il tarixli, 2 inz (84)-115/2012 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30.03.1998-ci il tarixli 07 saylı qərarı və JN 107F, kod 90304038 saylı 07.06.2005-ci il tarixdə DTXK-nın Ağdaş rayon şöbəsində qeydiyyata alınmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Ağdaş rayonu Binələr kəndində yerləşən 0,15 ha torpaq sahəsinin İddiaçı verilməsi hissəsində onun və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi istisna olunmaqla ləğv edilməsi qərara alınmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Binələr kəndində 107-ci sırada yerləşən İddiaçı və X3 istifadəsində olan 0,1389 ha (seriya RX № 071214) torpaq sahəsi hazırda X3 mülkiyyətindədir. Ağdaş rayonunun Binələr kəndində X3 xüsusi mülkiyyətinə 0,1389 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Servitutdan bəhs edən Mülki Məcəllənin normalarına görə Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Göründüyü kimi servitut tələb edilən torpaq sahəsi üçüncü şəxs X5 məxsusudur. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh kimi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı iddia tələbi irəli sürmüşdür. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Prosessual qanunvericiliyə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Eyni zamanda əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi apellyasiya icraatı zamanı mümkün deyil. Prosessual Məcəllənin apellyasiya icraatına aid olan qaydalarından görünür ki, apellyasiya icraatı zamanı işə əvvəldən baxılmasına başlanması mümkün deyil. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2(014)-1468/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2(014)-1468/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-257/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-257/2022
27.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver