Məhkəmə qərarları › İş №2(107)-258/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-258/2021

16.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-258/2021 16.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi;; İddiaçı – eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı1 iştirakı ilə Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-282/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(063)-282/2020 saylı qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia təmin edilmiş, iddiaçılar İddiaçı1, X18, İddiaçı3 və İddiaçı2 Ucar şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri, onların həmin fərdi yaşayış evinə maneəsiz daxil olmaları və orada yaşamalarının təmin edilməsi qət edilmişdir. İşin halları: X3, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı fərdi yaşayış evinə köçürmə və s. tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların Ucar şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələrinin, həmin fərdi yaşayış evinə maneəsiz daxil olmalarının və orada yaşamalarının (olması) təmin olunmasını xahiş etmişlər. İddiaçı1 Cavabdeh qarşı fərdi yaşayış evinə köçürmə və s. tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Ucar şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsinin, həmin fərdi yaşayış evinə maneəsiz daxil olmağının və orada yaşamağının (olmağı) təmin olunmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(063)-282/2020 nömrəli qərardadı ilə X3nın, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı fərdi yaşayış evinə köçürmə və s. tələbi barədə iddia ərizəsinə dair 2(063)-282/2020 nömrəli və İddiaçı1 Cavabdeh qarşı fərdi yaşayış evinə köçürmə və s. tələbi barədə iddia ərizəsinə dair 2(063)-336/2020 nömrəli mülki işlərin bir icraatda birləşdirilməsi və mülki işlərə birlikdə baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 həm öz adından, həm də nümayəndəsi olduğu digər iddiaçıların adından iddianı müdafiə edərək göstərmişdir ki o, Ucar şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçilərindən biridir. X23 ölümündən sonra miras qalmış Ucar şəhəri, ünvan 1 ünvanda yerləşən 0.0392 kv.metr torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi onun tərəfindən faktiki qəbul edilmiş, həmin ünvanda yerləşən 0.0392 kv.metr torpaq sahəsinin dörddə bir hissəsi onun mülkiyyətindədir. Cavabdeh qardaşı X13 ilə 2011-ci il tarixdə ailə qurmuş, 2011-ci il tarixdə həmin evə gəlin köçmüş, hal-hazırda həmin ünvanda yaşayır. Cavabdeh 2011-ci il tarixdə köçdüyünə görə Ucar şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində istifadə hüququ yaranmamışdır. Lakin buna baxmayaraq cavabdeh onu və digər iddiaçıları həmin ünvanda yerləşən fərdi yaşayış evindən zorla çıxarmış, evdə onun və ailə üzvlərinin yaşamağına imkan verməmişdir. Hal-hazırda məcburiyyət qarşısında müvəqqəti olaraq başqa ünvanda yaşayırlar, lakin mülkiyyət hüququ əldə etdiyi torpaq sahəsindəki Ucar şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçüb yaşamaq istəyir, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Digər iddiaçılar da onun ailə üzvləridir, o, İddiaçı1 ilə nikahlarını xx xxxxxxxx 1992-ci ildə Ucar rayon VVAQ şöbəsində qeyd etdirməklə ailə qurmuşlar, İddiaçı1 onunla ailə qurduqdan sonra qeyd olunan fərdi yaşayış evinə köçərək onunla və digər ailə üzvləri ilə birlikdə yaşamaqla ümumi təsərrüfat idarə etmişlər, bütün əmlakları həmin fərdi yaşayış evində yerləşir, birgə nikahlarından doğulmuş digər iddiaçılar İddiaçı3 və İddiaçı2 doğulmuşlar, onlar da həmin evdə yaşamışlar və digər İddiaçı1 kimi həmin evdə qeydiyyatdadırlar. Cavabdeh onun kimi digər iddiaçılara da həmin evdə yaşamaqlarına imkan vermədiyinə görə məcbur olub başqa ünvanda yaşayırlar. Əlavə olaraq bildirdi ki, hazırda həm o, həm də digər iddiaçılar kirayəşin kimi yaşayırlar, kirayə haqqı ödəməyə imkanları yoxdur. Cavabdeh 2011-ci ildə Şahinlə ailə qurmuş, təxminən 9 ay evdə yaşamış, sonradan həmin evdən köçüb getmiş, Şahin həbs olunduqdan sonra, yəni 2015-ci ildən həmin evdə yaşayır. Cavabdeh dəfələrlə onları hədələmiş, evdə yaşamağa imkan verməmişdir. Polisə müraciət etsə də məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Bundan əlavə, təqdim etdiyi sənəddən görünür ki, mərhum atasına məxsus fərdi yaşayış evinin ünvanı ilkin sənədlərdə ünvan 2 olmasına baxmayaraq hal-hazırda Ucar şəhəri, ünvan 1 ünvanı kimi hesab olunur. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 2011-ci ilin fevral ayının 18-də İddiaçı1 qardaşı, Şahinlə ailə qurduqdan sonra həmin evə köçüb yaşamış, 2012-ci ilin aprel ayında uşaq doğulduqdan sonra Şahinlə olan faktiki ailə münasibətləri pozulmuş, təxminən 2015-ci ildə yenidən Şahinlə barışmışlar və nikahları 2015-ci ilin avqust ayının 19-da qeydə alınmışdır. Barışdıqdan sonra Şahinin razılığı ilə uşaqla birlikdə həmin evə köçüb orada yaşayır. Hazırda əri Şahin Rəhimov məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müəssisəsində cəza çəkir. Şahin özü də azadlığa çıxana qədər iddiaçıların həmin evə köçmələrinə etiraz edir, belə ki, iddiaçıların onunla birgə həmin evdə yaşamağı mümkün deyil, İddiaçı1 onu hədələyir. Birinci instansiya məhkəməsində işə üçüncü şəxslərin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktı qəbul edilmişdir. Cavabdeh Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(063)-282/2020 saylı qətnaməsindən аpelyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, qətnaməsi qanunsuz və əsassız hesab edir. Belə ki, onun həyat yoldaşı X11 həbsdədir.Ona məhkəmənin hökmü ilə cəza hökmü təyin edilib.Ucar şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi həyat yoldaşı Şahin Rəhimovun mülkiyyətidir. Buna görə də onun mülkiyyət hüququ pozulmuş bu işdə o tərəf kimi iştirak etməlidir. O, iddiaçılara qarşı heç bir kobudluq etməmiş, sözügedən mənzildən zorla çıxarmamış, orada yaşamağa heç bir maneə törətməmişdir. Onlar işləmək üçün Bakı şəhərinə gedərək orada yaşamağa başlamışlar. İddiaçılar həyat yoldaşı Şahin Rəhimovun həbsdə olmasından sui-istifadə edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Onların məqsədi heç də Ucar şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçüb orada yaşamaq deyil. Onların məqsədi ona qarşı qərəzlilik etmək üçün həmin mənzilə köçməkdir. Buna görə onun və azyaşlı uşağının həyat və sağlamlığı ciddi təhlükə altındadır. Ona görə də, Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)- 282/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-282/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)- 282/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar şəhəri, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 87.0 kv.metr olan fərdi yaşayış evi X1 adına, 0,0392 hektar ölçüdə torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə X5, İddiaçı1 və X6 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində xx xxxxxx 2019-cu ildə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X29 xx xxxxxx 2020-ci il tarixli, **********03 nömrəli arayışından görünür ki, **********76- 10301 reyestr nömrəsi ilə X2 məxsus fərdi yaşayış evinin ünvanı ilkin sənədlərdə Ucar şəhəri, Kommunist küçəsi, 26 olmasına baxmayaraq hal-hazırda Ucar şəhəri, Oğuz küçəsi, 36 ünvanında yerləşir. İş materiallarına əlavə edilmiş Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli, 1294 nömrəli arayışından görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı1 mərhum valideyninin adına olan Ucar şəhəri, ünvan 5 ünvanında olan fərdi yaşayış evində 1962-ci il təvəllüdlü İddiaçı1, 1971-ci il təvəllüdlü X13, 1967-ci il təvəllüdlü X12, 1974-cü il təvəllüdlü X18, 1992-ci il təvəllüdlü İddiaçı3, 1994-cü il təvəllüdlü X14, 2003-cü il təvəllüdlü X15, 2004-cü il təvəllüdlü X16, 1984-cü il təvəllüdlü X10 və 2006-cı il təvəllüdlü X20 daimi pasport qeydiyyatındadırlar. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 ilə X21 xx xxxxxxxx 1992-ci ildə nikahlarını bağlamışlar və nikah həmin tarixdə Ucar rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 112 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ata İddiaçı1 və ana X18 olan İddiaçı3 xx xxxxxx 1992-ci ildə və İddiaçı2 xx xxxxxx 1994-cü ildə doğulmuşlar. İş materiallarına əlavə edilmiş Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli nikah haqqında çıxarışdan görünür ki, X13 ilə Cavabdeh xx xxxxxx 2015-ci ildə nikahlarını bağlamışlar və nikah həmin tarixdə Ucar rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 168 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamınin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ata X13 və ana Cavabdeh olan X22 xx xxxxx 2012-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx xxxx 1997-ci ildə və X8 xx xxxxxxxx 2010-cu ildə ölmüşlər. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan görünür ki, Cavabdeh Ucar rayonu, Qazyan kəndində qeydiyyatdadır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan Ucar şəhəri, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 87.0 kv.metr olan fərdi yaşayış evi X1 adına, həmin evin yerləşdiyi 0,0392 hektar ölçüdə torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə X5, İddiaçı1 və X6 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və iddiaçılar həmin evdə qeydiyyatdadırlar. Tərəflər arasında mübahisə yarandığından hazırda iddiaçılar mübahisəli evə köçürülmələri ilə bağlı məhkəmədə iddia qaldırmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan isifadə hüququ da əmlak hüquqları sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar əvvəllər Ucar şəhəri, ünvan 1 ünvanda yerləşən (mərhum X1 adına xx xxxxxx 2019-cu ildə qeydə alınmışdır) fərdi yaşayış evində yaşadıqlarından və həmin evdə qeydiyyatda olduqlarından onlar arasındakı mənzillə bağlı münasibətlər 2009-cu ilin oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə həll edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, İddiaçı1 ilə X21 xx xxxxxxxx 1992-ci ildə nikahlarını bağlamışlar, hazırda isə iddiaçı İ.Rəfimova ailə üzvü kimi 1992-ci ildə köçdüyü və yaşadığı evə oğlu və qızı, yəni digər iddiaçılar ilə birlikdə köçürülmələri ilə bağlı məhkəmədə iddia qaldırmışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin (xx xxxx 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qanunvericiliyin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarının qeyd edilən tələblərinə uyğun olaraq tərəflər arasındakı münasibətlər hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (xx xxxx 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş) normaları tətbiq edilməlidir. Həmin Məcəllənin fərdi yaşayış evlərindən istifadə qaydalarını tənzimləyən 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi yuxarıda qeyd olunan Mənzil Məcəlləsinin 123-cü maddəsi mülkiyyətçinin öz evinə köçürdüyü şəxslərlə olan münasibətləri tənzimləyir. Hazırkı işdə mübahisə predmeti olan ev, hüquq münasibətləri yaranan zaman xüsusi mülkiyyət kimi qeydə alınmadığından tərəflər arasındakı münasibətlərə Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev hüquq münasibətləri yaranan zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından mövcud mübahisə ilə bağlı yaranan münasibətlərin birbaşa həlli qanunvericilikdə nəzərdə tutulmadığından xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-54-cü maddələrinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 13.5-ci maddəsinə əsasən belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş zərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Beləliklə də, mübahisəli evdə iddiaçılar qeydiyyatda olduqlarından və həmin evdə ailə üzvü kimi yaşadıqlarından, habelə daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçmələri məhkəmə iclasında müəyyən edilmədiyindən iddiaçıların da həmin evdə yaşamaq hüquqları vardır. Belə olan təqdirdə, iddiaçıların həmin evdə yaşamalarını təmin etmək məqsədi ilə, onlar mübahisəli evə köçürülməlidirlər. Digər tərəfdən, məhkəmə qeyd edir ki, yuxarıda göstərildiyi kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, habelə Rayisat Rəhimovanın və Şahin Rəhimovun adına qeydiyyatdan keçmişdir və İddiaçı1 həmin torpaq sahəsinin mülkiyyətçilərindən biridir. Məhkəmə, qeyd olunanlara əsasən cavabdehin və üçüncü şəxs Ş.Rəhimovun etirazlarını əsaslı və qanunauyğun hesab etmir. Məhkəmə kollegiyası işin hallarını, maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı 2 iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-282/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-282/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar