Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-258/2025 03.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X14 və X15 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli, 2(033)-797/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. ünvan 1 ünvanında yerləşən 0,0219 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərindəki sahəsi 131.20 kv.m olan fərdi yaşayış evi X16, X10, X17 və X11 ümumi birgə mülkiyyətində olmuşdur. Cavabdeh iddiaçının qardaşı, eyni zamanda fərdi yaşayış evinin ümumi birgə mülkiyyətçisi X16 ilə nikahlarını xx.xx.2016-cı il tarixdə qeyd etdirməklə həmin evə gəlin köçmüşdür. Zaqatala Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(033)-244/2023 saylı qətnaməsi ilə sonuncular arasında nikah pozulmuşdur. 06 may 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında verilmiş Reyestr nömrəsi **********45-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 29 may 2024-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışla ünvan 1 ünvanında yerləşən 0,0219 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərindəki sahəsi 131.20 kv.m olan fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh azyaşlı övladı və əmlakı ilə birlikdə mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən evdən çıxarılması və cavabdehin azyaşlı övladı X6 istifadə hüququnun itirilmiş hesab edilməsi, vəkilə hüquqi xidmət üçün ödənilmiş 320 manat xidmət haqqının və iddia ərizəsi üçün məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. xx.xx.2024-cü il tarixə fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüquqları DƏDRX-də qeydiyyata alınaraq mənzilə çıxarış verilmişdir. Cavabdeh qardaşı X1 arvadıdır. Lakin cavabdeh əsassız yerə mülkiyyət hüququ üzrə ona məxsus olan fərdi yaşayış evində yaşamaqla mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədir. Eyni zamanda cavabdehin azyaşlı övladı X18 həmin fərdi yaşayış evində pasport qeydiyyatındadır. Cavabdehə dəfələrlə evin boşaldılması tələbinə dair müraciət etsə də cavabdeh məhkəmə qərarı olmadan evi boşaltmayacağını bildirdiyi üçün hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin ona məxsus fərdi yaşayış evində yaşaması, azyaşlı övladının fərdi yaşayış evində qeydiyyatda olması mülkiyyət hüquqlarının pozulmasıdır. Bunun üçün cavabdeh əmlakı və azyaşlı övladı ilə birlikdə ona məxsus evdən çıxarılmalı və azyaşlı övladı X8 istifadə hüququ itirilmiş hesab edilməlidir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,0219 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərindəki sahəsi 131.20 kv.m olan fərdi yaşayış evi X16, X10, X17 və X11 ümumi birgə mülkiyyətində olmuşdur. X17 və X22 (xx.xx.2006-cı ildə) ölmüşlər. Onların ölümündən sonra Cavabdeh 2014-cü ildə iddiaçının qardaşı, eyni zamanda fərdi yaşayış evinin ümumi birgə mülkiyyətçisi X16 ilə faktiki ailə quraraq həmin evə gəlin köçmüş və həmin vaxtdan keçən 10 ildən artıq müddət ərzində orada yaşayır. X16 ilə Cavabdeh nikahlarını xx.xx.2016-cı il tarixdə qeyd etdirmişlər. Ər-arvadın birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X19 doğulmuşdur. X20 və X12 ölümündən sonra, onların həmin daşınmaz əmlakda miras qalmış və qəbul edildikləri vaxtdan mirasın açıldığı gündən vərəsələrinin mülkiyyəti sayılan payları, verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən vərəsələri X16, X10 və İddiaçı paylı mülkiyyətlərinə qeydə alınmışdır. Bundan sonra Zaqatala şəhəri Təbriz küçəsində yerləşən 1 saylı fərdi yaşayış evi X9 payı 5/12, X5 payı 5/12 və İddiaçı payı 2/12 hissə olmaqla onların paylı mülkiyyətində olmuşdur. Cavabdeh ilə X16 arasındakı nikah xx.xx.2023-cü il tarixdə pozulmuşdur. xx.xx.2024-cü il tarixdə isə X16 və X2 rayonu Təbriz küçəsində yerləşən 1 saylı fərdi yaşayış evindən onların hər birinə düşən 5/12 hissə paylarını iddiaçıya bağışlamışlar.
5. İddiaçı tələbini ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə özünə məxsus olması ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının bu dəlili üzrə onu qeyd etməyi zəruri sayır ki, Cavabdeh Zaqatala şəhəri Təbriz küçəsində yerləşən 1 saylı fərdi yaşayış evində yaşadığı vaxt, ev digər mülkiyyətçilərlə yanaşı onun ərinin birgə mülkiyyətində olduğundan, o, əri ilə birgə yaşayan ailə üzvü olaraq yaşayış sahəsindən mülkiyyətçilərlə bərabər istifadə etmək hüququna malik olmuşdur. Fərdi yaşayış evi iddiaçıya bağışlandığı vaxt isə, Cavabdeh istifadə hüququndan imtina barəsində notariat qaydasında təsdiqlənmiş öhdəlik vermədiyindən, fərdi yaşayış evinə dair mülkiyyət hüququnun iddiaçıya keçməsi Cavabdeh həmin evdən istifadə hüququna xitam verilməsi üçün əsas olmamışdır. Bağışlama müqaviləsi bağlanarkən, Cavabdeh orada əvvəlki birgə (sonradan paylı) mülkiyyətçilərə məxsus olduğu vaxtdan əmlaklarını yerləşdirib yaşması, evdən istifadə etməsi iddiaçıya bəlli olsa da, sonuncu bu halı mübahisələndirmədən hədiyyəni qəbul etmişdir.
6. İddiaçı isə Cavabdeh istifadə hüququnu mübahisələndirmədən onun evdən çıxarılmasını tələb edir. Məhkəmə iddia tələbi üzrə belə hesab edir ki, nə qədər ki, Cavabdeh Zaqatala şəhəri Təbriz küçəsində yerləşən 1 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməyib, eləcə də iddiaçı hədiyyəni Cavabdeh evdən istifadə etməsi halını mübahisələndirmədən qəbul edib və xx.xx.2017-ci il təvəllüdlü X6 yaşayış yeri Cavabdeh yaşayış yeri sayılır, iddia tələbi təmin edilə bilməz.
7. Zaqatala Rayon Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli, 2(033)-797/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia rədd olunmuş, İddiaçı Cavabdeh qarşı Cavabdeh azyaşlı övladı və əmlakı ilə birlikdə mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən evdən çıxarılması və cavabdehin azyaşlı övladı X6 istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqının onun özünə aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 228 və 1255-ci maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Zaqatala Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(033)-244/2023 saylı qətnaməsi Reyestr nömrəsi **********48-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2024-cü il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surəti 07 aprel 2024-cü il tarixli reyestrdə 2V-474 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” Reyestr nömrəsi **********48-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 25 aprel 2024-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surəti 06 may 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi Reyestr nömrəsi **********45-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 29 may 2024-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surəti “Elektron notariat” X3 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarış
10. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdehin mənə məxsus fərdi yaşayış evini zəbt etməsi və həmin evdən istifadə və sahiblik edə bilməməyi mülkiyyət hüququmun pozulması ilə nəticələnir. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qeyd edim ki, cavabdeh onun ailə üzvü deyil. Əgər məhkəmə cavabdehin onun ailə üzvü olduğunu hesab edirsə, o zaman hazırki mübahisəyə məhkəmənin qərarında qeyd etdiyi Mülki Məcəllənin 228-ci maddəsi deyil, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. X4 ilə cavabdeh nikahlarını 01 aprel 2016cı il tarixdə qeyd etdirmişlər. Bunun üçün tərəflərin nikahı 01 oktyabr 2009-cu il tarixdən sonra bağlandığından hazırki mübahisəyə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
12. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli, 2(033)- 797/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddianın təmin olunmayan hissəsində yəni, Cavabdeh azyaşlı övladı və əmlakı ilə birlikdə mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən evdən çıxarılması, vəkilə hüquqi xidmət üçün ödənilmiş 320 manat xidmət haqqının və iddia ərizəsi üçün məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddianın həmin hissədə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli, 2(033)-797/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
18. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.5-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir.
19. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı” Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 22 yanvar 2015ci il tarixli Qərardadı
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. İddiaçı Zaqatala Rayon Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli, 2(033)- 797/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında aydınlaşdırılmışdır ki, iddiaçı qətnaməni cavabdehin azyaşlı övladına aid hissədə mübahisələndirməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
24. Hazırki işdə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edildiyindən kollegiya apellyasiya şikayətinin dəlillərindən kənara çıxmaqla qətnaməni tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
26. Hazırki iş üzrə iddia tələbi Cavabdeh ünvan 1 ünvanında yerləşən 131.20 kv.m olan fərdi yaşayış evinə istifadə hüququ ilə bağlıdır. Cavabdeh iddiaçının qardaşı, eyni zamanda fərdi yaşayış evinin ümumi birgə mülkiyyətçisi X16 ilə nikahlarını xx.xx.2016-cı il tarixdə qeyd etdirməklə həmin evə gəlin köçmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri 2016-cı ildə, yəni 2009-cu il oktyabrın 1-dən sonra yarandığından hazırki işə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Lakin, birinci instansiya məhkəməsi işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsini tətbiq etməklə səhvə yol verilmişdir.
27. İddiaçının apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 0,0219 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərindəki sahəsi 131.20 kv.m olan fərdi yaşayış evi xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli **********48 reyestr nömrəli Çıxarışa əsasən X16, X10, X17 və X11 ümumi birgə mülkiyyətində olmuşdur. X17 və X22 ölmüşlər. Cavabdeh iddiaçının qardaşı, eyni zamanda fərdi yaşayış evinin ümumi birgə mülkiyyətçisi X16 ilə nikahlarını xx.xx.2016-cı il tarixdə qeyd etdirməklə həmin evə gəlin köçmüşdür. Zaqatala Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(033)-244/2023 saylı qətnaməsi ilə sonuncular arasında nikah pozulmuşdur. 07 aprel 2024-cü il tarixli reyestrdə 2V-474 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında X16, X10 və İddiaçı həmin əmlakdan hərəsi 1/3 hissə miras payı almışlar. X16 və X10 ilə İddiaçı arasında bağlanmış 06 may 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında verilmiş Reyestr nömrəsi **********45-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 29 may 2024-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışla ünvan 1 ünvanında yerləşən 0,0219 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərindəki sahəsi 131.20 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi fərdi yaşayış evi iddiaçıya bağışlandığı vaxt Cavabdeh istifadə hüququndan imtina barəsində notariat qaydasında təsdiqlənmiş öhdəlik vermədiyindən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun iddiaçıya keçməsinin Cavabdeh həmin evdən istifadə hüququna xitam verilməsi üçün əsas olmadığına istinad etsə də, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Göründüyü kimi, xx.xx.2016-cı ildə Cavabdeh daşınmaz əmlakın birgə mülkiyyətçilərindən olan X9 ailə üzvü olaraq mübahisəli əmlaka köçməklə 1 oktyabr 2009cu ildən hal-hazıradək qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə əsasən oradan istifadə hüququ əldə etmişdir. 1 mart 2023-cü il tarixdə Cavabdeh və X9 nikahları pozulmaqla ailə münasibətlərinə xitam verilmiş, nəticədə cavabdeh Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə əsasən mübahisəli yaşayış sahəsindən istifadə hüququ saxlanılmamışdır. Mübahisəli fərdi yaşayış evi cavabdehin həmin əmlaka istifadə hüququ itirildikdən sonra - 06 may 2024-cü ildə bağışlama yolu ilə mülkiyyətçi dəyişdirərək İddiaçı adına 29 may 2024-cü ildə qeydiyyata alınmışdır.
28. Bununla belə, kollegiya qeyd edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hazırda yaşamağa digər yaşayış yeri olmadığından, özünün dediyinə görə anasının ona pay olaraq verdiyi 40.000 manat pulu mübahisəli evin saxlanmasına, təmirinə və ərinin ehtiyaclarına sərf etməklə maddi cəhətdən məhrumiyyətlərə məruz qaldığından, himayəsində olan xx.xx.2017-ci il təvəllüdlü X19 adlı azyaşlı uşağı olduğundan, yəni cavabdeh yetkinlik yaşına çatmamış övladına hərtərəfli qayğı göstərməklə baxmalı olduğundan onun sözügedən yaşayış sahəsinə istifadə hüququ müvəqqəti saxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı” Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 22 yanvar 2015-ci il tarixli Qərardadında qeyd edilib ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququndan nə zaman həyata keçirmək məsələsinə qəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin 22 yanvar 2015-ci il tarixli Qərardadında şərh edilən hüquqi mövqeyə əsasən məhkəmələr yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini bütün hallarda həll etməlidirlər. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, mülkiyyət hüquqları məhdudlaşdırılan mülkiyyətçilərin maraqları maksimum şəkildə qorunmalı, onların mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə uzun müddətə məhdudlaşmamalıdır. Kollegiya Konstitusiya Məhkəməsinin 22 yanvar 2015-ci il tarixli qərardadında göstərilənlərlə mülkiyyətçinin maraqları maksimum şəkildə qorunmalı olmasını birlikdə nəzərdən keçirərək hesab edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinə istifadə hüququ 2 il müddətinə saxlanılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.5-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir.
29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli, 2(033)-797/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 131.20 kv.m fərdi yaşayış evinə istifadə hüququ 2 il müddətinə saxlanılmalı, həmin müddət bitdikdən sonra istifadə hüququna xitam verilməli, müddətin axımının əvvəli qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqı onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli, 2(033)-797/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 131.20 kv.m fərdi yaşayış evinə istifadə hüququ 2 il müddətinə saxlanılsın. Həmin müddət başa çatdıqdan sonra Cavabdeh ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 131.20 kv.m fərdi yaşayış evinə istifadə hüququna xitam verilməklə həmin evdən çıxarılsın. Müddətin axımının əvvəli qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqı onun özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.