Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-259/2020 03.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X6 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili X7, Cavabdeh və onun nümayəndəsi (vəkil) X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən istifadə və sahiblik etməyə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması və cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması və maddi zərər” barədə ilk iddiası, Cavabdeh İddiaçı qarşı “maddi zərər” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)- 594/2019 nömrəli qətnaməsindən İddiaçı, onun nümayəndəsi və vəkili X11, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh RX seriyalı ******* və ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"lara əsasən İddiaçı ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Lahıc kəndində yerləşən 0,6002 ha və 0,9735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehin zəbt etdiyi həmin torpaq sahələrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(033)-594/2019 nömrəli qərardadı ilə iddianı təmin etmə tədbirinin görülməsinə dair İddiaçı ərizəsi təmin edilərək hazırkı mülki işə mahiyəti üzrə baxılıb həll edilənədək, RX seriyalı ******* və ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"lara əsasən İddiaçı ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Lahıc kəndində yerləşən 0,6002 ha və 0,9735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə Cavabdeh daxil olması qadağan edilmişdir. Cavabdeh da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı ******* və ******* nömrəli çıxarışlarda qeyd olunmuş Zaqatala rayonu Lahıc kəndində yerləşən torpaq sahələrində əkilmiş fındıq və qoz ağaclarının çıxarılması və ya onların dəyəri və torpaq sahəsinə çəkilmiş xərclərlə birlikdə cəmi 32600 manat pulun cavabdehdən alınıb ona verilməsinə və ya fındıq və qoz ağaclarının yerləşdiyi torpaq sahəsinin ona icarəyə verilməsi öhdəliyinin iddiaçının üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh RX seriyalı ******* və ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"lara əsasən İddiaçı ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Lahıc kəndində yerləşən 0,6002 ha və 0,9735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehin zəbt etdiyi həmin torpaq sahələrindən çıxarılması, əmlakın cavabdehdə olduğu bütün vaxt ərzində cavabdehin götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin, yəni 30000 manat pulun və cavabdehin qanunsuz olaraq torpaq sahəsindən istifadə etməsi nəticəsində iddiaçıya dəymiş 12000 manat ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh da sonradan qarşılıqlı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, Zaqatala rayonu Lahıc kəndində yerləşən torpaq sahələrində əkilmiş 166 ədəd fındıq, 20 ədəd qoz ağaclarının çıxarılması və ya onların dəyəri olan 26600 manat, torpaq sahəsinə çəkilmiş xərclər 6000 manat olmaqla ümumilikdə 32600 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ərizə təqdim edərək torpaq sahələrində onun əkdiyi fındıq ağaclarının sayının 166 ədəd deyil, 180 ədəd fındıq ağacının dəyərinin hesablanıb ona verilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-594/2019 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə iddia və qaşılıqlı iddia qismən təmin edilərək, Cavabdeh RX seriyalı ******* və ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"lara əsasən İddiaçı ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Lahıc kəndində yerləşən 0,6002 ha və 0,9735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehin zəbt etdiyi həmin torpaq sahələrindən çıxarılması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı maddi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, İddiaçı ödədiyi 30 (otuz) manat dövlət rüsumu və Cavabdeh ödədiyi 30 (otuz) manat dövlət rüsumunun özlərinə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı, onun nümayəndəsi və vəkili X11 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, həmçinin Cavabdeh isə apelyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 4/5 hissə və mərhum X3 1/5 hissə olmaqla ümumi birgə mülkiyyətində Zaqatala rayonu, Lahıc kəndində 0,6002 ha və 0,9735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Qeyd olunan torpaq sahələri üzərində hüquqlar xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* və ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"larla rəsmiləşdirilmişdir. Cavabdeh qeyd olunan torpaq sahələrindən iddiaçının istifadəsinə, oranı zəbt edərək maneçilik törədir. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahələrindən istifadə və sahiblik etməyə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (torpaq sahəsinə daxil olmağa qoymamaq) son qoyması və zəbt etdiyi həmin torpaq sahələrindən çıxması tələb edilməsinə baxmayaraq sonuncu bundan qərəzli olaraq imtina edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının Azərbaycan Repsublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuş və nəticədə hazırki tələblə aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Həmin torpaq sahəsindən 2007-2008-ci ildən Cavabdeh istifadə edir. Həmin torpaq sahələrində olan fındıq və qoz ağaclarını da cavabdeh əkmişdir. Yuxarıda qeyd olunan iddianı qaldırdıqdan sonra iddiaçı qərara almışdır ki, Cavabdeh qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini, o cümlədən, dəymiş zərərin əvəzinin ödənilməsini istəyir. Həmçinin cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd edir ki, 2007-2008-ci illərdə İddiaçı qaynı X8 həmin torpaq sahəsini Cavabdeh vermiş və bildirmişdir ki, həmin ərazidə fındıq və qoz ağacları əksin. Həmin danışığa əsasən bağı X8 geri tələb etdikdə bağa çəkilən xərclər və ağacların dəyəri cavabdehə geri ödənilməlidir. Lakin, iş materiallarından da göründüyü kimi, X8 Cavabdeh arasında belə bir razılığın olması ilə bağlı sübut yoxdur. İddiaçı hesab edir ki, Cavabdeh qeyd olunan torpaq sahəsində X1 ilə (cavabdehin deməsinə görə) fındıq kolları və qoz ağacları əkməklə həmin ağacların məsullarından, o cümlədən, həmin sahədə təbii yolla bitən otdan külli miqdarda, yəni, 30.000 (otuz min) manatdan çox gəlir əldə etmişdir. İddianı müdafiə edir və hesab edir ki, iddia əsaslıdır. İlk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı onun mərhum qardaşı Həsən Həsənovun baldızıdır, yəni arvadının bacısıdır. İddiaçı ona qarşı iddia qaldıraraq torpaq sahəsindən çıxarılmasını tələb edir. Həmin torpaq sahələrinin 1/5 hissəsi mərhum qardaşının, 4/5 hissəsi isə iddiaçının adına rəsmiləşdirilmişdir. Ona görə ki, 4/5 hissənin 1 hissəsi Çiçəyin özünün, digər 3 hissə isə qardaşının arvadı və uşaqlarının paylarıdır. Onlar Rusiya vətəndaşı olduğuna görə ərizə verərək öz paylarını Çiçəyin adına yazmışlar. Bu qanuna ziddir. Xarici vətəndaşa Azərbaycanda torpaq verilə bilməz. Mübahisəli torpaq sahələri mərhum qardaşı Həsən Həsənovun və onun ailəsinin torpaq sahələridir. 2007 və 2008-ci ildə qardaşının tapşırığı ilə həmin torpaq sahələri onun istifadəsinə verilmişdir. Qardaşı ilə danışıqları olmuşdur ki, o, həmin torpaq sahələrinə fındıq və qoz ağacları əkəcək, sahələrin kənarını bağlayacaq və qardaşı həmin bağı ondan geri götürdüyü zaman ağacların indiki bazar qiyməti ilə dəyərini və bağın salınması üçün çəkdiyi xərcləri ödəyəcəkdir. Həmin torpaq sahələrinin qardaşının tapşırığı ilə ona verilməsi və aralarında olan danışıqları təsdiq edəcək kənd sakinləri şahidləri vardır. Əlyazma ilə yazdığı ərizəsində şahidlərin adlarını qeyd etmişdir. Bundan başqa həmin torpaq sahələrinin qardaşının tapşırığı ilə ona verilməsini təsdiq edən sənəd torpaq sahəsinin planı və ölçüsünün əsillərinin onda olmasıdır. Bundan başqa həmin torpaqların vergilərini hər il o, ödəmişdir. İndi qardaşı vəfat edən kimi onun arvadı torpaqları iddiaçının adına keçirmiş, iddiaçı da onun torpaq sahəsindən çıxarılmasını tələb edir. Həmin torpaq sahəsində yerləşən ağaclar ona məxsusdur, bu fakt bələdiyyə arayışları, kənd sakinlərinin tərtib etdiyi aktlar, kənd sakinləri tərəfindən tam təsdiq olunur. O, torpaq sahəsindən çıxarıldığı təqdirdə ona məxsus fındıq qoz ağaclarının məhsulunu necə yığacaq. O, iddiaçı ilə torpaq davası etmir. Torpaq ona məxsus ola bilər, lakin torpağa möhkəm bağlı əşya isə ona məxsusdur. Həmin əşya, yəni ağaclar torpaqsız bar verə bilməz. Deməli ya iddiaçı ağacların dəyərini ödəməli, ya da ağacları o, çıxarıb aparmalıdır. Həmin torpaq sahələrində təxminən 110 ədəd fındıq ağacı bir bağda, digər bağda isə 70 ədəd fındıq ağacı və 20 ədəd qoz ağacı əkmişdir. Həmin ağaclar 2007-2008-ci illərdə əkilmişdir. Fındıq ağaclarının bu gün bazar qiyməti 100 manat, qoz ağaclarının isə 500 manatdır. 180 ədəd fındıq ağacı 16600 manat təşkil edir, 20 ədəd qoz ağacı isə 10000 manat təşkil edir. 2007-ci ildən torpaq sahəsinə qulluq hər il üçün 500 manat nəzərdə tutur, bu da 6000 manat təşkil edir. Qarşılıqlı iddianı müdafiə edir və hesab edir ki, qarşılıqlı iddia əsaslıdır. Qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı, onun nümayəndəsi və vəkili X11 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəİdiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan əsassız qətnamə çıxarmışdır. Belə ki, iddiaçının torpaq sahələrinə mülkiyyət hüququ xx xxxxxx 2019-cu il tarixdə yaranmışdır. O, da öznövbəsində xx xxxxx 2019-cu il tarixdə məhkəməyə cavabdehin torpaq sahəsindən çıxması, onun mülkiyyət hüquqlarının pozulması və cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edilməsi ilə bağlı ona dəymiş zərərin əvəzini tələb etmişdir. Həmin vaxta kimi torpaq sahələrinin zəbt edildiyi barədə müraciət etməmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(033)- 594/2019 nömrəli qərardadı ilə RX seriyalı ******* və ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"lara əsasən İddiaçı ümumi paylı mülkiyyətində olan Zaqatala rayonu, Lahıc kəndində yerləşən 0,6002 ha və 0,9735 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə Cavabdeh daxil olması qadağan edilmişdir. Cavabdeh isə bunun nəticəsi olaraq həmin torpaq sahəsindən çıxmışdır. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla İddiaçı iddia etdiyi əmlakın cavabdehdə olduğu bütün vaxt ərzində cavabdehin götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin, yəni 30000 manat pulun və cavabdehin qanunsuz olaraq torpaq sahəsindən istifadə etməsi nəticəsində iddiaçıya dəymiş 12000 manat ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır.Ona görə də məhkəmədən ilk iddianın tam təmin edilməsini, qarşlıqlı iddianın isə rədd edilməsini xahiş edirlər. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəİdiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan əsassız qətnamə çıxarmışdır. Belə ki, İddiaçı onun mərhum qardaşı Həsənov Həsənin baldızıdır, yəni arvadının bacısıdır. Çiçək ona qarşı iddia qaldıraraq torpaq sahəsindən çıxarılmağını tələb edir. Həmin torpaq sahələrinin 1/5 hissəsi mərhum qardaşının, 4/5 hissəsi isə iddiaçının adına rəsmiləşmişdir. Ona görə ki, 4/5 hissənin 1 hissəsi Çiçəyin özünün, digər 3 hissə isə qardaşının arvadı və uşaqlarının paylarıdır. Onlar Rusiya vətəndaşı olduğuna görə ərizə verərək öz paylarını Çiçəyin adına yazmışlar. Bu qanuna ziddir. Xarici vətəndaşa Azərbaycanda torpaq verilə bilməz. Ona görə də qarşılıqlı iddianın təmin edilməyən hissəsində dəyişdirilərək tam təmin edilməsini xahiş edir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X11 iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsindən xeyli müddətdir ki, Cavabdeh istifadə etmiş, həmin torpaq sahəsində olan fındıq və qoz ağaclarının da bəhrəsini cavabdeh götürmüşdür. Bu müddət ərzində iddiaçı tərəf öz mülkiyyətindən istifadə edə bilməmiş, bütün gəlirlərdən məhrum olmuşdur. Ona görə də qətnamənin qarşılıqılı iddianın təmin olunmuş hissəsində ləğv olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh özü tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı tərəfindən deyilənlər həqiqəti əks etdirmir. Belə ki, o həmin torpağı zəbt etməmiş, mərhum qardaşının razılığı ilə əkib becərmişdir. O bu illər ərzində həmin torpağa xeyli məbləğdə xərc çəkmiş, bütün ailə üzvləri ilə birlikdə zəhmət çəkmişdir. Hələ indi-indi ağaclaradan bəhər götürmək istəyirdi ki, qarşı tərəf ona imkan vermir, torpağa girişinə qadağa qoydurmuşdur. Bəs onun bu illər ərzində torpağa, ağaclara çəkdiyi zəhmət, xərc necə olsun. Bundan əlavə o torpağı özbaşına zəbt etmişdirsə onda torpağın mülkiyyyət sənədləri onda nə gəzirdi. Ona görə də qarşılıqlı iddianın tam təmin olunmasını xahiş edir ki, o da bundan sonra torpaq alıb, qoz-fındıq ağacları əkib-becərə bilsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X10 ilk iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh həmin torpaq sahəsini heç də zəbt etməmiş, qardaşının razılığı ilə əkib-becərmişdir. Bir torpaq sahəsini 12-13 il necə zəbt etmək olar, bu vaxta kimi iddiaçılar harda idi. Bundan əlavə cavabdeh bu 12-13 il ərzində torpağa aqrotexniki qulluq etmiş, münbitləşdirmiş, 180 topadan çox findıq, 20 ağacdan çox qoz ağacı əkib becərmiş, hazırki məhsuldar dövrə çatdırmışdır. İlk iddiaçı tərəf onlarla hec cür qarşılıqlı razıllığa gəlmək istəmir. Ona görə də apelyasiya şikayətinin təmin olunaraq, qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayətləri qətnamənin ləğvinə (dəyişdirilməsinə) yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etməklə işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-594/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmşdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəflərin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı X12 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,6002 hektar kənd təsərrüfatı təyinatlı torpaq (əkin) sahəsinin 4/5 hissəsi İddiaçı və 1/5 hissəsi mərhum X3 olmaqla paylı mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində 145 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində torpaq sahəsinin plan ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı X12 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,9735 hektar kənd təsərrüfatı təyinatlı torpaq (əkin) sahəsinin 4/5 hissəsi İddiaçı və 1/5 hissəsi mərhum X3 olmaqla paylı mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində 145 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində torpaq sahəsinin plan ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. Zaqatala rayonu Lahıc Bələdiyyəsinin xx xxxxx 2019-cu il tarixli, 18 nömrəli arayışından görünür ki, Cavabdeh mərhum qardaşı X4 DT və XK tərəfindən A443876 və A443877 nömrəli 9735 kv.m. və 6002 kv.m. torpaq sahələrində Cavabdeh tərəfindən fındıq bağı salınmışdır. Həmin torpaq sahələrinin vergisini veriləndən hal-hazıradək Cavabdeh ödəmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X13 Azərbaycan Meyvəçilik və Çayçılıq X2 Dayaq Məntəqəsinin xx xxxxxxxx 2019-cu il tarixli 15 nömrəli rəyindən görünür ki, RX seriyalı № ******* saylı Çıxarışda qeyd olunmuş ümumi sahəsi 0.6002 ha olan torpaq sahəsinə 2007-ci ildə 74 ədəd fındıq kolu əkilmişdir Həmin fındıq kollarına bütün aqrotexniki qulluq vasitələri edilmiş və bir fındıq koluna təqribi 100-105 manat aralığında pul vəsaiti xərclənmişdir. (Cəmi: 7400-7770 AZN). 2007-ci ildə həmin əraziyə fındıq kolundan başqa 20 ədəd qoz ağacı əkilmiş və həmin qoz ağaclarına bütün lazımi aqrotexniki qulluq vasitələri həyata keçirilmişdir. Bir qoz ağacının ərsəyə gəlməsi üçün təqribi 80-90 manat aralığında vəsait xərclənmişdir (Cəmi: 1600-1800AZN). Fındıq ağaclarının hər birinin məhsuldarlığı təqribi 8-10 kq fındıq (Cəmi 592-740 kq), qoz ağaclarının məhsuldarlığı isə təqribi 10-15 kq müəyyən edilə bilər (Cəmi: 200-300 kq). RX seriyalı № ******* saylı çıxarışda qeyd olunmuş, ümumi sahəsi 0.9735 ha olan sahəyə baxış zamanı 2015-ci ildə 2 cərgə- 1-ci cərgədə 150, 2-ci cərgədə isə 350 ədəd olmaqla fındıq tingi əkilmişdir. Tingliyin ərsəyə gəlməsi üçün bütün lazimi aqrotexniki qulluq vasitələrinə əməl edilmiş və bir ting üçün təqribi 2-3 manat pul vəsaiti xərcləmişdir. Findiq tingindən başqa həmin əraziyə 2008-ci ildə 110 ədəd fındıq kolu əkilmişdir. Həmin fındıq kollarına bütün aqrotexniki qulluq vasitələri edilmiş və bir fındıq koluna təqribi 100-105 manat aralığında pul vəsaiti xərclənmişdir. (Cəmi: 11000-11550 AZN). Fındıq ağaclarının hər birinin məhsuldarlığı təqribi 9-10 kq aralığında dəyişir.(Cəmi: ***-**** kq). Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli Zaqatala rayonu Lahıc kəndində yerləşən torpaq sahələrinə mütəxəssisin iştirakı ilə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, hazırda mübahisəli torpaq sahəsi üzərinə məhkəmənin qərarı ilə həbs qoyulduğundan istifadə edilmir. Qərardad qüvvəyə minənədək həmin torpaq sahələrindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh istifadə etmişdir. Həmin torpaq sahələrində fındıq kolları, fındıq ağacları və qoz ağacları mövcuddur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X13 Azərbaycan Meyvəçilik və Çayçılıq X2 Dayaq Məntəqəsinin baş aqronomu Xəlil İbrahimov tərəfindən fındıq və qoz ağaclarının əkilməsinin hansı müddətə uyğun gəlməsi, həmçinin onların sayının və dəyərinin müəyyən edilməsi məqsədilə baxış keçirildi. Fındıq və qoz ağacları tərəflərin və mütəxəssisin iştirakı ilə sayıldı. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə həm iddiaçı, həm də qarşılıqlı iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, ilk iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi cavabdehinmübahisəli torpaq sahəsindən çıxarılması hissəsində əsasalı olsa da, vurulmuş zərərin ödənilməsi hissəsində təmin edilə bilməz. Əvvəla ona görə ki, mübahisəli torpaq sahəsi iddiaçı tərəfə məxsus olsa da, orada əkilmiş 180 ədəd fındıq və qoz ağacları ilə bağlı iddiaçının subyektiv hüququ yoxdur. Çünki, məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfin özü də etiraf etmişdir ki, mübahisəli torpaq sahəsi 2007-2008-ci il tarixdən cavabdehin istifadəsindədir. Verilmiş rəylərdən də göründüyü kimi həmin ərazidə əkilmiş ağacların yaşı məhz 12-13 ili əhatə edir. Buradan da belə qənaətə gəlmək olur ki, mübahisəli ərazi cavabdeh Cavabdeh istifadəsinə verilərkən tamamilə boş ərazi olmuş, fındıq topaları və qoz ağacları sonradan cavabdeh tərəfindən əkilib-becərilmiş, son vaxtlar da bəhərini cavabdeh götürməyə başlamışdır. Belə olan halda ilk iddiaçı tərəfin həmin fındıq və qöz ağaclarına münasibətdə sübyektiv hüququnun olması və vurulmuş ziyanla bağlı tələblərinin hüquqi əsasının mövcudluğu sual altına alınır. Məhkəmə kollegiyası məhkəmə araşdırması zamanı qoyulmuş tələbin cavabdeh tərəfindən hansı səviyyədə mübahisələndirilməsinə, eləcə də qarşılıqlı iddianın necə müdafiə olunmasına da xüsusi diqqət yetirmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf torpağın ona hansı əsaslarla verilməsinə aydınlıq gətirməyə çalışmışdır. Belə ki, cavabdeh və nümayəndəsi bildirmişdir ki, əvvəla həmin torpaq sahəsi 2007-2008-cı ildə boş ərazi şəklində cavabdehə verilmiş, mübahisəli fındıq və qoz ağacları da məhz cavabdeh tərəfindən əkilib-becərilmiş, onlara aqrotexniki qaydada qulluq olunaraq bəhər verən ağac vəziyyətinə çatdırılmışdır. Buradan da göründüyü kimi cavabdeh artıq həmin ağaclara münasibətdə tam mülkiyyət hüququna malik olan bir şəxsdir. İkincisi, qeyd olunan ərazi cavabdeh tərəfindən zəbt olunmamış, cavabdehin mərhum qardaşı tərəfindən onun istifadəsinə verilmişdir. Sadəcə həmin vaxt tərəflər arasında etimadlı münasibət olduğundan notarial qaydada hər hansı müqavilə rəsmiləşdirilməmişdir. Bundan əlavə ilk iddiaçı tərəf də məhkəmə iclasında həmin ərazinin cavabdehə verilərkən boş olduğunu, sonradan cavabdehin əməyi, zəhməti və xərci sayəsində xeyli sayda fındıq və qoz ağacının əkilib-becərildiyi bildirilmiş, ağaclar bəhər verən vaxtı iddiaçı tərəfindən mübahisələndirildiyi və cavabdehin həmin ərazidən çıxarılması bildirilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfin mübahisələndiridiyi halın biri də onadan ibarət olmuşdur ki, necə olur ki, 12-13 il ərzində iddiaçı tərəf torpaqdan istifadə ilə bağlı heç bir söz demir, ağaclar bəhər verən vaxtı mübasiə qaldırırlar. Hansıki yuxarıda qeyd olunduğu kimi bu illər ərzində torpağa ağaclara zəhmətlə yanaşı, xeyli məbləğdə xərc çəkmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-152.4, 157.2 və 157.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ – subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Sаhiblik hüququ - əmlаkа (əşyаyа) fаktik sаhibliyin həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdə hüququ əmlаkdаn (əşyаyаdаn) оnun fаydаlı təbii xаssələrini hаsil etməyin, hаbelə оndаn fаydа götürməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdədən fаydа, gəlir, аrtım, bəhər törəmə şəklində və bаşqа fоrmаlаrdа оlа bilər. Sərəncаm hüququ - əmlаkın (əşyаnın) hüquqi müqəddаrаtını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. Mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin 84-cü mаddəsinə görə, tоrpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qоrunur. Оnlаrın pоzulmuş hüquqlаrı qаnunvericilikdə nəzərdə tutulmuş qаydаdа bərpа edilir və hüquqlаrın pоzulmаsı nəticəsində оnlаrа dəyən zərər tаm həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə kollegiyasının iclasında tərəflərin izahatı və təqdim olunmuş sənədlər əsasında müəyyən edildi ki, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Zaqatala rayon Lahıc kəndində yerləşən torpaq sahəsi boş ərazi şəklində 2007-2008-ci tarixdə uzun müddətli Cavabdeh faktiki istifadəsinə verilmiş, həmin ərazidən uzun müddət-yəni 2007-cı il tarixdən 2019-cu ilin əvvəllərinədək cavabdeh istifadə etmişdir. Qeyd olunan torpaq sahəsi iddiaçılar tərəfindən cavabdehin istifadəsinə verilərkən ərazi tamamilə boş olmuş, həmin ərazidə heç bir əkili, o cümlədən də fındıq və qoz ağacları mövcud olmamışdır. Cavabdeh də həmin ərazidə xeyli sayda fındıq və qoz tingləri əkib-becərmiş, zəhmət və xərc tələb edən aqrotexniki qulluq göstərməklə həmin ağacları bu illər ərzində məhsul (bar) verən bir vəziyyətə gətirib çıxarmışdır. İşin bu halı məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən də mübahisləndirilməmişdir. Artıq həmin fındıq və qoz ağacları bəhər, qazanc verən bir ərəfədə iddiaçı tərəf mübahisə edərək həmin torpağın cavabdehdən geri qaytarılmasını və onun çıxarılmasını tələb etmişdir. Məhz bundan sonra cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh öz zəhmət və gəliri, xərci sayəsində əkib-becərdiyi, faktiki olaraq özünə məxsus olan və öz mülkiyyəti sayılan ağacların dəyərini qarşı tərəfdən tələb etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəf işin bu halını həm də iddiaçı tərəfin onunla qarşılıqlı razılığa gəlməməsi ilə əlaqələndirmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflərin apelyasiya şikayətlərində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi 2007-2008-ci il tarixdə cavabdeh öz mərhum qardaşı ilə şifahi razılığa gələrək hazırki mübahisəli torpaq sahəsini boş, üzərində heç bir ağac və s. olmayan bir şəkildə istifadə etməyə başlamış və həmin ərazi ilə bağlı heç bir mübahisənin olmayacağını zənn edərək xeyli sayda çoxillik ağaclar (fındıq və qoz ağacları) əkmiş və uzun zaman həmin torpağa və ağaclara öz zəhməti və gəliri sayəsində aqrotexniki qulluq göstərməklə məhsuldar bir vəziyyətə salmışdır. Bundan əlavə, sual yaranır, əgər torpaq sahəsi qarşılıqlı razılıq əsasında cavabdehə verilməmişdirsə, həmin torpağa dair mülkiyyət hüququnu təsdiq edən sənəd niyə cavabdehdə olur və torpağın bütün vergisi cavabdeh tərəfindən ödənilir. İkincisi, nəyə görə iddiaçı tərəf o illər ərzində deyil, həmin ağaclar bəhər verən vaxtı mübahisə qaldırır? Buradan da göründüyü kimi cavabdeh öz aralarındakı danışığı etimad kimi qiymətləndirərək, torpağı artıq özününki zənn etmiş və orada yuxarıda qeyd olunduğu kimi, zəhmət və xərc tələb edən işlər görmüş və sonda həmin ərazini mövcud vəziyyətə gətirib çıxara bilmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, eyni coğrafi zonadan olan hər iki tərəfin fındıq və qoz ağacların əklib-becərilməsi, məhsuldar bir vəziyyətə gəlib çıxması üçün nə qədər zəhmət, xərc tələb etdiyini, illər lazım olduğunu, fındıq və qoz ağaclarının tam məhsuldar bir vəziyyətə çatması üçün 12-13 il lazım olduğunu bildiyi bir halda cavabdehin 30.000 manat və əlavə olaraq 12000 manat ziyan vurması inandırıcı görünmür. İddiaçı tərəfin apelyasiya şikayətinin bu dəlilləri birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş mütəxəssis rəyləri ilə də inkar olunur. Məhkəmə kollegiyasının arşdırması zamanı həmçinin müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhəsinə Cavabdeh sаhiblik etməsi heç də özbаşınа bаş verməmiş, iddiaçı tərəfin irаdəsinə uyğun оlmuşdur. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinin əvvəlki vəziyyəti (boş ərazi) ilə bağlı mülkiyyət hüquqna malik olsalar da, onun üzərində cavabdeh tərəfindən öz xərci, gəliri və zəhməti hesabına əklib-becərilmiş fındıq və qoz ağaclarına heç bir subyektiv hüququn sahibi deyillər. Məhkəmə kollegiyası hesab edir ki, əgər cavabdeh tərəf öz xərci hesabına əkibbecərdiyi fındıq və qoz ağaclarından bəhər, gəlir götürmədiyi bir halda, həmin ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən birdən-birə iddiaçı tərəfin ixtiyarına verilməsi qarşı tərəfin əsassız varlanması kimi qiymətləndirilə bilər. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, ilk və qarşılıqlı iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı, onun nümayəndəsi və vəkili X11, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(033)-594/2019 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-259/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-259/2020
03.02.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver