Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2596/2020 22.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlundan və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(037)-795/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus əmlakların İsmayıllı rayonun Qubaxəlilli kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(037)-795/2020 saylı qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi təmin edilmiş, Cavabdeh məxsus bir ədəd taxt döşəyi, dörd ədəd balınc, iki ədəd böyük döşəkcə, üç ədəd balaca döşəkcə, iki ədəd çarpayı örtüyü, 3x2,5 ölçüdə bir ədəd xalça, bir ədəd çilçıraq, üç ədəd pərdə, üç ədəd karniz, bir ədəd neft lampası, bir ədəd gülqabı, bir ədəd gecə lampası, iki ədəd oyuncaq ayı, bir ədəd güllü sarı ləyən, bir ədəd çuqun vedrə, altı ədəd şiş, altı ədəd fincan, altı ədəd qara rəngli nəlbəki, altı ədəd qədəh, altı ədəd şüşə qab, iki ədəd konfet qabı, bir dəst (üç qazan, bir tava), bir ədəd şüşə çaynik, iki ədəd şüşə güldan, altı ədəd ləpə qabı, bir ədəd üçmərtəbəli qab, bir ədəd güllü qara şirniyyat qabı, iki ədəd balaca qara rəngli qab, bir ədəd nazik şüşə güldan, bir ədəd tefal qazan, altı ədəd yarımxrustal stəkan, bir ədəd iri dəm çayniki, altı ədəd ağ nəlbəki, bir ədəd kartofsoyan, altı ədəd nazik kampot stəkanı, bir ədəd kauçuk çörək qabı, iki ədəd balaca aşsüzən, bir ədəd alüminium qazan, bir ədəd balaca dəmir çaynik, bir ədəd lodka kanfet qabı, altı ədəd qədəh, altı ədəd şüşə stəkan, altı ədəd su içmək üçün stəkan, bir ədəd qızılı rəngli qab, iki ədəd şüşə meyvə qabı, bir ədəd padnos, limon götürməyə bir qutu çöp, bir ədəd şüşə ləpə qabı, rəngli qutuda altı ədəd bakal, altı ədəd qulplu stəkan, altı ədəd güllü fincan nəlbəki, bir ədəd paltar şotkası, iki ədəd qulplu qırmızı meyvə qabı, bir ədəd ağ rəngli güllü meyvə qabı, bir ədəd qırmızı rəngdə qəhvə qabı, altı ədəd komplekt çay dəsmalı, bir ədəd oğlan-qız suvenir, bir qutu komplekt dəsmal, iki cüt tutqaç, bir ədəd qutuda göy dəsmal, dörd ədəd çay dəsmalı, bir ədəd zamoklu mətbəx dəsmalı, əlcəkli mətbəx dəsmalı, bir ədəd göy rəngli dəsmal, bir dəst dəsmal, altı ədəd süfrə, iki ədəd balınc üzü, doqquz ədəd əlsilən dəsmal, bir ədəd dəmir vanna, bir ədəd divar saatının İsmayıllı rayonun Qubaxəlilli kəndində yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1.3-cü maddəsinə əsasən apellyasiya şikayətində barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı göstərilməlidir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki işin materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti, İsmayıllı Rayon Məhkəməsinin “xx xxxxxxx 2020-ci il tarixli, 2(025)-671/2020 saylı” qətnaməsindən verildiyi qeyd edilmiş, lakin hazırkı mülki iş üzrə həmin qeydiyyat nömrəsi altında (2(025)-671/2020), eyni zamanda həmin tarixdə (xx xxxxxxx 2020) qəbul edilmiş qətnamə mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin birinci instansiya məhkəməsi prosessual qanunun qeyd olunan tələbini pozaraq, apellyasiya şikayətinin geri qaytarmaq əvəzinə, həmin şikayətə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 363 və 364-cü maddələrinin tələblərinə riayət olunması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 360, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 363 və 364-cü maddələrinin tələblərinə riayət olunması üçün 2(107)-2596/2020 saylı mülki işlə birlikdə İsmayıllı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər tələbləri təmin olunmadığı hallarda rəsmi qаydаdа verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-2596/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2596/2020
22.12.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver