Məhkəmə qərarları › İş №2(107)-26/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-26/2024

14.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-26/2024 14.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X6 Cavabdeh qarşı “JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsində paylarının müəyyən edilməsi, torpaq sahəsinin naturada real bölünərək onlara verilməsi, həmin torpaq sahəsindən, orada yerləşən yaşayış evindən və qeyri-yaşayış sahəsindən cavabdeh tərəfindən istifadə hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Torpaq sahəsinin naturada bölünməsi, istifadə hüquqlarına edilən maneələrə qadağa qoyulması, ekspertiza tədqiqatı) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı1, İddiaçı1 vəkili Nümayəndə1 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X6 Cavabdeh qarşı “JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsində paylarının müəyyən edilməsi, torpaq sahəsinin naturada real bölünərək onlara verilməsi, həmin torpaq sahəsindən, orada yerləşən yaşayış evindən və qeyri-yaşayış sahəsindən cavabdeh tərəfindən istifadə hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(037)-12/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X19 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X20, X12, X22, İddiaçı1, X19, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan sənəd üzrə 0,06 hektar, faktiki 0,0889 hektar həyətyanı torpaq sahəsində paylarının müəyyən edilməsi, 4/7 hissəsi naturada bölünərək onlara verilməsi, torpaq sahəsindən, orada yerləşən yaşayış evindən və qeyri-yaşayış sahəsindən Cavabdeh tərəfindən istifadə hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 iddia X22 ilə 16 sentyabr 1995-ci il tarixdə rəsmi nikaha daxil olaraq İsmayıllı şəhəri, Cavanşir küçəsində 37 nömrəli evə gəlin köçmüşdür. Birgə nikahlarından xx xxxxxx 1997-ci il tarixdə Çingiz, xx xxxx 1999-cu il tarixdə Anar və xx xxxxxxx 2000-ci il tarixdə Songül adlı üç övladları olmuşdur. Onların qeydiyyatı həmin ünvandadır. İsmayıllı rayon Məhkəməsinin qətnaməsi ilə nikahları ləğv edilmiş və 08 oktyabr 2008-ci il tarixdə İsmayıllı rayon Qeydiyyat Şöbəsində 41 nömrə ilə nikahın ləğvi qeydiyyata alınmışdır. Birgə nikah müddətində yaşadıqları və qanuni istifadələrində olan 0,06 hektar həyətyanı torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-ci tarixli 111 saylı qərarı ilə ailə başçısı qaynatası X20 olmaqla, qaynanası X13, keçmiş əri X22, o və övladlarının mülkiyyətinə verilmişdir. Bu barədə 03 mart 2006-cı il tarixli 21JN2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə hazırlanmışdır. Onlar birgə nikah müddətində həyətdə bir sıra tiklilər tikmiş və həyət əmlakının artırılması üçün coxlu işlər görmüşlər. Vüqar Abdiyev ondan ayrıldıqdan sonra cavabdeh Zülfiyyə Abdiyeva ilə ailə həyatı qurmuş və onu yaşadığı ünvana gətirmişdir, Qaynatası 13 mart 2015-ci il tarixdə, qaynanası isə 17 dekabr 2018-ci il tarixdə, keçmiş əri 19 iyul 2019-cı il tarixdə vəfat etmişdir. Hal-hazırda həmin evdə cavabdeh Zülfiyyə Abdiyeva yaşayır. O, iki ailə arasında münaqişə olmasın deyə övladları ilə birlikdə həmin həyətdən çıxaraq başqa yerdə yaşamışdır. Mərhum qaynatası, qananası və ərindən qalan miras əmlak üçün vərəsəlik işi açılmamışdır. O və övladları 0,06 hektar torpaq sahəsinin 0,035 hektar torpaq sahəsindən istifadə etmək istəsələr də cavabdeh Zülfiyyə Abdiyeva buna mane olmuş, torpaq sahəsinin ayrılaraq onlara verilməsinə razı olmamışdır. Ona görə də onlar məhkəməyə müraciət etməli olmuşlar.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı1 iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən Həsən Abdiyev, Sona Abdiyeva, Vüqar Abdiyev oğlu, Çingiz Abdiyev, İddiaçı2, İddiaçı3 və onun birgə mülkiyyətində olan sənəd üzrə 0,06 hektar, faktiki 0,0889 hektar həyətyanı torpaq sahəsində paylarının müəyyən edilməsini, 4/7 hissəsi naturada bölünərək onlara verilməsini, torpaq sahəsindən, orada yerləşən yaşayış evindən və qeyri-yaşayış sahəsindən cavabdeh Zülfiyyə Abdiyeva tərəfindən tərəfindən istifadə hüquqlarına edilən maneçiliklərə qadağa qoyulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçıların nümayəndəsi Nümayəndə1 İddiaçı1 izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçılar İddiaçı2, İddiaçı3 və Çingiz Abdiyev məhkəmə iclasına gəlməmiş, nümayəndələri Nümayəndə1 işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçılar İddiaçı2, İddiaçı3 və Çingiz Abdiyevin iştirakı olmadan baxılmasını qərara almışdır.

6. Cavabdeh Zülfiyyə Abdiyeva və nümayəndəsi Nümayəndə2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Zülfiyyə Abdiyeva cəmi bir məhkəmə iclasında iştirak etmiş, o və nümayəndəsi digər məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdeh və nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır.

7. Cavabdeh Zülfiyyə Abdiyeva iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən torpaq sahəsi mərhum həyat yoldaşı X14 atası X8 daimi istifadəsində olmaqla, 1965-ci ildə tikilmiş 1 mərtəbəli, 124.8 kv.metrdən ibarət yaşayış evi, qarşısında yay bisetqası və hamam sanuzel tikintiləri ilə mövcud olmuşdur. Həmin tikililərin yerləşmə vəziyyəti torpaq sahəsinin naturada real bölünməsini mümkünsüz edir. İddia tələbini əssasız hesab edir və rədd edilməsini xahiş etmişdir.

8. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 11 noyabr 2022-ci il tarixli, 2(037)-12/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X20, X12, X22, X9, X19, İddiaçı2 və X3 birgə mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsində İddiaçı1, X19, İddiaçı2 və İddiaçı3 payları 4/7 hissədə (342,8 kv.metr) müəyyən edilməsi, İsmayıllı şəhəri, Cavanşir küçəsi 37 ünvanında yerləşən, JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında birgə mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsindən İddiaçı1, X19, İddiaçı2 və İddiaçı3 payları müəyyən edilmiş 4/7 hissə (342,8 kv.metr) ekspert rəyində və rəyə əlavə edilmiş cizgiplanda göstərilən qaydada, giriş-çıxış qapısından sol tərəfdə yerləşən yardımçı tikili iddiaçıların hesabına sökülərək həmin hissədən həyətyanı torpaq sahəsinə ikinci girişçıxış qapısı açılmaqla küçə tərəfdəki sərhəd hasarından həyətin içərisinə doğru sol sərhəd hasarından 5 metr aralı məsafədə həmin hasara paralel olaraq 44 metr uzunluğunda sərhəd hasarı hörülməklə və sağa tərəf döndərilərək sağ tərəfdəki sərhəd hasarına qədər uzadılmaqla naturada real bölünərək iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X15 verilməsi, 0,06 hektar həyətyanı torpaq sahəsindən paylarına verilmiş 4/7 hissədən (342,8 kv.metr) və orada yerləşən tikililərdən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X6 istifadələrinə Cavabdeh tərəfindən edilən maneçiliklərə qadağa qoyulması, Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı X2, kod - 210005, VÖEN **********, müxbir hesab - AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilməsi qət edilmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı1 X22 ilə 1995-ci ildə evlənərək İsmayıllı şəhəri, Cavanşir küçəsində 37 nömrəli evə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.1997-ci ildə Çinğiz, xx.xx.1999-cu ildə Anar və xx.xx.2000-ci ildə Songü adlı üç övladları olmuşdur. Onların qeydiyyatı həmin ünvandadır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli qərarı ilə 03 mart 2006-cı il tarixli JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X20, X12, X22, X9, X19, İddiaçı2 və X3 birgə mülkiyyətlərinə İsmayıllı şəhəri ərazisindən 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı1 ilə Vüqar Abdiyev arasında olan nikah 08 oktyabr 2008-ci il tarixdə ləğv edilmişdir. Həsən Abdiyev 13 mart 2015-ci il tarixdə, Sonabəyim Abdiyeva 17 dekabr 2018-ci il tarixdə, Vüqar Abdiyev isə 19 iyul 2019-cu il tarixdə vəfat etmişdir. Həsən Abdiyev, Sonabəyim Abdiyeva və Vüqar Abdiyevin adlarına İsmayıllı rayon Notariat Ofisində vərəsəlik işi açılmamış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təsdiq edilməmişdir. Məhkəmə tərəfindən İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən torpaq sahəsinin iddiaçıların payına uyğun olaraq 4/7 hissədə naturada real bölünməsinin mümkünlüyü, həmin bölünmənin sərhədlərini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2022-ci il tarixli, 10/2551 nömrəli ekspert rəyinə əsasən İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən torpaq sahəsinin qərardadda göstərilən variantda (yəni torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə ön hissədən darvazadan daxil olarkən, sol hissədən qeyri-yaşayış tikilisi iddiaçıların hesabına sökülərək təxminən 4-5 metr enində və müəyyən uzunluqda) iddiaçıların payına uyğun olaraq 4/7 hissədə naturada real bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün giriş-çıxış qapısından sol tərəfdə yerləşən yardımçı tikili söküldükdən sonra, həmin hissədən həyətyanı torpaq sahəsinə 2- ci giriş-çıxış qapısı açılmalı, küçə tərəfdəki sərhəd hasarından həyətin içərisinə doğru, sol sərhəd hasarından 5 metr aralı məsafədə, həmin hasara paralel olaraq 44 metr uzunluğunda sərhəd hasarı hörülməli və sağa tərəf döndərilərək sağ tərəfdəki sərhəd hasarına qədər uzadılmalıdır. Tədqiq olunan torpaq sahəsinin 0,06 hektar (600,0 kv.metr) təşkil etdiyini nəzərə alaraq, 4/7 paya uyğun düşən sahə ((600/7)x4) 342,8 kv.metrdir. İddiaçılar JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən Həsən Abdiyev, Sona Abdiyeva, Vüqar Abdiyev oğlu, Çingiz Abdiyev, İddiaçı2, İddiaçı3 və onun birgə mülkiyyətində olan sənəd üzrə 0,06 hektar, faktiki 0,0889 hektar həyətyanı torpaq sahəsində paylarının müəyyən edilməsi, 4/7 hissəsi naturada bölünərək onlara verilməsi, torpaq sahəsindən, orada yerləşən yaşayış evindən və qeyri-yaşayış sahəsindən cavabdeh istifadə tərəfindən hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdeh iddia tələbini qəbul etmir, İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən torpaq sahəsi mərhum həyat yoldaşı Vüqar Abdiyevin atası Həsən Abdiyevin daimi istifadəsində olmaqla, 1965-ci ildə tikilmiş 1 mərtəbəli, 124.8 kv.metrdən ibarət yaşayış evi, qarşısında yay bisetqası və hamam sanuzel tikintiləri ilə mövcud olduğunu, həmin tikililərin yerləşmə vəziyyəti torpaq sahəsinin naturada real bölünməsini mümkünsüz etdiyini bildirərək iddia tələbini əssasız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

10. Məhkəmə iddia tələbinin payın müəyyən edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçılar JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X20, X12, X22, İddiaçı1, X19, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan sənəd üzrə 0,06 hektar, faktiki 0,0889 hektar həyətyanı torpaq sahəsində paylarının müəyyən edilməsini tələb edirlər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Məhkəmə qərara gəlir ki, hər bir mülkiyyətçinin payı bərabər hissələrə bölünməli, iddiaçıların JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri ərazisində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsində iddiaçıların payları 4/7 hissədə (342,8 kv.metr) müəyyən edilməlidir.

11. Məhkəmə iddia tələbinin paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada real bölünməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə tərəfindən İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən torpaq sahəsinin iddiaçıların payına uyğun olaraq 4/7 hissədə naturada real bölünməsinin mümkünlüyü, həmin bölünmənin sərhədlərini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən torpaq sahəsinin həmin torpaq sahəsinə və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə ön hissədən darvazadan daxil olarkən, sol hissədən qeyri-yaşayış tikilisi iddiaçıların hesabına sökülərək təxminən 4-5 metr enində və müəyyən uzunluqda) iddiaçıların payına uyğun olaraq 4/7 paya uyğun düşən sahə ((600/7)x4) 342,8 kv.metr naturada real bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün giriş-çıxış qapısından sol tərəfdə yerləşən yardımçı tikili söküldükdən sonra, həmin hissədən həyətyanı torpaq sahəsinə 2-ci giriş-çıxış qapısı açılmalı, küçə tərəfdəki sərhəd hasarından həyətin içərisinə doğru, sol sərhəd hasarından 5 metr aralı məsafədə, həmin hasara paralel olaraq 44 metr uzunluğunda sərhəd hasarı hörülməli və sağa tərəf döndərilərək sağ tərəfdəki sərhəd hasarına qədər uzadılmalıdır. Məhkəmə ekspert rəyinə əsaslanaraq və hər bir paylı mülkiyyətçinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmə hüququnun olması barədə qanunun tələblərini rəhbər tutaraq qərara gəlir ki, iddia tələbi paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada real bölünməsi hissəsində təmin edilməlidir.

12. Məhkəmə iddia tələbinin torpaq sahəsindən, orada yerləşən yaşayış evindən və qeyri-yaşayış sahəsindən cavabdeh tərəfindən istifadə hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddiaçıların paylı mülkiyyətçiləri olduqları torpaq sahələrindən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olması onların əmlak üzərində istifadə hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməmələri ilə nəticələnir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi torpaq sahəsindən, orada yerləşən yaşayış evindən və qeyri-yaşayış sahəsindən cavabdeh tərəfindən istifadə hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması hissəsində də təmin edilməlidir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 165.1, 214.1, 220.1, 220.2, 220.3, 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qətnaməsini qanunsuz, əsassızdır. Məhkəmə maddi və prossesual hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmişdir.

16. İsmayıllı rayon məhkəməsi iddiaçının təqdim etdiyi sualı oldugu kimi məhkəmənin qərardadına köçürərək, ayrılacaq torpaq sahəsinin dəyərindən bir neçə dəfə baha olan qeyri-yaşayış sahəsinin sökülməsinə qərar vermişdir. Qanunvericiliyin tələbinə görə ümumi mülkiyyətdə olan əmlakdan payın ayrılması zamanı payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə,ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

17. İddiaçılar JN2912F, KOD 40701004 nömrəli torpaqın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə istinad etmişdir. Lakin İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 saylı ünvanda yerləşən torpaq sahəsi əslində mərhum həyat yoldaşı X16 atası X10 daimi istifadəsində olmaqla 1965-ci ildə tikilmiş 1 mərtəbəli 124.8 kvm ibarət yaşayış evi, qarşısında qeyri yaşayış və hamam, sanuzel tikintiləri mövcud olmuşdur. Həmin fərdi yaşayış evi, qarşısında qeyri yaşayış və hamam sanuzel tikintiləri mövcuddur. Həmin tikililərin yerləşmə vəziyyəti torpaq sahəsinin naturada bölünməsini mümkünsüz edir.

18. Etiraz ərizəsinə əlavə edilmiş JN2912F,KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədən göründüyü kimi mülkiyyətlərində olan həyətyanı torpaq sahəsi 0.06 ha ibarətdir. Birgə mülkiyyətlərində olan torpaq sahəsinin 4/7 hissəsi onların mülkiyyətindədir və digər hissədədə övladının miras payı vardır. Həyət tikililərində də və yaşayış evində birgə nikah mülkiyyətində qazanılmış əmlak kimi onun, miras əmlak kimi övladının payı vardır. Ona görə həyətyanı torpaq sahəsi naturada yerində bölünüb onlara verilməlidir.

19. Göründüyü kimi, məhkəmə texniki ekspertizaının keçirlməsinə dair qərardadında, hətta mütəxəssisin gördüyü və qeyd etdiyi, qanundan irəli gələn tələbi pozaraq ümumi mülkiyyətdəki əşyaya tənasübsüz zərər vurmadan naturada ayrılmasının mümkünlüyünü qeyd belə etməmişdir. İş üzrə rəy verən ekspert də yalnız qərardadda olan sual cavab vermişdir. Halbuki, fərdi yaşayış evi ilə üzbə üz duran zaman sol tərəfdə iddiaçılara ayrılmış 4/7 hissə torpaq sahəsinə gedən ayrıca yol var idi. Bu yol hətta Torpağı mülkiyyətə verilməsinə dair Şəhadətnamədə belə açıq-aydın görünür. Məhkəmə açıq aşkar, qərəzli şəkildə onun hüquqlarını pozaraq dəyəri ayrılacaq torpaq sahəsində bir neçə dəfə baha olan qeyri-yaşayış sahəsinin sökülərək yolun açılması qərarına gəlmişdir.

20. X17, X21, İddiaçı2 və X3 adları qeyd olunan hissədə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 111 saylı qərarının ləğv edilməsi vəzifəsnin İsmayıllı rayon İcra hakimikyyətnin və həmin qərar əsasında verilmiş JN-2912F KOD 40701004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin qismən ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarmasını xahiş etmişdir. Şəki İnzibati məhkəməsi iddia ərizəsini qəbul etmiş, xx.xx.2022-ci il tarixli qərardadı ilə 3cü tərəf kimi şəxs qismində cəlb olunmuşlar. Bu qərardadın surətini rəsmi ərizə məhəkəmə ğöndərərək Şəki inzibati məhkəmə tərəfindən baxılanadək dayandırılmasını xahiş etmişdir. Məhkəmə işin baxılmasını təxirə saldı. Lakin icraatı dayandırmadı. Şəki inzibati məhkəmədə onun iddia tələbimə baxılanadək bu mülki iş üzrə icraat dayandırılmalıdır.

21. Odur ki, apellyasiya şikayəti üzrə mülki işə baxılan zaman Şəki İnzibati Məhkəməsində iddia tələbimə baxılanadək bu iş üzrə icraatın dayandırlmasına dair qərardad çıxarılması, bundan sonra ümumi mülkiyyətdə olan torpaq sahəsinin tənasübsüz zərər vurmadan naturada bölünməsinin mümkünlüyünə dair rəyin alınması üçün yeni məhkəmə texniki ekspertizasının təyin olunması, rəy alındıqdan sonra qanunsuz və əsassız qətnamənin ləğv edilməsinə və iddia tələbinin alınmış rəyə uyğun təmin və ya rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, İsmayıllı Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(037)-12/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, İsmayıllı Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(037)-12/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər, cavabdehin nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

26. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 göndərdiyi ərizəsində təyin olunmuş məhkəmə baxış iclasında iştirak edə bilmədiklərinə görə məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsi və apellyasiya şikayətinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etməsinə baxmayaraq, işdə iştirak edən digər şəxslər gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Konstitusiyası; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsiSübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

30. “X4rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Apellyasiya baxışının hədləri

31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

34. Apellyator İsmayıllı Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(037)-12/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini tam diqqətə almamışdır.

36. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

37. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçılardan İddiaçı1 X22 ilə 1995-ci ildə ailə qurub, İsmayıllı şəhəri, Cavanşir küçəsi 37 nömrəli evə gəlin köçmüşdür. Birgə nikahlarından onların xx.xx.1997-ci ildə Çinğiz, xx.xx.1999-cu ildə Anar və xx.xx.2000-ci ildə Songül adlı üç övladları anadan olmuşdur. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli qərarı ilə 03 mart 2006-cı il tarixli JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X20, X12, X22, X9, X19, İddiaçı2 və X5 birgə mülkiyyətlərinə İsmayıllı şəhəri ərazisindən 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə bitişik 0,0289 ha zəbt torpaq sahəsi də vardır. İddiaçı1 ilə Vüqar Abdiyev arasında olan nikah 08 oktyabr 2008-ci il tarixdə ləğv edilmişdir. İddiaçı1 ilə Vüqar Abdiyev arasında olan nikah pozulduqdan sonra Vüqar Abdiyev Cavabdeh ilə ailə qurmuş və hazırda da həmin ünvanda Cavabdeh yaşamaqdadır. Həsən Abdiyev 13 mart 2015-ci il tarixdə, Sonabəyim Abdiyeva 17 dekabr 2018-ci il tarixdə, Vüqar Abdiyev isə 19 iyul 2019-cu il tarixdə vəfat etmişlər. Həsən Abdiyev, Sonabəyim Abdiyeva və Vüqar Abdiyevin adlarına İsmayıllı rayon Notariat Ofisində vərəsəlik işi açılmamış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təsdiq edilməmişdir. İddiaçılar ümumibirgə mülkiyyətdə olan torpaq sahəsindən istifadə etmələrinə, torpaq sahəsinin ayrılıb onlara verilməsinə cavabdeh tərəfindən maneçiliklərin yaradıldığını əsas gətirərək iddia tələblərini müdafiə etmişlər. Cavabdeh tərəfindən isə iddia tələbi qəbul edilməmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə paylarının müəyyən edilməsi, JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında birgə mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsindən 4/7 hissənin ekspert rəyində və rəyə əlavə edilmiş cizgiplanda göstərilən qaydada naturada real bölünərək iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X15 verilməsi hissələrində gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.

39. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə paylarının müəyyən edilməsi, JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında birgə mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsindən 4/7 hissənin ekspert rəyində və rəyə əlavə edilmiş cizgiplanda göstərilən qaydada naturada real bölünərək iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X15 verilməsi hissələrində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə həmin hissələrdə yeni qətnamə qəbul edilməlidir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin maddi və prossesual hüquq normalarını pozması, onları düzgün tətbiq etməməsinə dair dəlili ilə qismən razılaşaraq qeyd edir ki, iş materiallarında olan iddiaçıların iddia tələbinin dəqiqləşdirilməsinə dair 16 mart 2022-ci il tarixli ərizələrindən görünür ki, onlar məhkəmədən İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X20, X12, X22, İddiaçı1, X19, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan sənəd üzrə 0,06 hektar, faktiki 0,0889 hektar həyətyanı torpaq sahəsində paylarının müəyyən edilməsini xahiş etsələr də birinci instansiya məhkəməsi digər hissələrdə olduğu kimi həmin hissədə də iddianı təmin etdiyini qeyd etmiş, sənəd üzrə 0,06 hektar torpaq sahəsinə münasibətdə payları müəyyən etsə də payların müəyyən edilməsi tələbinin faktiki 0,0889 hektar həyətyanı torpaq sahəsində payların müəyyən edilməsi hissəsində heç bir əsaslandırma aparmamışdır.

41. Məhkəmə kollegiyası iddia tələbinin payın müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X20, X12, X22, İddiaçı1, X19, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan sənəd üzrə 0,06 hektar torpaq sahəsində paylarının müəyyən edilməsi hissəsində əsaslı, faktiki torpaq sahəsində paylarının müəyyən edilməsi hissəsində isə əsassızdır.

42. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

43. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

44. JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,06 hektar torpaq sahəsi 7 nəfərin mülkiyyətində olmaqla, mülkiyyətçilərdən 3-ü vəfat etdiklərindən, vəfat etmiş 3 mülkiyyətçiyə aid hissədə mirasın qəbulu ilə bağlı məsələ həll edilməməklə, digər 3 mülkiyyətçiyə aid hissədə razılığın kimdən alınması məsələsi bəlli olmadığından, həmin hissədə payın müəyyən edilməsində razılıq olmadığından iddiaçılar JN-2912F KOD 40701004 nömrəli şəhadətnamə üzrə ümumi mülkiyyətdə olan 0,06 hektar torpaq sahəsindən paylarının müəyyən edilməsini tələb etməkdə haqlıdırlar və iddiaçıların 0,06 hektar torpaq sahəsinin ümumilikdə 4/7 hissəsində payları müəyyən edilməlidir.

45. Kollegiya qeyd edir ki, qanunvericilik yalnız mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi imkanını nəzərdə tutduğundan, zəbt torpaq sahəsi JN-2912F KOD 40701004 nömrəli şəhadətnamə üzrə iddiaçıların mülkiyyətini təşkil etmədiyindən, zəbt torpaq sahəsində iddiaçıların paylarının müəyyən edilməsi qanunvericiliyin tələblərinə zidd olmaqla həmin hissədə iddia təmin edilə bilməz.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun apellyasiya şikayətində göstərdiyi həmin fərdi yaşayış evinin qarşısındakı tikililərin yerləşmə vəziyyətinin torpaq sahəsinin naturada bölünməsini mümkünsüz etməsi, məhkəmənin onun hüquqlarını pozaraq qeyriyaşayış sahəsinin sökülərək yolun açılması qərarına gəlməsinə dair dəlilləri əsaslıdır.

47. Belə ki, birinci instansiya məhkəməsi 29 mart 2022-ci il tarixli, 2(037)-12/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, lakin iş materiallarında olan DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin 22 fevral 2022-ci il tarixli mütəxəssis rəyində JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ümumibirgə mülkiyyətə verilmiş 0,06 hektar torpaq sahəsinin hal-hazırda Cavabdeh istifadəsində olmaqla faktiki naturada 0,089 hektar olması barədə qeyd edilənləri diqqətə almayaraq, qərardadda ekspert qarşısında zəbt sahənin yerləşmə vəziyyətinin aydınlaşdırılmasına dair sual qoyulmamışdır. Qərardadın icrası üzrə isə məhkəmə tikinti-texniki ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 10/2551 nömrəli rəyi verilmişdir.

48. Birinci instansiya məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(037)-12/2022 nömrəli qərardadının icrası üzrə verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 10/2551 nömrəli rəyində göstərilmişdir ki, İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən torpaq sahəsinin qərardadda göstərilən variantda (yəni torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə ön hissədən darvazadan daxil olarkən, sol hissədən qeyri-yaşayış tikilisi iddiaçıların hesabına sökülərək təxminən 4-5 metr enində və müəyyən uzunluqda) iddiaçıların payına uyğun olaraq 4/7 hissədə naturada real bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün giriş-çıxış qapısından sol tərəfdə yerləşən yardımçı tikili söküldükdən sonra, həmin hissədən həyətyanı torpaq sahəsinə 2-ci giriş-çıxış qapısı açılmalı, küçə tərəfdəki sərhəd hasarından həyətin içərisinə doğru, sol sərhəd hasarından 5 metr aralı məsafədə, həmin hasara paralel olaraq 44 metr uzunluğunda sərhəd hasarı hörülməli və sağa tərəf döndərilərək sağ tərəfdəki sərhəd hasarına qədər uzadılmalıdır. Tədqiq olunan torpaq sahəsinin 0,06 hektar (600,0 kv.metr) təşkil etdiyini nəzərə alaraq, 4/7 paya uyğun düşən sahə ((600/7)x4) 342,8 kv.metrdir.

49. Məhkəmə kollegiyası mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə apellyasiya şikayətinin yeni məhkəmə texniki ekspertizasının təyin olunmasına dair dəlili ilə razılaşmış, kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

50. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli, 10/1303 nömrəli ekspert rəyində göstərilir ki:

51. JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X20, X12, X22, İddiaçı1, X19, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan torpaq sahəsinə bitişik 4703B nömrə ilə qeydiyyata alınmış bələdiyyə mülkiyyəti mövcuddur.

52. JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,06 hektar torpaq sahəsinə bitişik olan 4703B saylı bələdiyyə mülkiyyəti, JN-2912F KOD 40701004 nömrəli şəhadətnamə üzrə mülkiyyətə verilmiş, 0,06 hektar torpaq sahəsinin şimal qərbində yerləşir. 4703B saylı bələdiyyə mülkiyyətinin yerləşmə vəziyyəti yerquruluşu planı üzrə göstərilmişdir.

53. Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən, mübahisə predmeti olan torpaq sahəsinin 4/7 hissəsinin orada yerləşən tikililərin söküntüsü aparılmadan naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Bununla bağlı rəyin tədqiqat hissəsində göstərilənlər aşağıdakılardır;

54. Qərardadın 5-ci sualı üzrə qeyd edilir ki, İsmayıllı şəhəri, Cavanşir küçəsi 37 ünvanında yerləşən, mübahisə predmeti olan torpaq sahəsinə baxış zamanı qeyd olunan torpaq sahəsinin hüdudları daxilində 1 ədəd fərdi yaşayış evi, sanitar qovşaq və hamam tikilsi, 1 ədəd talvar və 1 ədəd qeyri-yaşayış sahəsinin mövcud olduğu müşahidə olunmuşdur. Ekspert tərəfindən qeyd olunur ki, mübahisəli torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Qeyd olunanları və mübahisə predmeti olan torpaq sahəsinin yalnız bir tərəfdən əsas küçə ilə əhatə olunduğunu nəzərə alaraq həmin torpaq sahəsinin 4/7 hissəsinin orada yerləşən tikililərin söküntüsü aparılmadan naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur.

55. Mübahisəli torpaq sahəsinə bitişik zəbt sahəsinin ölçülərinin, yerləşmə yerinin müəyyən edilməsi məqsədi ilə məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

56. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9666 nömrəli ekspert rəyində göstərilir ki:

57. JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X20, X12, X22, İddiaçı1, X19, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan torpaq sahəsinə bitişik olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 27 aprel 2023-cü il tarixli mütəxəssis rəyində və ona əlavə olunmuş sxemdə göstərilən 279 kv/m torpaq sahəsi əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.

58. İşdə olan birinci instansiya məhkəməsinin qərardadının icrası üzrə verilmiş 20 sentyabr 2022-ci il tarixli, 10/2551 nömrəli ekspert rəyində göstərilmiş mübahisəli ərazinin sxemi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 15 noyabr 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə olunmuş sxemin müqayisəsi nəticəsində müəyyən edilir ki, 20 sentyabr 2022-ci il tarixli, 10/2551 nömrəli rəy üzrə iddiaçılara ayrılıb verilməsi təklif edilən torpaq sahəsinin bir hissəsi zəbt 279 kv/m torpaq sahəsinin hüdudları daxilində yerləşir.

59. Göründüyü kimi birinci instansiya məhkəməsində aparılmış ekspertiza tədqiqatı zamanı JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X20, X12, X22, İddiaçı1, X19, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan torpaq sahəsindən 4/7 hissəsinin ayrılmasının mümkün olması qeyd edilsə də məhkəmə kollegiyasının təyin etdiyi ekspertizalar üzrə verilmiş rəylərlə birinci instansiya məhkəməsində araşdırma dövründə aparılmış ekspertiza tədqiqatı üzrə iddiaçılara naturada ayrılıb verilməsi təklif edilən, birinci instansiya məhkəməsi tərəfindən isə ayrılması qət edilən torpaq sahəsinin bir hissəsinin ümumibirgə mülkiyyətdə olan deyil, ümumibirgə mülkiyyətdə olan torpaq sahəsinə bitişik zəbt torpaq sahəsi olması müəyyən edilmişdir.

60. Bundan əlavə birinci instansiya məhkəməsində aparılmış ekspertiza tədqiqatı üzrə bölgü variantında iddiaçılara ayrılacaq torpaq sahəsinin həmçinin torpaq sahəsi üzərində yerləşən tikilinin sökülməsi hesabına təmin olunmasının mümkünlüyü barədə rəy verilmişdir ki, bu hal da əşyaya tənasübsüz zərər vurmadan ayrılma kimi şərh edilə bilməz.

61. Şərh edilənlər nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 10/2551 nömrəli rəyinə iş üzrə mötəbər sübut kimi istinad edilməsi və həmin rəydə göstərilən qaydada daşınmaz əmlakın bölgüsünün aparılması mümkünsüzdür.

62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçılara ayrılmış 4/7 hissə torpaq sahəsinə gedən ayrıca yolun olması, bu yolun Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə açıq-aydın görünməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, mübahisəli torpaq sahəsindən iddiaçılara 4/7 hissənin ayrılmasına dair birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilmişdir və iddiaçılara 4/7 hissə torpaq sahəsinin ayrılmasına dair qanuni qüvvəsində olan məhkəmə aktı və yaxud da digər bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. Həmçinin məhkəmə kollegiyasının qərardadları üzrə təyin edilmiş ekspertizalar zamanı iddiaçılara 4/7 hissə torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü məsələləri öyrənilmişdir.

63. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərardadlarının icrası üzrə alınmış 05 iyun 2023-cü il tarixli, 10/1303 nömrəli, 19 mart 2024-cü il tarixli, 3- 16-16/2-10/9666 nömrəli ekspert rəyləri isə nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçılar bununla bağlı sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə kollegiyasının qərardadları əsasında keçirilmiş ekspertiza rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

64. Həmin rəylərlə isə JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X20, X12, X22, İddiaçı1, X19, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan torpaq sahəsinin 4/7 hissəsinin orada yerləşən tikililərin söküntüsü aparılmadan naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Torpaq sahəsinin üzərində yerləşən tikillərin sökülməsi hesabına bölgünün aparılması isə əşyaya tənasübsüz zərər vurmaqla aparılacaq ayrılmadır ki, bu da Mülki Məcəllənin 220.3-cü maddəsinin tələblərinə ziddir.

65. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarına əsasən mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

66. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir.

67. Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir.

68. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

69. Əlavə olaraq kollegiya qeyd edir ki, bu xarakterli iddialarda ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

70. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbindən də göründüyü kimi mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

71. Məhkəmə kollegiyası qeyd edir ki, paylı mülkiyyət ayrılacağı halda həmin əmlakdan sərbəst sahiblik və istifadə imkanları təmin edilməlidir. Lakin hazırkı araşdırma üzrə iddiaçılara aid torpaq sahəsinin sərbəst sahiblik və istifadə təmin edilməklə ayrılma imkanları müəyyən edilməmişdir.

72. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həyətyanı torpaq sahəsinin naturada yerində bölünüb onlara verilməli olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə cavabdehin bununla bağlı müzakirə ediləcək iddia tələbi mövcud olmamışdır.

73. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Şəki İnzibati Məhkəmədə onun iddia tələbinə baxılanadək bu mülki iş üzrə icraatın dayandırılmalı olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, şikayətin həmin dəlili əsassızdır.

74. Belə ki, Cavabdeh JN-2912F KOD 40701004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsi vəzifəsinin DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamış və həmin qərardad qanuni qüvvəsini almışdır.

75. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-12/2022 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş, JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X20, X12, X22, X9, X19, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsində İddiaçı1, X19, İddiaçı2 və İddiaçı3 paylarının 4/7 hissədə (342,8 kv.metr) müəyyən edilməsi, İsmayıllı şəhəri, Cavanşir küçəsi 37 ünvanında yerləşən, JN- 2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında birgə mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsindən İddiaçı1, X19, İddiaçı2 və İddiaçı3 payları müəyyən edilmiş 4/7 hissə (342,8 kv.metr) ekspert rəyində və rəyə əlavə edilmiş cizgiplanda göstərilən qaydada, giriş-çıxış qapısından sol tərəfdə yerləşən yardımçı tikilinin iddiaçıların hesabına sökülərək həmin hissədən həyətyanı torpaq sahəsinə ikinci giriş-çıxış qapısı açılmaqla küçə tərəfdəki sərhəd hasarından həyətin içərisinə doğru sol sərhəd hasarından 5 metr aralı məsafədə həmin hasara paralel olaraq 44 metr uzunluğunda sərhəd hasarı hörülməklə və sağa tərəf döndərilərək sağ tərəfdəki sərhəd hasarına qədər uzadılmaqla naturada real bölünərək iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X15 verilməsi hissələrində ləğv edilməli, ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməklə həmin hissələrdə iddia qismən təmin edilməli, JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X20, X12, X22, X9, X19, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsində iddiaçılar İddiaçı1, X19, İddiaçı2 və İddiaçı3 payları 4/7 hissədə müəyyən edilməli, iddianın 0,06 hektar həyətyanı torpaq sahəsindən kənar faktiki istifadədə olan hissəsindən payların müəyyən edilməsi, İsmayıllı şəhəri, Cavanşir küçəsi 37 ünvanında yerləşən, JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsindən 4/7 hissənin naturada real bölünərək iddiaçılar İddiaçı1, X19, İddiaçı2 və İddiaçı3 verilməsi hissələri rədd edilməli, qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

76. Mübahisəli torpaq sahəsinin 4/7 hissəsinin naturada real bölünərək onlara verilməsi hissəsində iddia tələbinin təmin edilməməsi nəzərə alınaraq, məhkəmə tikintitexniki ekspertizasının cəmi dəyəri olan 100 manat ekspertiza xərci iddiaçılar İddiaçı1, X19, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-12/2022 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş, JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X20, X12, X22, X9, X19, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsində İddiaçı1, X19, İddiaçı2 və İddiaçı3 paylarının 4/7 hissədə (342,8 kv.metr) müəyyən edilməsi, İsmayıllı şəhəri, Cavanşir küçəsi 37 ünvanında yerləşən, JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında birgə mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsindən İddiaçı1, X19, İddiaçı2 və İddiaçı3 payları müəyyən edilmiş 4/7 hissə (342,8 kv.metr) ekspert rəyində və rəyə əlavə edilmiş cizgiplanda göstərilən qaydada, giriş-çıxış qapısından sol tərəfdə yerləşən yardımçı tikilinin iddiaçıların hesabına sökülərək həmin hissədən həyətyanı torpaq sahəsinə ikinci giriş-çıxış qapısı açılmaqla küçə tərəfdəki sərhəd hasarından həyətin içərisinə doğru sol sərhəd hasarından 5 metr aralı məsafədə həmin hasara paralel olaraq 44 metr uzunluğunda sərhəd hasarı hörülməklə və sağa tərəf döndərilərək sağ tərəfdəki sərhəd hasarına qədər uzadılmaqla naturada real bölünərək iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X15 verilməsi hissələrində ləğv edilsin. Ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməklə həmin hissələrdə iddia qismən təmin edilsin. JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 37 ünvanında yerləşən X20, X12, X22, X9, X19, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsində İddiaçı1, X19, İddiaçı2 və İddiaçı3 payları 4/7 hissədə müəyyən edilsin. İddianın 0,06 hektar həyətyanı torpaq sahəsindən kənar faktiki istifadədə olan hissəsindən payların müəyyən edilməsi, İsmayıllı şəhəri, Cavanşir küçəsi 37 ünvanında yerləşən, JN-2912F KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsindən 4/7 hissənin naturada real bölünərək iddiaçılar İddiaçı1, X19, İddiaçı2 və İddiaçı3 verilməsi hissələri rədd edilsin. Qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə tikinti-texniki ekspertizasının cəmi dəyəri olan 100 manat ekspertiza xərci iddiaçılar İddiaçı1, X19, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar