Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-260/2025 25.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qərəzli hərəkətlərə son qoyulma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən istifadəyə, torpaq sahəsi üzərində sahibliyin həyata keçirilməsinə maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qərəzli hərəkətlərə son qoyulma” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli e-2(033)-661/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qərəzli hərəkətlərə son qoyulma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qədim oğlunun, İddiaçı ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha yaşayış məntəqələri təyinatlı (məqsədli istifadə növü: həyətyanı) və 0,3494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onun əmlaklara daxil olmasına mane olmaqla müşaiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, hüquqi yardım göstərilməsi məqsədi ilə Zaqatala Rayon Vəkil Bürosunun hesabına ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının və iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qədim oğlundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, o cümlədən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qədim oğlunun ümumi paylı mülkiyyətində Zaqatala rayonu, Əliabad qəsəbəsində 0,10 ha yaşayış məntəqələri təyinatlı (məqsədli istifadə növü: həyətyanı və 0,3494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahələri üzərindəki hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qədim oğlu heç bir hüquqi əsas olmadan onun ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha yaşayış məntəqələri təyinatlı (məqsədli istifadə növü: həyətyanı) və 0,3494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən istifadə və sahiblik etməsinə, həmin torpaq sahələrinə daxil olmağa qoymamaqla və torpaq sahəsindən iddiaçının razılığı olmadan öz istəyinə uyğun istifadə etməklə maneçilik yaradır. O, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qədim oğlundan, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha yaşayış məntəqələri təyinatlı (məqsədli istifadə növü: həyətyanı) və 0,3494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən istifadə və sahiblik etməsinə qarşı yaratdıqları maneənin aradan qaldırılmasını tələb etməsinə baxmayaraq cavabdehlər bundan qərəzli olaraq imtina etdirlər.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəf olaraq işin barışıqla yekunlaşması üçün cavabdeh tərəflə danışıqlar aparılır, lakin cavabdehlər torpaq sahələrinə dair çıxarışların tərtib edilməsi üçün ölçmə işlərinin belə aparılmasına mane olurlar. Cavabdehlər həyətyanı torpaq sahəsinə ümumiyyətlə daxil olmağa qoymurlar. İddiaçını, digər sahəyə münasibətdə isə girişi məhdudlaşdırıblar.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini etiraf etməyərək bildirmişdir ki, torpaq sahəsi vərəsəlik qaydasında onlara və iddiaçının mülkiyyətinə keçmişdir. O, özünə məxsus sahədən istifadə edir. İddiaçının öz torpaqları, həyəti vardır və həmin sahələrdən istifadə edir. Atası həmin torpaqları ona vermiş və 10 sot torpaqdan iddiaçı istifadə etmir. Digər torpaqla bağlı o, iddiaçıya hər hansı maneə yaratmır. İş üzrə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
5. İddiaçı nümayəndəsi vəkil Nümayəndə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh1 məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Zaqatala Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli e-2(033)-661/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov), iddianın təmin edilməsi, xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha yaşayış məntəqələri təyinatlı və xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,3494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qədim oğlu tərəfindən İddiaçı əmlaklarına daxil olmasına mane olmaqla müşaiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, iddiaçı tərəfindən vəkilə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı və 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qədim oğlundan müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən 0,3494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hər birinin payı 1/3 hissə olmaqla Cavabdeh2, X6 və İddiaçı, 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Cavabdeh1 Qədim oğlunun payı 3/6 hissə, Qədimova Gülcahan Hicran qızı, İddiaçı və X4 hər birinin payı 1/6 hissə olmaqla onların paylı mülkiyyətindədir. İddiaçı tələbini, cavabdehlərin paylı mülkiyyətlərində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha yaşayış məntəqələri təyinatlı və 0,3494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən istifadə və sahiblik etməsinə maneələr yaratmaları ilə əsaslandırmışdır. Cavabdeh1 Qədim oğlu iddiaya etirazını, atasının həmin torpaqları ona verməsi və iddiaçının 0,10 ha torpaqdan istifadə etməməsi, digər torpaqla bağlı iddiaçıya hər hansı maneə yaratmaması ilə əsaslandırmışdır. Məhkəmə gəldiyi nəticəni açağıdakılarla əsaslandırmışdır;
9. İddiaçının Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən istifadə və sahiblik etməsinə Cavabdeh1 Qədim oğlunun, 0,3494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə və sahiblik etməsinə isə Cavabdeh2 maneə yaratmaları təsdiq edilmişdir.
10. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçının Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha yaşayış məntəqələri təyinatlı və 0,3494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə cavabdehlərlə birgə sahiblik etmək, ondan birgə istifadə etmək hüququ olduğundan, cavabdehlərin iddiaçının həmin torpaq sahələrinə daxil olmasına, torpaq sahələrindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş hərəkətləri qanunsz olmuşdur və iddiaçı həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb etmək hüququna malikdir.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qədim oğlunun, İddiaçı ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətində olan xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha yaşayış məntəqələri təyinatlı və xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,3494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən İddiaçı əmlaklara daxil olmasına mane olmaqla müşaiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulmalıdır.
12. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesaba əsasən digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməli olduğunu nəzərə alaraq, iddia tələbinin vəkilə ödənilmiş 300 manat xidmət haqqının cavabdehlərdən alınaraq xeyrinə qətnamə çıxarılan iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir.
13. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qədim oğlundan müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 213.2, 222.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1, 121.1, 217.3, 217.4, 218.3, 220.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
16. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir. Belə ki, mübahisəli torpaq sahəsi 2 ayrı-ayrı sahələrdən ibarətdir. Birinci sahə 0,3494 ha olmaqla 1/3 hissəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsinə giriş üçün onun ayrıca darvazası, İddiaçı ayrıca darvazası vardır. Həmin torpaq sahəsinə giriş-çıxış üçün hər hansı bir maneə yoxdur. Digər torpaq sahəsi isə 0,10 ha torpaq sahəsindən ibarət olmaqla həmin torpaq sahəsinin 1/6 hissəsi Əzəddin və Əli Qədimovlara məxsusdur. 3/6 hissəsi isə Cavabdeh1 mülkiyyətindədir və həmin torpaq sahəsində 100 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. Məhkəmə qətnaməsini əsaslandırarkən qeyd etmişdir ki, “Məhkəmə tərəfindən yerində aparılmış müayinə vaxtı müəyyən olmuşdur ki, tərəflərin birgə mülkiyyətlərində olan torpaq sahələrinə cavabdeh tərəfindən giriş qapısına qıfıl vurularaq iddiaçının ora daxil olmasına maneələr yaradılır. Səbəbini soruşduqda cavabdeh bu hərəkətini əsaslandıra bilmədi”. Məhkəmə belə bir ümimi sözlərlə işin mahiyyətini, işin hallarını tam, hərtərəfli araşdırmadan qətnamə qəbul etmişdir. Əvvəla məhkəmənin qətnaməsində yazılan cümlə “torpaq sahələrinə cavabdeh tərəfindən giriş qapısına qıfıl vurularaq”, bu cümlədə torpaq sahələrinə dedikdə məhkəmə hər iki torpaq sahəsini nəzərdə tutur. Lakin bu sözlər ağ yalandır. Ona görə ki, həmin torpaq sahələrinə hər bir mülkiyyətçinin ayrı-ayrılıqda giriş üçün darvazaları vardır. Bundan başqa 0,10 ha torpaq sahəsinə giriş üçün isə heç bir məhdudiyyət yoxdur. Belə ki, torpaq sahələrinin araları açıq olmaqla, torpaq sahələrinə istənilən darvazadan girməklə istənilən darvazadan çıxmaq mümkündür. Bundan başqa məhkəmənin yazdığı qıfıl vurulma sözü isə təmamilə yalandır. Məhkəmə həmin torpaq sahələrinə yerində baxış keçirərkən darvazalarda ümumiyyətlə qıfıl olmamışdır, ümumiyyətlə darvazalar açıq vəziyyətdə olmuşdur. Bütün bu məsələləri aydınlaşdırmaq üçün məhkəmə tərəfindən mütəxəssis və ekspertiza aparılmalı olduğu halda bunu etməmişlər.
17. Məhkəmə MPM-nin 88-ci maddəsinin tələbini pozaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmayaraq qiymət vermişdir. Belə ki, 0,10 ha torpaq sahəsinə giriş üçün isə heç bir məhdudiyyət yoxdur.
18. Odur ki, Zaqatala rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-661/2024 saylı qətnaməsinin tam ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı və Cavabdeh1 kollegiyanın iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Cavabdeh Qədimov X3 Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli e- 2(033)-661/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın Cavabdeh1 aid təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın Cavabdeh2 münasibətdə təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Mübahisələndirilən hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində ləğv olunması üçün əsas yoxdur.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
31. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,3494 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hər birinin payı 1/3 hissə olmaqla Cavabdeh2, X6 və İddiaçı paylı mülkiyyətlərindədir. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi isə 3/6 hissədə Cavabdeh1, hər birinin 1/6 hissə olmaqla Qədimova Gülcahan Hicran qızı, İddiaçı və X4 paylı mülkiyyətlərində, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə Cavabdeh1 tam mülkiyyətindədir. İddiaçı paylı mülkiyyətində olan torpaq sahələrindən istifadə və sahibliyinə cavabdehlər tərəfindən yaradılan maneələrə son qoyulmasını xahiş etmiş, məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 tərəfindən iddia tələbi qəbul edilməmiş, iddianın təmin edilməsi barədə qəbul edilmiş məhkəmə qətnaməsi digər Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
33. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin 0,3494 ha torpaq sahəsinə giriş-çıxış üçün hər hansı bir maneənin olmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində həmin torpaq sahələrinə hər bir mülkiyyətçinin ayrıayrılıqda giriş üçün darvazalarının olduğunu qeyd etmişdir ki, bu hal 0,3494 ha torpaq sahəsinin faktiki olaraq ayrılmasını yaxud da bölünməsini ehtiva etməklə, 0,3494 ha torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada naturada ayrılmamasına yaxud da bölünməməsinə dəlalət edir.
34. Yəni iş materiallarından tərəflərin paylı mülkiyyətlərində olan torpaq sahəsindən qanunvericiliklə müəyyən edilmiş qaydada hər hansı bir mülkiyyətçinin payının naturada ayrılması, yaxud da torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada bölünməsi halı müəyyən edilməmişdir.
35. Paylı mülkiyyətdə olan əşyada tərəfin payı naturada ayrılmadığı, paylı mülkiyyətdə olan əmlak naturada bölünmədiyi halda, hər bir paylı mülkiyyətçinin paylı mülkiyyətdə olan bütün əmlaka sahiblik və həmin əmlakdan istifadə imkanları qanunvericilikdə təsbit edilmişdir.
36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinin tələbinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
37. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən isə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 0,10 ha torpaq sahəsinə giriş üçün heç bir məhdudiyyətin olmamasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin 20 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə iclası üzrə iclas protokolundan görünür ki, Cavabdeh2 sədrlik edənin sualına cavab olaraq iddiaçını 0,10 ha torpaq sahəsinin 1/6 hissəsinə girməyə qoymadığını göstərmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin yazdığı qıfıl vurulma sözünün təmamilə yalan olması, məhkəmənin torpaq sahələrinə yerində baxış keçirərkən darvazalarda ümumiyyətlə qıfılın olmaması, darvazaların açıq vəziyyətdə olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, Cavabdeh2 tərəfindən iddiaçıya paylı mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə, sahiblik hüquqlarını həyata keçirtməsinə maneçilik törətməsi müəyyən edildiyi halda, qapının üzərində qıfılın olub-olmaması işin mahiyyəti üzrə həllinə əlavə təsir göstərmir.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün bu məsələləri aydınlaşdırmaq üçün məhkəmə tərəfindən mütəxəssis və ekspertiza aparılmalı olduğu halda bunun edilməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
41. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Həmçinin iş materiallarından iş üzrə ekspertizanın təyin edilməsi zərurəti də müəyyən edilməmişdir.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə mübahisələndirilən hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli e-2(033)- 661/2024 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.