Məhkəmə qərarları › İş №2(107)-262/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-262/2022

24.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-262/2022 24.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Ağsu rayon Kalva Bələdiyyəsinin Cavabdeh qarşı “30.10.2018-ci il tarixli icarə müqaviləsinin ləğvi, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və topraq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 2(016)-890/2021 saylı, 11 oktyabr 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: müəyyən etdi: İddiaçı Ağsu Rayon Kalva Bələdiyyəsi Cavabdeh qarşı “30.10.2018-ci il tarixli icarə müqaviləsinin ləğvi, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və topraq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu Rayon Kalva Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 33 13.2018-ci il tarixli, 3M-109 saylı icarə müqaviləsinin ləğvi, torpaq sahəsi üzərindəki qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tаrixli, 2(016)-890/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Ağsu Rayon Kalva Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış kənd təsərrüfatı təyinatlı torpaqların (örüş otlaq) icarəyə verilməsi barədə 30.10.2018-ci il tarixli, 3M-109 saylı icarə müqaviləsinin ləğv edilməsi, icarəyə verilmiş 04 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin (çoban evi və tövlə) Cavabdeh hesabına sökülməsi, torpaq sahəsinin Kalva bələdiyyəsinə qaytarılması qət edilmişdir. Cavabdeh tərəfindən Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tаrixli, 2(016)- 890/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tаrixli, 2(016)-890/2021 saylı qətnaməsi ləğv edilməli, iddiaçı Ağsu Rayon Kalva Bələdiyyəsi Cavabdeh qarşı “30.10.2018-ci il tarixli icarə müqaviləsinin ləğvi, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və topraq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. İş materiallarından görünür ki, iddiа ərizəsi ilə birinci instansiya məhkəməsinə verilərkən iddiaçı tərəf Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinin tələblərinə riayət etməmiş, pretenziya qaydasına əməl etməmişdir. İş materiallarında olan 30.10.2018-ci il tarixli İcarə müqaviləsinin 8-ci bəndində qeyd edilmidir ki, müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İş materiallarında olan Kalva bələdiyyəsinin sədri tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, cavabdehə 5 gün müddətində icarə müqaviləsinin ləğvi və qanunsuz tikilinin sökülməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı pretenziya qaydasını pozaraq, icarə müqaviləsində nəzərdə tutulmuş bəndə əməl etməmişdir. Belə ki, iş materiallarında müqavilədə qeyd edildiyi kimi müqavilənin ləğv edilməsi üçün cavabdehə 1 ay əvvəldən yazılı ərizə ilə müraciət etməsinin cavabdehə rəsmi qaydada təqdim edilməsinə dair heç bir sənəd aşkar edilməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tаrixli, 2(016)-890/2021 saylı qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiаçıyа iddiаnın bаxılmаmış sаxlаnmаsı üçün səbəb olаn halları аrаdаn qаldırdıqdаn sonrа ümumi qаydаdа ərizə ilə məhkəməyə yenidən mürаciət etmə hüququ izah edilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74, 385 və 386-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tаrixli, 2(016)-890/2021 saylı qətnaməsi ləğv edilsin, iddia ərizəsi baxılmamış saxlanılsın. İddiаçıyа iddiаnın bаxılmаmış sаxlаnılmаsı üçün səbəb olаn halları аrаdаn qаldırdıqdаn sonrа ümumi qаydаdа ərizə ilə məhkəməyə yenidən mürаciət etmə hüququ izah edilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar