Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-263/2023 09.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülkiyyətin özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi və pul tələbi, iddiaçı Cavabdeh İddiaçı qarşı pul və torpaq sahəsinə çəkilmiş xərclər tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: ilk iddia, qarşılıqlı iddia, mülkiyyətin özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi, pul tələbi, torpaq sahəsinə çəkilmiş xərclər, əsassızı varlanma, vicdanlı sahib) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətin özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi və pul barədə iddia tələbi, iddiaçı Cavabdeh İddiaçı qarşı pul və torpaq sahəsinə çəkilmiş xərclər tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1184/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin qanunsuz və özbaşına hərəkətlərinə son qoyaraq qanuni mülkiyyətçisi olduğu, İsmayıllı rayonu Keyvəndi kəndində yerləşən 2,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən dərhal çıxarılması, torpağın icarəsinə görə ödənilməmiş 24000 manat məbləğində pulun və 162 manat dövlət rüsumunun alınıb ona verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılaşmaya əsasən sonuncu, 2005-2007-ci illərdə İsmayıllı rayonu Keyvəndi kəndində yerləşən 2,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahǝsini təyinatı üzrə istifadə etmək üçün icarəyə götürmüşdür. 2005-2007-cı illər üçün torpağın icarə haqqı Cavabdeh tərəfindən ödənilmiş, lakin həmin torpaq sahǝsinin sonuncu, 2008-ci ildən 2019-cu ilədək heç bir icarə haqqı ödəmədən istifadə etmişdir. 2020-ci ildə artıq İddiaçı Cavabdeh torpaq sahəsində əkin işlərini özü aparacağını bildirmişdir. Cavabdeh 2020-2021ci illər əkin ili müddətində həmin torpaq sahəsindən istifadə edərək bəhrəsindən yararlanmışdır. Lakin 2022-ci ildə Cavabdeh İddiaçı heç bir xəbərdarlıq etmədən torpaq sahəsini özbaşına zəbt etmişdir. İddiaçı torpaq sahəsinə gedib şumlama işlərini görmək istəyən zaman artıq Cavabdeh torpaqdan istifadə etdiyini görmüşdür. İddiaçı Cavabdeh özbaşınalıqla zəbt etdiyi torpaq sahəsindən dərhal çıxmasını tələb etsə də sonuncu, İddiaçı təhqirlər yağdıraraq heç bir qanuna, qaydaya məhəl qoymayacağını və qanunsuz hərəkətlərini davamlı olaraq edəcəyini bildirmişdir. Bu özbaşına hərəkəti ilə Cavabdeh İddiaçı həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Həmin torpağa mülkiyyət hüququna dair JN – 0154 Kod 40713018 dövlət aktı torpaq mülkiyyətçisi olaraq İddiaçı və onun ailə üzvlərinin adına tərtib edilmişdir. Həmin akt sənədinə əsasən mübahisəli torpaq torpaq sahəsi qanuni mülkiyyətdə olmaqla, İddiaçı Cavabdeh torpaq sahəsindən qanunsuz istifadə etməsinə son qoyularaq oranı tərk etmək barədə iddia tələbi tam əsaslıdır. Keyvəndi kəndində yerləşən 2,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 12 il ərzində istifadə olunmasına görə Cavabdeh İddiaçı ödənilməli olan borcu bir təsərrüfat ili üçün 1 hektar sahəyə görə ödəməli olduğu məbləğ 1000 manat olmuşdur. Həmin 2 hektar torpaq sahəsinə görə 12 il ərzində 24000 manat məbləğində Cavabdeh İddiaçı ödənilməmiş borcu vardır. Daxili İşlər Nazirliyinin qaynar xəttinə ünvanlanmış müraciətə cavab olaraq, İsmayıllı rayonu Polis Şöbəsinin 16 iyul 2022-ci il tarixli, 169-16666M-3M tarixli cavab məktubu ilə bildirilmişdir ki, müraciət əsasında araşdırma aparılmış, aparılmış araşdırma zamanı müraciətin mülki hüquq münasibətlərinə aid olması və bununla əlaqədar mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmək hüququnun olması müəyyən edilmişdir. İddiaçı hüquqlarının təmin edilməsi və bərpası eləcə də ədalətli qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh qanunsuz və özbaşına hərəkətlərinə son qoyaraq qanuni mülkiyyətçisi olduğu, İsmayıllı rayonu Keyvəndi kəndində yerləşən 2,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən dərhal çıxarılmasını, torpağın icarəsinə görə ödənilməmiş 24000 manat məbləğində pulun və 162 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsini tələb edir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 2,0 hektar torpaq sahəsinin hazırki bazar qiymətləri ilə olan 12000 manat, həmin torpaq sahəsini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 9000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 201 manat – cəmi 21201 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh iddia tələbini belə əsaslandırmışdır ki, o, təsərrüfat işi ilə məşğul olaraq ailəsini dolandırır. Təxminən 2007-ci ilin may ayının əvvəllərində İddiaçı Rusiya Federasiyasından ona zəng edərək maddi vəziyyəti yaxşı olmadığından özünə və ailə üzvlərinə məxsus İsmayıllı rayonu Keyvəndi kəndi ərazisində yerləşən 2,0 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsini satmaq istədiyini bildirmiş və həmin yeri almasını təklif etmişdir. Həmin yer onun əkin sahəsinə yaxın olmadığından İddiaçı yerinin alması ona sərfəli olmadığını bildirmiş və başqa alıcı tapmasını məsləhət görmüşdür. İddiaçı isə yeri heç kim almaq istəmədiyini bildirərək həmin yeri almasını təkid etmişdir. İddiaçı təkidli xahiş etdiyini görərək razılıq vermiş və az bir müddət sonra İddiaçı oğlu Nümayəndə onunla görüşərək satmaq istədikləri torpaq sahəsinə dair JN-0154 KOD 40713018 nömrəli dövlət aktını ona təqdim etmişdir. O, bunun müqabilində İddiaçı ilə razılaşdıqları kimi 1500 ABŞ dolları məbləğində pulu sonuncunun oğlu Nümayəndə vermişdir. Nümayəndə həmin vaxt pulu ondan aldığına dair bir vərəqə imza edərək ona təqdim etmişdir. Bütün bu söhbətlər şəxsən İddiaçı ilə olunmuş və sonuncunun dediyi kimi pulu da oğlu Nümayəndə vermişdir. Alğı-satqının rəsmiləşdirilməsi isə İddiaçı Rusiya Federasiyasından qayıtdıqdan sonra həyata keçirəcəklərinə razılaşmışlar. Aldığı 2,0 hektar torpaq sahəsinin dövlət aktının əsli hazırda ondadır. Torpaq sahəsini aldıqdan sonra oranı məhsuldar vəziyyətə gətirmək üçün xeyli vəsait xərcləmişdir. Aldığı torpaq sahəsinin münbitliliyi az olduğundan o, hər il torpaq sahəsinə maşınlarla peyin daşımış, müxtəlif növlü gübrələr vermiş və həmin torpaq sahəsini bir neçə ildən sonra məhsuldar vəziyyətə gətirmişdir. Bir müddət sonra İddiaçı Rusiya Federasiyasından qayıtmış və sonuncuya aralarında torpaq sahəsinə dair rəsmiləşmə olmalı olduğunu xatırlatmışdır. İddiaçı hər dəfəsində tezliklə sənədləri qaydasına salacağını vəd etmişdir. 2022-ci ilin əvvəlində isə o, bu məsələnin belə davam edə bilməyəcəyini görərək İddiaçı ilə açıq söhbət etmiş və bu zaman sonuncu, torpaq sahəsini ona satmadığını, icarǝyǝ verdiyini bildirmişdir. Bundan sonra o, İddiaçı ǝsl niyyətini başa düşmüş və aldığı torpaq sahəsinin hazırki bazar qiymətləri ilə olan dəyərini tələb etmişdir. İddiaçı isə təkidlə torpaq sahəsini satmadığını və aldığı pulu isə icarə haqqı olduğunu bildirmişdir. Torpaq sahəsini aldığı gündən bu günədək o, sahiblik etmiş və istifadəsində olmuşdur. Ötən dövr ərzində torpaq sahəsini yararlı hala gətirmək üçün xeyli mineral və üzvi gübrələr vermiş, daşdan təmizləmişdir. Həmin torpaq sahəsini əkin-biçin üçün yararlı hala gətirmək üçün 9000 manata qədər vəsait xərcləmişdir. Bundan başqa 14 il bundan əvvəl İddiaçı 1500 ABŞ dolları məbləğində pul vermişdir. Hazırda həmin ərazidə bir hektar torpaq sahəsinin qiyməti 6000 manatdır. Hesab edir ki, İddiaçı ona aldığı torpaq sahəsinin hər hektarı üçün hazırki real bazar qiymətləri ilə 6000 manatdan olmaqla, 12000 manat pul ödəməlidir. O, torpaq sahəsini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 9000 manatı da İddiaçı tələb edir. 14 il bundan əvvəl qarşılıqlı razılıq əsasında pulunu ödəyib aldığı torpaq sahəsini İddiaçı satmadığını iddia edir və həmin torpaq sahəsinin qaytarılmasını tələb edir. Bu isə onun hüquqlarının kobud şəkildə pozulmasıdır. Ona görə də İddiaçı ümumilikdə 2,0 hektar torpaq sahəsinin hazırki bazar qiymətləri ilə olan 12000 manat, həmin torpaq sahəsini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 9000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 201 manat – cəmi 21201 manat pulun alınaraq ona verilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin (hakim; R.Şirinov) 15 noyabr 2022-ci il tarixli, 2(037)-1184/2022 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilmiş, İddiaçı birgə mülkiyyətində olan, İsmayıllı rayonu Keyvəndi kəndində yerləşən 2,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin digər hissədə rədd edilməsi, iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 11000 manat və 123 manat dövlət rüsumunun - cəmi 11123 (on bir min bir yüz iyirmi üç) manat alınaraq iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin digər hissədə rədd edilməsi, qətnamənin eyni vaxtda icra edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı İsmayıllı rayonu Keyvəndi kəndi ərazisində yerləşən JN-0154 KOD 40713018 nömrəli dövlət aktı ilə özünə və ailə üzvlərinə məxsus 2,0 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsini 2007-ci ildə Cavabdeh 1500 ABŞ dolları məbləğində satmaq barədə sonuncu ilə razılaşmış və İddiaçı tapşırığı ilə oğlu Nümayəndə Cavabdehla görüşərək satmaq istədikləri torpaq sahəsinə ğörə razılaşdıqları 1500 ABŞ dolları məbləğində pulu Cavabdeh almış və ailəsinə məxsus 2,0 hektar pay torpaq sahəsini satdığı və əvəzində 1500 ABŞ dolları pul aldığı barədə qəbz vermişdir. Həmin vaxt Nümayəndə dövlət aktının əslini Cavabdehla təqdim etmiş və torpaq sahəsini Cavabdeh istifadəsinə vermişdir. Həmin vaxt torpaq mülkiyətçilərindən İddiaçı Azərbaycanda olmadığından alğı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Nümayəndə qəbzin onun tərəfindən verilməsini və imzanın ona məxsus olmasını məhkəmə iclasında inkar etməmişdir. Ötən müddət ərzində Cavabdeh torpaq sahəsini öz adına rəsmiləşdirmək istəsə də İddiaçı bundan yayınmış və son dəfələrdə həmin torpaq sahəsini Cavabdeh satmadığını bildirmişdir. Mübahisə predmetinə aid olan torpaq sahəsinin hazırkı dəyəri mütəxəssis rəyinə əsasən 11500 manat həddində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddia tələbinin torpağın icarəsinə görə ödənilməmiş 24000 manat məbləğində pulun alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, İddiaçı oğlu Nümayəndə Cavabdehla görüşərək satmaq istədikləri torpaq sahəsinə dair JN-0154 KOD 40713018 nömrəli dövlət aktının əslini ona təqdim etmiş və həmin torpaq sahəsini Cavabdeh istifadəsinə vermişdir. Cavabdeh əvəzində isə İddiaçı ilə razılaşdıqları kimi 1500 ABŞ dolları məbləğində pulu sonuncunun oğlu Nümayəndə vermişdir. Nümayəndə həmin vaxt sadə yazılı formada müqavilədə ailəsinə məxsus 2,0 hektar torpaq sahəsini satdığını və əvəzində 1500 ABŞ dolları pul aldığını qeyd etmişdir. Müqavilənin doğruluğunu Nümayəndə imzası ilə təsdiq etmişdir. İddiaçı iddia ərizəsində və nümayəndəsi məhkəmə iclasındakı izahatında mübahisə predmeti olan torpaq sahəsinin icarə verildiyini qeyd etsələr də həmin faktı mötəbər sübutlarla təsdiq edə bilmədilər. Məhkəmə araşdırması zamanı da həmin torpaq sahəsinin icarəyə verilməsi faktı da öz təsdiqini tapmadı. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi torpağın icarəsinə görə ödənilməmiş 24000 manat məbləğində pulun alınmasına dair hissəsində rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Nümayəndə ailə üzvlərinə məxsus torpaq sahəsini Cavabdeh satmaq üçün ondan 1500 ABŞ dolları məbləğində pul alarkən, həmin dövlət aktının əslini Cavabdeh təqdim edərkən və torpaq sahəsini Cavabdeh istifadəsinə verərkən atası İddiaçı tapşırığını icra etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin torpaq sahəsinin hazırki bazar qiymətləri ilə olan 12000 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh həmin torpaq sahəsinin satışından pul aldığı halda həmin torpaq sahəsini sonradan satmadığını bildirməklə Cavabdeh hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. İddiaçı əsassız varlanmadan əldə etdiyi vəsaiti Cavabdeh qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, iddia tələbi həmin hissədə təmin olunaraq 2,0 hektar torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 11000 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılmasını tələb etdiyindən və məhkəmə də tələbi təmin etmək barədə qərara gəldiyindən qarşılıqlı iddia tələbi torpaq sahəsinin hazırki bazar qiymətləri ilə olan 12000 manat məbləğinin alınmasına dair hissəsində - qismən 11000 manat həddində təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 706.1, 710.1, 710.3, 1091.1, 1091.2 və 1092.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 777.1 və 777.2ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı izahat verən qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ğöztərmişdir ki, torpaq sahəsini aldığı gündən bu günədək o, sahiblik etmiş və istifadəsində olmuşdur. Ötən dövr ərzində torpaq sahəsini yararlı hala gətirmək üçün xeyli mineral və üzvi gübrələr vermiş, daşdan təmizləmişdir. Həmin torpaq sahəsini əkin-biçin üçün yararlı hala gətirmək üçün 9000 manata qədər vəsait xərcləmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin bu hissəsini təmin edən zaman nəzərə almamışdır ki, həmin torpaq sahəsi uzun illər ərzində kolxoz təsərrüfatı olmuş, əkilib becərilmişdir. 1996-cı ildə qəbul edilmiş Aqrar islahat haqqında qanuna müvafiq olaraq əkin təyinatlı torpaq sahəsi kimi həmin kənddə yaşayan şəxslərə pay torpaq sahəsi kimi verilmişdir. Bu hal bir başa JN-0154 KOD 40713018 nömrəli dövlət aktı ilə özünə və ailə üzvlərinə məxsus 2,0 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi olması ğöstərilmişdir. Bu sahədə heç bir daş və ya kol-kos olmamışdır. Heç bir təmizlik işlərinə də ehtiyac olmmaışdır. Bu təmizləmə işlərinə çəkilən xərclərin də nədən ibarət olması əsaslandırılmamışdır. Bundan başqa, həmin torpaq sahəsinə verilən gübrənin dəyərinə gəldikdə isə bildirmək istəyir ki, sahəyə verilən gübrə məhsuldarlığı artırmaq üçün verilir, bu hal torpağın yaxşılaşdırılması üçün verilsə də yalnız həmin il üçün biçilmiş məhsulun keyfiyyətinə və həcminə təsir edir ki, bu məhsulu da Cavabdeh yığımışdır. Gübrədən növbəti və ya sonrakı illərə heç nə qalmır ki, torpağın dəyərinə heç bir təsiri yoxdur. Bu hal mülkiyyətçi kimi ona qalmır. O, bu hala-yəni məhsuldarlıq üçün hər il verilən ğübrəyə görə nə üçün ödəməlidir? Birinci instansiya məhkəməsi işin nəticəsi ilə Cavabdeh xeyrinə o dərəcədə maraqlı olmuşdur ki, Cavabdeh bu tələbini sanki onun vəkili kimi əsaslandırmışdır. Məhkəmə qarşılıqlı iddia tələbinin torpaq sahəsinin hazırki bazar qiymətləri ilə olan 12000 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İlkin iddia tələbi üzrə cavabdeh öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə uyğun hərəkət etməmişdir. İcarəyə verilmiş torpaq sahəsini alqı-satqı kimi qiymətləndirmiş və uzun illər ərzində istifadə edib, onun faydalı xüsusiyyətlərindən istifadə etmişdir. Məhkəmə iddia tələbinin torpağın icarəsinə görə ödənilməmiş 24000 manat məbləğində pulun alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, onun oğlu Nümayəndə Cavabdehla görüşərək satmaq istədikləri torpaq sahəsinə dair JN-0154 KOD 40713018 nömrəli dövlət aktının əslini ona təqdim etmiş və həmin torpaq sahəsini Cavabdeh istifadəsinə vermişdir. Cavabdeh əvəzində isə İddiaçı ilə razılaşdıqları kimi 1500 ABŞ dolları məbləğində pulu sonuncunun oğlu Nümayəndə vermişdir. Nümayəndə həmin vaxt sadə yazılı formada müqavilədə ailəsinə məxsus 2,0 hektar torpaq sahəsini satdığını və əvəzində 1500 ABŞ dolları pul aldığını qeyd etmişdir. Müqavilənin doğruluğunu Nümayəndə imzası ilə təsdiq etmişdir. O iddia ərizəsində və nümayəndəsi məhkəmə iclasındakı izahatında mübahisə predmeti olan torpaq sahəsinin icarə verildiyini qeyd etsələr də həmin faktı mötəbər sübutlarla təsdiq edə bilmədilər. Məhkəmə araşdırması zamanı da həmin torpaq sahəsinin icarəyə verilməsi faktı da öz təsdiqini tapmadı. Məhkəmə sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Yuxarıda qeyd olunan əsaslara görə hesab edir ki, qətnamə qanunsuzdur. İşə baxan məhkəmə qeyd olunan prosessual hüquq normasının tələblərini kobud surətdə pozaraq, işə mənim iştirakım olmadan baxaraq, qətnamə qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq, o, məhkəmə kollegiyasından İsmayıllı Rayon Məhkəməsinin № 2(037)-1184/2022 saylı ,xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və onun iddia tələbinin tam təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıılı Rayon Məhkəməsinin (hakim; R.Şirinov) 15 noyabr 2022-ci il tarixli, 2(037)-1184/2022 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməlsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda iddiaçının vəkili məhkəməyə ərizə göndərərək ağır xəstə olduğunu bildirmiş və məhkmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının vəkili qeyd edilən hallarla bağlı məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etmədiyindən, eyni zamanda iddiaçının məhkəmə icllasında iştirak edərək öz şikayətini müdafiə etmək imkanı olduğundan, məhkəmə iclasının təxirə salınmasına lüzum görməmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquqa Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(037)-1184/2022 saylı qətnaməsinin ləğv edilməsi və onun iddia tələbinin tam təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(037)-1184/2022 saylı qətnaməsini apelyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisələndirilən hissə üzrə maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(037)-1184/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı İsmayıllı rayonu Keyvəndi kəndi ərazisində yerləşən JN-0154 KOD 40713018 nömrəli dövlət aktı ilə özünə və ailə üzvlərinə məxsus 2,0 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsini 2007-ci ildə Cavabdeh 1500 ABŞ dolları məbləğində satmaq barədə sonuncu ilə razılaşmış və İddiaçı tapşırığı ilə oğlu Nümayəndə Cavabdehla görüşərək satmaq istədikləri torpaq sahəsinə ğörə razılaşdıqları 1500 ABŞ dolları məbləğində pulu Cavabdeh almış və ailəsinə məxsus 2,0 hektar pay torpaq sahəsini satdığı və əvəzində 1500 ABŞ dolları pul aldığı barədə qəbz vermişdir. Həmin vaxt Nümayəndə dövlət aktının əslini Cavabdehla təqdim etmiş və torpaq sahəsini Cavabdeh istifadəsinə vermişdir. Həmin vaxt torpaq mülkiyətçilərindən İddiaçı Azərbaycanda olmadığından alğı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Ötən müddət ərzində Cavabdeh torpaq sahəsini öz adına rəsmiləşdirmək istəsə də İddiaçı bundan yayınmış və son dəfələrdə həmin torpaq sahəsini Cavabdeh satmadığını bildirmişdir. Mübahisə predmetinə aid olan torpaq sahəsinin hazırkı dəyəri mütəxəssis rəyinə əsasən 11500 manat həddində müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Kollegiya ilk növbədə apellyasiya şikayətinin iddianın təmin edilməyən 24000 manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir; İlk iddianı həmin hissədə rədd edən birinci instansiya məhkəməsi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı oğlu Nümayəndə Cavabdehla görüşərək satmaq istədikləri torpaq sahəsinə dair JN-0154 KOD 40713018 nömrəli dövlət aktının əslini ona təqdim etmiş və həmin torpaq sahəsini Cavabdeh istifadəsinə vermişdir. Cavabdeh əvəzində isə İddiaçı ilə razılaşdıqları kimi 1500 ABŞ dolları məbləğində pulu sonuncunun oğlu Nümayəndə vermişdir. Nümayəndə həmin vaxt sadə yazılı formada müqavilədə ailəsinə məxsus 2,0 hektar torpaq sahəsini satdığını və əvəzində 1500 ABŞ dolları pul aldığını qeyd etmişdir. Müqavilənin doğruluğunu Nümayəndə imzası ilə təsdiq etmişdir. İddiaçı iddia ərizəsində və nümayəndəsi məhkəmə iclasındakı izahatında mübahisə predmeti olan torpaq sahəsinin icarəyə verildiyini qeyd etsələr də həmin faktı mötəbər sübutlarla təsdiq edə bilməmişlər. Araşdırması zamanı da həmin torpaq sahəsinin icarəyə verilməsi faktı öz təsdiqini tapmamışdır. Ona görə də mkollegiya qeyd edir ki, şikayət həmin hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası qarşılıqlı iddianın təmin edilmiş hissəsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayət həmin hissədə də əsassızıdr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Qarşılıqlı iddia tələbinin təmin edilmiş hissəsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan Kollegiya qeyd edir ki, iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, İddiaçı torpaq sahəsinə dair JN-0154 KOD 40713018 nömrəli dövlət aktının əslini Cavabdeh təqdim etmiş və həmin torpaq sahəsini Cavabdeh istifadəsinə vermişdir. Cavabdeh əvəzində isə İddiaçı ilə razılaşdıqları kimi 1500 ABŞ dolları məbləğində pulu sonuncunun oğlu Nümayəndə vermişdir. Nümayəndə həmin vaxt sadə yazılı formada müqavilədə ailəsinə məxsus 2,0 hektar torpaq sahəsini satdığını və əvəzində 1500 ABŞ dolları pul aldığını qeyd etmişdir. Göründüyü kimi Cavabdeh mübahisəli torpaq sahəsinə vicdanlı sahiblik etməklə torpaq üzərində müəyyən yaxşılaşdırmalar aparmışdır. Ona görə də o, çəkmiş olduğu xərci tələb etməkdə haqlıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, İddiaçı 1500 ABŞ dollarını alaraq torpağı satmadığından o, 1500 ABŞ dollarına münasibətdə hazırkı iddia tələbinə münasibətdə əsassızı varlanmış şəxsdir. Digər tərəfdən isə torpağa vicdanlı sahiblik etdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən torpağa çəkilmiş xərci tələb etməkdə vicdanlı sahibdir. "xxxx" MMC-nin 14 noyabr 2022-ci il tarixli 23 nömrəli texniki araşdırma və qiymətləndirmə rəyinə əsasən İsmayıllı rayonu Keyvəndi Yenikənd kəndində İddiaçı və onun ailə üzvlərinə mülkiyyət hüququ əsasında məxsus olan 2,0 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsində son bir il ərzində dənli taxıl bitkisinin (buğda, arpa) əkilməsindən əldə olunmuş xalis gəlirin məbləği 1826 manat, həmin torpaq sahəsinin hazırda ərazi üzrə mövcud bazar qiyməti isə 11500 manat həddindədir. Kollegiya hesab edir ki, qeyd edilən rəyi sübut kimi qəbul etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, hazırki iş üzrə başqa sübut olmadığından həmin rəy daha mötəbər sübut hesab edilməlidir. Apellyator iddiaçının daha az xərc çəkməsini sübut edə bilməmiş, məhz özünun hesablamasının əsaslı olması və hər hənsı şübhədən kənar qaydada hesablanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis məhz mübahisəli ərazidə tədqiqat aparmış və müvafiq rəy vermişdir. Belə olan halda məhkəmə kollegiyası rəyin verilməsi və rəydə göstərilən məbləğin daha az olmasına dair hər hansı bir mötəbər sübutun olmamasını nəzərə alır. Cavabdeh tərəf isə ziyanın məbləğinin rəydə göstəriləndən daha az olmasını təsdiq edən sübutlara malik deyildir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh qarşılıqlı iddia tələbində İddiaçı torpaq sahəsini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 9000 manat pulu tələb etsə də torpaq sahəsinin dəyərinin keçmiş pulnan 1500 ABŞ dollarından hazırki 11500 manata qədər qalxması yalnız bazar qiymətlərinin dəyişməsi ilə deyil, həm də torpağa yaxşılaşdırmalar olaraq çəkilmiş xərclər ilə əlaqədardır. Yəni torpağın qiyməti 11500 manat müəyyən edilməklə torpağa çəkilmiş xərclər bu məbləğə daxil edilmişdir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Daha sonra kollegiya apellyasiya şikayətinin apelyatorun iştirakı olmadan birinci instansiya məhkəməsi tərəfindən işə baxılaraq qətnamə qəbul edilməsi hissəsi ilə bağlı qeyd edilir ki, şikayət həmin hissədə də əsassızıdır. Belə ki, mülki işin 65-ci səhifəsində olan məhkəmə bildirişindən görünür ki, apelyatorun nümayəndəsi Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə bildirişə imza etməklə onu qəbul etmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisələndirilən hissə üzrə maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(037)-1184/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(037)-1184/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə İddiaçı apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-263/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-263/2023
09.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver