Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-266/2021 26.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X4 və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayon üzrə nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(037)-664/2019 saylı qətnaməsi ilə İddiaçı İsmayıllı rayonu, Qalınçaq kəndi ərazisində yerləşən ona məxsus fərdi yaşayış evindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılmasına dair iddiası rədd edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iş üzrə İddiaçı tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)- 210/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(037)-664/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Cavabdeh, ailə üzvüləri ilə birlikdə İddiaçı məxsus İsmayıllı rayon Qalınçaq kəndi ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılmasını qət etmişdir. Göstərilən qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)-4629/2020 saylı qərarı ilə Cavabdeh və vəkili Abasov Nizami Novrus oğlunun kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-210/2020 nömrəli qətnaməsi ləğv edilmiş, və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini qərara alınmışdır. İşin hаllаrı : İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) ona məxsus İsmayıllı rayonu, Qalınçaq kəndi ərazisində yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək İsmayıllı rayon Qalınçaq kəndi ərazisində yerləşən ona məxsus fərdi yaşayış evindən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahat verərək göstərmişdir ki, X2 1998-ci il tarixli 39 saylı qərarı əsasında JN-036A KOD 40712028 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən İsmayıllı rayonu Mücühəftəran kəndi ərazisindən 0.14 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 118.8 kv.m olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi Mənzil- Kommunal Təsərrüfatı Komitəsinin “Azərtexinventarlaşdırma” X1 rayonu üzrə dövlət texnikainventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin xx xxxxxxx 1999cu il tarixli 07 saylı qərarı ilə əvəzsiz olaraq adına özəlləşdirilmişdir. 2012-ci ildə cavabdeh xəstə uşağını təmiz hava və su ilə müalicə etmək məqsədi ilə yaşadığı kəndə gəlmişdir. Cavabdeh ailəsi ilə birlikdə yaşadığı kənddə qalması üçün kəndin bələdiyyə sədrinə müraciət etmişdir. Bələdiyyə sədri ona mülkiyyətində olan fərdi yaşayış evinin boş olduğundan müvəqqəti olaraq cavabdehə verməsini bildirmişdir. Cavabdehin ailəsi ilə birlikdə müvəqqəti olaraq mülkiyyətində olan fərdi yaşayış evində qalmasına razılıq vermişdir. Cavabdeh ailəsi ilə birlikdə bir neçə ay ona məxsus fərdi yaşayış evində qaldıqdan sonra həmin evdən çıxmaqdan imtina etmişdir. Cavabdeh həmin vaxtdan indiyədək ona məxsus evdə ailəsi ilə birlikdə yaşamaqla, mülkiyyətində olan evdən istifadə etməyə imkan vermir. Mülkiyyətində olan evin boşaldılmasını cavabdehdən tələb etsə də, cavabdeh ona məxsus evi boşaltmamışdır. Cavabdehin mülkiyyətində olan evdən çıxması ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etsə də heç bir nəticəsi olmamışdır. Cavabdehin ailə üzvləri ilə birlikdə mülkiyyətində olan İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 1992-ci ildə ailə üzvləri ilə birlikdə Şuşa rayonundan məcburi köçkün düşərək Kürdəmir rayonunda müvəqqəti məskunlaşmışdır. Kürdəmir rayonunda bir müddət yaşadıqdan sonra ailə üzvləri ilə birlikdə Ağsu rayonuna köçmüş və orada müvəqqəti qeydiyyata düşərək yaşamışdır. 1998-ci ildə oğlunun xəstəliyi ilə əlaqədar olaraq ailəsi ilə birlikdə Ağsu rayonundan köçərək İsmayıllı rayonu Mücühəftəran kəndi ərazisində yerləşən mübahisəli evdə məskunlaşmışdır. 2006-cı ildə Ağsu rayonundan qeydiyyatdan çıxaraq beş nəfər ailə üzvü ilə birlikdə yaşadığı Mücühəftəran kəndinə müvəqqəti qeydiyyata alınmış, hazırda ailəsi ilə birlikdə həmin kənddə yaşayır. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə o və ailə üzvləri evlə təmin edilməmişlər. Dövlət tərəfindən evlə təmin olunması üçün müxtəlif dövlət orqanlarına müraciət etsə də, evlə təmin olunmamışdır. İddiaçı ilə aralarında dövlət tərəfindən evlə təmin ediləndək mübahisəli evdə müvəqqəti yaşamağa dair yazılı razılaşma olmuşdur. İddiaçı razılaşmaya əməl etməyərək ona qarşı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia tələbini qəbul etmir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin “Azərtexinventarlaşdırma” İstehsalat İdarəsinin 1999-cu il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu və qeydiyyat vəsiqəsində MənzilKommunal Təsərrüfatı Komitəsinin “Azərtexinventarlaşdırma” X1 rayonu üzrə Dövlət Texnikainventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin xx xxxxxxx 1999-cu il tarixli 07 saylı qərarı ilə İsmayıllı rayonu, Mücühəftəran kəndi ərazisində yerləşən ümumi sahəsi 118.8 kv.m olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi İddiaçı adına özəlləşdirilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2002-ci il tarixli JN – 036A KOD 40712028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Mücühəftəran kəndi ərazisində yerləşən, 0.14 hektar torpaq sahəsi X2 xx xxxxxx 1998ci il tarixli 39 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş, DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxx 2019cu il tarixli **********12 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına İsmayıllı rayonu, Mücühəftəran kəndi ərazisində yerləşən fərdi yaşayış evinə aid inventar qovluğunda xx xxxxxxx 1999-cu il tarixli 07 saylı qərarın surəti olsa da, DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin arxivində həmin əmlaka aid texniki pasport və qeydiyyat vəsiqəsi yoxdur. İş materiallarına əlavə edilmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayon üzrə nümayəndəsinin xx xxxxxxxx 2019-cu il tarixli 67 nömrəli sorğuya cavab məktubundan görünür ki, Şuşa rayonundan məcburi köçkün düşmüş Cavabdeh Ağsu rayonunda müvəqqəti qeydiyyata alınmaqla yaşamış, 1998-ci ildən İsmayıllı rayon Mücühəftəran kəndində qeydiyyata alınmadan müvəqqəti məskunlaşmış, xx xxxxxx 2006-cı il tarixdən isə Ağsu rayonundan qeydiyyatdan çıxaraq beş nəfər ailə üzvü ilə birlikdə İsmayıllı rayonu, Mücühəftəran kəndində müvəqqəti qeydiyyata alınmaqla hazırda həmin kənddə yaşayır və dövlət tərəfindən evlə təmin olunmamışdır. Məhkəmədə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iş üzrə İddiaçı tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Аpellyаsiyа şikаyətinin dəlilləri : İddiaçı аpellyаsiyа şikаyətində göstərmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, X2 1998-ci il tarixli 39 saylı qərarı əsasında JN-036A KOD 40712028 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən İsmayıllı rayonu Mücühəftəran kəndi ərazisindən 0.14 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 118.8 kv.m olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin “Azərtexinventarlaşdırma” X1 rayonu üzrə dövlət texnikainventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin xx xxxxxxx 1999cu il tarixli 07 saylı qərarı ilə əvəzsiz olaraq adına özəlləşdirilmişdir. 2012-ci ildə cavabdeh xəstə uşağını təmiz hava və su ilə müalicə etmək məqsədi ilə yaşadığı kəndə gəlmişdir. Cavabdeh ailəsi ilə birlikdə yaşadığı kənddə qalması üçün kəndin bələdiyyə sədrinə müraciət etmişdir. Bələdiyyə sədri ona mülkiyyətində olan fərdi yaşayış evinin boş olduğundan müvəqqəti olaraq cavabdehə verməsini bildirmişdir. Cavabdehin ailəsi ilə birlikdə müvəqqəti olaraq mülkiyyətində olan fərdi yaşayış evində qalmasına razılıq vermişdir. Cavabdeh ailəsi ilə birlikdə bir neçə ay ona məxsus fərdi yaşayış evində qaldıqdan sonra həmin evdən çıxmaqdan imtina etmişdir. Cavabdeh həmin vaxtdan indiyədək ona məxsus evdə ailəsi ilə birlikdə yaşamaqla, mülkiyyətində olan evdən istifadə etməyə imkan vermir. Mülkiyyətində olan evin boşaldılmasını cavabdehdən tələb etsə də, cavabdeh ona məxsus evi boşaltmamışdır. Cavabdehin mülkiyyətində olan evdən çıxması ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(037)-664/2019 saylı qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsininİsmayıllı rayon üzrə nümayəndəsi X8 ədələtili qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X2 1998-ci il tarixli 39 saylı qərarı əsasında JN-036A KOD 40712028 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən İsmayıllı rayonu Mücühəftəran kəndi ərazisindən 0.14 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 118.8 kv.m olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin “Azərtexinventarlaşdırma” X1 rayonu üzrə dövlət texnikainventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin xx xxxxxxx 1999cu il tarixli 07 saylı qərarı ilə əvəzsiz olaraq adına özəlləşdirilmişdir. 2012-ci ildə cavabdeh həmin kəndə gəlmişdir. Cavabdeh ailəsi ilə birlikdə yaşadığı kənddə qalması üçün kəndin bələdiyyə sədrinə müraciət etmişdir. Bələdiyyə sədri iddiaçıya mülkiyyətində olan fərdi yaşayış evinin boş olduğundan müvəqqəti olaraq cavabdehə verməsini bildirmişdir. İddiaçı cavabdehin ailəsi ilə birlikdə müvəqqəti olaraq mülkiyyətində olan fərdi yaşayış evində qalmasına razılıq vermişdir. Cavabdeh ailəsi ilə birlikdə bir neçə ay ona məxsus fərdi yaşayış evində qaldıqdan sonra həmin evdən çıxmaqdan, iddiaçıya məxsus evi boşaltmaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilir; Mülki qanunvericiliyin göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə. Hüseynovun və A.Ə. Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2004-cü il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)-4629/2020 saylı qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının Mücühəftəran kəndində evi olduğu halda, cavabdehin ailə üzvləri ilə iddiaçıya məxsus İsmayıllı rayon Qalınçaq kəndi ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılmalı olması nəticəsinə gəlmiş, bu zaman bu kəndlərin ayrı-ayrı kəndlər olmasına diqqət yetirməmiş, onların hər birinin ayrı inzibati ərazi vahidinə və ya eyni inzibati vahidə aid olub-olmamalarını aydınlaşdırmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh ailə üzvləri ilə birlikdə İddiaçı məxsus İsmayıllı rayonu, Qalınçaq kəndi ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılmalı olması nəticəsinə gələrkən ailə üzvlərinin dairəsini müəyyənləşdirməmiş, onlardan yetkinlik yaşına çatan şəxslərin olub-olmamasını aydınlaşdırmadan, olduqları halda hazırki iş üzrə cəlb edilməli olmalarına qiymət verməmişdir. Digər tərəfdən işin materiallarından görünür ki, cavabdeh iddiaya olan etirazı ilə bağlı verdiyi izahatında dövlət tərəfindən evlə təmin olunması üçün müxtəlif dövlət orqanlarına müraciət etsə də, evlə təmin olunmamasını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Şuşa rayonundan məcburi köçkün kimi ailəsi ilə məskunlaşdıqları yaşayış sahəsi ilə bağlı məhkəmə mübahisəsi olduğu halda apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin hazırki iş üzrə işə cəlb olunmalı olmasının zəruriliyini də müzakirə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)-4629/2020 saylı qərarındakı göstərişlərinə əsasən qeyd edir ki, məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsində Mücühəftəran kəndi əvəzinə səhfən Qalınçaq kəndi qeyd edilmişdir. Ona görə də iddia ərizəsindəki kəndin adını Mücühəftəran kəndi kimi qeyd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edərkən iddiaçının ərizəsi nəzərə alınmalıdır. Bundan sonra məhkəmə kollegiyası Ali Məhkəməsinin digər göstərişinə əməl edərək məhkəmə iclasına Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayon üzrə nümayəndəsini cəlb edərək iş üçün əhəmiyyət kəsb edən məlumatlar əldə etmişdir. Habelə, işdə olan sənədlərlə müəyyən olunur ki, Qalınçaq və Mücühəftəran kəndləri eyni inzibati ərazi dairəsinə aiddir. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərinə əməl edərək cavabdehin ailə üzvlərinin dairəsini müəyyən etmiş və məlum olmuşdur ki, ailə tərkibi 6 nəfərdən ibarət olmaqla onunla birlikdə yetkinlik yaşına catmamış nəvəsi X3 yaşayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin “Azərtexinventarlaşdırma” İstehsalat İdarəsinin 1999-cu il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu və qeydiyyat vəsiqəsində MənzilKommunal Təsərrüfatı Komitəsinin “Azərtexinventarlaşdırma” X1 rayonu üzrə Dövlət Texnikainventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin xx xxxxxxx 1999-cu il tarixli 07 saylı qərarı ilə İsmayıllı rayonu, Mücühəftəran kəndi ərazisində yerləşən ümumi sahəsi 118.8 kv.m olan bir mərtəbəli iki otaqlı fərdi yaşayış evi İddiaçı adına özəlləşdirilməsi qeyd edilmişdir. Həmçinin İş materiallarına əlavə edilmiş xx xxxx 2002-ci il tarixli JN – 036A KOD 40712028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Mücühəftəran kəndi ərazisində yerləşən, 0.14 hektar torpaq sahəsi X2 xx xxxxxx 1998-ci il tarixli 39 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmişdir. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, cavabdeh tərəfin mübahisəli evdə yaşamasına hər hansı bir hüquqi əsası yoxdur. Nə mülkiyətçi kimi, nə icarəçi kimi, nə də ki, məcburi köçkün kimi. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(037)-664/2019 saylı qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(037)-664/2019 saylı qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(037)-664/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh, ailə üzvüləri ilə birlikdə İddiaçı məxsus İsmayıllı rayon Mücühəftəran kəndi ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-266/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-266/2021
26.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver