Məhkəmə qərarları › İş №2(107)-268/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-268/2021

10.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-268/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı2 nümayəndəsi X12, nümayəndəsi və vəkili X7, cavabdehlər Cavabdeh2 və Cavabdeh6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğluna qarşı torpaq sahəsindən çıxarılma və vurulmuş zərərə görə pul tələbinə dair ilk, Cavabdeh2, X4, Cavabdeh1 və Cavabdeh5 İddiaçı1 və İddiaçı2 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)- 25/2020 nömrəli qətnaməsindən İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili X19, cavabdehlər X13, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)-25/2020 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi qismən təmin edilmiş, JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı2, X20, X14 və X9 birgə mülkiyyətlərində olan 1.92 hektar və JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı1, X22, X3 və X2 birgə mülkiyyətlərində olan 1.80 hektar torpaq sahələrinin X13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlunun vəsaitləri hesabına əvvəlki vəziyyətinə gətirilməsi və X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlunun həmin torpaq sahələrindən çıxarılmaları, Cavabdeh2, X13, Cavabdeh1 və Cavabdeh5 İddiaçı1 və İddiaçı2 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulmasına dair qarşılıqlı iddia tələbinin rədd edilməsi, X13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlundan 20 manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı2, Yaqut Əliyeva, Zümrüd Əliyeva və Kamil Əliyevin birgə mülkiyyətlərində olan 1.92 hektar, JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Baxça Əliyevanın mülkiyyətinə verilmiş 0.44 hektar və JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı1, Nuriyə Əliyeva, Nərminə Əliyeva və Fəridə Əliyevanın birgə mülkiyyətlərində olan 1.80 hektar torpaq sahələrinin Bəsirə Qədirova, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 vəsaitləri hesabına əvvəlki vəziyyətinə gətirilməsi, Bəsirə Qədirova, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 həmin torpaq sahəsindən çıxarılması və Bəsirə Qədirova, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 müştərək qaydada 540 manat maddi zərər, 30.4 manat dövlət rüsumu, 105 manat etibarnamənin təsdiqi, 25 manat sənədlərin surətinin təsdiqi, 800 manat hüquqi yardıma görə haqq və 170 manat yol-nəqliyyat xərcinin alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh2, Bəsirə Qədirova, Cavabdeh1 və Cavabdeh5 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu Topçu kəndi ərazisində yerləşən JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Şakir Qədirov, Bəsirə Qədirova, Cəlal Qədirov, Hicrə Qədirova, Çiçək Qədirova və Cavabdeh1 birgə mülkiyyətlərinə verilmiş 2.92 hektar, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2, Sevil Əliyeva, Mina Fərzaliyeva, Aygün Teymurova və Anar Əliyevin birgə mülkiyyətlərinə verilmiş 0.1851 hektar və DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh5, Jalə Əsədova, Pərvinə Kərimova və Vəlixan Vəliyevin birgə mülkiyyətlərinə verilmiş 0.1481 hektar çoxillik əkmə təyinatlı torpaq sahələrindən İddiaçı1 və İddiaçı2 çıxarılması, torpaq sahələrinin boşaldılması və mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-900/2019 nömrəli qərardadına əsasən qarşılıqlı iddia İddiaçı1 və İddiaçı2 iddiasına dair mülki işlə birlikdə baxılması üçün məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)-25/2020 nömrəli qərardadına əsasən iddia tələbinin JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Baxça Əliyevanın mülkiyyətində olan 0.44 hektar torpaq sahəsi Bəsirə Qədirova, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 vəsaitləri hesabına əvvəlki vəziyyətə gətirilməsi və Bəsirə Qədirova, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 həmin torpaq sahəsindən çıxarılmasına dair hissəsi baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 özünün iddia tələbini müdafiə etdiyini, Cavabdeh2, Bəsirə Qədirova, Cavabdeh1 və Cavabdeh5 qarşılıqlı iddia tələblərini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında İsmayıllı rayonu Topçu kəndi ərazisində yerləşən 1.80 hektar pay torpaq sahəsi JN-2xx xxx 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. JN-2xx xxx 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İsmayıllı rayonu Topçu kəndi ərazisində yerləşən 0.44 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi mərhum anası Baxça Əliyevanın mülkiyyətinə verilmişdir. Bundan əlavə JN-2xx xxx 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İsmayıllı rayonu Topçu kəndi ərazisində yerləşən 1.92 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi qardaşı arvadı İddiaçı2 və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Qeyd edilən torpaq sahələri bir-biri ilə həmsərhəd olmaqla bir ailənin üzvlərinə məxsusdur. İsmayıllı rayonu Topçu kəndi ərazisində yerləşən mərhum anası Baxça Əliyevadan miras qalmış 0.44 hektar torpaq sahəsini faktiki qəbul edərək istifadə edir. Anasından miras qalan torpaq sahəsini vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsələr arasında bərabər bölmək istəyir. Əvvəllər mülkiyyətlərində olan torpaq sahələrinin sərhədlərini müəyyən edərək dəmir-beton dirəklər basdırmış, bir hissəsini metal məftil, 100 metrlik hissəsini isə metal torla əhatəyə almışlar. Cavabdeh4 və oğlu Cavabdeh1 ona və qardaşı arvadı İddiaçı2 məxsus torpaq sahələrinə daxil olaraq həmin torpaq sahələrinin onlara məxsus olduğunu bildirərək beton dirəkləri sındırmış və 70 metr uzunluğunda olan 105 kv.metrlik metal toru əzərək tamamilə yararsız hala salmışlar. Bundan əlavə Cavabdeh3 əkin sahəsinin şimal hissəsini təxminən 0.25 hektarını zəbt edərək istifadə edir. Qeyd edilən torpaq sahəsinə dair mülkiyyət sənədlərini Cavabdeh3 təqdim edərək zəbt etdiyi torpaq sahəsinin ona və İddiaçı2 məxsus olmasını bildirmiş və həmin torpaq sahəsini könüllü boşaltmasını xahiş etmişdir. Cavabdeh3 zəbt etdiyi torpaq sahəsinin özünə məxsus olmasını bildirərək qanunsuz hərəkətlərini davam etdirmişdir. Onun və İddiaçı2 mülkiyyətində olan torpaq sahələrinin qalan hissəsini Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 özlərinə məxsus olmasını iddia edərək zəbt etmişlər. 2019-cu ildə qardaşı arvadı İddiaçı2 mülkiyyətlərində olan torpaq sahələrinin ölçülərək sərhədlərinin yerində müəyyən edilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinə müraciət etmişdir. Bəsirə Qədirova, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin nümayəndəsinə torpaq sahələrinin sərhədlərini yerində ölçərək mərz nişanlarını qoymasına qanunsuz olaraq maneçiliklər törətməklə imkan verməmişlər. Qeyd olunan məsələ ilə bağlı Topçu bələdiyyəsinin sədri tərəfindən xx xxxxxxxx 2019-cu il tarixli akt tərtib olunmuşdur. Bəsirə Qədirova, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə mülkiyyət hüquqlarını pozmuş və ona xeyli miqdarda maddi və mənəvi zərər vurmuşlar. Cavabdeh6 mülkiyyətində olan torpaq sahəsinin mübahisəli torpaq sahəsindən 1200 metr kənar məsafədə yerləşdiyini, mübahisəli torpaq sahəsinə heç bir aidiyyatının olmamasını, mübahisəli torpaq sahəsinin 2006-cı ildə Amil Bağıyev tərəfindən mərhum Səttər Əhmədovdan satın alınaraq idarəçiliyini vəkalətnamə ilə İsmayıllı şəhər sakini Vüqar Qurbanova verildiyini bildirsə də, dolayı yolla mülkiyyətində olan torpaq sahəsinə kənardan nəzarət edərək zəbt etməsi nəticəsində onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Bəsirə Qədirova və oğlu Cavabdeh1 170 manat dəyərində 40 ədəd dəmir-beton dirəyi sındırmış və 340 manat dəyərində 70 metr uzunluğunda olan metal toru məhv etməklə ona maddi zərər vurmuşlar. Bundan əlavə 30.4 manat dövlət rüsumu ödəmiş, 105 manat etibarnamənin təsdiqinə, 25 manat sənədlərin surətlərinin təsdiqinə, 800 manat hüquqi yardıma görə haqq vermiş, həmçinin 170 manat nəqliyyata pul xərcləmişdir. O, JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən onun və ailə üzvləri Nuriyə Əliyeva, Nərminə Əliyeva və Fəridə Əliyevanın birgə mülkiyyətlərində olan 1.80 hektar, JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən Baxça Əliyevanın mülkiyyətinə verilmiş 0.44 hektar və JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı2 və ailə üzvləri Yaqut Əliyeva, Zümrüd Əliyeva və Kamil Əliyevin birgə mülkiyyətlərində olan 1.92 hektar torpaq sahələrinin Bəsirə Qədirova, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 vəsaitləri hesabına əvvəlki vəziyyətinə gətirilməsi, Bəsirə Qədirova, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 həmin torpaq sahələrindən çıxarılması, Bəsirə Qədirova, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 müştərək qaydada 540 manat maddi zərər, 30.4 manat dövlət rüsumu, 105 manat etibarnamənin təsdiqi, 25 manat sənədlərin surətinin təsdiqi, 800 manat hüquqi yardıma görə haqq və 170 manat yol-nəqliyyat xərcinin alınaraq ona verilməsini tələb edir və özünün iddia tələbinin təmin edilməsi, Cavabdeh2, Bəsirə Qədirova, Cavabdeh1 və Cavabdeh5 qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 birinci instansiya məhkəməsinin iclaslarına gəlməmiş, nümayəndəsi X15 işə İddiaçı2 iştirakı olmadan baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi işə İddiaçı2 iştirakı olmadan baxılmasını qərara almışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 nümayəndəsi X1 Əliyevanın iddia tələbini müdafiə etdiyini, Cavabdeh2, Bəsirə Qədirova, Cavabdeh1 və Cavabdeh5 qarşılıqlı iddia tələblərini qəbul etmədiyini bildirmiş və İddiaçı1 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq edərək İddiaçı2 iddia tələbinin təmin edilməsi, Cavabdeh2, Bəsirə Qədirova, Cavabdeh1 və Cavabdeh5 qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Akif İddiaçı1 Əliyev və İddiaçı2 iddia tələbini qəbul etmədiyini, özünün qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, X8 1998-ci il tarixli qərarı ilə JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 2.28 kektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Mülkiyyətində olan 2.28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1851 kektarı çoxillik əkmələrə aid olmuşdur. Mülkiyyətində olan torpaq sahəsinin çoxillik əkmələrinə dair 0.1851 hektar hissəsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydə alınaraq xx xxxx 2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Mülkiyyətinə verilmiş vaxtilə kolxozun bağ sahəsi olmuş torpaq sahəsi torpaq islahatı komissiyası tərəfindən yerində ölçülərək sərhəd mərzləri qoyulmaqla ona təhvil verilmişdir. Həmin vaxtan mülkiyyətinə verilmiş torpaq sahəsini heç bir mübahisə olmadan əkib becərmişdir. İddiaçı1 və İddiaçı2 ötən 20 il ərzində mülkiyyətində olan torpaq sahəsinin onlara məxsus olmalarını bildirməmiş və bununla bağlı onunla hər hansı mübahisə etməmişlər. 2019-cu ildə İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan çoxillik əkmələrə dair torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. İddiaçı1 və İddiaçı2 zəbt etdikləri torpaq sahəsinin dövlət aktı üzrə onlara verilmiş torpaq sahəsi olduğunu iddia edərək həmin torpaq sahəsini metal torla hasara almışlar. İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin zəbt etdikləri hissəsini metal torla hasara almaqla onun həmin torpaq sahəsindən istifadə hüququna maneçilik törətməklə mülkiyyət hüquqlarını pozmuşlar. İddiaçı1 və İddiaçı2 zəbt etdikləri torpaq sahəsini boşaltmalarını və mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququna maneçilik törətməmələrini tələb etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarını pozmamış və onlara maddi və mənəvi zərər vurmamışdır. İddiaçı1 və İddiaçı2 iddia tələbini əsassız hesab edir. Ona görə də İddiaçı1 və İddiaçı2 iddia tələbinin rədd edilməsi, özünün qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında X18 Əliyev və İddiaçı2 iddia tələbini qəbul etmədiyini, özünün qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, X8 1998-ci il tarixli qərarı ilə JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 2.92 kektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Mülkiyyətində olan 2.92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.2222 kektarı çoxillik əkmələrə aid olmuşdur. Mülkiyyətinə verilmiş vaxtilə kolxozun bağ sahəsi olmuş torpaq sahəsi torpaq islahatı komissiyası tərəfindən yerində ölçülərək sərhəd mərzləri qoyulmaqla ona təhvil verilmişdir.Həmin vaxtan mülkiyyətinə verilmiş torpaq sahəsini heç bir mübahisə olmadan 20 il ərzində davamlı olaraq əkib becərmişdir. İddiaçı1 və İddiaçı2 ötən 20 il ərzində mülkiyyətində olan torpaq sahəsinin onlara məxsus olmasını bildirməmiş və bununla bağlı onunla hər hansı bir mübahisə etməmişlər. 2019-cu ildə İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan çoxillik əkmələrə dair torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. İddiaçı1 və İddiaçı2 zəbt etdikləri torpaq sahəsinin dövlət aktı üzrə onlara verilmiş torpaq sahəsi olduğunu iddia edərək həmin torpaq sahəsini metal torla hasara almışlar. İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin zəbt etdikləri hissəsini metal torla hasara almaqla onun həmin torpaq sahəsindən istifadə hüququna maneçilik törətməklə mülkiyyət hüquqlarını pozmuşlar. İddiaçı1 və İddiaçı2 zəbt etdikləri torpaq sahəsini boşaltmalarını və mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququna maneçilik törətməmələrini tələb etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarını pozmamış və onlara maddi və mənəvi zərər vurmamışdır. İddiaçı1 və İddiaçı2 iddia tələbini əsassız hesab edir. Ona görə də İddiaçı1 və İddiaçı2 iddia tələbinin rədd edilməsi, özünün qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh5 iştirak etdiyi İddiaçı1 və İddiaçı2 iddia tələbini qəbul etmədiyini, özünün qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, X8 1998-ci il tarixli qərarı ilə JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 1.88 kektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Mülkiyyətində olan 1.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1481 kektarı çoxillik əkmələrə aid olmuşdur. Mülkiyyətində olan torpaq sahəsinin çoxillik əkmələrinə dair 0.1481 hektar hissəsi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydə alınaraq xx xxxx 2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Mülkiyyətinə verilmiş vaxtilə kolxozun bağ sahəsi olmuş torpaq sahəsi torpaq islahatı komissiyası tərəfindən yerində ölçülərək sərhəd mərzləri qoyulmaqla ona təhvil verilmişdir. Həmin vaxtan mülkiyyətinə verilmiş torpaq sahəsini heç bir mübahisə olmadan əkib becərmişdir. İddiaçı1 və İddiaçı2 ötən 20 il ərzində mülkiyyətində olan torpaq sahəsinin onlara məxsus olmasını bildirməmiş və bununla bağlı onunla hər hansı mübahisə etməmişlər. 2019-cu ildə İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan çoxillik əkmələrə dair torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. İddiaçı1 və İddiaçı2 zəbt etdikləri torpaq sahəsinin dövlət aktı üzrə onlara verilmiş torpaq sahəsi olduğunu iddia edərək həmin torpaq sahəsini metal torla hasara almışlar. İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin zəbt etdikləri hissəsini metal torla hasara almaqla onun həmin torpaq sahəsindən istifadə hüququna maneçilik törətməklə mülkiyyət hüquqlarını pozmuşlar. İddiaçı1 və İddiaçı2 zəbt etdikləri torpaq sahəsini boşaltmalarını və mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququna maneçilik törətməmələrini tələb etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarını pozmamış və onlara maddi və mənəvi zərər vurmamışdır. İddiaçı1 və İddiaçı2 iddia tələbini əsassız hesab edir. Ona görə də İddiaçı1 və İddiaçı2 iddia tələbinin rədd edilməsi, özünün qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh6 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, Topçu kəndində yaşayır. X6 1998-ci il tarixli qərarı əsasında İsmayıllı rayonu Topçu kəndi ərazisindən onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Mülkiyyətində olan torpaq sahəsi İddiaçı1 və İddiaçı2 məxsus torpaq sahələrindən 1200 metr kənar məsafədə yerləşir. Mülkiyyətində olan torpaq sahəsi ilə bağlı İddiaçı1 və İddiaçı2 ilə aralarında hər hansı mübahisə olmamışdır. İddiaçı1 və İddiaçı2 mübahisələndirdikləri torpaq sahəsi 1998-ci ildə X8 qərarı əsasında DTXK-nin İsmayıllı rayon Şöbəsinin əməkdaşları tərəfindən yerində ölçülərək Topçu kənd sakini mərhum Səttər Əhmədov və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. 2006-cı ildə həmin torpaq sahəsi Amil Bağıyev tərəfindən satın alınaraq idarə edilməsi vəkalətnamə ilə İsmayıllı şəhər sakini Vüqar Qurbanova verilmişdir. Vüqar Qurbanov 22 il bundan əvvəl yerində ölçülərək mərhum Səttər Əhmədov və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin sərhədləri daxilində istifadə etdiyi sahəni hasarlamışdır. İddiaçı1 və İddiaçı2 əsassız ərizəsi əsasında mübahisə tərəfi kimi işə cəlb edilmişdir. Torpaqlar üzərində mübahisələrə son qoyulması məqsədi ilə Azərbaycan Respublikası Prezdentinin xx xxxx 2016-cı il tarixli 818 və xx xxx 2010-cu il tarixli fərmanları və Nazirlər Kabinetinin xx xxxxx 2016-cı il tarixli 250 nömrəli qərarı ilə Dövlət,bələdiyyə və vətəndaşların mövcud torpaq yerləşməsinə toxunulmamaq şərti ilə 2020-ci ilin sonunadək bu kateqoriyadan olan torpaqların xəritələri işlənərək vahid elektron kadastr sisitemi yaradılması tapşırığı verilmişdir. Daşınmaz Əmlakın Reyestr Xidmətinin Qəbələ rayon Şöbəsi fərman və tövsiyyələri nəzərə almayaraq Topçu kəndində ölçü işləri aparmaqla əhali arasında böyük mübahisələrə səbəb olmuşdur. Mübahisəli torpaq sahəsi ilə bağlı onun heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə məhkəmənin icraatında olan işin faktiki olaraq onunla hər hansı bir əlaqəsi yoxdur. O, başqasına məxsus hasarı sökə bilməz, qanunsuz hərəkətlərə yol verə bilməz və ona aid olmayan hadisəyə görə təzminat ödəyə bilməz. İddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclaslarına gəlməmiş, nümayəndəsi X13 işə Cavabdeh1 iştirakı olmadan baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi işə Cavabdeh1 iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh3 birinci instansiya məhkəməsinin iclasları barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Birinci instansiya məhkəməsi işə Cavabdeh3 iştirakı olmadan baxılmasını qərara almışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili X19, cavabdehlər X13, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 apellyasiya şikаyətləri vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdehlər X13, Cavabdeh2 və Cavabdeh5 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, İsmayıllı Rayon Məhkəməsi onlara qarşı iddianı qismən təmin etməklə və onların qarşılıqlı iddialarını rədd etməklə ədalətsizlik etmiş, qanuni hüquqlarını pozmuşdur. Belə ki, 1998-ci ildə Respublikamızda aparılan məlum torpaq islahatları zamanı İsmayıllı rayon Topçu kəndi ərazisindən o, Cavabdeh2 beş nəfərlik ailəsinin birgə mülkiyyətinə JN 2xx xxx 40727018 olan Dövlət Aktı üzrə 2,28 ha əkin və çoxillik əkmələr təyinatlı torpaq sahələri verilmiş onun 0,1851 hektarı çoxillik əkmələrə aid olmuşdur. Hazırda həmin 0,1851 hektar çoxillik əkmə təyinatlı torpağa dair mülkiyyət hüququ ƏMDK yanında DƏDRX 9 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququ üzrə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Onlar Cavabdeh1 və X5 altı nəfərlik ailəsinin birgə mülkiyyətinə Azərbaycan Respublikası DTXK tərəfindən verilmiş JN 2xx xxx 40727018 olan Dövlət Aktı üzrə 2,92 ha əkin və çoxillik əkmələr təyinatlı torpaq sahələri verilmiş, onun 0,2222 hektarı çoxillik əkmələrə aid olmuşdur. O, X10 dörd nəfərlik ailəsinin birgə mülkiyyətinə JN 2xx xxx 40727018 olan Dövlət Aktı üzrə 1,88 ha əkin və çoxillik əkmələr təyinatlı torpaq sahələri verilmiş, onun 0,1481 hektarı çoxillik əkmələrə aid olmuşdur. Hazırda həmin 0,1481 hektar çoxillik əkmə təyinatlı torpağa dair birgə mülkiyyət hüquqları ƏMDK yanında DƏDRX 9 saylı Ərazi İdarəsi tərəfindən qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Mülkiyyətinə verilmiş, vaxtilə kolxozun bağ sahəsi olmuş torpaq sahəsi torpaq islahatı komissiyası tərəfindən yerində ölçülərək və sərhəd mərzləri qoyularaq 1998-ci ildə onlara təhvil verilmişdir. Həmin vaxtdan ötən 20 ərzində torpaq sahəsini heç bir mübahisə olmadan əkib becərmişlər. İddiaçı ötən 20 il ərzində bir dəfə də olsa həmin ərazinin ona məxsus olmasını bildirməmiş, bununla bağlı mübahisə etməmiş, həmin mübahisələndirilən onlsts məxsus bağ torpaq sahələrindən bir qədər şimalda, bir neçə yüz metr aralıda qəbrstanlıq yerindən şimal tərəfdə iddiaçılara məxsus bağ torpaq sahəsi yerləşmiş və onlar tərəfindən becərilmişdir. Onlar 20 il ərzində sözü gedən torpaq sahəsini mübahisəsiz olaraq istifadə etmişlər. 2019-cu ilin iyun ayında cavabdehlər onlar qarşılıqlı iddia üzrə iddiaçılara məxsus çoxillik əkmə təyinatlı (yəni keçmiş bağ sahələri) torpaq səhələrinin bir hissəsini əhatə edən ərazisini zəbt edərək və Dövlət aktı üzrə onlara verilmiş torpaq sahəsi olduğunu iddia edərək torpağı məftil torla hasara almış, torpağın təyinatını dəyişdirmiş və torpaqdan istifadə hüququna maneçilik törətməklə mülkiyyət hüquqlarını pozmuşlar. Dəfələrlə cavabdehlərdən torpaq sahəsinin boşaldılmasını, onların torpaqdan istifadə hüququna maneçilik törətməməsini tələb etsələr də müsbət nəticəsi olmamışdır. Bu azmış kimi cavabdehlər onlar qarşı əsassız iddia qaldırmışlar. Odur ki, onlar da qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq qarşılıqlı iddia tələbi irəli sürmüşlər. Lakin, İsmayıllı Rayon Məhkəməsi qeyd edilənlərin heç birinə əhəmiyyət verməyərək ilkin iddianı zərər tələbi hissəsi istisna olmaqla qalan hissədə təmin etmişdir. Əvvəla, onu qeyd etmək istəyirlər ki, hazırda mövcud olan mülki mübahisə hər iki tərəfin birgə mülkiyyətində olan ümumi pay torpaq sahəsinin yalnız çoxillik bağ sahəsinə dairdir, əkin torpaq sahəsi mübahisə obyekti deyildir və aralarında əkin torpağı ilə bağlı heç bir mübahisə yoxdur. Yəni, iddiaçılar hesab edirlər ki, onların dövlət aktları üzrə mülkiyyətlərinə verilən, əkin torpağından tamamilə fərqli ərazidə yerləşən, yəni Bəşirə Qədirovanın və ailəsinin birgə mülkiyyətində olan 0,2222 ha, Cavabdeh2 və ailəsinin birgə mülkiyyətlərində olan 0,1851 ha və Sərxan Vəliyevin və ailəsinin birgə mülkiyyətlərində olan 0,1481 ha onlar tərəfindən qanunsuz zəbt edilmiş, orada müəyyən tikinti işləri aparılmışdır. Məhkəmə isə məsələni mahiyyəti üzrə tam araşdırmadan iddiaçıların JN-258 nömrəli Dövlət Aktı üzrə 1,92 JN-260 Dövlət Aktı üzrə birgə mülkiyyətlərində olan 1,80 hektar əkin və çoxillik bağ sahəsinə bütünlüklə müdaxilə etməklə zərər vurmaları və həmin torpaq sahələrinin bütünlüklə əvvəlki vəziyyətinə gətirilməsini təmin edilməklə mübahisənin mahiyyəti üzrə tam, düzgün araşdırmadığı və kortəbii qərar qəbul etdiyini göstərir. İkinci, iddiaçıların mübahisələndirdiyi bağ sahəsi onların tərəflərindən müvafiq mülkiyyət sənədləri əsasında istifadə etdikləri bağ sahəsindən bir neçə yüz metr cənub tərəfdə onlardan aralıda yerləşir və iddiaçılar heç bir qanuni əsasları olmadan onlara məxsus bağ torpaq sahəsini tor məftillə hasara alaraq onların mülkiyyət hüququnu pozmuşlar. Buna baxmayaraq, İsmayıllı Rayon Məhkəməsi onlara qarşı ədalətsizlik etmiş, tələblərinə birtərəfli olaraq səthi mövqedən yanaşılmışdır. Məhkəmə tələbini tam araşdırmamış, onlar tərəfindən əldə edilməsi mümkün olmayan lazımi sübutların əldə edilməsinə cəhd göstərməmiş, işinə laqeyid yanaşılmış, heç bir hüquqi mənbəyi olmayan əsaslara istinadən nəticə çıxarmış və həmin əsassız nəticəyə əsaslanaraq yekun qərar qəbul etmişdir. Həmçinin, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyildir. Bununla da, məhkəmə tərəfindən AR MPM-nin 385-390-cı maddələrinin tələbləri pozulmuşdur. Bütün bu hallar işin birtərəfli aparılmasının, işə laqeyid münasibətin aydın göstəricisidir. İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi haqsız, ədalətsiz, qanunsuz və birtərəfli qəbul olunmuş qətnamədir və birbaşa mülkiyyətə dair konstitision hüquqlarının pozulmasına səbəb olan qanunsuz hüquqi aktdır. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)- 25/2020 nömrəli qətnaməsinin ləğv edilərək onlara qarşı ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdeh6 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin həmin qətnaməsini əsassız və qanunsuz hesab edir. Məhkəmənin gəldiyi nəticələr işin faktik hallarına uyğun deyil, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərini pozaraq sübutları düzgün qiymətləndirməyib. O, məhkəmə baxışında vəsatət versə də məhkəmə ona məxsus hesab etdiyi torpaq sahəsinin konturlarının mütəxəsis tərəfindən dəqiq müəyyən edilməsi zamanı onun iştirakını təmin etməyib. İddiaçının hasarına toxunmadığı və mübahisə vaxtı orada olmadığı halda məhkəmə iddiaçıların yalan və həqiqətə uyğun olmayan məlumatlarına əsasən torpağın əvvəlki vəziyyətinə gətirilməsi vəzifəsinin mənim üzərimə qoyulması barədə iddia təmin edilib. Məhkəmə nəzərə almayıb ki, onun pay torpağı mübahisəli ərazidə yerləşmir, o, həmin işdə cavabdeh ola bilməz. Əslində mübahisəli torpaq ərazisi ona yox Bağıyev Amilə məxsusdur. Məhkəmə Bağıyev Amilin işdə iştiraka cəlb etmədən hüquq və vəzifələri ilə bağlı məsələni həll edib. Məhkəmə nəzərə almayıb ki, o, Bağıyev Amilə aid sahədə söküntü apara və buna görə məsuliyyət daşıya bilməz. Bağıyev Amil 22 il bundan öncə Səftər Əhmədova ölçülüb verilmiş və mərzləri qoyulmuş sahəyə hasar çəkib. İlkin iddiada iddiaçılar da 22 il öncə akta imza edərək öz sahələrini götürmüş və bu günədək bununla bağlı hər hansı şikayətləri olmamışdır. Həmin vaxt torpaqları Bağıyev Amilə və ilkin iddiada iddiaçılara Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri ölçüb veriblər. Məhkəmə nəzərə almayıb ki, DƏKRX 2 il bundan qabaq yeni xəritənin işlənməsi ilə bağlı sifariş verib, xəritələr hazırlanarkən vətəndaşların pay torpaqlarını zəbt etdikləri nəzərə alınmayıb. Məhkəmə torpaq sahələrinin əvvəlki və yeni xəritələr əsasında ölçülməsi və sərhədlərin dəqiqləşdirilməsi üçün müstəqil ekspertiza keçirməyib ekspert rəyi olmadan mübahisəli torpaq sahələrinin ilkin iddiada iddiaçılara məxsus olması kimi səhv nəticəyə gəlib. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)- 25/2020 nömrəli qətnaməsinin ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edərək ilkin iddianın tam təmin olunmaması, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili X19 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-25/2020 nömrəli, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsini “İddiaçı1 və İddiaçı2 X16, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğluna qarşı “torpaq sahələrindən çıxarılma və vurulmuş zərərə görə pul tələbinə” dair iddiasınının təmin edilməmiş hissədə əsassız və qanunsuz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Məhkəmə iddianı qismən təmin etməkdə, qarşılıqlı iddianı rədd etməkdə haqlı olsa da iddianı tam təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, iddiaçılar 105 manat etibarnamələrin təsdiqinə, 25 manat sənədlərin surətlərinin təsdiqinə, 800 manat hüquqi yardıma görə haqqın ödənilməsini, 170 manat yol-nəqliyyat xərcini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Etibarnamələr, təsdiq edilmiş sənədlərin surətləri və hüquqi yardıma görə vəkilin orderi iş materiallarındadır. Onlardan mötəbər hansı sübut ola bilər? Məhkəmə bununla bağlı düzgün nəticəyə gəlməmiş, sübutları qiymətləndirə bilməmiş, maddi hüquq normalarını pozmuşdur. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)- 25/2020 nömrəli qətnaməsinin qismən “iddianın rədd edilməsi” hissədə ləğv edilməsini, X13, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 Sadıq oğlundan müştərək qaydada 540 manat vurulmuş maddi zərərə görə, 960,4 manat çəkilmiş xərclərə görə olmaqla cəmi 1500,4 mant məbləğində pulun alınaraq İddiaçı1 və İddiaçı2 verilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı2 nümayəndəsi X23 və nümayəndəsi və vəkili X19 iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh6 cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər X13, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 Sadıq oğlu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehlər X13 və Cavabdeh5 cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi edilməsini xahiş etmişlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili X19, cavabdehlər X13, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)- 25/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan xx xxxxxxxx 1998-ci il tarixli JN-2xx xxx 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında İddiaçı2, Yaqut Əliyeva, Zümrüd Əliyeva və Kamil Əliyevin birgə mülkiyyətlərinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 1.92 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxxxxxx 1998-ci il tarixli JN-2xx xxx 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında Baxça Əliyevanın mülkiyyətinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 0.44 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxxxxxx 1998-ci il tarixli JN-2xx xxx 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında İddiaçı1, Nuriyyə Əliyeva, Nərminə Əliyeva və Fəridə Əliyevanın birgə mülkiyyətlərinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 1.80 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxxxxxx 1998-ci il tarixli JN-2xx xxx 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında Şakir Qədirov, Bəsirə Qədirova, Cəlal Qədirov, Hicrə Qədirova, Çiçək Qədirova və Cavabdeh1 birgə mülkiyyətlərinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 2.92 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxxxxxx 1998-ci il tarixli JN-2xx xxx 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında Cavabdeh2, Sevil Əliyeva, Mina Əliyeva, Aygün Əliyeva və Anar Əliyevin birgə mülkiyyətlərinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 2.28 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İşdə olan DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Topçu kəndi ərazisində yerləşən 0.1851 kektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2, Sevil Əliyeva,Mina Əliyeva, Aygün Əliyeva və Anar Əliyevin ümumi birgə paylı mülkiyyətlərinə verilmişdir. İşdə olan xx xxxxxxxx 1998-ci il tarixli JN-2xx xxx 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında Cavabdeh5, Jalə Vəliyeva, Pərvinə Vəliyeva və Vəlixan Vəliyevin birgə mülkiyyətlərinə İsmayıllı rayonu Topçu kəndi ərazisindən 1.88 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İşdə olan DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu Topçu kəndi ərazisində yerləşən 0.1481 kektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh5, Jalə Əsədova,Pərvinə Kərimova və Vəlixan Vəliyevin ümumi birgə paylı mülkiyyətlərinə verilmişdir. İşdə olan xx xxxxxxx 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.4 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxx 2020-ci il tarixli **********13 nömrəli sorğuya cavab məktubundan görünür ki, İsmayıllı rayon Topçu kəndi ərazisində yerləşən JN-2xx xxx 40727018, JN-2xx xxx 40727018 və JN2xx xxx 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktlarına əsasən İddiaçı2, Baxça Əliyeva və İddiaçı1 mülkiyyətlərində olan torpaq sahələri ilə JN-2xx xxx 40727018, JN-2xx xxx 40727018, JN-2xx xxx 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktlarına, xx xxxx 2015-ci il tarixli RX seriyalı ******* və xx xxxx 2015ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışlara əsasən Bəsirə Qədirova, Cavabdeh2 və Cavabdeh5 mülkiyyətlərində olan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi barədə məhkəmənin sorğusuna əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən mübahisəli ərazidə ölçmə işləri aparılmışdır. Ölçmə işləri zamanı İsmayıllı rayonu Topçu kəndi ərazisində yerləşən JN-258 M nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı2 mülkiyyətinə verilmiş 0.15 hektar, JN-259 M nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Baxça Əliyevanın mülkiyyətinə verilmiş 0.04 hektar və JN-260 M nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı1 mülkiyyətinə verilmiş 0.15 hektar torpaq sahələri ilə JN-246M nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Bəsirə Qədirovanın mülkiyyətinə verilmiş 0.22 hektar torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş RX seriyalı ******* nömrəli və Cavabdeh5 verilmiş RX seriyalı ******* nömrəli çıxarışların planölçü sənədləri olmadığından həmin torpaq sahələrinin üst-üstə düşmələri müəyyənləşdirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbinin qismən təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2 və 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə icazə verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında İsmayıllı rayonu Topçu kəndi ərazisindən JN-2xx xxx 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı2 və ailə üzvlərinin birgə mülkiyyətlərinə 1.92 hektar, JN-2xx xxx 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Baxça Əliyevanın mülkiyyətinə 0.44 hektar, JN-2xx xxx 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin birgə mülkiyyətlərinə 1.80 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri verilmişdir. Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 48 saylı qərarı əsasında İsmayıllı rayonu Topçu kəndi ərazisindən JN-2xx xxx 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Bəsirə Qədirova və ailə üzvlərinin birgə mülkiyyətlərinə 2.92 hektar, JN-2xx xxx 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cavabdeh2 və ailə üzvlərinin birgə mülkiyyətlərinə 2.28 hektar və JN-2xx xxx 40727018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cavabdeh5 və ailə üzvlərinin birgə mülkiyyətlərinə 1.88 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri verilmişdir. Cavabdeh2 və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin 0.1851 hektar çoxillik əkmələrə dair hissəsinə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2015ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh5 və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin 0.1481 kektar çoxillik əkmələrə dair hissəsinə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İsmayıllı rayonu Topçu kəndi ərazisində yerləşən JN-258 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı2 mülkiyyətinə verilmiş 0.15 hektar, JN-259 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Baxça Əliyevanın mülkiyyətinə verilmiş 0.04 hektar və JN-260 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı1 mülkiyyətinə verilmiş 0.15 hektar torpaq sahələri ilə JN-246 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Bəsirə Qədirovanın mülkiyyətinə verilmiş 0.22 hektar torpaq sahəsi üst-üstə düşmür. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş RX seriyalı ******* nömrəli və Cavabdeh5 verilmiş RX seriyalı ******* nömrəli çıxarışların plan-ölçü sənədləri olmadığından həmin torpaq sahələrinin üst-üstə düşmələri müəyyənləşdirilməmişdir. Birinci instansiya məhkəməsi tərəflərin izahatlarına, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinə və mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab etmişdir ki, İddiaçı1 və İddiaçı2 məxsus torpaq sahələrindən onların razılığı olmadan Bəsirə Qədirova, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 istifadə etməsi İddiaçı1 və İddiaçı2 həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının məhdudlaşması ilə nəticələnir. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddia tələbi JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı2, Yaqut Əliyeva, Zümrüd Əliyeva və Kamil Əliyevin birgə mülkiyyətlərində olan 1.92 hektar və JN-2xx xxx 40727018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən İddiaçı1, Nuriyyə Əliyeva, Nərminə Əliyeva və Fəridə Əliyevanın birgə mülkiyyətlərində olan 1.80 hektar torpaq sahələri Bəsirə Qədirova, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 vəsaitləri hesabına əvvəlki vəziyyətinə gətirilməsi, Bəsirə Qədirova, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 həmin torpaq sahələrindən çıxarılmalarına dair hissədə təmin edilməlidir. Birinci instansiya məhkəməsi Məhkəmə iddia tələbinin 540 manat maddi zərər, 105 manat etibarnamənin təsdiqi, 25 manat sənədlərin surətinin təsdiqi, 800 manat hüquqi yardıma görə haqqın və 170 manat yol-nəqliyyat xərcinin Bəsirə Qədirova, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 tələb edilməsinə münasibət bildirərək qeyd edir ki, İddiaçı1 və İddiaçı2 540 manat maddi zərər,105 manat etibarnamənin təsdiqi, 25 manat sənədlərin surətinin təsdiqi, 800 manat hüquqi yardıma görə haqqın və 170 manat yol-nəqliyyat xərcinin Bəsirə Qədirova, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 tələb etsələr də həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Ona görə də iddia tələbi 540 manat maddi zərər, 105 manat etibarnamənin təsdiqi, 25 manat sənədlərin surətinin təsdiqi, 800 manat hüquqi yardıma görə haqqın və 170 manat yol-nəqliyyat xərcinin Bəsirə Qədirova, Cavabdeh1,Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 alınmasına dair hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30.4 manat dövlət rüsumunun 10.4 manatı İddiaçı2 özünə aid edilməli, 20 manat dövlət rüsumu isə Bəsirə Qədirova, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 tutularaq İddiaçı2 ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətlərinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Tərəflərin apellyasiya şikayətlərində qoyduqları məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam həcmdə araşdırılaraq qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyatorların apellyasiya şikayətlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan tərəflər göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili X19, cavabdehlər X13, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)-25/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(037)-25/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili X19, cavabdehlər X13, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar