Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-272/2023 13.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-nə və "xxxx" ASC-nin Şimal Qərb RETSİ-nin Qəbələ EŞ-nə qarşı "xüsusi mülkiyyət torpaq sahəsi üzrərində cavabdehlər tərəfindən alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırılması, quraşdırılmış iki ədəd elektrik fəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin kəsilərək torpaq sahəsinin ərazisindən çıxarılması, quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlarının çıxarılıb aparılmaqla torpaq sahəsinin ərazisinin boşaldılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya qeyri-mümkün, 2 saylı əlavə) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-nə və "xxxx" ASC-nin Şimal Qərb RETSİ-nin Qəbələ EŞ-nə qarşı "xüsusi mülkiyyət torpaq sahəsi üzrərində cavabdehlər tərəfindən alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırılması, quraşdırılmış iki ədəd elektrik fəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin kəsilərək torpaq sahəsinin ərazisindən çıxarılması, quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlarının çıxarılıb aparılmaqla torpaq sahəsinin ərazisinin boşaldılması" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(025)-1333/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMCnə və "xxxx" ASC-nin Şimal Qərb RETSİ-nin Qəbələ EŞ-nə qarşı "xüsusi mülkiyyət torpaq sahəsi üzrərində cavabdehlər tərəfindən alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırılması, quraşdırılmış iki ədəd elektrik fəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin kəsilərək torpaq sahəsinin ərazisindən çıxarılması, quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlarının çıxarılıb aparılmaqla torpaq sahəsinin ərazisinin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında caşsnmaz əmlakın dövlət reyestr nömrəsi **********31, xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış ÇİXARİŞ-a əsasən, Qəbələ rayonu, Həmzəli kəndi ərazisində yerləşən, ərazisi 1,9171 hektar olan, xüsusi mülkiyyət torpaq sahəsi üzərində cavabdehlər tərəfindən özbaşına olaraq: - alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin cavabdeh "xxxx" ASC-nin X3 Təhcizatı və Satışı İdarəsi və X4 tərəfındən elektrik enerjisinin verilməsinin dərhal dayandırılması; - quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin cavabdehlər: Cavabdeh3 (qanuni təmsilçi Cavabdeh2) və X2 abonenti (kod **********8) Cavabdeh2 hesabına kəsilərək torpaq sahəmin ərazisindən çıxarılması; - quraşdırılmış iki ədəd elektrik dəmir-beton dayaqlarının cavabdehlər: Cavabdeh3 (qanuni təmsilçi Cavabdeh2) və X2 abonenti (kod **********8) Cavabdeh2 hesabına çıxarılıb aparılmaqla torpaq sahəmin ərazisinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(025)-1333/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC-nə və "xxxx" ASC-nin Şimal Qərb RETSİ-nin Qəbələ EŞ-nə qarşı "xüsusi mülkiyyət torpaq sahəsi üzrərində cavabdehlər tərəfindən alqı-satqısı edilən yüksək gərginlikli elektrik enerjisinin verilməsinin dərhal dayandırılması, quraşdırılmış iki ədəd elektrik fəmir-beton dayaqlararası yüksək gərginlikli elektrik naqillərinin kəsilərək torpaq sahəsinin ərazisindən çıxarılması, quraşdırılmış iki ədəd elektrik dəmr-beton dayaqlarının çıxarılıb aparılmaqla torpaq sahəsinin ərazisinin boşaldılması" tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarından müəyyən оlunmuşdur ki, apellyasiya şikayəti Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavəyə uyğun tərtib edilməli olduğu halda, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti həmin forma tələblərinə cavab vermir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı əlavəyə uyğun tərtib olunmasını yoxlamadan apellellyasiya şikayətini baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllədinin 363.1.1-1.-ci mаddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Qəbələ Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(025)-1333/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Qəbələ Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(025)-1333/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyrimümkün hesаb edilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-272/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-272/2023
13.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver