Məhkəmə qərarları › İş №2(107)-272/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-272/2025

30.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-272/2025 30.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ölçü və digər işlərin aparılmasına maneə yaradılmasının cavabdehə qadağan edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli e-2(046)-1843/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsi - mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir) “ölçü və digər işlərin aparılmasına maneə yaradılmasının cavabdehə qadağan edilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2(046)- 1843/2024 nömrəli mülki iş üzrə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli e-2(046)-1843/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Elçin Qurbanov). Cavabdeh 27 noyabr 2024-cü ildə rəsmi qaydada almış olduğu (iş vərəqi: 66) Göyçay Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli e-2(046)-1843/2024 nömrəli qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 18 dekabr 2024-cü ildə apellyasiya şikayəti vermişdir (i/v: 67-75) . Lakin, Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli e-2(046)-1843/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən Cavabdeh qətnamədən verdiyi həmin apellyasiya şikayəti geri qaytarılmış və həmin qərardadda birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “... apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin Əlavə 2-də müəyyən olunmuş formaya uyğun tərtib olunmamış, Əlavə 2-də 1-dən başlayaraq 14.2dək bütün bəndlər yazılmalı olduğu halda, yalnız 1,4,5,6,7,8,9,10,11,12,13,14,14.1,14.2 bəndlər doldurulmuş, 2 və 3-cü bəndlər isə qeyd edilməmişdir”. Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli e-2(046)-1843/2024 nömrəli qərardadından narazı qalan Cavabdeh 20 dekabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həmin qərardaddan Göyçay Rayon Məhkəməsinə şikayət verərək, “Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tаriхli 2(046)-1843/2024 nömrəli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin işlə birlikdə, apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində, apellyasiya instansiyası məhkəməsinə göndərilməsini” xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinə “Əlavə 2”-nin 2 və 3-cü bəndlərində apellyasiya şikayəti verən şəxsin “vəkili”, “qanuni nümayəndəsi” və ya “nümayəndəsi” haqqında məlumatlar əks olunmalıdır. Halbuki, apellyasiya şikayətindən görünür ki, şikayəti onun özü vermiş və yalnız özü imzalamışdır. Yəni, o, cavabdeh kimi prosesdə “vəkil, qanuni nümayəndə və ya nümayəndə” ilə təmsil olunmadığından, “Əlavə 2”-nin 2 və 3-cü bəndlərini də doldura bilməzdi. Göyçay Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli e-2(046)-1843/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməyərək, həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə isə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə əsasən, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli e-2(046)-1843/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli e-2(046)- 1843/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməli və işin yuxarıda qeyd edilən konkret halları və aşağıda təsvir olunanlara əsasən “apellyasiya şikayətinin qaytarılması barədə” qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli e-2(046)-1843/2024 nömrəli qərardadı tam ləğv edilərək, qərardadla həll edilməli olan məsələ həll olunmalıdır. Belə ki, Göyçay Rayon Məhkəməsi “Cavabdeh apellyasiya şikayətinin qaytarılması barədə” qəbul etdiyi 18 dekabr 2024-cü il tarixli e-2(046)-1843/2024 nömrəli qərardadında hesab etmişdir ki, “19 noyabr 2024-cü il tarixli e-2(046)-1843/2024 nömrəli qətnamədən apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin Əlavə 2-də müəyyən olunmuş formaya uyğun tərtib olunmamış və Əlavə 2-də 1-dən başlayaraq 14.2-dək bütün bəndlər yazılmalı olduğu halda, yalnız 1,4,5,6,7,8,9,10,11,12,13,14,14.1 və 14.2-ci bəndlər doldurulmuş olsa da, 2 və 3-cü bəndlər qeyd edilməmişdir”. Ona görə də, birinci instansiya məhkəməsi tərəfindən 18 dekabr 2024-cü il tarixli e-2(046)-1843/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə istinad edilərək, həmin qərardadla Cavabdeh apellyasiya şikayəti “Əlavə 2-də müəyyən olunmuş formaya uyğun verilməməsi” əsası ilə geri qaytarılmışdır. Halbuki, Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinə “Əlavə 2”-nin 2 və 3-cü bəndlərində apellyasiya şikayəti verən şəxsin “vəkili”, “qanuni nümayəndəsi” və ya “nümayəndəsi” haqqında məlumatlar əks olunmalıdır. Lakin, iş materialları və iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla müəyyən olunur ki, Göyçay Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli e-2(046)-1843/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətini Cavabdeh özü vermiş və həmin şikayəti “şikayət verən şəxs” olaraq yalnız onun özü imzalamışdır. Yəni, apellyasiya şikayətini vermiş Cavabdeh məhkəmə prosesində “vəkil, qanuni nümayəndə və ya nümayəndə” ilə təmsil olunmadığından və eləcə də, apellyasiya şikayətini “vəkil, qanuni nümayəndə və ya nümayəndə” imzalamadığından - “Əlavə 2”-nin 2-ci və 3-cü bəndləri də doldurula bilməzdi. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində - şikayətin verildiyi məhkəmənin adı və ünvanı (maddə 361.1.1); şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti (maddə 361.1.2); barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı (maddə 361.1.3); şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi (maddə 361.1.4); şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (maddə 361.1.5); şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar (maddə 361.1.6); və şikayətə əlavə edilən sənədlərin siyahısı (maddə 361.1.7) göstərilməlidir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli e-2(046)-1843/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə istinad olunmaqla “Mülki-Prosessual Məcəllənin Əlavə 2-də 2 və 3-cü bəndlər qeyd edilməmişdir” nöqsanı ilə Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayəti qaytarılmış olsa da, apellyasiya şikayətini vermiş həmin cavabdehin “vəkili, qanuni nümayəndəsi və ya nümayəndəsi” olmadığından, apellyasiya şikayəti verilərkən ondan “Əlavə 2-nin 2 və 3-cü bəndlərinin” də doldurulmasının və yaxud “qeyd edilməsinin” tələb olunması - əsassız və eyni zamanda, qanunvericiliyin tələblərinə uyğun olmayan tələbdir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0 və 398.0.3-cü maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib - qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə də, yuxarıda qeyd olunanlara və işin konkret hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli e- 2(046)-1843/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilərək, həmin qərardad tam ləğv edilməli və İddiaçı Cavabdeh qarşı “ölçü və digər işlərin aparılmasına maneə yaradılmasının cavabdehə qadağan edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 19 noyabr 2024cü il tarixli e-2(046)-1843/2024 nömrəli qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh tərəfindən 18 dekabr 2024cü ildə verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsində apellyasiyanın mümkünlüyünün yoxlanılması üçün qəbul edilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli e-2(046)-1843/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli e-2(046)-1843/2024 nömrəli qərardadı tam ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “ölçü və digər işlərin aparılmasına maneə yaradılmasının cavabdehə qadağan edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli e-2(046)-1843/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiyanın mümkünlüyünün yoxlanılması üçün qəbul edilsin. Qərаrdаd elan olunduğu andan qаnuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar