Məhkəmə qərarları › İş №2(107)-278/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-278/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-278/2021 14.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı İKB ASC-nin Cavabdeh qarşı kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 23 sentyabr 2019-ci il tarixli 2(075)-663/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 23 sentyabr 2019-ci il tarixli 2(075)-663/2019 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) iddiа qismən təmin edilmiş, Seriya RX ******* nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında ona məxsus Şəki rayonu, Çeşməli kəndində yerləşən, 6 otaqlı, 194.6 kv.m ümumi, 87.9 kv.m yaşayış, 106.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin ilkin satış qiyməti 41000 (qırx bir min) manata açıq hərracda satılması, Cavabdeh 11354.65 manat əsas, 7553.69 manat faiz, 150 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza xərci olan 150 manatın Cavabdeh alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK İKB ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Cavabdeh İddiaçı İKB ASC-nin xeyrinə 23 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 11354.65 AZN əsas, 7553.69 AZN faiz, 1537.24 AZN cərimə və kredit müqaviləsi üzrə 23.10.2018-ci il tarixdən 12.12.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 78 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 20523.58 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilinəsi, tutmanın Cavabdeh məxsus olan Şəki rayonu, Çeşməli kəndində yerləşən, 6 otaqlı, 194.6 kv.m ümumi, 87.9 kv.m yaşayış, 106.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Şəki rayonu, Çeşməli kəndində yerləşən, 6 otaqlı, 194.6 kv.m ümumi, 87.9 kv.m yaşayış, 106.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilinəsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Şəki rayonu, Çeşməli kəndində yerləşən, 6 otaqlı, 194.6 kv.m ümumi, 87.9 kv.m yaşayış, 106.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Şəki rayonu, Çeşməli kəndində yerləşən, 6 otaqlı, 194.6 kv.m ümumi, 87.9 kv.m yaşayış, 106.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İKB ASC iddia ərizəsini belə əsaslandırmışdır ki, 2014-ci il 23 oktyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı İKB ASC-nin “Qəbələ” filialından illik 25%-lə 48 ay müddətinə 14000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Şəki rayonu, Çeşməli kəndində yerləşən, 6 otaqlı, 194.6 kv.m ümumi, 87.9 kv.m yaşayış, 106.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi 2014-ci il 23 oktyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 23 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2018-ci il dekabrın 12-dək Cavabdeh 23 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 11354.65 manat əsas, 7553.69 manat faiz, 1537.24 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 20445.58 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 12 dekabr 2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 23 oktyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 11354.65 AZN əsas, 7553.69 AZN faiz, 1537.24 AZN cərimə və kredit müqaviləsi üzrə 23.10.2018-ci il tarixdən 12.12.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 78 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 20523.58 AZN borcu vardır. Məhkəmədən iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı İKB ASC-nin nümayəndəsi və Cavabdeh birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı İKB ASC-nin nümayəndəsi İsa Hacıyev 13 sentyabr 2019-cu il tarixdə məhkəməyə teleqram göndərərək bildirmişdir ki, mülki iş üzrə üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmirlər. İddia ərizəsini müdafiə edirlər. Bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını, növbəti məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarının yeri və vaxtı barədə məlumatı olmuş, lakin o, məhkəmə iclaslarına gəlməyərək həmin iclaslarda iştirak etməmişdir. Belə ki, o, 11.02.2019-cu il tarixdə məhkəməyə teleqram göndərərək iclasın təxirə salınmasını xahiş etmiş, 12.02.2019-cu il tarixli məhkəmə bildirişini isə 14.02.2019- cu il tarixdə şəxsən almışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpelyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddianın təmin edilmiş hissəsi ilə razı deyil və hesab edir ki, həmin hisədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Odur ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə də iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında 23 oktyabr 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Bank tərəfindən Cavabdeh 48 ay müddətinə nağd illik 25% olmaqla 14.000 manat məbləğində kredit verilmişdir. Kredit verilərkən, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürmüş olduğu öhdəliklərin icrasına təminat verərək özünün mülkiyyətində olan və Şəki rayonu, Çeşməli kəndində yerləşən, 6 otaqlı, 194.6 kv.m ümumi, 87.9 kv.m yaşayış, 106.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı onunla Bank arasında 23 oktyabr 2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Evin ipoteka ilə yüklülüyü dövlət qeydiyyatına alınmışdır. Sədaqət Şahbəzova, onunla Bank arasında bağlanmış kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən əsas və faiz borcunu ödəməyə çalışmışdır, lakin maddi vəziyyətində yaranmış müvəqqəti çətinliklərlə bağlı kreditin ödənilməsini dayandırmışdır. Cavabdeh kredit borcunun ödənilməsi üçün vaxt verilməsi məqsədi ilə Banka müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. Cavabdeh kredit müqaviləsi üzrə apardığı ödənişlər Bank tərəfindən ilk əvvəl əsas borca deyil, faiz və çərinə borcunun silinməsinə yönəldilmiş və bu hal cavabdehin maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur. Göründüyü kimi, iddiaçı Bank öz hüquqlarından sui-istifadə etmişdir. Bu səbəbdən Cavabdeh həm əsas, həm də faiz borcu məbləği ilə razı deyil. Lakin işə baxmış Şəki Rayon Məhkəməsi işin bu hallarını nəzərə almamışdır. Onun maddi imkanının heç əsas borcun ödənilməsi üçün yetərli olmadığı bir vaxtda, müəyyən edilmiş 150 manat dəbbə pulu da onun üçün artıq bir yükdür. Hesab edir ki, dəbbə pulu hissəsində ümumiyyətlə Bankın iddia tələbi rədd edilməlidir. Həmçinin kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş Şəki rayonu, Çeşməli kəndində yerləşən, 6 otaqlı, 194.6 kv.m ümumi, 87.9 kv.m yaşayış, 106.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin real bazar qiyməti təxminən 60.000-65.000 manat təşkil edir. Göründüyü kimi, işə baxmış Şəki Rayon Məhkəməsi iş üzrə maddi və ya prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2(075)- 663/2019 nömrəli qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə də iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları İddiaçı İKB ASC-nin nümayəndəsi və Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclaslarına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclaslarına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 23 sentyabr 2019-ci il tarixli 2(075)-663/2019 nömrəli qətnаməsi ləğv edilməli, İddiaçı İKB ASC-nin Cavabdeh qarşı kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair iddiаsı rədd edilməlidir. Mülki işdə olan 23.10.2014-cü il tarixli, 5-G-2-03550-14 nömrəli kredit müqaviləsindən görünür ki, əsasən, İddiaçı İKB ASC-nin “Qəbələ” filialı tərəfindən Cavabdeh şəxsi məqsədlər üçün 48 ay müddətinə, illik 25 faiz hesablanmaqla 14000 manat məbləğində kredit verilmişdir. Mülki işdə olan ipoteka müqaviləsindən görünür ki, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus, Şəki rayonu, Çeşməli kəndində yerləşən, 6 otaqlı, 194.6 kv.m ümumi, 87.9 kv.m yaşayış, 106.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. İpotekanın predmeti 35000 manat məbləğində qiymətləndirilmişdir. Mülki işdə olan seriya RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Çeşməli kəndində yerləşən, 6 otaqlı, 194.6 kv.m ümumi, 87.9 kv.m yaşayış, 106.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Mülki işdə olan 24 oktyabr 2014-cü il tarixli, seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan **********69-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Şəki rayonu, Çeşməli kəndində yerləşən, 6 otaqlı, 194.6 kv.m ümumi, 87.9 kv.m yaşayış, 106.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi İddiaçı İKB ASCnin “Qəbələ” filialının tərəfindən 48 ay müddətinə ipoteka ilə yüklü etmişdir. Mülki işdə olan 12 dekabr 2018-ci il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh ilə bank arasında bağlanmış 23.10.2014-cü il tarixli, 5-G2-03550-14 nömrəli kredit meqviləsi üzrə cavabdehin banka olan əsas borcu 11354,65 manat, faiz borcu 7940,22 manat, cərimə borcu 1537,24 manat, əldən çıxmış fayda 78 manat olmaqla cəmi 20832,11 manat təşkil edir. Mülki işdə olan "xxxx" MMC tərəfindən 05 avqust 2019-cu il tarixdə verilmiş ƏEM/A 12-771/19 saylı rəyindən görünür ki, mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara uyğun olaraq Cavabdeh mülkiyyətində olan Şəki rayonu, Çeşməli kəndində yerləşən, 6 otaqlı, 194.6 kv.m ümumi, 87.9 kv.m yaşayış, 106.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazırki bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 05 avqust 2019-cu il tarixə 41000 (qırx bir min) manat təşkil edir. Xidmət haqqı "xxxx" MMCnin tarif cədvəlinə müvafiq olaraq 150,0 (bir yüz əlli) manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317.1, 385.1, 386.1, 425.1, 442, 448.2, 460.1, 465.2, 467, 739 və 741-ci mаddələrinə və Azərbaycan Respuilikası İpoteka haqqında Qanununun 33 və 39.3.3-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminilk, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digərüsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respuilikası İpoteka haqqında Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respuilikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı İKB ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələrəsasında kredit məbləğini və həmin müqavilərləmüəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh Bankdan kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı bank tərəfindən cavabdehdən əsas kredit borcları, faiz borclarının ödənilməsi tələb edilir. poteka predmeti olan əmlakların ilkin satış qiyməti ilə bağlı razılıq əldə edilsə də məhkəmə ipoteka qoyulmuş əmlakların qiymətləndirilməsini "xxxx" MMC-nə həvalə etmiş və "xxxx" MMC tərəfindən Cavabdeh məxsus olan Şəki rayonu, Çeşməli kəndində yerləşən, 6 otaqlı, 194.6 kv.m ümumi, 87.9 kv.m yaşayış, 106.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin qiyməti kimi müəyyən edilmiş 41000 manat sonradan tərəflərdən heç biri tərəfindən mübahisələndirilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehə qarşı hazırkı iddia tələbinin 1537,24 manat məbləğində cərimənin ödənilməsi hissəsində birinci instansiya məhkəməsi hesab etmişdir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilərək, Cavabdeh 11354.65 manat əsas, 7553.69 manat faiz, 150 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, ödəmənin ƏMDK yanında DƏDRX-in seriya RX ******* nömrəli nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus Şəki rayonu, Çeşməli kəndində yerləşən, 6 otaqlı, 194.6 kv.m ümumi, 87.9 kv.m yaşayış, 106.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin ilkin satış qiyməti 41000 (qırx bir min) manata açıq hərracda satılmalı, satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı İKB ASC-yə ödənilməli, əsaslı olmadığından iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə ekspertiza xərci olan 150 manat Cavabdeh alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK İKB ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə kollegiyası hal-hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Cavabdeh 24 iyun 2021-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş 21 iyun 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Apellyasiya Məhkəməsində mübahisələndirən 5-G-2-0-3550-14 saylı, 23.10.2014-cü il tarixli müqavilə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının tələblərinə əsasən İddiaçı İKB ASC-nin hüquqi varisi "xxxx" ASC və mənim tərəfimdən qarşılıqlı razılıq əsasında restruktruzasiya edilərək, mübahisələndirilən müqaviləyə 10.03.2021 tarixdə əlavə saziş imzalanmışdır (saziş əlavə olunur). Sazişin şərtlərinə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin cəmi qalığı 10354.65 manat müəyyən edilərək, kreditin müddəti 10.03.2025-ci il tarixədək uzadılmışdır. Həmin məktuba əlavə olunmuş 5-g-2-0-3550-14 saylı, 23.10.2014 tarixli kredit müqaviləsinə əlavə sazişdən görünür ki, bu əlavə saziş qüvvəyə mindiyi tarixdən etibarən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin cəmi qalığı 10354.65 ( on min üç yüz əlli dörd mat altmış beş qəpik) manat təşkil edir, kreditin müddəti «10.03.2025»-ci il tarixədək uzadılır, kreditin illik faiz dərəcəsi 1% ( bir faiz) təşkil edir, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu əlavə sazişə əlavə edilmiş ödəniş qrafıkinə əsasən həyata keçirir. Həmin məktuba əlavə olunmuş 5-g-2-0-3550-14 saylı, 23.10.2014 tarixli ipoteka müqaviləsinə əlavə sazişdən görünür ki, müqavilənin 3.3-cü bəndində “48 ay müddətinə 23.10.2014 tarixdən 23.10.2018 tarixədək” sözləri “10.03.2025-ci il tarixədək” sözləri ilə əvəz edilsin, bu əlavə saziş qüvvəyə mindiyi tarixdən əmlakın bazar dəyəri 35000 (otuz beş min) manat, ilkin satış qiyməti isə 24000 (iyirmi dörd min) manat təşkil edir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.1-ci mаddəsinə əsаsən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının 6-cı bəndində göstərilmişdir ki, banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasına dair Yol xəritəsində göstərilmişdir ki, istər Fərmanın 6.2-ci bəndində, istərsə də, 7.1 -ci bəndində göstərilmiş hər iki prosessual müddətlər Fərmanın 3.1 -ci və 3.2-ci bəndlərində müəyyən edilmiş tədbirlərin ardıcıl olaraq həyata keçirilməsindən sonra başlanmalı və növbəti 1 ayı əhatə etməlidir. Belə ki, yuxarıda da qeyd etdildiyi kimi, restruktruzasiya olunacaq borcların tərkibinə həm də Fərmanın 1 -ci hissəsi ilə müəyyən edilmiş kredit borcları üzrə kompensasiya ödənildikdən sonra qalıq məbləğ (xarici valyutada olan və devalvasiya ilə bağlı manatla artmış hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan kredit borcları) aid ola bilər. Belə ki, bu borclar yuxarıda göstərdiyimiz 4 şərtə də cavab verməlidirlər (səhifə-4, abzas 2). Bu qəbildən olan kreditlərin isə devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin Palata üçün müəyyən edilməsi məqdəsilə 15 gün müddət, daha sonra isə ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən etmək məqsədilə 45 gün müddət müəyyən olunmuşdur. Belə olan halda yalnız bu tədbirlər sonadək tam şəkildə icra edildikdən, yəni 45 gün keçdikdən sonra banklar növbəti 1 ay ərzində həmin kreditlərə hesablanmış faizləri silməli (Fərmanın 8.9-cu bəndinə görə faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur) və məhkəmədə olan işlərin geri çağırılması ilə bağlı tədbirlər görməlidir. Qeyd edilən 45 gün ərzində həyata keçirilməli olan tədbirləri gözləmədən bankın birbaşa məhkəməyə müraciət etməsi müəyyən çətinliklərə səbəb olacaqdır. Belə ki, bank hələ işlərdən konkret olaraq hansıların restrukturizasiyaya aid olacağını dəqiqləşdirmək üçün Palatadan məlumat gözləyir. Hesab edirik ki, Palata tərəfindən yekunda ödəniş ediləcək fiziki şəxsin siyahısı və hər bir şəxsə ödəniləcək vəsaitin məbləği müəyyən edildikdən sonra bu Fərmanın 5-ci hissəsi üzrə restrukturizasiyaya aid olacaq müqavilələrlə bağlı qabaqcadan borclulara güzəştli şərtlərlə yeni kredit müqavilənin bağlanması təklif edilməli, valmz bu təklif qəbul edildikdən və yeni kredit müqaviləsi bağlandıqdan sonra banklar Fərmanın 6.2-ci bəndi üzrə hərəkətlərə başlaması məqsədəuyğun olardı. Bu hal həmçinin Fərmanda göstərilənlərlə də ziddiyyət təşkil etmir. Belə ki, bununla həm də Fərmanın 6.2-ci bəndində qeyd edilən təbdirlərin həyata keçirilməsi zamanı fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağının nəzərə alınması halı da əhatə edilir. Belə bir razılıq olmadan kreditorun qeyd-şərtsiz məhkəməyə işin geri çağırılması ilə bağlı müraciət edərsə, məhkəmə tərəfindən MPM-in 261.0.4-cü maddəsi üzrə işin icraatına xitam verilməsinə dair qərardadın çıxarılmasına səbəb olar və nəticə etibarilə sonradan eyni predmet haqqında eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə artıq yol verilməyəcəkdir. İşin icraatına məhkəmədə xitam verildikdən sonra kreditor borcluya yeni güzəştli şərtlərlə müqavilə bağlanmasını təklif etdikdə sonuncu bu təklifi qəbul edildiyi halda (belə ki, müqavilənin bağlanması tərəflərin iradə ifadəsinin təzahürüdür), yeni müqavilə bağlanmır və nəticə etibarilə kreditor əvvəlki müqavilə üzrə də borcunu tələb etmək hüququndan da məhrum olmuş olardı. Fərmanın 8.10-cu bəndinə görə məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında’’ Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Bu bəndin tələbini təhlil edərkən müəyyən olunur ki, sözügedən normativ hüquqi akt işlərin geri çağırılması məsələsini imperativ qaydada məhkəmələrə münasibətdə MPM-in 261.0.4-cü maddəsi, icra qurumlarına münasibətdə isə “icra haqqında” Qanunun 20.1.1-ci maddəsi ilə tənzimlənməsini nəzərdə tutur. Başqa sözlə, işlərin geri çağırılması ilə bağlı tədbirləri həyata keçirərkən həmin orqanlar məhz qanunvericiliyin göstərilən normalarına istinad edəcəklər. Yuxarıda qeyd olunanlardan bəlli olur ki, hazırki iş üzrə müqavilələrə əlavə sazişlər bağlanmış və tərəflərin qarşılıqlı razılaşması əsasında Cavabdeh vaxtı keçmiş kredit borcu restrukturizasiya edilmişdir. Bununla da, cavabdehin iddiaçı qarşısında olan əvvəlki öhdəlikləri aradan qalxmışdır. Hazırki vəziyyətdə iddiaçı məhkəmədən işin geri çağırılması ilə bağlı tədbirlər görməli olduğu halda belə bir tədbir görmədiyindən yuxarıda qeyd olunan Fərmanın tələblərinə riayət edilərək iş üzrə icraata xitam verilməsi əsası aradan qalxmışdır. Lakin iddiaçının Cavabdeh vaxtı keçmiş kredit borcu restrukturizasiya edildiyindən keçmiş müqavilələr üzrə iddia tələbinin qanuni əsası aradan qalxmışdır və həmin tələblər üzrə iddia təmin edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 23 sentyabr 2019-ci il tarixli 2(075)-663/2019 nömrəli qətnаməsi ləğv edilməli, İddiaçı İKB ASC-nin Cavabdeh qarşı kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair iddiаsı rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 23 sentyabr 2019-ci il tarixli 2(075)-663/2019 nömrəli qətnаməsi ləğv edilsin. İddiaçı İKB ASC-nin Cavabdeh qarşı kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair iddiаsı rədd edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar