Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-28/2024 24.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması və qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, MPM 97.5) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması və qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 08 dekabr 2022-cü il tarixli 2(019)-810/2022 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində ünvan 2 ünvanında 0,0226 ha həyətyanı torpaq sahəsi vardır. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahəsini zəbt etmişlər.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0226 ha həyətyanı torpaq sahəsinə iddiaçının daxil olmasına mane olmaqla müşaiyət olunan, istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və cavabdehlərin zəbt etdikləri həmin əmlakdan çıxarılmaları, o cümlədən, hüquqi yardım məqsədi ilə vəkilə ödənilmiş 300 (üç yüz) manat pulun, iddianın qaldırılması üçün ödənilmiş 100 (yüz) manat və iddianın təmin tədbirinin tətbiqi ilə bağlı ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun mülkiyyətində ünvan 2 ünvanında 0,0226 ha həyətyanı torpaq sahəsi vardır. Onun həmin əmlak üzərindəki hüquqları 04 aprel 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”la rəsmiləşdirilmişdir.İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”a əsasən iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0226 ha həyətyanı torpaq sahəsindən istifadə və sahiblik etməyinə imkan vermir. Belə ki, iddiaçının mülkiyyətində olan həmin əmlaka daxil olan kimi cavabdehlər dərhal iddiaçı və yaxınlarının üzərinə hücum çəkərək həmin əmlakın onların (cavabdehlərin) olduğunu iddia edir və ora daxil olan şəxsləri oradan qovurlar. Əsasları da o olur ki, güya ki, iddiaçıya məxsus torpaq sahəsi əvvəllər onlara verilmişdir. Cavabdehlər həmin əmlakı faktiki olaraq zəbt etmişdirlər. Sonuncu dəfə cavabdehlər iddiaçının üzərinə hücum çəkən zaman, onların qanunsuz hərəkətləri barədə iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsinə müraciət etmiş və 11 iyun 2022-ci il tarixli qərarla iş aidiyyatı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsi məsələsinə baxılması üçün Balakən Rayon Prokurorluğuna göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş həmin qərardan da göründüyü kimi, iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddiaçıya qarşı etdiyi qanunsuz əməlləri təsdiq etmiş və torpaq sahəsinə iddiaçının daxil olmasına mane olacaqlarını bildirmişdirlər.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində ünvan 2 ünvanında 0,0226 ha həyətyanı torpaq sahəsi vardır. Onun həmin əmlak üzərindəki hüquqları 04 aprel 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahəsini zəbt edərək İddiaçı öz mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə və sahiblik etməyinə imkan vermirlər.Ona görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. ünvan 2 ünvanında olan 0,0226 ha həyətyanı torpaq sahəsinin İddiaçı düzgün verilməməsi, həmin torpaq sahəsinin onlara məxsus olması barədə cavabdeh tərəfin etirazını əsassız hesab edərək məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
6. Balakən Rayon Məhkəməsinin 08 dekabr 2022-cü il tarixli 2(019)-810/2022 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0226 ha həyətyanı torpaq sahəsindən çıxarılmaları, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0226 ha həyətyanı torpaq sahəsinə daxil olmasına mane olmaqla müşaiyət olunan, istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması, iddiaçı tərəfindən iddia ərizəsi üçün ödənilmiş 100 (yüz) manat və iddianın təmin tədbirinin tətbiqi ilə bağlı ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu xərci, həmçinin iddiaçı tərəfindən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə ödənilmiş 300 manatın cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı verilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84 və 111-ci maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022ci il tarixdə verilmiş X4 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022ci tarixdə verilmiş A seriyalı 749050 nömrəli torpaq sahəsinin planı və ölçüsü
9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh3 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iclası olarkən cavabdehlərdən həyat yoldaşı olan Cavabdeh2 məhkəməyə yazılı vəsatət təqdim edərək əvvəlki məhkəmə qərarının icra olunarkən iddiaçıya məxsus torpaq sahəsinin düzgün ölçülmədən onların istifadəsində olan torpaq sahəsinin müəyyən hissəsinin hasarlanaraq iddiaçı tərəfindən zəbt olunduğunu qeyd etsə də, məhkəmə vəsatətin təmin edilməməsinə və ekspertizanın təmin olunamamsına dair qərardad qəbul etmişdir. Hesab edir ki, məhkəmənin vəsatəti təmin etməməsi qanunsuz və əsassızdır. Faktiki olaraq iddiaçı tərəfindən faktiki istifadələrində olan torpaq sahəsi müəyyən hissədə zəbt olunmuşdur, ona görə də məhkəmə mülki işin ədalətli həlli üçün ekspertiza təyin etməlidir.
11. Ona görə də, Balakən Rayon Məhkəməsinin 08 dekabr 2022-cü il tarixli 2(019)- 810/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 və cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini və onun nəticəsində Balakən Rayon Məhkəməsinin 08 dekabr 2022-cü il tarixli 2(019)-810/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
16. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
17. Cavabdeh Balakən Rayon Məhkəməsinin 08 dekabr 2022-cü il tarixli 2(019)- 810/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
19. Belə ki, Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində ünvan 2 ünvanında 0,0226 ha həyətyanı torpaq sahəsi vardır. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahəsini zəbt etmişlər. Cavabdeh3 apellyasiya şikayətini bu qətnamənin 10-cu bəndində göstərilən dəlillərlə əsaslandırmışdır.
20. Həmçinin, cavabdeh tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 2 fev ral 2023-cü il tarixli məktubunda göstərilir ki, keçmiş DTİ və MHQİ-nin arxiv fonduna əsasən 01 saylı reyestr kitabının 166-cı səhifəsində X1 adına qeydiyyata alınmış 0.15 ha həyətyanı torpaq sahəsi üzərində inşa olunan M.F.Axundov küçəsi 2 (əvvəlki N.Nərimanov küçəsi 24) ünvanında yerləşən fərdi yaşayış evi Balakən rayon Dövlət notariat Kontorunun xx.xx.1997-ci il tarixli, 3M-77 nömrəli alqı-satqı müqaviləsinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin xx.xx.2009-cu il tarixli 49 nömrəli arayışına əsasən (həyətyanı torpaq sahəsinin 0,15 ha olması barədə) xx.xx.2009-cu il tarixində Xanım Soin qızının və daha sonra Balakən rayon Dövlət notariat kontorunun alqı-satqı müqavilələrinə əsasən xx.xx.2009-cu il tarixində X3, xx.xx.2022-ci il tarixində X6 adlarına :aşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sorğunuzla bağlı məlumat veririk ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən ünvan 10 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və yaxud “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədləri tərtib edilməmişdir.
21. Şəki Apellyasiya Məhkəməsinin 1 mart 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş X4 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olan, ünvan 12 ünvanında yerləşən 0.0226 ha yaşayış məntəqələrinin torpaq sahəsinin sənəd üzrə hansı ölçülərdə və koordinatlarda mövcud olduğu, həmin torpaq sahəsinin ünvan 13 ünvanında yerləşən 1987-ci ildə tikilmiş 628 kvm fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, həmçinin cavabdehlərin faktiki yaşadıqları ünvan 14 ünvanında yerləşən torpaq sahəsi ilə hər hansı hissədə üst-üstə düşüb-düşmədiyi, əgər üst-üstə düşürsə hansı hissələrdə və hansı ölçü və koordinatlarda üst-üstə düşdüyü məsələlərinə aydınlıq gətirilməsi məqsədilə məhkəmə mühəndis tikinti-texniki ekspertizası təyin edilmişdir. Mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi”nə, ekspert rəyinin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Balakən şəhəri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin yurisdiksiyasına aid olduğundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 1 mart 2023-cü il tarixli qərardadı icra edilməsi üçün 18 saylı Zaqatala Ərazi İdarəsinə yönləndirilmişdir. Cavabdeh3 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinin tədqiqat obyektinə baxış keçirməsinə imkan verməməklə onun keçirilməsinə mane olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 4 may 2023-cü il tarixli məktubu ilə Cavabdeh3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbinə əsasən tədqiqat obyektinə baxış keçirməsinə mane olacağı təqdirdə müəyyən olunması üçün ekspertiza təyin edilən fakt məhkəmə tərəfindən, həmin qanun normasının tələbinə əsasən, sizin əleyhinizə təsdiq olunmuş hesab oluna biləcəyi izah edilmişdir. İş üzrə tədqiqat obyekti Balakən şəhərində yerləşməsinə baxmayaraq, Cavabdeh3 dəfələrlə məhkəməyə şikayət edərək qərardadın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən icra edilməsinə etiraz etmişdir. Cavabdehin etirazları nəzərə alınaraq, Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin 1 mart 2023-cü il tarixli, 2(107)-314/2023 nömrəli qərardadı icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə göndərilmişdir. Mülki işin icraatı dayandırılmış vəziyyətdə olduğundan cavabdehin mütəxəssisə etirazının nəzərə alınaraq işin başqa mütəxəssisə göndərilməsi məhkəmə qərardadı vasitəsilə deyil, məktub vasitəsilə həyata keçirilmişdir. 12 saylı Şəki Ərazi İdarəsinin 1 avqust 2023-cü il tarixli məktubu ilə qərardad və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, səbəb olaraq 12 saylı Şəki Ərazi İdarəsində olan elektron kadastr məlumat bazasının Şəki və Qax rayonlarını əhatə etdiyi göstərilmişdir. Qeyd olunanlara əsasən, Şəki Apellyasiya Məhkəməsinin 1 mart 2023-cü il tarixli qərardadı icra olunması üçün yenidən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə göndərilmiş, kollegiyanın 10 avqust 2023-cü il tarixli məktubu ilə bu barədə Cavabdeh3 məlumat verilməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbləri ona bir daha izah edilmişdir. Cavabdeh3 yenidən 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinin tədqiqat obyektinə baxış keçirməsinə imkan verməməklə onun keçirilməsinə mane olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli, 2(107)-314/2023 nömrəli qərardadı ilə işin icraatı təzələnmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 mart 2023-cü il tarixli 2(107)- 314/2023 nömrəli qərardadı ilə təyin edilmiş mütəxəssis rəyinin verilməsi mümkün olmadığından və həmin qərardadla təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizаsı keçirilməsi məsələsi açıq qaldığından Şəki Apellyasiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tаrixli, 2(107)-314/2023 nömrəli qərаrdаdı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi, ekspertizаnın аpаrılmаsının Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 mart 2023-cü il tarixli 2(107)-314/2023 nömrəli qərаrdаdı icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 13 may 2024-cü il tarixli 3-16-16/2-10/8182 nömrəli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubu məhkəməyə daxil olmuşdur. Ona görə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2024-cü il tarixli 2(107)-314/2023 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
22. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh3 tələb etdiyi məhkəmə ekspertizasının keçirilməsi, Cavabdeh3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbləri iki dəfə izah edilməsinə baxmayaraq, sonuncunun öz hərəkətlərinin ekspertizanın keçirilməsini qeyri-mümkün hala gətirməsi nəticəsində mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Ona görə də, Cavabdeh3 mübahisələndirdiyi hallar kollegiya tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbinə əsasən Cavabdeh3 əleyhinə təsdiq olunmuş hesab edilir. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsaslar aşkar edilməmişdir.
23. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 08 dekabr 2022-cü il tarixli 2(019)-810/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 08 dekabr 2022-cü il tarixli 2(019)-810/2022 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.