Məhkəmə qərarları › İş №2(107)-284/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-284/2021

27.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-284/2021 27.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Cavabdeh ona məxsus Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 3344.19 kv.m torpaq sahəsinin 182 kv.m hissəsindən məcburi qaydada çıxarılması və 3344.19 kv.m torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olan hissəsində yerləşən fərdi yaşayış evinin qərb tərəfindən 1 metr eni 11 metr uzunluğu ölçüdə hissəsi və toyuq damı tikilisinin 1:1000 miqyasının sökülməsi” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(024)-49/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qax Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(024)-49/2020 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin edilmiş, Cavabdeh Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı verilmiş 3344.19 kv.m torpaq sahəsinin 182 kv.m hissəsindən məcburi qaydada çıxarılması və 3344.19 kv.m torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olan hissəsində yerləşən fərdi yaşayış evinin qərb tərəfindən 1 metr eni 11 metr uzunluğu ölçüdə hissəsinin və toyuq damı tikilisinin 1:1000 miqyasının sökülməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona məxsus Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 3344.19 kv.m torpaq sahəsinin Cavabdeh qanunsuz zəbt etdiyi hissədən məcburi qaydada çıxarılması və zəbt edilmiş sahədə tikilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılıb qətnamə çıxarılana qədər İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh ona məxsus Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 3344.19 kv.m torpaq sahəsinin 182 kv.m hissəsindən məcburi qaydada çıxarılması və 3344.19 kv.m torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olan hissəsində yerləşən fərdi yaşayış evinin qərb tərəfindən 1 metr eni 11 metr uzunluğu ölçüdə hissəsi və toyuq damı tikilisinin 1:1000 miqyasının sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarına əsasən 3344.19 kv.m həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi onun istifadəsi və sahibliyindədir. Lakin Cavabdeh tərəfindən həmin torpaq sahəsinin 350 kv.m hissəsi zəbt edilmiş və həmin yerdə qanunsuz tikililər inşa edilmişdir. Nəticədə o öz torpaq sahəsindən lazımi qaydada istifadə edə bilmir, zəbt edilmiş həmin torpaq sahəsinə daxil olması qeyri-mümkündür. Qeyd olunanların nəticəsi olaraq o dövlət tərəfindən ona verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir. Bu da onun həmin torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarını kobud surətdə pozur. Cavabdeh qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsini qaytarmalı, qanunsuz tikdiyi tikililəri sökməli və onun dövlət tərəfindən qorunan mülkiyyət hüququ bərpa olunmalıdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh ona məxsus Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 3344.19 kv.m torpaq sahəsinin 182 kv.m hissəsindən məcburi qaydada çıxarılması və 3344.19 kv.m torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olan hissəsində yerləşən fərdi yaşayış evinin qərb tərəfindən 1 metr eni 11 metr uzunluğu ölçüdə hissəsi və toyuq damı tikilisinin 1:1000 miqyasının sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən Cavabdeh ona məxsus Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 3344.19 kv.m torpaq sahəsinin 182 kv.m hissəsindən məcburi qaydada çıxarılması və 3344.19 kv.m torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olan hissəsində yerləşən fərdi yaşayış evinin qərb tərəfindən 1 metr eni 11 metr uzunluğu ölçüdə hissəsi və toyuq damı tikilisinin 1:1000 miqyasının sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddia tələbini əsassız hesab edir. O, sonuncu, yəni təkrar məhkəmə ekspertizasının rəyi ilə razılaşmır. Necə ola bilər ki, əvvəlki ekspertiza rəylərində onun iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyi, sonuncu rəy isə zəbt etdiyini göstərilmişdir. Sonuncu ekspert rəyi ilə razı deyildir. Hesab edir ki, yenidən məhkəmə ekspertizası təyin edilməlidir. Ekspert tərəfindən hər iki həyət tam olaraq ölçülməlidir. Bəlkə onun da həyəti zəbt edilmişdir? X6 kitabında 30.06.2009-cu il tarixdə 6441 nömrə ilə uçota alınmış A № 181272 saylı torpaq sahəsini plan və ölçü sənədində ekspert rəyində göstərilən ərazi 1 metr və 11 metr uzunluğunda ərazi, düz xətt üzərində kadastr işlənərək qeydə alınmışdır. Əvvəlki ekspertiza rəylərində də həmin ərazinin kadastrı düz xətt üzərində yəni heç bir sınıq olmadan qeydə alınmışdır. Ona görə də, ona məxsus fərdi yaşayış evinin ekspert rəyində göstərilən hissəsinin sökülməsinə razı deyildir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında mütəxəssis qismində ifadə verən "xxxx" MMC-nin eksperti X3 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, hazırda müstəqil ekspert kimi fəaliyyət göstərir. O, ali texniki hüquq təhsillidir, məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ixtisası almış, 2013-cü ildən 2019-cu ilədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində ekspert vəzifəsində işləmişdir. Cavabdeh göstərdikləri ilə bağlı qeyd edir ki, ekspertiza tədqiqatı yalnız məhkəmə tərəfindən ekspertlər qarşısında qoyulmuş suallar əsasında aparılır. Mübahisə ilə bağlı tərəflərin mübahisəli əraziyə baxış keçirilmiş, ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı verilən torpaq sahəsinin plan və ölçü sənədində göstərilən 3344.19 kv.m torpaq sahəsinin şərq tərəfindən 182 kv.m hissəsindən istifadə edir. Həmin torpaq sahəsi üzərində cavabdehə məxsus fərdi yaşayış evinin 1 metr eni, 11 metr uzunluğunda olan hissəsi, orada olan toyuq damının 1:1000 miqyası yerləşir. Mübahisəli ərazi ilə bağlı mövcud vəziyyətə uyğun rəy tərtib olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qax Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamə onun hüquqlarının pozulması və əvvəlcədən onunla qərəzli olan qonşusu, İddiaçı maraqlarını təmin etmək məqsədi daşıyır. Belə ki, əvvəllər 2(024)-434/2018 saylı iş üzrə iddiaçı guya zəbt edərək inşa etdiyi tövlənin sökülməsi barədə Qax Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin çıxardığı qətnamə isə Şəki Appellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri tərəfindən ləğv edilmişdir. Bununla razılaşmayan və qonşuluq münasibətlərini daha da gərginləşdirən İddiaçı 4 dekabr 2019-cu il tarixində Qax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və Qax Rayon Məhkəməsi tərəfindən təxirə salınmaz qaydada 4 dekabr 2019-cu il tarixdə “Məhkəmə bildirişi” yazılaraq imzalanmışdır. Qax Rayon Məhkəməsi qanunlarında göstərildiyi kimi, iddiaçının onunla münasibətdə qərəzliliyini və əvəllər icraatında olan işləri də, nəzərə almaqla iddianın dərindən həll edilməsinə səy göstərməli idi. Qax rayon Məhkəməsinin diqqətindən yayınmış hallara gələrək onu qeyd etmək istəyir ki, İddiaçı öz iddia ərizəsində « 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə 3344.19 kv.m həyətyanı torpaq sahəsi verilmişdir» qeyd edilmişdir. Həmin tarixdə ona verilən həyətyanı torpaq sahəsi, hər halda aralarında 1985-1986-cı illərdə inşa edilmiş, 34- 35 il tarixi olan daş hasar barıdan sonra ölçülərək verilmişdir. Hasar barı mərhum atası X2 tərəfindən, həmkəndlisi usta Məmmədov Kərimin (sağdır) iştirakı ilə 35 metr uzunluğunda inşa edilmişdir. Qax Rayon Məhkəməsi ekspertiza qarşısında, tikilmiş hasarın (daş barı) nə vaxt tikildiyi barədə də sual qoysaydı, onda məhkəməyə aydın olardı ki, ilkin ekspertizaların, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin və Şəki Lahiyə-Tətqiqat İdarəsi tərəfindən veriliş mütəxəssiz rəyi doğrudur. Qax rayon Məhkəməsi isə Müstəqil Məhkəmə Ekspertizasının əsassız rəyi altında hüquq və azadlığını pozan qətnamə qəbul etmişdir. Müstəqil Məhkəmə Ekspertizası tarixən ona məxsus olan, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon Aqrar İslahatı Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə istifadələrinə verilmiş 3014.71 kv.m olan torpaq sahəsinə və Dövlət Kadastrı kitabında 30.06.2009-cu il tarixdə 6441 nömrəli A№ 181272 saylı şəhadətnamə verməklə təsdiq olunmuş əraziyə özübilən qaydada sxem işləmişdir. Müstəqil Məhkəmə Ekspertizasının rəyindən Qax rayon Məhkəməsinə şikayət versə də, məhkəmə Müstəqil Məhkəmə Ekspertizasının rəyini qüvvədə saxlamış, 25 sentyabr 2020-ci il tarixli 2(024)-49/2020 saylı qətnamə qəbul etmişdir. Onun Müstəqil Məhkəmə Ekspertizasının rəyi haqqında şikayəti isə təxirə salınaraq, məhz məhkəmə qətnaməsindən sonra 01 oktyabr 2020-ci il tarixli 2(024)- 520/2020 saylı işlə Şəki Apellyasiya Məhkəməsinin sədri cənab Mübariz Əkbərova göndərilmişdir. Belə hallarla hüquq və azadlığının pozulmasını görür və məhkəmə kollegiyasından ədalətli yanaşılaraq kömək istəyir. Məhkəmə Ekspertiza Mərkəzinin və Şəki Lahiyə-Tətqiqat İdarəsinin rəylərində göstərilir ki, İddiaçı 3344.19 kv.m torpaq sahəsi göstərilmiş lakin, iddiaçının torpaq sahəsinin faktiki istifadəsində 3333.0 kv.m-dir. Yəni, 11.19 kv.m çatışmır. Digər Müstəqil Məhkəmə Ekspertizasının rəyində isə torpaq sahəsi 3344.19 kv.m təşkil edir. Amma naturada iddiaçı faktiki olaraq 0.3162 kv.m torpaq sahəsindən istifadə etmişdir. Bu rəydə itirilmiş torpaq sahəsi hesablamasına görə, 182.19 kv.m təşkil edir. Bu rəylərin hansına inansın bilmir. Həqiqətən də qərəzli qonşusu İddiaçı müəyyən miqdarda torpaq sahəsi itirmişdir. Amma onunla barışa bilmir ki, iddiaçı hansı əsasla 350 kv.m itirimişdir. Torpaq sahəsini qeyd edərək, iddianı digər qonşulara yox, məhz 35 il öncə, Aqrar islahatdan qabaq tikilmiş daş barını aşaraq onda axtarır. Əfsuslar ki, Qax rayon Məhkəməsi də, Bu sualı iddaçıya ünvanlamamışdır. Ona görə də, Qax Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(024)-49/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(024)-49/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Qax Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(024)-49/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “Cavabdeh ona məxsus Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 3344.19 kv.m torpaq sahəsinin 182 kv.m hissəsindən məcburi qaydada çıxarılması və 3344.19 kv.m torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olan hissəsində yerləşən fərdi yaşayış evinin qərb tərəfindən 1 metr eni 11 metr uzunluğu ölçüdə hissəsi və toyuq damı tikilisinin 1:1000 miqyasının sökülməsi” tələbinə dair iddiası rədd edilməlidir. İş materiallarında olan A № 181266 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli, 20 nömrəli qərarına əsasən cavabdeh İddiaçı Qax rayonu Çüdüllü kəndində 3344.19 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Seriya AZE № ******* saylı şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bayram oğlu Qax rayonu Çüdüllü kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Qax rayonu Çüdüllü kəndində qeydiyyatdadır. İş materiallarında olan 18 noyabr 2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29.2 və 60-cı maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, “İnsan Hüquqlarının və X1” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.5, 157.2, 157.4, 164.1, 165.1 və 170.2-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49.1, 84.1 və 111.1-ci maddələrinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan Hüquqlarının və X1” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli, 20 nömrəli qərarına əsasən cavabdeh İddiaçı Qax rayonu Çüdüllü kəndində 3344.19 kv.m həyətyanı torpaq sahəsi verilmiş və bu barədə A № 181266 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçı Cavabdeh ona məxsus Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 3344.19 kv.m torpaq sahəsinin 182 kv.m hissəsindən məcburi qaydada çıxarılması və 3344.19 kv.m torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olan hissəsində yerləşən fərdi yaşayış evinin qərb tərəfindən 1 metr eni 11 metr uzunluğu ölçüdə hissəsi və toyuq damı tikilisinin 1:1000 miqyasının sökülməsi barədə xahiş etmişdir. Məhkəmə hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün iddiaçının vəsatəti əsasında Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı verilmiş 3344.19 kv.m torpaq sahəsinin 350 kv.m hissəsinin Cavabdeh tərəfindən qanunsuz zəbt edilib edilməməsini və cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində qanunsuz tikililərin inşa edilib-edilməməsinin müəyyən edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə təkrar məhkəmə ekspertizası təyin etmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmışdır. "xxxx" MMC-nin ekspertləri tərəfindən ekspertiza qarşısında qoyulmuş sualları cavablandıraraq 27 avqust 2020-ci il tarixli, 291 saylı rəy vermişdir. Ekspertin rəyində İddiaçı məxsus torpaq sahəsinin şərq tərəfindən 182 kv.m hissəsini Cavabdeh faktiki olaraq istifadə etdiyi, cavabdehə məxsus fərdi yaşayış evinin qərb tərəfindən 1 metr eni, 11 metr uzunluğu ölçüdə hissəsi və orada olan toyuq damı tikilisinin iddiaçının 1:1000 miqyası, torpaq sahəsinin planı üzrə 0.3344 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, İddiaçı verilən 30.06.2009-cu il tarixdə 6435 nömrə ilə qeydiyyata alınmış A № 181266 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsi 3344.19 kv.m təşkil etdiyi, ancaq naturada iddiaçı faktiki olaraq 0.3162 ha torpaq sahəsindən istifadə etdiyi göstərilmişdir. Məhkəmə iş üzrə sübutları birbiri ilə əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası ilə Cavabdeh məxsus fərdi yaşayış evinin və toyuq damının İddiaçı adına verilmiş A № 181266 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin 182 kv.m hissəsində inşa edilməsi iş üzrə öz təsdiqini tapmışdır. Sadalanan əsaslarla iddiaçı mübahisəli torpaq sahəsi üzərindəki hüquqlarından istifadə edərək torpaq sahəsinin yuxarıda qeyd edilən 182 kv.m hissəsinə düşən tikililərin sökülməsini tələb etməkdə də haqlıdır. Məhkəmə qeyd edilən sübutlar üzrə dəyərləndirmə apararaq müəyyən edir ki, İddiaçı məxsus torpaq sahəsinin şərq tərəfindən 182 kv.m hissəsini Cavabdeh faktiki olaraq istifadə etmiş, cavabdehə məxsus fərdi yaşayış evinin qərb tərəfindən 1 metr eni, 11 metr uzunluğu ölçüdə hissəsi və orada olan toyuq damı tikilisinin iddiaçının 1:1000 miqyası, torpaq sahəsinin planı üzrə 0.3344 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bu da iddiaçının mülkiyyət hüququnu pozur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi ekspert rəyinə uyğun olaraq təmin edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ öz təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir, (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və sair), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, Cavabdeh Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı verilmiş 3344.19 kv.m torpaq sahəsinin 182 kv.m hissəsindən məcburi qaydada çıxarılmalı və 3344.19 kv.m torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olan hissəsində yerləşən fərdi yaşayış evinin qərb tərəfindən 1 metr eni 11 metr uzunluğu ölçüdə hissəsi və toyuq damı tikilisinin 1:1000 miqyası sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi iddianı təmin edərkən yalnız Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəyi əsas götürdüyündən məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı birinci instasniya məhkəməsi tərəfindən alınmış işdə olan Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 03 iyul 2020-ci il tarixli 10/832 nömrəli ekspert rəyindən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTl-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, X6 kitabında 30.06.2009-cu il tarixdə 6435 nömrə ilə qeydə alınmış A № 181266 saylı torpaq sahəsinin planı və ölçüsü əsasında Qax rayonu Çüdüllü kəndində yerləşən, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı verilmiş 3344.19 kv.m torpaq sahəsinin A № 181266 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi naturada vətəndaşın istifadə etdiyi fiziki sərhədlərinə uyğun tərtib edilməmişdir və iddiaçının texniki sənədində göstərilən torpaq sahəsinin ölçüləri 3344,19 kv.m göstərilmiş, lakin iddiaçının torpaq sahəsinin faktiki istifadəsində 3333,0 kv.m-dir. Həmin torpaq sahəsində hər hansı çatışmamaziıq yoxdur, iddiaçının adına tərtib edilmiş torpaq sahəsinin Plan və Ölçüsü sənədi naturada vətəndaşın istifadə etdiyi torpaq sahəsinə uyğun tərtib edilməmiş, konfiqurasiya fərqləri mövcud olduğuna görə həmin torpaq sahəsinin 350 kv.m hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinin qanunsuz zəbt edilib-edilməməsi mütəxəssisin səlahiyyətlərinə aid deyildir. X6 kitabında 30.06.2009-cu il tarixdə 6435 nömrə ilə qeydə alınmış A № 181266 saylı torpaq sahəsinin planı və ölçüsü əsasında Qax rayonu Çüdüllü kəndində yerləşən, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı verilmiş 3344.19 kv.m torpaq sahəsinin 350 kv.metr hissəsi iddiaçının adına tərtib edilmiş torpaq sahəsinin Planı və Ölçüsü sənədi naturada vətəndaşın istifadə etdiyi torpaq sahəsinə uyğun tərtib edilməmiş, konfiqurasiya fərqləri mövcud olduğuna görə həmin torpaq sahəsinin 350 kv.metr hissəsində Cavabdeh tərəfindən qanunsuz tikililərin inşa edildiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş və Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin verdiyi 06 aprel 2021-ci il tarixli 10/641 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTl-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, X6 kitabında 30.06.2009-cu il tarixdə 6435 nömrə ilə qeydə alınmış A № 181266 saylı torpaq sahəsinin planı və ölçüsü əsasında Qax rayonu Çüdüllü kəndində yerləşən, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı verilmiş 3344.19 kv.m torpaq sahəsinin A № 181266 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi naturada vətəndaşın istifadə etdiyi fiziki sərhədlərinə uyğun tərtib edilməmişdir və iddiaçının texniki sənədində göstərilən torpaq sahəsinin ölçüləri 3344,19 kv.m göstərilmiş, lakin iddiaçının torpaq sahəsinin faktiki istifadəsində 3333,0 kv.m-dir. Həmin torpaq sahəsində hər hansı çatışmamaziıq yoxdur, iddiaçının adına tərtib edilmiş torpaq sahəsinin Plan və Ölçüsü sənədi naturada vətəndaşın istifadə etdiyi torpaq sahəsinə uyğun tərtib edilməmiş, konfiqurasiya fərqləri mövcud olduğuna görə həmin torpaq sahəsinin 350 kv.m hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinin qanunsuz zəbt edilib-edilməməsi mütəxəssisin səlahiyyətlərinə aid deyildir. X6 kitabında 30.06.2009-cu il tarixdə 6435 nömrə ilə qeydə alınmış A № 181266 saylı torpaq sahəsinin planı və ölçüsü əsasında Qax rayonu Çüdüllü kəndində yerləşən, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı verilmiş 3344.19 kv.m torpaq sahəsinin 350 kv.metr hissəsi iddiaçının adına tərtib edilmiş torpaq sahəsinin Planı və Ölçüsü sənədi naturada vətəndaşın istifadə etdiyi torpaq sahəsinə uyğun tərtib edilməmiş, konfiqurasiya fərqləri mövcud olduğuna görə həmin torpaq sahəsinin 350 kv.metr hissəsində Cavabdeh tərəfindən qanunsuz tikililərin inşa edildiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2020-ci il tarixli, 291 saylı rəyindən görünür ki, İddiaçı məxsus 30.06.2009-cu il tarixdə 6435 nömrə ilə qeydiyyata alınmış A №-181266 saylı “Torpaq sahəsinin planı və ölçüsü” texniki sənədinin 1:1000 miqyaslı plan hissəsi əsasında naturadakı vəziyyətini əks etdirən ortofotodakı ArcMap proqramı vasitəsi ilə hazırlanmışdır. İddiaçıya məxsus torpaq sahəsinin şərq tərəfindən 182 kv.m hissəsini Cavabdeh faktiki olaraq istifadə edir. Belə ki, cavabdehə məxsus fərdi yaşayış evinin qərb tərəfindən 1 metr eni 11 metr uzunluğu ölçüdə hissəsi və orada olan toyuq damı tikilisi iddiaçının 1:1000 miqyası, torpaq sahəsinin planı üzrə 0.3344 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçı verilən 30.06.2009-cu il tarixdə 6435 nömrə ilə qeydiyyata alınmış A № 181266 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsi 3344.19 kv.m təşkil edir. Amma naturada iddiaçı faktiki olaraq 0.3162 ha torpaq sahəsindən istifadə etmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 03 iyul 2020-ci il tarixli 10/832 nömrəli ekspert rəyi ilə eyni məzmunu təşkil etmişdir. Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımovun məhkəmələrə ünvanladığı 04 iyun 2021-ci il tarixli məktubda göstərilmişdir ki, ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır, o cümlədən özəl məhkəmə ekspertizası fəaliyyətinin təşkili üzrə ardıcıl tədbirlər görülür. Bununla bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanuna əsaslı dəyişikliklər edilmiş, “Məhkəmə ekspertinin etik davranış kodeksi”, “Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin Reyestrə daxil edilməsi Qaydaları", həmçinin “Məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi Qaydaları” Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli qərarları ilə təsdiq olunmuş, digər normativ sənədlərin layihələrinə isə baxılmaqdadır. Qanunvericilikdəki yeniliklərə əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimdə iştirak etməli, müsahibədən keçməli, özəl məhkəmə eksperti şəhadətnaməsi almalı və barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil olunmalıdır. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə zəruri hazırlıq işləri görülmüş və hüquqi tənzimlənmə məsələləri tam həllini tapdıqdan sonra ölkəmizdə özəl məhkəmə ekspertizası institutunun tətbiqi mümkün olacaqdır Lakin bu iş başa çatdırılmadığı və heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən (bəzən əvvəllər əldə etdikləri məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrdən istifadə edilməklə) müxtəlif məsələlərlə bağlı özəl məhkəmə ekspertizası rəyi kimi qələmə verilən sənədlər hazırlanır və məhkəmələrə təqdim olunur. Bildirilir ki, belə sənədlərin özəl məhkəmə ekspertizası rəyi kimi qəbul olunması qanunaziddir və onlardan məhkəmə icraatı çərçivəsində istifadə olunmasına yol verilmir. Yuxarıda göstərilən ekspert rəyləri ilə cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsini istifadə etməsi və həmin torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikinti inşa edilməsi müəyyən edilməmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən və iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Qax Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(024)-49/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “Cavabdeh ona məxsus Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 3344.19 kv.m torpaq sahəsinin 182 kv.m hissəsindən məcburi qaydada çıxarılması və 3344.19 kv.m torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olan hissəsində yerləşən fərdi yaşayış evinin qərb tərəfindən 1 metr eni 11 metr uzunluğu ölçüdə hissəsi və toyuq damı tikilisinin 1:1000 miqyasının sökülməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Qax Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(024)-49/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “Cavabdeh ona məxsus Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 3344.19 kv.m torpaq sahəsinin 182 kv.m hissəsindən məcburi qaydada çıxarılması və 3344.19 kv.m torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olan hissəsində yerləşən fərdi yaşayış evinin qərb tərəfindən 1 metr eni 11 metr uzunluğu ölçüdə hissəsi və toyuq damı tikilisinin 1:1000 miqyasının sökülməsi” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar