Məhkəmə qərarları › İş №2(107)-284/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-284/2022

09.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-284/2022 09.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-492/2020 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-492/2020 saylı qətnaməsi ilə (hakim M. Qarayev) iddia tələbi təmin edilmiş, X1 miras qalmış Qax rayonu Qaşqaçay kəndində yerləşən 2 otaqlı evindən ibarət miras əmlaka vərəsəlik açılması və həmin əmlak üzərində İddiaçı miras payı tam müəyyən edilərək ona verilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X1 miras qalmış Qax rayonu Qaşqaçay kəndində yerləşən 2 otaqlı evdən onun miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(107)- 583/2021 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-492/2020 saylı qətnaməsi ləğv edilmiş, Yeni qətnamə qəbul edilmiş, iddia ərizəsi qismən təmin edilmiş, Miras qoyan X5 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən yaşayış sahəsi 40 kv.m-də ibarət 2 otaqlı fərdi yaşayış evindən X20 payına düşən 1/5 hissəsinə İddiaçı miras payı müəyyən edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(107)- 583/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(102)-5464/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(107)- 583/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, atası rəhmətə getdikdən sonra vərəsələr kimi həyat yoldaşı övladları qalmışdır. Atası vəfat etdikdən sonra o Rusiya Federasiyasına getmiş və pasport problemlərinə görə 2018-ci ilə qədər orada qalmışdır. 2018-ci ildən sonra isə o, ailəsinin əmlakı olan evin bir otağında yaşamışdır. Apelyator həmçinin qeyd etmişdir ki, atası öldükdən sonra onun vərəsələri notariat orqanına müraciət edərək mirası qəbul etməmişdir. Onun anası isə uzun müddət həmin evdə yaşamış və 1998-ci ildə rəhmətə getmişdir və faktiki olaraq özünə düşən payı qəbul etmişdir. Həmçinin həmin miras əmlakı olan ev onun atası və anasının birgə nikahı dövründə əldə olunmuşdur. Belə olan halda onun anası mirasda payı ½ hissə və ½ hissənin 1/6 hissədə olmuşdur. Lakin işi araşdıran birinci instansiya məhkəməsi anasının payını və onun ölümündən sonra vərəsələrinin mirası qəbul edib-etmədiyini araşdırmamışdır. Apelyator isə faktiki olaraq anası və atasından qalan mirası qəbul etmişdir. Belə ki, o atasının ölümündən 20-30 gün sonra Rusiya Federasiyasına getmiş və 2018-ci ilə qədər qayıtmamışdır. 2018-ci ildən etibarən isə həmin mübahisəli əmlakda yaşayır. Göründüyü kimi o əmlakdan imtina etməmişdir. Sadəcə xaricdə olduğu üçün miras payını qəbul edə bilməmişdir. Odur ki, göstərilən hallara əsasən apellyasiya şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-492/2020 saylı qətnaməsi ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq cavabdeh üçüncü şəxslər X23, X58, X44, X59, X32 və X21 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirdi ki, o 1986-cı ildə X33 ilə nikah bağlamışdır. X4 1996-cı ildə, qaynatası X15 isə 1991-ci ildə ölmüşdür. X15 öldüyü günə qədər oğlu X16 yanında qalmışdır. X4 və qaynatası X15 öləndə onların yas mərasimində Cavabdeh iştirak etməmişdir. X15 öldükdən sonra X33 evi idarə etmiş və mirası qəbul etmişdir. X33 2015-ci ildə vəfat etmişdir. X13 öldükdən sonra isə o mirası qəbul etmiş və idarə etmişdir. X7 övladları Xanım, Vaqif, Arif və Akif ataları Zəkəriyyə Yaqubov sağ içən həmin evdən çıxıb getmişlər. X8 miras qalmış, Qax rayon Qaşqaçay kəndində yerləşən 2 otaqlı evlə bağlı mərhum ərinin faktiki mirası qəbul etməsindən başqa heç bir vərəsə mirası nə faktiki, nədə notarial qaydada qəbul etməmişlər. X6 miras qalmış, Qax rayon Qaşqaçay kəndində yerləşən 2 otaqlı evdə o və X13 yaşamış, X13nun ölümündən sonra isə özü həmin evdə yaşamış və hazırdada həmin evdə yaşayır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil bildirdi ki, X45 ilə X15 arasında rəsmi nikah olmamışdır. Onların Xanım, Vaqif, Arif Akif və Afər adlı övladları olmuşdur. X45 1996-cı ildə X15 isə 1991-ci ildə ölmüşdür. X7 yanında X33 qalmış və Zəkəriyyə Yaqubov öldükdən sonra mirası oğlu Afər Yaqubov qəbul etmişdir. 2015-ci ildə Afər Yaqubov öldükdən sonra isə mirası arvadı İddiaçı qəbul etmiş və həmin evdə yaşamışdır. X7 övladları Xanım Babayeva 1968-ci ildə ərə gedib həmin evi tərk etmiş, Vaqif Yaqubov, Arif Yaqubov və Cavabdeh isə 1970-ci ildən həmin evdən çıxıb getmiş və mirası qəbul etməmişlər. Cavabdeh Zəkərriyyə oğlu mirası nə faktiki nədə ki,notariat qaydada mirası qəbul etməmişdir və həmin evdə onun heç bir hüququ yoxdur. Həmin evin yeganə varisləri İddiaçı və övladları X58, X44, X46r. İddiaçı övladlarıda məhkəmədə onlara düşən miras paydan İddiaçı xeyrinə imtina etmişlər. Odur ki, yeganə mülkiyyət üzərində hüququ İddiaçıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X32 bildirdi ki, o həmin evdən 1979-cu ildə çıxdığını və hazırda öz evində yaşayır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 bildirmişdir ki, atasından miras qalmış əmlak 2 otaqdan ibarətdir və həmin mülkin bir otağında İddiaçı digər otağı isə Cavabdeh istifadəsindədir. X24rdaşı Afər Yaqubov baxmış, Yaqub Zəkəriyyə öləndən sonra həmin mülkdən heç kim pay istəməmişdir. Arif Yaqubov 1988-ci ildən Rusiya Federasiyasına getmiş və 2018-ci ildən Rusiya Federasiyasından qayıtmışdır. Atasından qalmış mirası qardaşı Afər Yaqubov qəbul etmişdir. Həmin evdə heç bir təmir tikinti işləri aparılmayıb. Onun payına düşən miras payını Afər Yaqubonun arvadı İddiaçı bağışlayır. İddiaçı atası Yaqubov Zəkəriyyə öləndə ona yas mərasimi vermiş və həmin evdə də bu günə kimi yaşayır. X63 ayrıca evi var və hal hazırda həmin evdə yaşayır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X58 bildirmişdir ki, onun payına düşən miras payını anası İddiaçı adına keçməsinə etiraz etmir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X59 bildirmişdir ki, o hazırda Bakı şəhərində yaşayır. Lakin 30 ildir həmin evdə yaşayır. Cavabdeh həmin evdə və torpaqda əlavə heç bir tikili tikməyib. X71 birlikdə tikdiyi sanitar qovşağından və toyuq hinindən Cavabdeh istifadə edir. Cavabdeh həyətyani torpaq sahəsindən onları istifadə etməyə qoymur, yersiz mübahisələr edir. Onun payına düşən miras payını anası İddiaçı adına keçməsinə etiraz etmir. Hüququ məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 27 iyun 1988-ci ildə verilmiş Qeydiyyat Vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qaşqaçay kəndində yerləşən 1930-cu ildə inşa edilmiş, yaşayış sahəsi 40 kv.m-də ibarət 2 otaqlı fərdi yaşayış evi X9 mülkiyyətindədir. İşdə olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi AZ-İİ № 094800 saylı ölüm haqqında şəhadətnamənin təkrarından görünür ki, X17 25.03.1991-ci ildə ölmüşdür. İşdə olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi AZ-İİ № 094801 saylı ölüm haqqında şəhadətnamənin təkrarından görünür ki, X45 22.04.1996-cı ildə ölmüşdür. İşdə olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi AZ-İ № 720048 saylı ölüm haqqında şəhadətnamənin təkrarından görünür ki, Yaqubov Afər Zəkəriyə oğlu 27.06.2015-ci ildə ölmüşdür. İşdə olan İV-ЖГ № 390527 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 valideyinləri X17 və X34r. İşə əlavə edilmiş İV-ЖГ № 290890 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X36 ilə Yaqubova (Şirinova) Yetər Məmməd qızının nikahları 29 noyabr 1986-cı ildə bağlanmışdır. İşdə olan XİV-ЖГ № 465129 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X37 valideyinləri X36 və İddiaçıdır. İşdə olan XİV-ЖГ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Yaqubov Elvin Afər oğlunun valideyinləri X36 və İddiaçıdır. İşdə olan Xİİ-ЖГ № 379464 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Yaqubova (Abduyeva) Esmira Afər qızının valideyinləri X36 və İddiaçıdır. İşə əlavə edilmiş JN-201F, KOD 40311018 saylı Torpağın Mülkiyyətə Verilməsnə Dair Şəhadətnamənin surətindən görünür ki, Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi X20, İddiaçı, X25, X38 və X37 ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Qax Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(024)-673/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, JN-201F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qax rayonu Qaşqaçay kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin mərhum X18 ümumibirgə mülkiyyətində olmuş və miras qalmış 1/5 hissəsinə vərəsəlik açılması və həmin hissənin iddiaçı X38 mülkiyyətinə verilməsi qət edilmişdir.. İşə əlavə edilmiş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 08.10.2020-ci il tarixli, 392 saylı arayışdan görünür ki, X17 1991-ci ildə, X45 1996cı ildə vəfat etmiş, X26, X39, X36 (27.06.2015-ci ildə vəfat etmişdir.), Cavabdeh və X11 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 08.10.2020-ci il tarixli, 393 saylı arayışdan görünür ki, X17 1991-ci ildə vəfat etmiş, vəfat etdiyi günə kimi Qax rayonu Qaşqaçay kəndində yaşamış, mərhumun vəfat etdiyi günə kimi onunla bir ünvanda arvadı X45, X36 qalmışdır. X52 öldükdən sonra arvadı X45 22.04.1996-cı ildə ölmüş, Z.Yaqubovun miras əmlakını onunla bir ünvanda yaşayan oğlu X39 idarə etmiş, miras əmlakda yaşamayan vərəsələri-qızı X26 1969-cu ildə ərə gedərək Qax şəhərinə köçmüş, oğlu X14 rayonu Qaşqaçay kəndində ev tikərək 1978-ci ildən ailəsi ilə həmin evdə yaşayır, oğlu Cavabdeh 20.10.1988-ci ildən qeydiyyatdan çıxaraq Rusiya Federasiyasına getmiş, 2018-ci ilin 07-ci ayından Qax rayonu Qaşqaçay kəndində qeydiyyatsız yaşayır, oğlu X35 22.01.1986-cı ildən qeydiyyatdan çıxaraq Rusiya Ferderasiyasına getmiş, hal-hazırda ailəsi ilə birlikdə orada yaşayır. İşə əlavə edilmiş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi 310 saylı arayışdan görünür ki, mərhum X20 atası mərhum X17 1991-ci ildə vəfat etmiş, vəfat etdiyi günə qədər Qax rayonu Qaşqaçay kəndində yaşamış və vəfat etdiyi günə qədər onunla bir ünvanda arvadı X45 (1996-cı ildə vəfat etmişdir), oğlu X36 (2015-ci ildə vəfat etmişdir), gəlini X47, nəvələri X48, X58, X59 yaşamışlar. Zəkəriyyə Yaqubov öldükdən sonra onun miras əmlakını onunla bir ünvanda yaşayan oğlu X36 idarə etmişdir. İşdə olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonunun Qaşqaçay kəndində qeydiyyatdadır. İşdə olan Seriya AZE № 16397210 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X59 Qax rayonunun Qaşqaçay kəndində qeydiyyatdadır. İşdə olan Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X58 Qax rayonunun Qaşqaçay kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş X59 və X38 məhkəməyə tədim etdikləri ərizələrdən görünür ki, onlar babası X5 atası X27 miras qalmış Qax rayonu Qaşqaçay kəndində yerləşən evdən imtina etdiklərini və gələcəkdə həmin evlə bağlı heç bir tələb irəli sürməyəcəklərini göstərimişlər. İşə əlavə edilmiş 27.08.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş X12 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, sonuncu ona çatan qanun üzrə vərəsəlik payını qəbul etməmişdir. İş materiallarını nəzərdən keçirib, İddiaçı və Cavabdeh izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(102)-5464/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(107)- 583/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2021-ci il tarixli 2(102)-5464/2021 saylı qərarında göstərilmişdir ki,“Baxılan işdən görünür ki, mirasın kütləsini təşkil edən ev 1930-cu ildə inşa edilmişdir və mülkiyyət hüququ əsasında 27.06.1988-ci ildə Zəkəriyyə Yaqubovun adına qeydiyyata alınmışdır. Zəkəriyyə Yaqubov 1991-ci ildə vəfat etdiyinə görə məhkəmələr haqlı olaraq ondan qalan mirasın bölünməsi üçün həmin vaxtda qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarını tərbiq etmişdir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Göründüyü kimi bu norma vərəsənin qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədikdə həmin hüququ itirməsini ehtiva edir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir (Əvvəlki Mülki Məcəllənin 552-ci maddəsinin ikinci hissəsi). İşə baxmış məhkəmələr bu baxımdan işin hallarını araşdırmış və iddiaçının əri Afər Yaqubovun, atası vəfat etdikdən sonra üç ay müddətində ondan miras qalmış əmlakı qəbul etmək üçün notarial qaydada müraciət etmədiyini, lakin mirası faktiki olaraq qəbul etdiyini müəyyən etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi, mirasın tam şəkildə iddiaçının payını müəyyən edən birinci instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən, Afər Yaqubovun atasından miras qalan əmlakdan özünün payına düşən miras kütləsini faktiki qəbul etdiyini, onun payına düşən miras kütləsinin isə mirasın 1/5 hissəsi olduğunu bildirmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının iddia tələbi o vaxt tam təmin edilə bilərdi ki, onun mərhum əri atasından qalmış mirasın bütünlüklə onun tərəfindən qəbul edilməsi barədə vərəsəlik şəhadətnaməsi almış olsun və yaxud iddiaçı miras qoyanın birinci növbə vərəsəsi olsun, eyni zamanda digər vərəsələr mirası qəbul etməmiş olsun. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşmır. Hazırda qüvvədə olan Mülki Məcəllənin mirasın qəbul edilməsindən bəhs edən 1243cü maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Doğrudur ki, əvvəllki Mülki Məcəllədə bu norma məhz indiki məzmunda əksini tapmamışdı. Lakin həmin Məcəllənin 552-ci maddəsi və vərəsəlik hüququ ilə bağlı digər normalar, mirasın qismən və ya tam qəbul edilməsi kimi anlayışları müəyyən etməmiş və ya bunu ehtiva edən hüquqi məzmuna malik deyildi. Əksinə, 552-ci maddədə əksini tapmış “mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinin yol verilməzliyi” barədə müddəa, həmin Məcəllə ilə müəyyən olunmuş vərəsəlik institutunun elementləri ilə sistemli təhlil olunduqda o hüquqi nəticə törədirdi ki, miras kütləsinə daxil olan əmlakın bir hissəsini qəbul etmiş şəxs, bütün əmlakı qəbul etmiş sayılır. Məhz buna görə də “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 1979-cu il 28 sentyabr tarixli 5 №-li qərarına əlavə olunmuş 6-1 bəndində izah etmişdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən, miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, mirasın qalan hissəsinin harada yerləşməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan düşən payı qəbul etmiş hesab olunur. Çünki mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin “Afər Yaqubovun atasından miras qalan əmlakdan özünün payına düşən miras kütləsini faktiki qəbul etdiyi” barədə dəlili qanuna ziddir. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin digər vərəslərin miras paylarının müəyyən edilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etməməsinə görə onların miras əmlakı vərəsəlik qaydasında qəbul edib-etməmələrini araşdırmağa zərurət olmaması və onların paylarının açıq saxlanmasının məqsədəmüvafiqliyi barədə gəldiyi nəticəni də əsassız sayır. Çünki, mirasdan qanun üzrə vərəsəlik əsasında düşən pay, mirası qəbul etmiş vərəsələrin sayından asılı olaraq az və ya çox ola bilər. Buna görə də iddianın həlli zamanı digər vərəsələrin də mirası qəbul edib-etməməsi müəyyən edilməli, mirasın bölünməsi ilə əlaqədar tərəflərin mübahisəsinə qəti-müəyyənlik gətirilməli, gələcəkdə əlavə mübahisələrin yaranmaması üçün, işin bütün əhəmiyyətli halları müəyyən edilərək hüquqi qiymət verilməlidir. Bu məqsədlə miras qoyanın bütün birinci dərəcəli (bu vərəsələri qalmadıqda növbəlilik əsasında digər vərəsələri) işə cəlb olunmalı, mirasın bölünməsi tələbinə münasibəti müəyyən edilməli və sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Əvvəlkli Mülki Məcəllənin miras əmlakının bölünməsi adlanan 563-cü maddəsinə görə miras əmlakın bölünməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Bundan başqa, Afər Yaqubovun digər vərəsələri işə cəlb edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslardan biridir və kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Lakin istinad olunan maddi hüququ normalarının düzgün tətbiq olunması işin hallarının əlavə araşdırılmasını tələb etdiyinə görə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-492/2020 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Zəkəriyyə Yaqubov öldükdən sonra miras əmlak olan Qax rayonu Qaşqaçay kəndində yerləşən fərdi yaşayış evi oğlu Afər Yaqubov tərəfindən faktiki qəbul edilmiş, Cavabdeh (o cümlədən digər vərəslər) tərəfindən isə nə faktiki, nə də rəsmi qəbul edilmədiyindən sonuncu, miras əmlaka dair özünün qanun üzrə vərəsəlik hüququnu aradan qaldırmışdır. Zəkəriyyə Yaqubovun vərəsəsi mirası faktiki qəbul etmiş Afər Yaqubov 27.06.2015-ci il tarixdə ölmüşdür. Afər Yaqubovun ölümü 2000-ci ildən sonraya təsadüf etdiyindən onun ölümü ilə yaranmış münasibətlərə hazırda qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilmişdir. X78 miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü üçün mirasdan pay almaq hüququ onun vərəsələri olan iddiaçılar İddiaçı, Abduyeva (Yaqubova) Esmira Afər qızı, X38 və X2 (irsi transmissiya). X75 digər vərəsələri X59 və X58 məhkəməyə ərizə təqdim edərək X5 miras qalmış əmlakdan onlara düşən paydan imtina etdiklərini, həmin əmlakı faktiki qəbul etmədiklərini və gələcəkdə həmin əmlakla bağlı iddia qaldırmayacaqlarını göstərimişlər. Afər Yaqubovun digər vərəsəsi olan Abduyeva (Yaqubova) Esmira Afər qızı isə miras əmlakı qəbul etmək üçün notariat orqanına müraciət edib vərəsəlik haqqında şəhadətnamə almamış, mirası faktiki qəbul etməmişdir. Məhkəmə tərəfindən bu hal həmin vərəsənin susması və miras əmlakdan imtinası kimi qiymətləndirilməlidir. Ona görə də, X59, X58 və X28 və eləcə də Zəkəriyə Yaqubovun digər vərəsələri X22, X39, Cavabdeh Zəkəriyə oğlu və X19 miras əmlakdan imtina edilmiş payları iddiaçı tək vərəsə İddiaçı verilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. Həmçinin, bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual qanunvericiliyin tələblərini pozmuş, vərəsələrin dairəsini tam müəyyən etməmiş və onları işə cəlb etməmişdir. Bu səbəbdən də, işə yenidən baxan apellyasiya məhkəməsi Ali Məhkəmənin göstərişlərinə əsasən digər vərəsələr olan X22, X39, Yaqubov Vaqif X10, X44, X59 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir. Mülki işinin mübahisə doğurmayan gerçək vəziyyətindən bəlli olur ki, hazırada mübahisə predmeti olan mirasın kütləsini təşkil edən ev 1930-cu ildə inşa edilmişdir və mülkiyyət hüququ əsasında 27.06.1988-ci ildə Zəkəriyyə Yaqubovun adına qeydiyyata alınmışdır. Həmçinin, bu ev apellyasiya şikayətində qeyd edildiyi kimi ər və arvadın birgə mülkiyyəti olmamışdır. Çünki, tərəflər özləri etiraf edirlər ki, məlum ev Zəkəriyyə Yaqubov tərəfindən deyil, sonuncunun atası tərəfindən inşa edilmiş və sonradan həmin evdə hər hansı bir yenidən qurma işləri aparılmamışdır. Buna görə də məhkəmə kollegiyası mirasın kütləsini təşkil edən evi X52un mülkiyyəti kimi qəbul edir. Eləcədə işdə olan və Qax rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli 05/75-59/16 nömrəli məktubdan görünür ki, Qax rayonu Qeydiyyat şöbəsinin arxivində mərhum X17 ilə mərhum X29 nikahları barədə heç bir məlumat aşkar edilməmişdir. Bununla yanaşı öyrənilən işdən aydın olur ki, tərəflər X29 X9 arvadı olmasını mübahisələndirməmişlər. Bundan əlavə öyrənilən işdən həmçinin bəlli olur ki, X17 25.03.1991-ci ildə ölmüş və onun ölümündən sonra onun qanun üzrə birinci növbəli vərəsəsi kimi X45, X36, X22, X39, Cavabdeh Zəkəriyə oğlu, X35 qalmışdır. 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. MM-in 532-ci maddəsinə görə qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbəli vərəsələr sırasına daxildir. MM-in 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Göründüyü kimi bu norma vərəsənin qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədikdə həmin hüququ itirməsini ehtiva edir. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyriformal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir (Əvvəlki Mülki Məcəllənin 552-ci maddəsinin ikinci hissəsi). İşdə olan Qax rayonu İH-nin Qaşqaçay kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 21.02.2022-ci il tarixli 110 nömrəli arayışdan görünür ki, X35 33 il əvvəl Qax rayonun Qaşqaçay kəndinin qeydiyyatından çıxaraq, Rusiya Federasiyasına işləməyə getmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 isə bildirmişdir ki, atasından miras qalmış əmlak 2 otaqdan ibarətdir və həmin mülkin bir otağı İddiaçı, digər otağı isə Cavabdeh istifadəsindədir. X43 qardaşı Afər Yaqubov baxmış,Yaqubov Zəkəriyyə öləndən sonra həmin mülkdən heç kim pay istəməmiş və mirası qəbul etməmişdir. Qardaşı Cavabdeh 1988-ci ildən Rusiya Federasiyasına getmiş və 2018-ci ildə Rusiya Federasiyasından qayıtmışdır. Atasından qalmış mirası qardaşı Afər Yaqubov qəbul etmişdir. Həmin evdə heç bir təmir tikinti işləri aparılmayıb. O payına düşən miras payını əvvəldən Afər Yaqubonun arvadı İddiaçı bağışlamışdır. Çünki, İddiaçı atası Yaqubov Zəkəriyyə öləndə ona yas mərasimi vermiş və həmin evdə də bu günə kimi yaşayır. X63 isə ayrıca evi var və hal hazırda həmin evdə yaşayır. X3 özü də etiraf etmişdir ki, o həmin evdən 1979-cu ildə çıxmış və hazırda öz evində yaşayır. Yuxarıda iqtibas edilmiş MM-in 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Göründüyü kimi bu norma vərəsənin qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədikdə həmin hüququ itirməsini ehtiva edir. Göründüyü kimi, X9 ölümündən sonra onun onun qanun üzrə birinci növbəli vərəsəsi olan X22, X32, Cavabdeh Zəkəriyə oğlu, X35 miras əmlakı nə faktiki, nədə notarial qaydada qəbul etməmiş, sözügedən miras əmlak hər birinə 2/1 hissə pay olmaqla X9 digər vərəsələri arvadı X45 və oğlu X36 tərəfindən faktiki olaraq qəbul edilmişdir. X45 22.04.1996-cı il tarixdə öldükdən sonra isə miras əmlakdan İmamət Yaqubovaya çatan hissədə faktiki olaraq Afər Yaqubov tərəfindən qəbul edilmiş, 27.06.2015-ci ildə Afər Yaqubovun ölümündən sonra isə miras əmlak Afər Yaqubovun arvadı İddiaçı və uşaqları Abduyeva (Yaqubova) Esmira Afər qızı, X58 və X59 tərəfindən qəbul edilmişdir. Öz növbəsində Afər Yaqubovun vərəsələri olan Abduyeva (Yaqubova) Esmira Afər qızı, X58 və X59 onlara çatan miras paydan anaları İddiaçıını xeyrinə imtina etmişlər. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Ancaq, işdən aydın olur ki, Cavabdeh mübahisəli miras əmlakı qəbul etdiyini iddia etsədə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlar bunu tam təkzib edir, həmçinin cavabdeh də öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə olan halda, kollegiya sözügedən miras əmlakın tam olaraq iddiaçı tərəfindən qəbul edilməsi faktı ilə razılaşır. Hazırda qüvvədə olan MM-in 1133.1-ci maddəsinə əsasən Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1145-ci maddəsinə əsasən Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1146-cı maddəsinə əsasən Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-in 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: MM-in 1159.1.1-ci maddəsinə əsasən Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). MM-in 1243.1-ci maddəsinə əsasən Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. MM-in 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İşdən görünür ki, miras əmlak faktiki olaraq iddiaçı tərəfindən qəbul edilmiş və bu gün də sonuncunun istifadəsindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiyası məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Bu baxımdan da, Məhkəmə Kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki,apellyasiya şikayəti qismən əsaslı olduğundan bu həddə təmin edilməlidir. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə iclasında tədqiq olunan sübutları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-492/2020 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmaqla, iddia təmin edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq və MPM-in 372, 384, 387, 392, 393-cü maddələrini rəhbər tutaraq Qət etdi: Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-492/2020 saylı qətnaməsindən iş üzrə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-492/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı X1 miras qalmış Qax rayonu Qaşqaçay kəndində yerləşən 2 otaqlı evdən onun miras payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilsin. X1 miras qalmış Qax rayonu Qaşqaçay kəndində yerləşən 2 otaqlı evindən ibarət miras əmlak üzərində İddiaçı miras payı tam olaraq müəyyən edilsin. 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar