Məhkəmə qərarları › İş №2(107)-286/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-286/2025

27.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-286/2025 27.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: evə köçürülmə və maneələrin aradan qaldırılması tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X24 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(046)-1370/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeydiyyatda olduğu mərhum atasından miras qalmış fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, atası X18 xx.xx.2006-cı il tarixdə «kardiogen şok» səbəbindən ölmüşdür. Mərhum atası X4 ünvan 2 ünvanda yerləşən 0,1784 ha torpaq sahəsi və 2 mərtəbəli, ümumi sahəsi 177,4 m2 fərdi yaşayış evi miras qalmışdır (çıxarışın qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il). Mərhum atasının ondan başqa qanun üzrə birinci növbə vərəsəsi olan X20 xx.xx.2013-cü il tarixdə avtoqəza nəticəsində «kəllə sümüklərinin sınığı» səbəbindən ölmüşdür. Mərhumun arvadı olan Cavabdeh3, sonuncunun uşaqları Cavabdeh1, Cavabdeh2 və X19 miras evdə yaşayırlar. 2023-cü ilin avqust ayının təxminən 20- dən sonra miras evin yaşadığı hissəsinə çəkilmiş qaz xəttinə quraşdırılmış, oğlu Nuran Mikayılovun adına qeydə alınmış sayğacı Cavabdeh3 sökdürmüş və daha sonra miras evin yaşadığı hissəsinə gələn təbii qaz xəttini də bağlatdırmışdır. Miras evin yaşadığı hissəsinə gələn təbii qaz və elektrik enerjisi xəttlərini kəsməklə evdə yaşamalarına maneələr yaradan cavabdehlər onu və ailə üzvlərini söyür, təhqir edir, oğlu Nuranı şərləyib tutdurmaqla hədələyirdi. Nəticədə o, müvəqqəti olaraq kirayə evə köçməyə məcbur olmuşdur. Lakin onun və gəlininin cehiz əmlakı, sonradan aldığı ev əşyaları, məişət avadanlıqları, həmçinin geyimləri miras evdə qalmışdır. O, 12 may 2024-cü il tarixdə günün birinci yarısında qeydiyyatda olduğu evə gedərək lazım olan əşyanı götürmək istəmişdir. Həyətin küçə darvazasının açar yerinə müdaxilə olduğundan açarla darvazanı aça bilmədiyi üçün qapını döymüşdür. Darvazanı açan Cavabdeh3 onu həyətə buraxmayıb söyüb-təhqir etmişdir. Bu barədə DİN 102 qaynar xəttinə şikayət etsə də çağırışa gələn polislər heç bir tədbir görmədilər. Müxtəlif orqanlara müraciət etsə də ona mübahisənin mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Mübahisə premeti olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi mərhum atası X4 miras qalmaqla onun mülkiyyətindədir. O, mərhum atası miras evi aldıqdan sonra orada yaşamış və həmin vaxtdan da evdən istifadə hüququ əldə etmişdir. 1980-1982-ci illərdə nikahda olduğu müddət istisna olmaqla daim həmin evdə yaşamışdır. Nikahı pozulandan sonra da oğlu onunla birlikdə atasının evində yaşamış, gəlini də bu evə köçürmüşdür. Mübahisəli mənzildən savayı başqa yaşayış yeri yoxdur. Özü onkoloji xəstədir və hüquqlarının pozulması onun xəstəliyi gücləndirərək səhhətini daha da pisləşdirir.

Birinci instansiya məhkəməsində icraat

3. Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(046)-1370/2024 saylı qətnaməsi ilə (hakim Gülnaz Qurbanova) iddia təmin edilmiş, İddiaçı ünvan 3 ünvanında yerləşən 4 nömrəli evə köçürülməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir:

4. İddiaçının mərhum atası X4 ünvan 2 ünvanda yerləşən 0,1784 ha torpaq sahəsi və 2 mərtəbəli, ümumi sahəsi 177,4 m2 fərdi yaşayış evi miras qalmışdır (çıxarışın qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il). Mərhum atasının ondan başqa qanun üzrə birinci növbə vərəsəsi olan X20 xx.xx.2013-cü il tarixdə avtoqəza nəticəsində «kəllə sümüklərinin sınığı» səbəbindən ölmüşdür. Mərhumun arvadı olan Cavabdeh3, sonuncunun uşaqları Cavabdeh1, Cavabdeh2 və X19 miras evdə yaşayırlar. 2023-cü ilin avqust ayının təxminən 20-dən sonra miras evin yaşadığı hissəsinə çəkilmiş qaz xəttinə quraşdırılmış, oğlu Nuran Mikayılovun adına qeydə alınmış sayğacı Cavabdeh3 sökdürmüş və daha sonra miras evin yaşadığı hissəsinə gələn təbii qaz xəttini də bağlatdırmışdır. Miras evin yaşadığı hissəsinə gələn təbii qaz və elektrik enerjisi xəttlərini kəsməklə evdə yaşamalarına maneələr yaradan cavabdehlər onu və ailə üzvlərini söyür, təhqir edir, oğlu Nuranı şərləyib tutdurmaqla hədələyirdi. Nəticədə o, müvəqqəti olaraq kirayə evə köçməyə məcbur olmuşdur. Lakin onun və gəlininin cehiz əmlakı, sonradan aldığı ev əşyaları, məişət avadanlıqları, həmçinin geyimləri miras evdə qalmışdır. O, 12 may 2024-cü il tarixdə günün birinci yarısında qeydiyyatda olduğu evə gedərək lazım olan əşyanı götürmək istəmişdir. Həyətin küçə darvazasının açar yerinə müdaxilə olduğundan açarla darvazanı aça bilmədiyi üçün qapını döymüşdür. Darvazanı açan Cavabdeh3 onu həyətə buraxmayıb söyüb-təhqir etmişdir. Bu barədə DİN 102 qaynar xəttinə şikayət etsə də çağırışa gələn polislər heç bir tədbir görmədilər. Müxtəlif orqanlara müraciət etsə də ona mübahisənin mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:

5. İşin mübahisəsiz halıdır ki, İddiaçı cavabdehin baldızıdır. Mübahisəli ev onun mərhum atası tərəfindən xx.xx.1980-ci ildə alqı-satqı müqaviləsi əsasında alınmış və iddiaçı 1980-ci ildən ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. Yaşayış evindən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci il sentyabrın 1- dək olan dövrdə yaranmışdır. Ona görə də mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra - Mənzil Məcəlləsi) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin xx.xx.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

6. Bundan başqa iddiaçı tərəfindən təqdim olunmuş Qanun üzrə Vərəsəlik hüququ haqqında 23 avqust 2012-ci il tarixli şəhadətnamədən, Göyçay rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 89 saylı X6 Dairə Seçki Komissiyasının 12 avqust 2024-cü il tarixli məktubundan, Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2015-ci il tarixli müqavilədən, Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair 28/02303 saylı, xx.xx.2015-ci il tarixli aktın surətindən müəyyən olunur ki, İddiaçı mübahisəli evdə yaşamışdır və həmin evdən istifadə hüququ davam edir. Cavabdeh sözügedən sənədlərin saxta olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

7. Göyçay rayon Qeydiyyat Şöbəsinin 18 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, X7 ilə İddiaçı arasında nikah xx.xx.1980-ci ildə Göyçay rayon Qeydiyyat Şöbəsində qeydə alınmış, boşanmaları xx.xx.1984-cü ildə Göyçay rayon Qeydiyyat Şöbəsində 05 saylı akt qeydinə əsasən qeydə alınmışdır.

8. xx.xx.1980-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 4 nomrəli ev X18 tərəfindən alınmışdır.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 09 avqust 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Göyçay şəhəri, H.Əliyev prospekti, dalan 2, ev 4, yeni qaydalarla Az 2300 Göyçay şəhəri, Nigar Rəfibəyli küçəsi 38 saylı ev Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(107)-766/2022 nömrəli qətnaməsi ilə yeni qətnamənin qəbul edilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinion 06 mart 2023-cü il tarixli 2(102)-254/2023 nömrəli qətnaməsi ilə Şəki Apellyasiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(107)-766/2022 nömrəli qətnaməsi qüvvədə saxlanılmışdır. Yeni qətnamənin qəbul edilməsi barədə qərar qəbul edildiyi, mülki iş üzrə icra vərəqəsinin verilməsinin qanunla nəzərdə tutulmadığı bildirilmiş, sözügedən əsaslar üzrə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğvi ilə bağlı müvafiq tədbirlər görülmüşdür.

11. Göyçay Rayon Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli 3(046) -583/2015 saylı inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının İXM-nin 38-1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat inzibati cərimə edilmişdir.

12. X14 xx.xx.2023-cü il tarixli maqnit rezonans Tomoqrafiyasından (MRT) görünür ki, pasient Cavabdeh3 sol süd vəz ölçülərinin 60 faiz kiçilməsi və bayır yarı üzrə deformasiyası izlənir. Sol süd vəz bayır-yuxarı kvadrant üzrə dəri-dərialtı toxumaların retraksiyalı deformasiyaları ilə yanaşı pataloji kontrast tutulmaları qeyd edilir (residiv Cr patalogiyası). Sol süd vəz dərin parenxim sahələri, retromammar toxumaları, döş qəfəsi ön divar torakal fassiya və torakal əzləni infazə edən, 47-28-37 mm ümumi ölçülü lobilə xarakterli, çevirəsi boyu radial limfangit retraksiyaları yaradan, patoloji kontrast tutulumlu konqlomerat kütlə izlənir (residiv Cr patalogiyası)

13. Quraşdırılan,dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair 28/02303 saylı, xx.xx.2015-ci il tarixli aktın surətindən görünür ki, Gpyçay şəhəri. Əzizbəyov küçəsində yerləşən dalan 2, 4 saylı evə quraşdırılmış su sayçaı İddiaçı iştirakı ilə texniki şərtlər əsasında yoxlanılaraq istismara verilmişdir.

14. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, "xxxx" ASC-nin “Göyçay Sukanal” TSC ilə İddiaçı arasında “Sudan istifadə qaydaları”na uyğun müqavilə bağlanmışdır.

15. Cavabdeh3 Ağsu X31ı İdarəsinin Göyçay xidmət Sahəsinə ünvanladığı ərizədən görünür ki, Cavabdeh3 adına olan qaz sayğacının ləğvinə kömək göstərilməsini və qazın verilməsinin dayandırılmasını xahiş etmişdir.

16. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 89 saylı X6 Dairə Seçki Komissiyasının 12 avqust 2024-cü il tarixli 18 saylı məktubundan görünür ki, İddiaçı 2006-cı il tarixdən bu vaxtadək seçici kimi 89 saylı X6 Göyçay şəhəri, R.Rza küçəsi 122 ünvanındakı X11 Tipli Gimnaziyanın binasında yerləşən 4 saylı seçki məntəqəsində seçicilər siyahısında ünvan 7 ünvanında qeydiyyatda olmuşdur.

17. "xxxx" MMC-nin X23 Göyçay Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, mərhum X18 vəfat etdikdən sonra istifadəsində olmuş ******* saylı telefon xx.xx.2008-ci il tarixdə nəvəsi X5 adına keçirilmişdir. xx.xx.2015-ci il tarixədək X15 tərəfindən rabitə xidmətləri haqqı vaxtı-vaxtında ödənilmiş və xx.xx.2015-ci il tarixdə addan çıxarılmışdır.

18. Göyçay rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh3 ilə bağlı müraciətinə baxılmış, İddiaçı tələb mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

19. Göyçay rayon Bələdiyyəsinin 14 iyul 2022-ci il tarixli arayışından görünür ki, ünvan 8 ünvanda X18 vəfat etdikdən sonra Bələdiyyənin torpaq və əmlak vergisini qızı 2006-cı ildə İddiaçı tərəfindən, 2020-2022-ci illərdə isə X8 (İddiaçı oğlu) nəvəsi X15 tərəfindən ödənilmişdir.

20. Göyçay rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən ünvan 9 ünvanda qeydiyyatdadır.

21. Qanun üzrə Vərəsəlik hüququ haqqında 23 avqust 2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 04 iyul 2006-cı il tarixdə vəfat etmiş X8 vərəsələri, bunlardan ünvan 10 ünvanında yaşayan qızı İddiaçıdır və miras əmlakdan göstərilən hissədə irs almalıdır.

22. Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-857/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ünvan 11 ünvanda yerləşən miras əmlaka, torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi üçün zəruri inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh3 tərəfindən yaradılan manelərin aradan qaldırılması barədə tələbi təmin edilmiş, ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsi üçün ƏMDK-nın yanında DƏDRXnın 16 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçü və digər işlərin aparılmasına maneə törədilməsi Cavabdeh3 qadağan edilmişdir.

23. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-221/2020 saylı qətnaməsinin surətindən görünür ki, X15 özünə məxsus ünvan 12 ünvanda «Azəriqaz» X17 X31 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən ona hesablanmış 302.40 manat cərimənin və yeni qaz sayğacına görə ödənilmiş 93 manat pulun silinməsi barədə qətnamə edilməsini xahiş etmiş, iddia tələbi qismən təmin edilərək, "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən X5 abonent koduna hesablanmış 302.40 manat məbləğində borc və yeni quraşdırılmış sayğaca görə 93 manat məbləğində pul silinmişdir.

24. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-368/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, mərhum X4 miras qalmış ünvan 14 ünvanda yerləşən 0,1784 ha torpaq sahəsi və 2 mərtəbəli, ümumi sahəsi 177,4 m2 olan fərdi yaşayış evinin İddiaçı və Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və X19 tərəfindən qəbul edilməsi müəyyən edilmiş, həmin miras əmlakın 1/2 hissəsinə İddiaçı, 1/8 hissəsinə Cavabdeh3, 1/8 hissəsinə Cavabdeh1, 1/8 hissəsinə Cavabdeh2 və 1/8 hissəsinə X9 vərəsəlik hüquqları tanınmışdır.

25. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)- 766/2024 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 2(046)-368/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2 (102)-254/2023 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 766/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 20 sentyabr 2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2023-cü il 23 fevral tarixli 2(102)-254/2023 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi rədd edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

28. Cavabdeh3 apellyаsiyа şikаyətini belə əsaslandırmışdır ki, hazırki mübahisənin faktiki halı ondan ibarətdir ki, 26 noyabr 2020-ci il tarixli 2026 saylı arayışa əsasən, X18 ilə X16 arasında nikah 15 mart 1958-ci il tarixdə Göyçayrayon VVAQ şöbəsində 40 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir. Onların birgə nikahlarındanxx.xx.1956-cı il tarixdə İddiaçı və xx.xx.1958-ci iltarixdə X1 şəhərində anadan olmuşlar. X18 ilə X10 arasında mövcud olmuş nikah xx.xx.1980-ci il tarixdə pozulmuşdur.

29. Hazırda mübahisə predmeti olan fərdi yaşayış evi xx.xx.1980-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Göyçay şəhəri, Nigar Rəfbəyli küçəsi(əvvəl Əzizbəyov) dalan 2, ünvanında-yerləşən 4 nömrəli ev X18 tərəfindən alınmışdır.

30. Alqı-satqı müqaviləsi bağlandıqdan bir ay keçməmiş, 20 fevral 1980-ci ildə hazırki iş üzrə İddiaçı MikayılovNizami İsmayıl oğlu ilə rəsmi qaydada ailə quraraq yaşayış evini daimi olaraq tərk etmişdir.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanun analogiyası).

32. Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinəəsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

33. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

34. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

35. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

36. Avropa İnsan Hüquqları Məhkəməsinin O.ROUK Birləşmiş Krallığa qarşı işində ərizənin qəbu edilənliyi barədə qərarında (ərizə №46934/99, Avropa İnsan Hüquqları Məhkəməsinin 2000-X) və X3rşı iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddəsində nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir.

37. Avropa İnsan Hüquqları Məhkəməsi yuxarıda adı çəkilən Gillounun işinə dair qərarında xatırlatmışdır ki, Gillounun işində ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həminevdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/3 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4cü abzaslar)».

38. Avropa İnsan Hüquqları Məhkəməsinin O.ROUK Birləşmiş Krallığa qarşı işindəqəbul etdiyi qərara münasibətdə hazırki iş üzrə iddiaçı olan İddiaçı hərəkətlərində mübahisəli evlə bağlılığını sübut edəcək heç bir hal mövcud deyildir.

39. Göründüyü kimi hazırki iş üzrə iddiaçı olan İddiaçıümumiyyətlə həmin evdə yaşamamış, bu səbəbdən də, onun həmin evdən istifadə hüququ itirilmişdir.

40. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi yalnız iki haldan biri mövcud olduqda: birincisi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində vədigər qanunvericilik aktlarında göstərilən əsaslarla, yəni şəxs daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya daimi yaşamaq üçün həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə və ikincisi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda mümkündür.

41. Hansı ki, tərəflər arasında olan əvvəlki məhkəmə mübahisələri zamanı qanuni qüvvəsini almış məhkəmə qərarları ilə (Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-766/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsi ilə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(102)-254/2023 nömrəli qərarı) müəyyən edilmişdir ki, İddiaçı mirası faktiki olaraq qəbul etməsi, ona sahiblik etməsinə dair məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir. Həmçinin, iş materiallarından da göründüyü kimi su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə, quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair akt X20 ilə bağlanmışdır. Həmçinin sərf olunmuş təbii qaz, elektrik enerjisi, telefon danışıqlarına görə edilən ödənişlərin qəbzlərdə ödəyici kimi Cavabdeh3 adı qeyd edilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi Göyçay Rayon Məhkəməsinin2(046)-857/2019 saylı, 23 may 2019-cu il tarixli qanuni qüvvəsini almış qətnaməsinə istinad etmişdir. Lakin kollegiya qeyd edir ki, müvafiq qətnamə hazırki mülki iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Göyçay Rayon Məhkəməsinin2(046)- 857/2019 saylı, 23 may 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh3qarşı inventarlaşdırma işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. Lakin maneələrin aradan qaldılmasına dair iddia ərizəsinin təmin edilməsinin hazırki işlə heç bir əlaqəsi yoxdur. Belə ki, iddiaçı həmin iddia ilə məhkəməyə müraciət edərkən o, artıq mirası qəbul etmək üçün Mülki Məcəllədə nəzərdə tutulmuş müddəti ötürmüşdür.

42. Kollegiyanın diqqətinə onu da çatdırmaq istəyir ki, şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib göstərmədiyidir. Bu mənada kollegiya hesab edir ki, iddiaçının ailə qurub ər evinə gəlin köçərkən ata (ana) evinə geri qayıtmaq niyyətində olduğu inandırcı deyildir, ara-sıra həmin mənzilə gəlib- getməsi isə yaşayış sahəsi ilə bağlılıq kimi deyil, valideyn-övlad bağlılığı olaraq qiymətləndirilməlidir. Bu baxımdan kollegiyanın qənaətinə görə, göstərilən meyarlar nəzərə alındığında iddiaçı mübahisəli mənzildən 1980-ci ildə daimi yaşamaq üçün ər evinə ailə üzvü kimi köçüb getmişdir və həmin mənzilə ara-sıra gəlib-getməsi köçüb getdikləri vaxtdan itirilmiş hesab olunan istifadə hüququnun bərpasına əsas verə bilməz.

43. Bundan başqa onu da kollegiyanın diqqətinə çatdırmaq istəyir ki, iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etməkdə məqsədi həmin mənzilə köçüb yaşamaq yox, həmin mənzilin hazırki mülkiyyətçilərinin hüquqlarının məhdudlaşdınlmas ilə bağlıdır. Çünki, İddiaçı artıq uzun müddətdir ki, həmin evdə yaşamamış, özünə daimi yaşamaq üçün başqa yer seçmiş, bununla da, istifadə hüququnu itirmişdir. Göründüyü kimi iddiaçının məqsədi həmin mənzilə köçüb orada yaşamaq deyil, mənzilin mülkiyyətçilərinin hüquqlarını məhdudlaşdırmaqdır.

44. Bir məsələni də, diqqətə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsinin hazırki iddia tələbini təmin edərkən istinad etdiyi “Qanun üzrə Vərəsəlik hüququ haqqında 23 avqust 2012-ci il tarixli şəhadətnamə, Göyçay rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 89 saylı X6 Dairə Seçki Komissiyasının 12 avqust 2024-cü il tarixli məktubu, Su təchizatıvə tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2015-ci il tarixli müqavilə, Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair 28/02303 saylı, xx.xx.2015-ci il tarixli aktı” hazırki iddianın təmin edilməsi üçün əsas sayıla bilməz.

45. Belə ki, həmin sənədlərə Şəki Apellyasiya MəhkəməsininMülki Kollegiyasının 2(107)-766/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş və həmin sənədlərdə olan məlumatların həqiqiliyi təsdiqini tapmamışdır.

46. Eyni zamanda Göyçay rayon Bələdiyyəsinin 14 iyul 2022-ci il tarixli arayışı da, saxta əsaslarla verilmişdir. Belə ki, əgər həmin ödənişlər həqiqətən də, 2006-cı ildə İddiaçı, 2020- 2022-ci illərdə isə X8 (İddiaçıoğlu) nəvəsi X15 tərəfindən ödənilmiş olsa idi, həmin ödənişləri təsdiq edən müvafiq qəbzlər məhkəməyə təqdim edilərdi. Eyni zamanda əgər İddiaçı mübahisəli evdə yaşadığın və istifadə hüququnun olduğunu iddia edirsə nəyə görə (guya) 2020-2022-ci illərdə bələdiyyə vergilərini oğlu-X15 ödəyirdi? Nəyə görə öz adına ödəmirdi.

47. Həmçinin əgər həmin sənədlər qanuni və əsaslı olsa idi, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılan Ş əki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 766/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsində həmin xüsusatlar nəzərə alınardı.

48. Birinci instansiya məhkəməsi isə həmin hallarla bağlı heç bir araşdırma aparmamış, formal mülahizələrə əsaslanmaqla qərar qəbul etmişdir.

49. Odur ki, Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(046)- 1370/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

50. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da eyni məzmunlu apellyasiya şikayəti verərək Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(046)- 1370/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

52. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətlərinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(046)-1370/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər.

53. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

54. İddiaçı və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə iddiaçı X13 iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

55. Azərbaycan Respublikası Konstitusiyası: 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43.İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

56. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 123.İ hissə - Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

57. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 158.3-ci maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarı;

58. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

59. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam olaraq mübahisələndirir. Göyçay Rayon Məhkəməsinin 2(046)-1370/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

61. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

62. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(046)-1370/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(046)- 1370/2024 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

64. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

65. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

67. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

68. Kollegiya qeyd edir ki, yaşayış evindən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək olan dövrdə yarandığından hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi deyil, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Kollegiya hazırki qətnamədə maddi hüquq normalarının pozuntusuna yol verilmədiyi qənaətinə gəlir.

69. Bundan başqa, kollegiya qeyd edir ki, mübahisəli fərdi yaşayış ev iddiaçının mərhum atasından qalan miras əmlakdır. Həmin evə iddiaçının yuxarıda qeyd edildiyi kimi hazırda nəinki istifadə hüququ vardır, hətta iddiaçı vərəsə kimi miras əmlakdan müvafiq paya nail olaraq, nəticə etibarı ilə payına uyğun mülkiyyət hüququ əldə edib, gələcəkdə həmin evin bir hissəsinin mülkiyyətçisi kimi çıxış etmək hüququ vardır.

69. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

70. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(046)-1370/2024 saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(046)-1370/2024 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar