Məhkəmə qərarları › İş №2(107)-287/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-287/2020

08.01.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-287/2020 08.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əfəndizadə Həmdiyyə Natiq oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X7 və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(054)- 344/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işəaçıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.Süleymanov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 qarşı 599,45 kv.metr həyətyanı torpaq sahəsinə dair X4 adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli A 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz şəhərində yerləşən 599,45 kv.metr həyətyanı torpaq sahəsinə dair X4 adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli A 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Oğuz rayon X3 xx xxxxxx 1998-ci il tarixli 75 nömrəli qərarına əsasən JN 292A (KOD 40501004) nömrəli və JN 292B (KOD 40501004) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrlə 0,02 hektar və 0,10 hektar həyətaynı torpaq sahələri X7 və onun ailə üzvlərinin, həmçinin özünün mülkiyyətinə verilmişdir. Həmin sənədlərdə o özü də torpaq sahələrinin paylı mülkiyyətçilərindən biri kimi qeyd edilmişdir. Oğuz rayon X3 qeyd olunan qərarı əsasında sonradan 599,45 kv.metr həyətyanı torpaq sahəsinə dair X4 adına xx.xx.2012-ci il tarixli A-389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. X7 həmin torpaq sahəsinə dair hüququ xx xxxx 1993-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən Oğuz şəhəri S.Vurğun küçəsi, 13 ünvanında 600 kv.metr torpaq sahəsində yerləşən evi satın alarkən əldə etdiyini iddia edir. Halbuki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2-1(84)-717/2016 nömrəli qanuni qüvvəyə minmiş qərardadında qeyd edilmişdir ki, həmin torpaq sahəsində heç vaxt yaşayış evi mövcud olmamışdır. Həqiqətən də, mübahisəli torpaq sahəsində heç vaxt yaşayış evi mövcud olmamışdır. DVJ baza məlumatlarında 4220 B nömrəli torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Əgər 599,45 kv.metr torpaq sahəsində yaşayış evi mövcud olmamışdırsa, X7 həmin torpaq sahəsinin hüquqi sahibi də ola bilməz. X4 alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, sonradan sökülmüş və yerində onun özü tərəfindən inşa edilmiş yeni ev JN 292A (KOD 40501004) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən torpaq sahəsində yerləşir. X7 599,45 kv.metr həyətyanı torpaq sahəsinə dair öz adına hüquq müəyyənedici sənədi qanunsuz olaraq əldə etmişdir. Qeyd etdiyi əsaslara görə o, Oğuz şəhərində yerləşən 599,45 kv.metr həyətyanı torpaq sahəsinə dair X4 adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli A 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsini tələb edir. Ona görə də o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, həmin tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi X6 iddia tələbinə etiraz etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, hazırkı iddianın predmetinə aid olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən həyətyanı torpaq sahəsində yerləşən evi arvadı X7 xx xxxx 1993-cü il tarixdə rəsmi alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Qeyd olunan evin yerləşdiyi 0,06 hektar torpaq sahəsi islahat zamanı X3 müvafiq qərarı ilə X4 mülkiyyətinə verilmişdir. Sonradan həmin həyətyanı torpaq sahəsinə dair X4 adına xx.xx.2012-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanmışdır. X7 həmin evə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair öz adına mülkiyyət hüququnu tanıyan sənəd almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin onun müraciətinə cavab olaraq bildirilmişdir ki, həmin ünvanda adı çəkilən idarənin əməkdaşları tərəfindən daşınmaz əmlakın müayinəsi və müvafiq texniki inventarlaşdırma işlərinin aparılmasına dəfələrlə təşəbbüs göstərilsə də, iddiaçı tərəfindən buna imkan verilməmişdir. Bundan sonra, X7 həyətyanı torpaq sahəsinə dair mülkiyyət sənədi verilməsi öhdəliyinin müvafiq orqanın üzərinə qoyulması tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(084)-984/2018 nömrəli qərarı ilə mübahisə predmetinə aid olan, xx.xx.2012-ci il tarixli A 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 599,45 kv.metr həyətyanı torpaq sahəsi üzərində X4 mülkiyyət hüquqlarının torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına görə dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. xx.xx.2012-ci il tarixli A 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi qanunvericiyiyin tələblərinə tam şəkildə əməl olunmaqla tərtib edilmişdir. Həmin sənədin ləğv edilməsi üçün hər hansı əsas yoxdur. İddiaçı qeyd olunan həyətyanı torpaq sahəsinə X4 öz adına mülkiyyət hüququnu tanıyan sənəd almasına mane olmaq üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən iddiaçının hazırkı iddia tələbini əsassız hesab etmiş və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 da iddia tələbinə etiraz etdiyini bildirmiş və nümayəndəsinin izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə iddiaçının hazırkı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(054)-344/2019 nömrəli qətnaməsindən İddiaçı apelyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Oğuz Rayon Məhkəməsinin qeyd edilən qətnaməsini qanunsuz və əsassız hesab edir. Məhkəmə tərəfindən sözügedən qətnamə çıxarılarkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə Laura Musayevaya sual vermir ki, onun aldığı ev 0,06 ha torpaq sahəsində yerləşirsə, niyə 0,02 ha torpaq sahəsində yerləşən, İddiaçı (yəni özünün) şəxsi vəsaiti hesabına tikilmiş evlə qonşu olan evə baxış keçirən ekspertin saxta rəyini mötəbər sayan məhkəmələr həmin ekspertə 0,06 ha torpaq sahəsində yerləşən, mövcud olmayan evə baxış keçirməyə göstəriş verməyib? Üçüncü şəxs Laura Musayevada olan plan və ölçü sənədi saxtadır. “xxxxxxxxxx” MMC-nin ekspertləri rəy verərkən H.Əliyev küçəsi, 49 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməmiş hissəsinə baxıb, sökülmüş hissəsinə smeta dəyəri çıxarmışlar. Deməli, Oğuz şəhəri H.Əliyev küçəsi, 49 ünvanında yerləşən evin sökülməmiş hissəsi mövcuddur və həmin evə aid torpaq sahəsinin yerini tapmaq çox asandır. Buna görə də DƏDRX-nin işçiləri tərəfindən yerində baxış keçirilərək, L.Musyevada olan plan və ölçü sənədindəki torpaq sahəsinin koordinatlarının düzgün vurulub-vurulmadığı yoxlanılmalıdır. Bundan başqa, Oğuz Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 2(054)-113/2014 nömrəli qətnaməsinə əsasən, Oğuz şəhəri H.Əliyev küçəsi, 49 ünvanında yerləşmiş, sökülmüş evin yerində İddiaçı şəxsi vəsaiti hesabına tikilmiş yaşayış evi mövcud olmalıdır... Hesab edir ki, apelyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçıapelyasiya şikayətinin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(054)-344/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X7 və onun nümayəndəsi X6 apelyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(054)-344/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(054)-344/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018ci il tarixli 2-1(084)-984/2018 nömrəli qanuni qüvvəyə minmiş qərarından müəyyən edilir ki, hazırkı iş üzrə mübahisə predmetinə aid olan, xx.xx.2012-ci il tarixli A 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 599,45 kv.metr həyətyanı torpaq sahəsi üzərində X4 mülkiyyət hüquqlarının torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına görə dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Oğuz şəhərində yerləşən 599,45 kv.metr həyətyanı torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixli, A 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi X4 adına qanunsuz olaraq tərtib edilmişdir. İddiaçı öz iddia tələblərinin əsası kimi mübahisə predmetinə aid olan torpaq sahəsində heç vaxt yaşayış evinin mövcud olmadığını, DVJ baza məlumatlarında həmin torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi göstərildiyini, torpaq sahəsində yaşayış evi mövcud olmadığı halda həmin yerin X3 qərarı əsasında X5 həyətyanı torpaq sahəsi kimi verilməsinin də qanunsuz olduğunu qeyd etmişdir. Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 isə iddia tələbinə etirazlarının əsası olaraq xx.xx.2012-ci il tarixli, A 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin qanuni əsaslarla tərtib edilməsinə, 599,45 kv.metr həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin müvafiq inzibati orqanın üzərinə qoyulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasına istinad etmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının üçüncü şəxs X4 adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli, A 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə işin mübahisəsiz halları olaraq müəyyən edilmişdir ki, X1 şəhəri ərazisində 0,06 hektar torpaq sahəsində yerləşən evi xx xxxx 1993-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satın almışdır. Qeyd olunan evin yerləşdiyi 0,06 hektar torpaq sahəsi islahat zamanı X3 müvafiq qərarı ilə X4 mülkiyyətinə verilmişdir. 0,06 hektar torpaq sahəsinə (599,45 kv.metr) dair X4 adına xx.xx.2012-ci il tarixli A 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırkı iş üzrə mübahisə predmetinə aid olan xx.xx.2012-ci il tarixli A 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 599,45 kv.metr həyətyanı torpaq sahəsi üzərində X4 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması faktı iş materiallarına əlavə edilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş və həmin qətnamə ilə qeyd olunan torpaq sahəsinin hüquqi statusuna qiymət verilmişdir. Məhkəmə kollegiyası iddiaçının mübahisəli torpaq sahəsində heç vaxt yaşayış evi mövcud olmadığı, DVJ baza məlumatlarında 4220 B nömrəli torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi göstərildiyi, torpaq sahəsində yaşayış evi mövcud olmadığı halda həmin torpaq sahəsinin X5 X3 qərarı əsasında verilə bilməyəcəyi barədə izahatında göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, bu xüsusatlar X4 adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli A 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin mübahisələndirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Digər tərəfdən, İddiaçı mübahisəli 599,45 kv.metr həyətyanı torpaq sahəsinə dair X4 adına xx.xx.2012-ci il tarixli A 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsinin və həmin torpaq sahəsinin L.Musayevanın mülkiyyəti kimi qəbul olunmasının (tanınmasının) onun hansı hüququnu və necə pozduğunu əsaslandırmamışdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçının inşa etdiyi ev “Torpağın mülkiyyətə verilməsinə dair” JN 292A (KOD 40501004) nömrəli şəhadətnamənin aid olduğu 0,02 ha torpaq sahəsinin hüdudlarında (sərhədləri daxilində) yerləşir. Ona görə də hazırkı iddia tələbinin irəli sürülməsinin iddiaçının hansı hüquqi marağına xidmət etməsi aydın deyildir. Bundan əlavə, iddiaçı mübahisəli torpaq sahəsinin bələdiyyəyə məxsus olmasını və üçüncü şəxsin mülkiyyətinə qanunsuz olaraq sənədləşdirilməsini iddia edir. Belə olduğu halda da həmin məsələni bələdiyyə mübahisələndirə bilər, iddiaçının isə buna subyektiv hüququ yoxdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin İddiaçı iddiasının təmin edilməməsinə dair qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri isə qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(054)-344/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(054)-344/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar