Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-287/2025 10.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, qüvvə) X14 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(016)-1023/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. "xxxx" İKB ASC (Yelo Bank) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh1 məxsus Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15-ci döngə ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evinə Ağsu Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli, 2(016)-783/2016 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 25 aprel 2024- cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-34-13/2-2-112/2024 №-li 21 may 2024-cü il tarixli arayışından göründüyü ki, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15-ci döngə ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayırlar.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15-ci döngə ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evindən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC (Yelo Bank) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh1 məxsus Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15-ci döngə ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evinə Ağsu Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli, 2(016)- 783/2016 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 25 aprel 2024- cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-34-13/2-2- 112/2024 №-li 21 may 2024-cü il tarixli arayışından göründüyü kimi, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15-ci döngə ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 6-G-2-0-1152-14(1) saylı xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Bank Borc alana 36 ay müddətinə, illik faiz dərəcəsi 24% olmaqla 22000 manat məbləğində kredit vermişdir. Müqavilə üzrə Borc alanın Bank qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 6- G-2-0-1152-14 saylı İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş pul öhdəliyi Borc alan tərəfindən Kredit müqaviləsində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, Bankın Borc alana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsası müəyyən edilmişdir. Bank tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(016)-783/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Sonradan məhkəmə qərarının icrası istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində cavabdehin mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi Hərracın yekunları üzrə protokol və əmlakın alqısatqısı müqaviləsinə əsasən ipoteka saxlayan İddiaçı ASC-yə təklif edilərək, açıq hərracda əldə edilmiş və bu haqda mülkiyyət hüququna dair xx.xx.2024-cü il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Lakin sözügedən mənzil hal-hazırda mülkiyyətçi İddiaçı ASC-nin sahibliyində və nəzarətində deyil və həmin mənzil cavabdeh və digər üçüncü şəxslər tərəfindən heç bir qanuni əsas olmadan istismar edilir, iddiaçının cavabdehlərə dəfələrlə müraciət edilməsinə baxmayaraq, əmlakı faktiki idarə edən şəxslər əmlakı qanuni sahibinə təhvil verməkdən boyun qaçırmışdır. Bu da öz növbəsində iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Əmlaka dair mülkiyyət hüququnun İddiaçı ASC-yə məxsus olmasını nəzərə alaraq hesab edirlər ki, iddiaçının əmlaka faktiki sahiblik etmək və sərəncam vermə hüquqları təmin edilməsi məqsədi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən məcburi qaydada çıxarılmalı və həmin əmlak boşaldılaraq iddiaçıya təhvil verilməlidir. İddiaçı ASC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
5. Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(016)-1023/2024 nömrəli qətnaməsi ilə (hakim B.Qasımov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15-ci döngə ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış mənzilindən çıxarılması, həmin mənzil boşaldılması və "xxxx" ASC-yə təhvil verilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 149.2, 178.1, 203.1, maddələrinə, “İpoteka haqqında” Qanunun 59.3.1, 59.3.2 və 54-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
7. Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-34-13/2-2-112/2024 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında hal-hazırda qeydiyyatda olanlar barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. Əlavə olaraq qeyd edilmişdir ki, ünvan 2 ünvanında hal-hazırda aşağıda adları qeyd olunanlar yaşayırlar: Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, X4 və X5.
8. Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(016)-783/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" X3 cavabdehlər Cavabdeh1 və X6 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə və borcun ipoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edilərək, "xxxx" İnvestisiya X1 Əhmədov arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6-G-2-0-1152-14(1) saylı kredit müqaviləsi üzrə 5055 manat məbləğində cərimə 500 manat məbləğinədək azaldılmış, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 6-G-2-0-1152-14(1) saylı kredit müqaviləsi üzrə banka 16852 manat əsas borc, 3851 manat faiz borcu, 500 manat cərimə borcu, ümumilikdə 21203 manat borcu "xxxx" X3 hesabına tutulması, tutma AR Daşınmaz Əmlakın Dövlət reyestr xidmətinin Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Cavabdeh1 məxsus Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15- ci döngədə mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 159,2 kv.m yaşayış, 122,6 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit məbləğinin ödənilməsi üçün "xxxx" X3 hesabına ödənilməsi qət edilmişdir.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın **********42-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyət İddiaçı ASC-nin mülkiyyətinə keçirilmişdir.
10. Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mübahisəli mənzilin mülkiyyətçisi o olmuşdur, digərləri isə ailə üzvləridir, odur ki, hazırkı iş üzrə əsas cavabdeh odur. Qətnamədə göstərilən cavabdeh kimi məhkəmə iclaslarının vaxtı və yeri barəsində xəbərdarlıq edilsə də iclaslarda iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barəsində məlumat verməməyinə görə məhkəmə işə baxılmasını düzgün olmayaraq mümkün hesab edərək iştirakı olmadan baxılıb qətnamə çıxarılmışdır. Belə ki, o özü məhkəmənin ilk hazırlıq iclasında iştirak etmişdir. Sonrakı iclasda iştirak edə bilməməsi barədə rəsmi olaraq məhkəməyə məlumat vermişdir. Sonuncu iclasda isə xəstə olduğu üçün iştirak edə bilməmişdir. Odur ki, məhkəmə çox həssas iş olan bütün ailə üzvlərini evdən çıxarılması məsələsinə həssas yanaşmalı idi və heç olmasa sonuncu dəfə iclası təxirə almalı idi. Belə ki, o iddiaçı ilə həm də danışıqlar aparır və artıq razılığa gəlmişdir ki, 2025-ci ilin yanvar ayının sonunadək ödənişi etməklə evi özü alacaq. Məhkəmə işə həssaslıqla yanaşmadan və təkrar işi təxirə salmadan tələsik qərar qəbul etmişdir. Odur ki, məhkəmənin qətnaməsi ilə razılaşa bilməz. İş barışıq sazişi ilə nəticələnmək üzrədir.
12. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(016)- 1023/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Tərəflər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 148.2-ci və 149.2-ci maddələrinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
16. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
22. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. Cavabdeh1 Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(016)- 1023/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən Cavabdeh1 aid hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
25. Cavabdeh1 apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
26. Belə ki, Cavabdeh1 şikayətində məhkəmə baxışının onun iştirakı olmadan keçirilərək qətnamə qəbul edildiyini qeyd etsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi onun iştirakı olmadan baxılmasında hər hansı prosessual pozuntuya yol verməmişdir. İş materiallarında olan teleqramdan görünür ki, Cavabdeh1 27 sentyabr 2024-cü il tarixində məhkəməyə teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmin teleqramı nəzərə alaraq 30 sentyabr 2024-cü il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasını 04 noyabr 2024-cü il tarixə təxirə salmış, məhkəmə iclasının yeri və vaxtı barəsində tərəfləri, o cümlədən Cavabdeh1 rəsmi qaydada məlumatlandırmışdır. 04 noyabr 2024-cü il tarixində isə işi məhkəmə baxışına təyin etmiş və yenidən məhkəmə iclasının yeri və vaxtı barəsində tərəfləri, o cümlədən Cavabdeh1 rəsmi qaydada məlumatlandırmış, buna baxmayaraq Cavabdeh1 məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etməsinə dair hər hansı ərizəsi daxil olmamışdır.
27. Bundan başqa, Cavabdeh1 şikayətində iddiaçı ilə razılığa gəlmək üçün danışıqlar apardığını, işin barışıq sazişi ilə yekunlaşa biləcəyini və bununla bağlı iş üzrə icraata xitam verilməsini xahiş etsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil də əsassızdır.
28. Belə ki, Cavabdeh1 iddiaçı ilə razılaşdığını, ödəniş etdiyini və ya aralarında barışıq sazişinin olduğunu təsdiq edən hər hansı sənəd və ya sübut məhkəməyə təqdim etməmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.
30. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur.(MPM-in 9.3, 77.1, 88-ci maddələri).
31. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.
32. Hazırki işin materiallarından görünür ki, iddiaçı öz iddiasını əmlakın onun mülkiyyətində olması ilə əsaslandırır və göstərdiklərini təsdiq edəcək sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh1 isə apellyasiya şikayəti versə də, göstərdikləri işdə olan sənədlər ilə sübut olunmamaqla, onun tərəfindən sonradan da məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
33. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(016)-1023/2024 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(016)-1023/2024 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.