Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-289/2021 26.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X15 iclas katibliyi və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair ilk, Cavabdeh və X3 İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması, maddi ziyanın ödənilməsi və s.” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(025)-855/2020 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən onun və ailə üzvlərinin xüsusi mülkiyyətindəki 1 ha torpaq sahəsindən çıxarılması, ödədiyi 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia üzrə İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması, maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin olunmaması, İddiaçı ailəsinə məxsus olan və halhazırda İddiaçı istifadəsində olan 1,9171 hektar torpaq sahəsindən son 5 ildə istifadə etməsinə görə 50.000 (əlli min) qiymətləndirdiyi maddi ziyanın tutulması, həmin torpaq sahəsinin tərk etməsi (boşaldılması) 1.9171 hektar torpaq sahəsi üzərində müvafiq icazə olmadan, qanunazidd qaydada, özbaşına quraşdırılmış olduğu dəmirbeton elektrik dirəklərinin, həmin dirəklərlə keçirmiş olduğu və bu günə kimi istifadəsində olan elektrik xəttinin sökülüb aparılması, 2010-cu ildən ona məxsus 1 hektar torpaq sahəsi üzərində,1991-92-ci ildə üzərində əkib-becərmiş olduğu və bu günə kimi qulluq etdiyi, ona məxsəs olan 167 (bir yüz altımış yeddi) ədəd fındıq ağaclarının ümumi dəyəri 25.000 (iyirmi beş min) manat olan pul məbləğinin xeyrinə ödənilməsi, ödəməkdən imtina etdiyi halda həmin 167 ədəd ağacın çıxarılıb özünə qaytaralması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək, ilkin iddia üzrə Cavabdeh Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1 ha torpaq sahəsindən çıxarılması və özbaşına bağ sahəsində olan fındıq meyvəsini toplayıb 5 ildən artıq müddətə əsassız varlandığına görə ona dəymiş 22.100 (iyirmi iki min yüz) manat maddi ziyanın alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, DƏDRX-dən verilmiş ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli çıxarışa əsasən ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və Cavabdeh onun xeyrinə 32.825 manat dəymiş ziyanın və 10 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(025)-855/2020 nömrəli (hakim A.Əliyev) qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh Hacıyev X10 Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1 ha torpaq sahəsindən çıxarılması və onun tərəfindən törədilən maneələrə son qoyulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən edilməsi, ilkin iddia üzrə iddiaçı Hacıyev X11 Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən X3 xüsusi mülkiyyətində olan 1,9171 ha torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı və Cavabdeh Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(025)-855/2020 nömrəli qətnaməsindən apellyasiya şikayətləri vermişlər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus torpaq sahəsi 1,30 hektardır. Cavabdeh iddia etdiyi 1,93 ha torpaq sahəsi ona məxsus fındıq zavodunun yanında, Cavabdeh isə evindən 5 km aralıda yerləşir. Həmin torpaq sahəsinin üç bir tərəfi ona məxsus bağ sahəsidir. Maraqlıdır ki, Tahir həmin torpaq sahəsini öz şəxsi vəsaiti hesabına aldığını iddia edir. Lakin kimdən və nə qədər vəsaitə aldığı məlum deyildir. Bağ sahəsinin 0,30 hektarını razılığı ilə bacısı oğlunun istifadəsinə vermişdir. 1 hektarı Cavabdeh qanunsuz istifadəsindədir. Hazırda istifadə etdiyi torpaq sahəsi Gülnarə Hacıyevanın mülkiyyətindədəir. Həmin torpaq sahəsindən heç bir gəlir əldə edilmir. Orada fındıq ağacları vardır. Ağacları damcı-damcı suvarma üsulu ilə yetirdirmişdir. Lakin həmin ağaclar bar vermir. Bu torpaq sahəsini 2011-ci ildə alqı-satqı yolu ilə Gılnarə Hacıyevanın adına almışdır. Torpaq sahəsini alan zaman orada heç bir meyvə ağacları və yaxud əkinbiçin işləri olmamışdır. Cavabdeh isə 6 ildən çoxdur onun mülkiyyətindəki torpaq sahəsində olan fındığı yığmaqla ondan bəhrələnir. Cavabdeh özü məhkəmə iclasında etiraf etmişdir ki, «bəli mən 6 ildən çox müddətdir həmin bağ sahəsində olan fındıqları yığmışam və özümə götürmüşəm». Cavabdehlə olan sual cavabda da bunları etiraf etmiş və məhkəmə iclasının protokoluna bu qeyd edilmişdir. Hazırda cavabdeh bu halı özü etiraf etdiyindən artıq məhkəmədə yalnız həmin bağ sahəsindən cavabdeh tərəfindən nə qədər məhsul yığılmasının sübuta yetirilməsi hissəsi qalmışdır. Bununla bağlı məhkəmənin diqqətinə çatdımaq istəyir ki, o, Qəbələ bazarından və Qəbələ rayon Statistika İdarəsindən aldığı və məhkməyə hazırda təqdim etdiyi sənədlərdən göründüyü kimi illər üzrə fındığın qiyməti və həmçinin 1 ha fındıq bağından yığılan məhsulun orta statistik məlumatı mövcuddur. Həmin sənədlərə əsasən cavabdeh tərəfindən 6 il ərzində 10.100 kq məhsul yığılmışdır. Bu illər ərzində orta qiyməti 3.25 manat olmaqla cavabdeh tərəfindən ümumilikdə 10.100 kq * 3.25 manat 32.825 manat məhsul yığılmış və mənimsənilmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı onun doğma qardaşıdır. İddiaçı iddia ərizəsində göstərdiyi xüsusatların heç biri həqiqəti əks etdirmir. Vaxtı ilə həmin torpaq ərazisi 10-15 hektar olmaqla 1991-ci ildə Azərbaycan Respublikası müstəqillik dövrünə keçənə qədər Qəbələ rayonunun Mirzəbəyli kəndində yerləşən «Xanlar» adına kolxoz təsərrüfatının birillik tütün bitkisinin əkildiyi sahə olmuşdur. Həmin torpaq sahəsi udin milliyyətindən olan Mirzəbəyli kənd sakini və «Xanlar» adına kolxozun üzvü olmuş Ərütünov İvan adlı şəxsin öhdəsində olmuşdur. Respublikada yaranmış milli münaqişə səbəbindən İvan Ərütünov ailəsi ilə birlikdə 1990-cı ildə həmişəlik Mirzəbəyli kəndini tərk etmişdir. Baxımsız qalmış ərazidə tütün bitkisi məhv olub getmişdir. Kolxoz rəhbərliyinin tövsiyyəsi ilə o, həmin tütün sahəsinin bir hissəsini, yəni 1 hektar ərazisini əkib-becərməyi qərara almışdır. İlk olaraq 1990-cı ildə həmin sahəyə gər (çəkil) ağacları əkmişdir. Lakin 5- 6 aydan sonra qərarını dəyişmiş və bar verən ağaclar əkməyi qərarlaşdırmışdır. 1990-91-ci illər ərzində müxtəlif yerlərdən cavan fındıq ağacları alıb gətirərək əkməyə və qulluq etməyə başlamışdır. Bu minvalla həmin 1 hektar sahədə cəmi 167 ədəd fındıq ağacları əkmiş və ötən 30 il ərzində özü və ailə üzvləri qulluq edərək becərmişdir. 1996-cı ildə respublikada torpaq islahatı başlamış və kolxoz quruluşu ləğv olunmuş, həmin torpaq sahəsi yenə onun öhdəsində qalmışdır. Əlavə olaraq bildirir ki, qardaşı Mirzəbəyli kəndi ərazisində başqa bir torpaq sahəsini istifadə edirdi. Qardaşı ilə o dövrdə birgə təsərrüfatda məşğul olmuş və birlikdə başqa yerdə də torpaq sahəsi, obyekt və məhdud məsuliyyətli cəmiyyəti də olmuşdur. Bütün təsərrüfata rəhbərlik etməyi və sənədləşməni qardaşı aparmışdır. Bu barədə ona müvafiq etibarnamə də vermişdir. Torpaq islahatı ilə əlaqədar bölgülər başlananda qardaşı İddiaçı keçmiş tütün sahəsinin ərazisindən öz ailəsi üçün pay torpağı götürmüşdür. Onun əkib-becərdyi bir hektar torpaq sahəsini də öz ailə üzvlərinin adına sənədləşdirmişdir. Torpaq islahatı ilə əlaqədar həyat yoldaşı X7 isə verilən 1, 9171 hektar pay torpaq sahəsi qarşadının o dövrdə istifadə etdiyi torpaq sahəsinin bir hissəsinə düşmüşdür. Elə həmin vaxtda da qardaşı ilə özünün etiraf etdiyi kimi şifahi razılaşma təklif etmiş və onlar torpaq sahələrindən qarşılıqlı istifadə etmək şərti ilə razılaşmışlar. Həyat yoldaşı Gülnarə Hacıyevaya isə verilən 1,9171 hektar torpaq sahəsinə xx.xx.2011-ci ildə qeydiyyata alınmış DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli çıxarış və DƏDRX-nin 9 saylı X17 A № 416722 saylı torpaq sahəsinin plan və ölçüsü sənədləri verilmişdir. Beləliklə, qardaşı və onun ailə üzvlərinin adlarını göstərdiyi 7 nəfər ailə üzvlərinə dövlət tərəfindən verilən 1,3 hektar pay torpaq sahəsinin 1 hektar hissəsini onun 1991-ci ildən əkib-becərdiyi fındıq bağı, onun həyat yoldaşına isə dövlət tərəfindən verilən 1,9171 hektar pay torpaq sahəsi qardaşının istifadəsində olan torpaq sahəsinin bir hissəsini təşkil etmişdir. Əlavə olaraq bildirir ki, həmin torpaq sahəsində çoxillik yonca bitkisi və fındıq meyvə ağacları əkilibbecərilir. Razılaşdıqları kimi də hərə özündə olan torpaq sahəsindən istifadə etmişdir. Bunu ailə üzvləri və bütün kənd sakinləri də bilirlər. Buna baxmayaraq qardaşı onun əkibbecərdiyi 167 ədəd fındıq ağaclarını onun əlindən almaq istəyir. Onun ailə üzvlərinin mülkiyyətindəki heç bir icazə olmadan və onlara bildirmədən, təhlükəsizlik və istismar qaydalarını pozaraq hündür dəmir beton dirəklər quraşdarmaqla yüksəkgərginlikli elektrik xətti keçirmiş və qeyri-qanuni olaraq istifadə etmişdir. Bu barədə tərəfindən «Azenerji» yə FHN-nə müraciətlər olunmuşdur. Buna görə də 1.9171 hektar torpaq sahəsinin boşaldalması, son 5 ildə həmin torpaq sahəsindən yonca və fındıq ağaclarının məhsulundan istifadə etdiyinə görə 50.000 (əlli mn) manat təzminat və həmin sahədə onun tərəfindən qanunsuz olaraq quraşdırılmış yüksək gərginlikli, insanların həyatı üçün hər an təhlükə yaradan dəmir-beton elektrik dirəklərinin dərhal sökülməsi tələbini qoymaqla iddia qaldırmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, məhkəmə yalnız guya onun həmin torpaq sahəsini cavabdehə verdiyini əsas gətirərək onun maddi tələb hissəni təmin etməmişdir. Bununla bağlı bildirmək istəyir ki, məhkəmə iclasında o, qeyd etmişdir ki, 2014-cü ildən o adamın ordan çxıamasını tələb etmiş, lakin onu buna məcbur edə bilməmişdir. Dəfələrlə bağ üstündə həmin sahədə mübahisələri olub. Cavabdeh ona hər dəfə 2014-cü ildən söz verirdi ki, fındığı yığıb verəcək, lakin heç bir tədbir görmürdü və yığıb özünə xərcləyirdi. 2014-cü ildən həmin bağa da düz əməlli baxmır. Ancaq məhsul vaxtı gələndə bağa gəlir ailəsini və qohumlarını yığır ki, o gedəndə mübahisə yaratsın. Yerli baxış keçirdəndə də göründü ki, bağ sahəsi baxımsızdır və yalnız fındığı yığıb bağdan istifadə etmişdir. O, cavabdehdən 2014-cü ildən bu yana yığdığı məhsulun dəyərini 32825 manatı ondan tələb edir və hesab edir ki, məhkəmə bu hissədə düzgün olmayan, sübutlara düzgün qiymət vermədən qətnamə qəbul etmişdir. Tahir həmin sahəni qanunsuz zəbt edərək 5 ildən artıqdır fındıq meyvəsini topalayıb satır, qazanc əldə edir və əsassız varlanır. Hazırda da cavabdeh bu halı özü etiraf etdiyindən artıq məhkəmədə yalnız həmin bağ sahəsindən cavabdeh tərəfindən nə qədər məhsul yığılmasının sübuta yetirilməsi hissəsi qalmışdır. Bununla bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, Qəbələ Bazarından və Qəbələ rayon Statistika İdarəsindən aldığı və məhkəməyə hazırda təqdim etdiyi sənədlərdən göründüyü kimi illər üzrə fındığın qiyməti və həmçinin 1 ha fındıq bağından yığılan məhsulun orta stastistik məlumatı mövcuddur. Həmin sənədlərə əsasən cavabdeh tərəfindən 6 il ərzində 10.100 kq məhsul yığılmışdır. Ona görə də Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-855/2v20 NA-1 i qətnaməsini əsassız hesab edir və belə hesab edir ki, qətnamə qismən-iddia tələbinin maddi ziyanın təmin olunmamaması hissəsində ləğv edilməli və iddia təmin edilməli və cavabdehlərin iddia tələbi ləğv edilməklə qətnamə həmin hissədə ləğv edilməlidir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, Qəbələ Rayon Məhkəməsinə təqdim edilmiş sənədlərdə mübahisələndirilən 1,9171 ha torpaq sahəsinin ailəsinin xüsusi mülkiyyətində olduğu, həmçinin həmin torpaq sahəsindən yüksəkgərginli elektrik xəttinin keçməsi sübut olunurdu. Lakin, həmin elektrik xəttinin və onun aparıldığı dəmir-beton dirəklərinin kimə mənsub olması barədə sənəd təqdim olunmasa da, məhkəmə mülki işə baxış zamanı izah edib sənədi təqdim etməyi tələb edə bilərdi. Lakin, nədənsə bunu etməmişdir. Birinci instansiya məhkəməsinə təqdim etmiş olduğu sənədlərlə iddianın yetərincə sübut olunduğunu hesab etdiyi üçün göstərilən səbəbə müvafiq qaydada tələb olunan arayış Qəbələ Rayon Məhkəməsinə məhkəməyə təqdim təqdim edə bilməmişdir. xx xxxxxxx 2020-ci il tarixli 0005 saylı arayışda X13 Təchizatı və X18 Elektrik Şəbəkəsi bildirmişdir ki, 35/10 kv-luq Qəbələ yarımstansiyasından çıxan 35 kv-luq Nic hava xəttinin İddiaçı məxsus Fındıq zavodunu qidalandıran budaqlanmasmm 2 dayağı və dayaqlararası naqil G.Hacıyevanm reyestr nömrəsi **********31 olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1,9171 hektar pay sahəsindən keçir. Göstərilənləri nəzərə alaraq, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-855/2020 saylı qətnaməsinin ləğv olunaraq, 35/10 kv-luq Qəbələ yarımstansiyasından çıxan 35 kv-luq Nic hava xəttinin İddiaçı məxsus Fındıq zavodunu qidalandıran budaqlanmasının 2 dayağı və dayaqlararası naqilin reyestr nömrəsi **********31 olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən, ailəsinə məxsus olmaqla X25 qizinin adına olan 1,9171 hektar pay sahəsindən çıxarılması barədə qərar qəbul edilməsini xahiş edir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı onun qardaşıdır. Lakin son vaxtlar münasibətləri pozulmuşdur. Hazırda iddiaçıya məxsus olan elektrik dirəkləri ona məxsus olan torpaq sahəsindədir. O, həmin dirəklərində çıxarılmasını, həmçinin ona dəymiş ziyanın ödənilməsini tələb edir. Odur ki, ədalətli qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. İddiaçı rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq ********** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə ilk iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(025)- 855/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X17 İddiaçı verilmiş Seriya MA ******* saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010-cu il, reystr nömrəsi **********69 olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakan Dövlət reyestrindən çıxarış»ın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Mirzəbəyli kəndində onun mülkiyyətinə yaşayış məntəqələrinin torpaqlarından 1,3 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi paylı mülkiyyət olmaqla hüquq sahibləri olaraq onun özünün, X9, X4, X2, X8, X12 və X5 adları qeyd edilmişdir. İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X29 tərəfindən xx.xx.2010-cu il tarixdə tərtib edilmiş inventar nömrəsi 406-13/281 olan, AA 007407 nömrəli torpaq sahəsinin planı və ölçüsündə isə torpaq sahəsinin əsas göstəriciləri, döngə nöqtələrinin koordinatları, 1:2000 miqyasında planı (cizgisi) daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışı əksini tapmışdır. İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixdə yazdığı və bir gün sonra - 07.072020-ci il tarixdə ünvanladığı xəbərdarlıqda tərəflər arasında mübahisələndirilən torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətində olması qeyd olunmaqla, 1.3 torpaq sahəsinin 1 ha hissəsindən 5 ildən artıq qanunsuz istifadə olunduğu sonuncunun nəzərinə çatdırılmaqla ondan 3 gün müddətində torpaq sahəsinin boşaldılaraq ona qaytarılması tələb edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi X1 verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il, reystr nömrəsi **********31 olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakan Dövlət reyestrindən çıxarış»ın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ona Qəbələ rayonu Həmzəli kəndində onun mülkiyyətinə kənd təsərrüfatı təyinatlı torpaqlarından tam mülkiyyət olaraq 1,9171 ha torpaq sahəsi verilmişdir. X3 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X29 tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş A 416722 nömrəli torpaq sahəsinin planı və ölçüsündə Qəbələ rayonu Həmzəli kəndində onun mülkiyyətində yerləşən torpaq sahəsinin kadastr göstəriciləri, döngə nöqtələrinin koordinatları, 1:10000 miqyasında planı (cizgisi) əksini tapmışdır. Qəbələ rayonu Cığatelli bələdiyyəsinin X7 verdiyi xx.xx.2020-ci il tarixli 21 saylı arayışında xx.xx.2011-ci il tarixdə DƏDRX-nin 9 saylı X21 **********31 nömrəli qeydiyyata alınmış 1.92 ha pay torpaq sahəsinin alqı-satqı yolu ilə aldığı və hazırda həmin sahədə fındın əkildiyi qeyd edilmişdir. xx xxxx 2020-ci il tarixdə Qəbələ rayonu Həmzəli kəndində Cavabdeh, DƏDRX-nin mühəndisləri A.Quliyevin və S.Baxşalızadənin iştirakları ilə tərtib olunmuş aktın surətindən görünür ki, həmin tarixdə **********31 reyestr nömrəli çıxarışla Gülnarə Hacıyevanın mülkiyyətində olan 1,9171 ha torpaq sahəsinin sərhədlərinin müyəyyən edilərək tanıdılması barədə müraciəti əsasında torpaq sahəsinə baxış keçirilmiş və torpaq sahəsinin sərhədləri müəyyən edilərək Gülnarə Hacıyevanın etibarnamə üzrə nümayndəsi Cavabdeh tanıdılmışdır. Qəbələ rayon X6 Tofiq Yusif oğlunun sorğusuna cavab olaraq təqdim etdiyi xx xxxxxxxx 2020-ci il tarixli, 121 saylı məktubunda Qəbələ rayonu üzrə 2014-cü ildə fındıq məhsulu istehsalının 6122,9 ton, məhsuldarlığın 19,1 sentner, 2015-ci ildə məhsul istehsalının 6123 ton, məhsuldarlığın 17,6 sentner, 2016-cı ildə məhsul istehsalının 6207 ton, məhsuldarlığın 16,4 sentner, 2017-ci ildə məhsul istehsalının 7023,2 ton, məhsuldarlığın 15,8 sentner, 2018-ci ildə məhsul istehsalının 9278,1 ton, məhsuldarlığın 18,3 sentner və 2019-cu ildə məhsul istehsalının 8769,5 ton, məhsuldarlığın 13,8 sentner olduğu göstərilmişdir. «xxxx» MMC-nin İddiaçı şifahi sorğusuna cavab olaraq təqdim etdiyi xx xxxxxxxx 2020-ci il tarixli 30 saylı arayışında 2014-2020-ci illər ərzində bazarda qabıqlı fındıq məhsulunun topdan satış illik orta qiymətlərinin - 2014-cü ildə 2.70 AZN, 2015-ci ildə 3.50 AZN, 2016-cı ildə 3.50 AZN, 2017-ci ildə 3.45 AZN, 2018-ci ildə 3.10 AZN, 2019-cu ildə 3.30 AZN və 2020-ci ildə 4.15 AZN olduğu qeyd edilmişdir. Qəbələ rayon Mirzəbəyli Bələdiyyəsinin xx xxx 2020-ci il tarixdə İddiaçı təqdim etdiyi 18 nömrəli arayışında onun Mirzəbəyli kəndində 1,30 ha fındıq bağının olduğu, hər il həmin fındıq bağında təxminən 1.200 kq və 1.500 kq civarında məhsul olduğu, son 5 ildə məhsulun təxminən miqdıranın 6.500 kq və həmin məhsulun daxili bazar qiymətinin ilə minimum 3.40 manat, ümumi qiymətinin 22.200 manat təşkil etdiyi göstərilmişdir. X13 Təchizatı və Satışı İdarəsinin xx xxxx 2020-ci il tarixdə X7 veridiyi 01-01/H- 034/266 saylı arayışında 35/10 kV-luq Qəbələ yarımstansiyasından çıxan 35 kV-luq Nic hava xəttinin Fındıq zavodunu qidalandıran budaqlanmasının 2 ədəd dəmir beton dayağı və dayarlararası naqilin G.Hacıyevanın reyestr nömrəsi **********31 olan Qəbələ rayonu Mirzəbyli kəndində yerləşən 1,9171 hektar pay torpaq sahəsindən keçdiyi, Fındıq zavodunu qidalandıran 35 kV-luq budaqlanmanın Qəbələ paylayıcı Şəbəkə sahəsinin balansında olmadığı qeyd edilmişdir. Mülki işin tam, hərtərəfli və obyektiv araşdırılması ilə qətnamə qəbul olunması məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərəflərin iştirakı ilə mübahsəli torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı ilkin olaraq İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan, lakin faktiki olaraq Cavabdeh istifadəsində olan 1 ha torpaq sahəsinə baxış keçirildi. Baxış zamanı hal-hazırda Cavabdeh istifadə etdiyi torpaq sahəsində əkilibbecərilmiş fındıq kollarının məhsuldar olduğu müəyyən olunmuşdur. Eyni zamanda X3 xüsusi mülkiyyətində olan, faktiki olaraq İddiaçıistifadəsində olan 1,9171 ha torpaq sahəsinə baxış keçirlən zaman isə müəyyən olundu ki, sözügedən torpaq sahəsi İddiaçı məxsus fındıq zavodunun yanında, Cavabdeh isə evindən 5 km aralıda yerləşir və həmin torpaq sahəsində əkilən fındıq kolları hələ tam olaraq məhsuldar deyildir. Məhkəmə kollegiyası təqdim olunmuş sübutları əlaqəli şəkildə işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli ərazinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Apelyasiya şikayətlərinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətlərin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun ailə üzvləri - X9, X4, X2, X8, X12 və X5 xüsusi mülkiyyətinə Qəbələ rayonu Mirzəbyli kəndi ərazsində 1,3 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X17 İddiaçı verilmiş Seriya MA ******* saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010-cu il, reystr nömrəsi **********69 olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakan Dövlət reyestrindən çıxarış»la rəsmiləşdirilmişdir. Eyni zamanda onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X29 tərəfindən xx.xx.2010-cu il tarixdə inventar nömrəsi 406-13/281 olan, AA 007407 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçı X3 mülkiyyətinə Qəbələ rayonu Həmzəli kəndi ərazisində 1,9171 ha torpaq sahəsi verilməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X17 verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019cu il, reystr nömrəsi **********31 olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakan Dövlət reyestrindən çıxarış»la mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X29 tərəfindən xx.xx.2019-cu il tarixdə onun adına A 416722 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhələrindən istifadə edilməsi tərəflərin qarşılıqlı razılığı və ya hər hansı müqavilə əsasında bаş verməmiş, eləcə də tərəfin heç birinin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, hər bir tərəf özünə məxsus olan torpaq sahəsinə mülkiyyət hüquqna malik olmaqla digər tərəfin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Apellyasiya şikayətlərinin maddi tələblə bağlı dəlillərinə hüquqi qiymət verən kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırki iş üzrə, iddia tələblərinin bu hissəsinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(025)-855/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-289/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-289/2021
26.01.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver