Məhkəmə qərarları › İş №2(107)-29/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-29/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-29/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Cavabdeh2 və iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 04.10.2019 tаrixli, 2(075)-46/2019 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı "xxxx" MMC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1-dən 06 iyul 2011-ci il tarixli, 3 saylı və 22 iyun 2012- ci il tarixli, 9 saylı kredit müqaviləsinə əsasən birlikdə 01 iyul 2013-cü il tarixli, 3 saylı əlavə ilə verilmiş 55000 manat kreditin 25000 manat hissəsi üzrə 25000 manat əsas borc, 6853,11 manat faiz borcu və 81,06 manat cərimə borcu olmaqla, cəmi 31934,17 manat kredit borcunun, həmçinin, 30 manat məbləğində dövlət rüsumunun xeyrinə tutulması, tutmanın 25000 manat əsas borc, 6853,11 manat faiz borcu və 81,06 manat cərimə borcu olmaqla, cəmi 31934,17 manat kredit borcunun ipotekaya qoyulmuş, ünvan 1 ünvanında yaşayan Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, Aşıq Cuma küçəsində 0,06 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 57,55 kvadrat metr yaşayış, 110,91 kvadrat metr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka əmlakının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına "xxxx" MMC BOKT-na olan borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması, ünvan 1 ünvanında yaşayan Cavabdeh2 ilə bağlanılmış 06 iyul 2011-ci il tarixli, 3/2 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş 16 fevral 2009-cu il tarixli, ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünün Şəki şəhəri, Aşıq Cuma küçəsində mülkiyyətində olan 0,06 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 57,55 kvadrat metr yaşayış, 110,91 kvadrat metr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və ev satıldıqdan sonra həmin evdə yaşayanların 1 ay müddətində evdən çıxarılmaları və evin boşaldılması barədə qətnamə çıxarılmasını, Cavabdeh1-nin vəzifəli şəxslərinin iddia ərizəsində qeyd olunan kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməmələri ilə bağlı cinayət əməlləri aşkara çıxarsa, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən bu barədə xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 04.10.2019 tаrixli, 2(075)-46/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1-dən 06 iyul 2011-ci il tarixli, 3 saylı və 22 iyun 2012-ci il tarixli, 9 saylı kredit müqaviləsinə əsasən birlikdə 01 iyul 2013-cü il tarixli, 3 saylı əlavə ilə verilmiş 55000 manat kreditin 25000 manat hissəsi üzrə 25000 manat əsas borc, 6853,11 manat faiz borcu və 81,06 manat cərimə borcu olmaqla, cəmi 31934,17 manat kredit borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC BOKT-nın hesabına ödənilməsi, Cavabdeh2 məxsus Şəki şəhəri, Aşıq Cuma küçəsində 0,06 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 57,55 kvadrat metr yaşayış, 110,91 kvadrat metr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək, bu əmlak ilkin satış qiyməti 104000 manatla hərraca çıxarılaraq hərracda satılması, onun açıq hərracdan satılması hesabına 25000 manat əsas borc, 6853,11 manat faiz borcu və 81,06 manat cərimə borcu olmaqla, cəmi 31934,17 manat kredit borcu və 30 manat məbləğində dövlət rüsumu "xxxx" MMC BOKT-nin hesabına ödənilməsi, ipoteka əmlakının açıq hərrac yolu ilə satışından əldə olunan vəsait hesabına "xxxx" MMC BOKT-na olan borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılması, iddianın qalan hissəsinin rədd edilməsi, məhkəmə xəttşünaslıq ekspertizası ilə bağlı ekspertiza tədqiqatının dəyəri olan 142 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə-АZ.МЕМ. VÖİN **********, X1, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ **********0000003944 İWİFT BİK CTREAZ 22 hesabına ödənilməsi, qiymətləndirilmə ilə bağlı ödənilməli olan 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İşin faktiki halları: İddiaçı "xxxx" MMC BOKT ilə Cavabdeh1 arasında bağlanmış 06 iyul 2011-ci il tarixli 03 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC BOKT tərəfindən Cavabdeh1-nə illik 10,25 faiz olmaqla, 36 ay müddətinə 40000 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin, iddiaçı "xxxx" MMC BOKT ilə Cavabdeh1 arasında bağlanmış 22 iyun 2012-ci il tarixli 09 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC BOKT tərəfindən Cavabdeh1-nə 12 ay müddətinə ödənilmək şərti ilə 35000 manat məbləğində kredit xətti açılmış, iddiaçı "xxxx" MMC BOKT ilə Cavabdeh1 arasında bağlanmış 01 iyul 2013-cü il tarixli, 03 nömrəli əlavəyə əsasən iddiaçı "xxxx" MMC BOKT tərəfindən Cavabdeh1-nə 12 ay müddətinə ödənilmək şərti ilə 55000 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 05 may 2011-ci il tarixli, ƏN-İ 157851 nömrəli etibarnaməyə əsasən Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, A.Cuma küçəsindəki 7 saylı evin ipotekaya qoyulmasını X2 etibar etmişdir. İddiaçı "xxxx" MMC BOKT ilə Cavabdeh2 adından X3 arasında bağlanmış 06 iyul 2011-ci il tarixli 3/2 saylı ipotkeka müqaviləsinə əsasən "xxxx" MMC BOKT ilə Cavabdeh1 arasında bağlanmış 06 iyul 211-ci il tarixli 03 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, Aşıq Cuma küçəsində 0,06 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 57,55 kvadrat metr yaşayış, 110,91 kvadrat metr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evini "xxxx" MMC BOKT-nə ipotekaya qoyulmuşdur. Kredit borcunun kredit müqaviləsinə uyğun şəkildə ödənilməsi barədə bank tərəfindən cavabdehə edilmiş xəbərdarlıqların da heç bir nəticəsi olmamışdır. İpoteka predmeti olan fərdi yaşayış evinin yüklülüyünə dair reyestrdən çıxarış verilmişdir. İpoteka predmeti olan yaşayış evinin ilkin satış qiyməti ipoteka müqaviləsində 45000 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası əsasında "xxxx" MMC tərəfindən 17 avqust 2018-ci il tarixdə verilmiş fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabata əsasən həmin fərdi yaşayış evinin bazar dəyərinin 104000 manat təşkil etdiyi göstərilmişdir. İddiaçı "xxxx" MMC BOKT tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər icra edilmişdir. Cavabdeh1 iddiaçı "xxxx" MMC BOKT ilə arasında bağlanmış kredit müqavilələri üzrə kredit ödəyəcəyi barədə üzərinə öhdəliklər götürsə də, o, kredit müqaviləsi üzrə götürdüyü kreditin və ona hesablanmış faizlərin kredit təşkilatının hesabına tam şəkildə ödənilməsini təmin etməmişdir. Beləliklə də, Cavabdeh1 tərəfindən kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətlərdə kredit borcunun tam şəkildə iddiaçı "xxxx" MMC BOKT-nin hesabına ödənilməsi təmin edilmədiyindən iddiaçı "xxxx" MMC BOKT hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh2 tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən apelyasiya qaydasında baxılarkən Cavabdeh2 tərəfindən məhkəmə kollegiyasına vəsatət daxil olmuşdur. Cavabdeh2 vəsatətində göstərmişdir ki, o, Nərimanov Rayon Məhkəməsində cavabdeh "xxxx" MMC BOKT, Cavabdeh1 və X2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-3014/2019 nömrəli mülki iş üzrə iddia icraata götürülərək hərtərəfli araşdırılması üçün növbəti məhkəmə iclası 19.12.2019-cu il tarixə saat 10:30-a təyin edilmişdir. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-3014/2019 nömrəli mülki iş üzrə çıxarılmış yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.12.2019 tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-3014/2019 nömrəli iş üzrə yekun qərar qanuni qüvvəyə minənə kimi, 2(107)-3245/2019 nömrəli iş üzrə icrааt dayandırılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli məktubu məhkəmə kollegiyasına daxil olmuşdur. Məktubda qeyd olunmuşdur ki, Cavabdeh2 cavabdehlər "xxxx" MMC BOKT, Cavabdeh1 və X2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.11.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və məhkəmə baxışına təyin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə faiz və cərimə borclarına aid hissədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddia tələbi üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi, ekspertizanın Azərbaycan Respublikası Ədliyyə Nazirlıiyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi və ekspert qarşısında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmiş hallar da nəzərə alımaqla iddiaçı Cavabdeh1 ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən onun iddiaçı banka hansı məbləğdə əsas və faiz borcunun olması barədə sualın qoyulması haqqında qərardad qəbul edilməsi və nəticədə əldə edilmiş ekspert rəyi iddiaçı bankın cavabdehdən tələb etdiyi borcun şişirdilmiş şəkildə hesablanmasını sübut edəcəkdir. Lakin mübahisələndirməyinə baxmayaraq məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilməmişdir. İşin qeyd edilən halına məhkəmə tərəfindən isə qiymət vermək və iddianın təmin edilməsi qərara alınmışdır. Bundan başqa o 04 oktyabr 2019-cu il tarixdə məhkəməyə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində 2(005)-3014/2019 nömrəli mülki işin olduğunu bildirərək iş üzrə icraatın dayandırılmasım xahiş etmişdir. Belə ki, o Nərimanov Rayon Məhkəməsində ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. Hazırkı işin həmin işlə bağlılığı var. Şəki Rayon Məhkəməsi tərəfindən 2(075)-46/2019 saylı qərardad çıxarılmış, lakin iş üzrə icraatın dayandırılmaması barədə qərardad çıxarılmışdır. "Qərardaddan şikayət vermə müddəti məhkəmə tərəfindən nəzərə alınmamışdır. Ona görə də Şəki Rayon Məhkəməsinin 04.10.2019 tаrixli, 2(075)- 46/2019 nömrəli qətnаməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh1-nin nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 04.10.2019 tаrixli, 2(075)-46/2019 nömrəli qətnаməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Belə ki, işdə olan və kollegiyanın iclasında tədqiq edilən: iddiaçı "xxxx" MMC BOKT ilə Cavabdeh1 arasında bağlanmış 06 iyul 211-ci il tarixli 03 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MMC BOKT tərəfindən Cavabdeh1-nə illik 10,25 faiz olmaqla, 36 ay müddətinə 40000 manat məbləğində kredit xətti açılmışdır. iddiaçı "xxxx" MMC BOKT ilə Cavabdeh1 arasında bağlanmış 22 iyun 2012-ci il tarixli 09 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MMC BOKT tərəfindən Cavabdeh1-nə 12 ay müddətinə ödənilmək şərti ilə 35000 manat məbləğində kredit xətti açılmışdır. iddiaçı "xxxx" MMC BOKT ilə Cavabdeh1 arasında bağlanmış 01 iyul 2013-cü il tarixli, 03 nömrəli əlavədən görünür ki, "xxxx" MMC BOKT tərəfindən Cavabdeh1nə 12 ay müddətinə ödənilmək şərti ilə 55000 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 05 may 2011-ci il tarixli, ƏN-İ 157851 nömrəli etibarnamədən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, A.Cuma küçəsindəki 7 saylı evin ipotekaya qoyulmasını X2 etibar etmişdir. iddiaçı "xxxx" MMC BOKT ilə Cavabdeh2 adından X3 arasında bağlanmış 06 iyul 2011-ci il tarixli 3/2 saylı ipotkeka müqaviləsindən görünür ki, "xxxx" MMC BOKTilə Cavabdeh1 arasında bağlanmış 06 iyul 211-ci il tarixli 03 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, Aşıq Cuma küçəsində 0,06 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 57,55 kvadrat metr yaşayış, 110,91 kvadrat metr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evini "xxxx" MMC BOKT-nə ipotekaya qoymuşdur. ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli, 08 iyul 2011-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, Aşıq Cuma küçəsində 0,06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi və 0,06 hektar torpaq sahəsi iddiaçı "xxxx" MMC BOKT-nin xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, **********94-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, Aşıq Cuma küçəsində 0,06 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 57,55 kvadrat metr yaşayış, 110,91 kvadrat metr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 03 sentyabr 2015-ci il tarixli, 1259 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, Aşıq Cuma küçəsində 0,06 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 57,55 kvadrat metr yaşayış, 110,91 kvadrat metr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi tutmanın yönəldilməsinə başlanıldığı izah edilmişdir. "xxxx" MMC BOKT tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə ünvanlanmış 29 iyul 2015-ci il tarixli, 1045 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, Cavabdeh2 oğlunun mülkiyyətində olan Şəki şəhəri, Aşıq Cuma küçəsində 0,06 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 57,55 kvadrat metr yaşayış, 110,91 kvadrat metr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqda bildirişin qeydə alınmasına dair "xxxx" MMC BOKT tərəfindən DƏDRX-nin 12 saylı Ərazi idarəsinə ərizə göndərilmişdir. Həmin ərizə DƏDRX-nin Şəki Ərazi İdarəsində 15 sentyabr 2015-ci il tarixdə qeydiyyata alınmışdır. "xxxx" MMC BOKT tərəfindən 02 mart 2018-ci il tarixdə verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1-nin 06 iyul 2011-ci il tarixli, 3 saylı və 22 iyun 2012-ci il tarixli, 9 saylı kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC BOKT-nə 01 iyul 2013-cü il tarixli, 3 saylı əlavə ilə verilmiş 55000 manat kredit üzrə 25000 manat əsas borc, 6853,11 manat faiz borcu və 81,06 manat cərimə borcu olmaqla, cəmi 31934,17 manat kredit borcu qalmışdır. "xxxx" MMC tərəfindən 17 avqust 2018-ci il tarixdə verilmiş fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 104000 manat təşkil edir. Məhkəmə xəttşünaslıq ekspertizasının 18 mart 2019-cu il tarixli, 5275 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh2 adından X2 verilmiş 05 may 2011-ci il tarixdə Bakı şəhəri, 6 saylı Dövlət Notariat Kontorunda 7E/25834 saylı reyestrlə qeydiyyatdan keçmiş ƏN1157851 nömrəli etibarnamədə imza qrafasındakı imza və “Cəfərov H.Q” yazısı Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh2 adından X2 verilmiş 05 may 2011-ci il tarixdə Bakı şəhəri, 6 saylı Dövlət Notariat Kontorunda 7E/25834 saylı reyestrlə qeydiyyatdan keçmiş ƏN-1157851 nömrəli etibarnamədə imza qrafasındakı imzada qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən edilmədi. Ekspertiza xərci 142 manat təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Bu əsasla məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinə əsas və faiz borclarına aid hissədə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən tamamilə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ancaq formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh əsas və faiz borcunun iddiaçı tərəfindən şişirdildiyini və buna görə də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etsə də, əsas və faiz borcunun şişirdildiyini təsdiq edən, həmçinin ekspertizanın keçirilmə zəruriliyini göstərən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, аpellyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs olа bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 04.10.2019 tаrixli, 2(075)-46/2019 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 04.10.2019 tаrixli, 2(075)-46/2019 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar