Məhkəmə qərarları › İş №2(107)-292/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-292/2021

02.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-292/2021 02.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı X1 cavabdeh X2 qarşı ümumi istifadədə olan yolun açılması tələbinə dair Ucar Rayon Məhkəməsinin 9 mart 2021-ci il tarixli 2(063)–18/2021 nömrəli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(014)-910/2020 nömrəli qətnaməsi ilə (hakim Nizam Əliyev) iddia təmin edilmiş, İddiaçı Cavabdeh1 ilə birgə nikahlarından anadan olmuş uşaqları 21 oktyabr 2011-ci il təvəllüdlü X6 və 14 dekabr 2017-ci il təvəllüdlü X8 ilə birlikdə cavabdehlərin yaşadıqları, Cavabdeh2 məxsus olub, Ağdaş şəhəri, SU-18 qəsəbəsində yerləşən mənzilin yaşayış sahəsindən və kommunal sahələrindən istifadə hüququnun tanınması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1və Cavabdeh2 qarşı «kommunal mənzilə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və kirayə müqaviləsinin bağlanması» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh1 ilə birgə nikahlarından 21 oktyabr 2011-ci ildə anadan olmuş X6 və 14 dekabr 2017-ci ildə anadan olmuş X8 ilə birlikdə nümunəvi müqaviləyə əsasən Cavabdeh2 məxsus olan, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşadıqları Ağdaş şəhəri, SU-18 qəsəbəsində yerləşən 2 otaqdan ibarət mənzilə köçürülməyi, istifadə qaydalarının həmin evin gəlin köçüb yaşadığı və cehiz əşyaları yerləşdirilmiş bir otaqdan iki nəfər uşaqları ilə onun, evin kommunal və qeyri-yaşayış sahəsindən isə cavabehlərlə bərabər hüquqda müəyyən edilməsinə və Ağdaş rayon mənzil İstismar İdarəsi ilə kirayə müqaviləsinin bağlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 04 avqust 2008-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları - 21 oktyabr 2011-ci ildə X6 və 14 dekabr 2017-ci ildə X8 anadan olmuşdur. Cavabdeh1 ilə ailə qurduqları gün o, Cavabdeh2 məxsus olub, hazırda digər cavabdehlərin yaşadıqları Ağdaş şəhəri, SU-18 qəsəbəsində yerləşən iki otaqlı kommunal evə gəlin köçərək və özünə məxsus cehiz əşyalarını həmin evin bir otağına yerləşdirməklə ailə üzvü kimi qeyd-şərtsiz Cavabdeh1 ilə birlikdə yaşamağa başlamışdır. Bununla da həmin evdə yaşayış hüququ qazanmışdır. 21 oktyabr 2011-ci il tarixdə doğulmuş Məhəmməd və 14 dekabr 2017-ci il tarixdə doğulmuş Fatimə adlı iki uşaqları da həmin fərdi yaşayış evində anadan olmuşdur. Mübahisəli mənzil kommunal mənzil olduğuna görə onunla üçüncü şəxslə kirayə müqaviləsi bağlanılmasına təşəbbüs göstərsə də cavabdehlər bunu etməmişlər.Həmin kommunal mənzil yerləşən bir otaqda Cavabdeh1 ilə o yaşayırdı. Ailə qurmağı ilə əlaqədar valideynləri və cavabdehlər tərəfindən ona hədiyyə edilmiş və verilmiş cehiz əşyaları və digər əmlakı həmin otaqda yerləşdirilmişdir və o Cavabdeh1 və birgə nikahlarından anadan olmuş uşaqları ilə birlikdə həmin otaqlarda yaşamışlar. Mənzil xüsusi mülkiyyət hüququ əsasında cavabdehlərdən heç birinin adına qeydə alınmadığına görə, yəni mənzilin mülkiyyətçisi olmadığına görə Cavabdeh1 ilə ailə qurmağı ilə və həmin mənzildə yaşamağı ilə əlaqədar müqavilə bağlamaq mümkün olmamışdır.Cavabdeh1 ilə 2 ay əvvəl münasibətləri pisləşmişdir. Cavabdehlər onu istifadə hüququ qazandığı mübahisəli mənzildən azyaşlı uşaqları ilə birlikdə orada yaşamaqla istifadə etməyinə maneçilik törədirlər.Cavabdeh1 ilə ailə münasibətləri pisləşdiyindən cavabdeh aralarında qeyd edilmiş nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.O, mübahisəli mənzildən istifadə hüququ olduğundan həmin mənzilə köçməyə təşəbbüs göstərsə də, cavabdehlər buna razı olmamışlar. Ona görə də qeyd- şərtsiz gəlin köçüb ailə üzvü kimi yaşadığı Cavabdeh2 məxsus olan və hazırda cavabdehlərin yaşadıqları Ağdaş şəhəri, ünvanında yerləşən 2 otaqlı mənzilin gəlin köçdüyü və cehiz əşyaları yerləşdirilmiş bir otağına iki nəfər azyaşlı uşaqları ilə birlikdə köçürülməyi, mənzilin kommunal və qeyri yaşayış sahəsindən cavabdehlərlə bərabər hüquqda istifadə qaydalarının müəyyən edilməsi, eləcə də kirayə müqaviləsinin bağlanması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı sonradan məhkəmə iclasına iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar ərizə verərək bildirmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Ağdaş rayon Mənzil İstismar İdarəsinə qarşı “ kommunal mənzilə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və kirayə müqaviləsinin bağlanması tələbinə dair” iddia qaldırmışdır. Hazırda iddianı dəqiqləşdirir. Belə ki, onun Cavabdeh1 ilə birgə nikahlarından 21 oktyabr 2001-ci ildə anadan olmuş X6 və 14 dekabr 2017-ci ildə anadan olmuş X8 ilə birlikdə Cavabdeh2 məxsus olan Ağdaş şəhəri, SU-18 qəsəbəsində yerləşən yaşayış evindən və kommunal sahələrindən istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqiləşdirilməsinə dair ərizəsini AR MPM-nin 53-cü maddəsinə əsasən mümkün hesab etmişdir. İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, hal-hazırda övladları ilə birlikdə qeyd edilən mübahisəli mənzildə yaşayırlar. Məhkəmədən Cavabdeh1 ilə birgə nikahlarından 21 oktyabr 2001-ci ildə anadan olmuş X6 və 14 dekabr 2017-ci ildə anadan olmuş X8 ilə birlikdə onun Cavabdeh2 məxsus olan Ağdaş şəhəri, SU-18 qəsəbəsində yerləşən yaşayış evindən və kommunal sahələrindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini və bu barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 iddianı rədd edərək məhkəmə iclasında izah etdi ki, İddiaçı onun gəlini olubdur. Ev onun özünündür. Gəlini ona və ailəsinə baxmır. İddiaçı həmişə ailədə mübahisə yaradır. İddiaçı və onun övladları ilə bir yerdə qalmaq istəmir, gələcəkdə ailə qurmaq fikri var. İddiaçının öz övladları ilə bir yerdə onunla mənzildə yaşaması onun yenidən ailə həyata qurmasına maneə olur. Cavabdeh2 məhkəmədən iddianın rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı ilə ayrıldıqdan sonra həmin mənzildə yaşamır. Qeyd edilən mənzil atasına məxsus olduğundan həmin mənzildə kimlərin yaşayıb yaşamayacağına atası müəyyən edir. Məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, Ağdaş Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(014)-910/2020 nömrəli qətnaməsi əsassızdır. Belə ki, iddiaçı ona məxsus hər hansı yaşayış evinin olmadığını bildiyi halda əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə isə mənzilin ona məxsus olmadığını, mülkiyyət sahibini və digər ev sakinlərini nəzərə almamış, araşdırma aparmadan, işə düzgün baxmadan iddia tələbini təmin etmişdir. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(014)-910/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(014)-910/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh2 Cavabdeh1 verdiyi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(014)-910/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Nehrəxəlil kənd İƏDÜN tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Cavabdeh1 ilə X7 arasında nikah bağlanmışdır. Bu barədə Ağdaş RİHB-nın Nehrəxəlil kənd İƏDÜN-də 04 sentyabr 2008-ci il tarixli 13 saylı nikahın bağlanması haqqında akt qeydi tərtib edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 noyabr 2011-ci il tarixli AZ-İİ 774470 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X6 21.10.2011-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Bu barədə Ağdaş rayon Qeydiyyat şöbəsində 05 noyabr 2011-ci il tarixli 1270 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh1, anası X4r. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28.12.2017-ci il tarixli AZ-İV 057669 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X8 14.12.2017-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Bu barədə Ağdaş rayon Qeydiyyat şöbəsində 28.12.2017-ci il tarixli 1112 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh1, anası X4r. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş mənzil istismar kontorununun rəisi ilə Cavabdeh2 arasında bağlanaraq imzalanmış Yerli Zəhmətkeşlər sovetlərinin, dövlət, kooperativ və ictimai təşkilatlarının yaşayış evlərinin kirayəsi haqqında 01 yanvar 1986-cı il tarixli nümunəvi müqavilənin və Tutulmuş dövlət yaşayış sahəsinin pasportunun surətlərindən məlum olur ki, Ağdaş şəhəri, Su-18 qəsəbəsində yerləşən sahəsi 31 kv.metr olan mənzil Cavabdeh2 istifadəsinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən orderin surətindən məlum olur ki, 23 iyul 1984-cu il tarixli 6 saylı protokola əsasən Cavabdeh2 məxsus evdə X5 qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı və “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarına istinad etməkdə haqlı olmuşdur. 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin maddənin üçüncü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin maddənin dördüncü hissəsinə müvafiq olaraq bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün birçox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı) bunu belə ifadə etmişdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh1 04 avqust 2008-ci ildə faktiki nikah münasibətlərinə girməklə evlənərək ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları - 21 oktyabr 2011-ci ildə X6 və 14 dekabr 2017-ci ildə X8 anadan olmuşdur. İddiaçı Cavabdeh1 ilə evlənən zaman qeyd-şərtsiz cavabdehin valideynləri olan digər cavabdehlərə məxsus yaşayış evinə köçmüşdür və özünə məxsus cehiz əşyalarını və digər əmlaklarını həmin evə yerləşdirmişdirməklə onlarla birlikdə yaşamağa başlamışdır. Cavabdeh1 ilə ailə münasibətləri pisləşdiyindən iddiaçını iki nəfər azyaşlı uşaqlarıı ilə birlikdə həmin evdən çıxarılma təhlükəsi vardır. İşin məhkəmə tədqiqatından bəlli olmuşdur ki, İddiaçı mübahisəli mənzilə 2008-ci ildə cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra gəlin köçmüş, icarədar ilə birlikdə təsərrüfat aparmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, hazırkı işə 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olan köhnə Mənzil Məcəlləsi tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddia təmin edilməlidir. İddiaçı 04 avqust 2008-ci il tarixdə cavabdehlərin yaşadığı Ağdaş şəhəri, SU-18 qəsəbəsində yerləşən 2 otaqdan ibarət kommunal mənzilə gəlin köçdüyündən, mübahisəli evdə cavabdehlərlə yaşayıb birgə təsərrüfat apardığından, həmin mənzildə iki nəfər uşaqları anadan olduğundan İddiaçı iddiası təmin edilməli, İddiaçı 21 oktyabr 2011-ci il təvəllüdlü X6 və 14 dekabr 2017-ci il təvəllüdlü X8 adlı uşaqları ilə birlikdə cavabdehlərin yaşadığı Ağdaş şəhəri, SU-18 qəsəbəsində yerləşən 2 otaqdan ibarət mənzilin yaşayış sahəsindən və kommunal sahələrindən istifadə hüququ tanınmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(014)-910/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(014)-910/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar