Məhkəmə qərarları › İş №2(107)-293/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-293/2020

14.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-293/2020 14.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlundan və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - Cavabdeh iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1851/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(039)-1851/2019 saylı qətnaməsi ilə (hakim Günay Cavadova) ilkin iddia təmin edilmiş, Cavabdeh Yevlax rayon Bünyadabad kəndində yerləşən, torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 90112038 saylı Dövlət Aktı ilə Yevlax rayon X2 xx xxxx 1997-ci il tarixli 18 nömrəli qərarı ilə mülkiyyətlərinə verilmiş 4,62 ha pay torpaq sahəsinin iddiaçıya məxsus 1/6 ha hissəsindən çıxarılması, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh zəbt etdiyi, ailə üzvlərinin mülkiyyətində olan, Yevlax rayon Bünyadabad kəndində yerləşən, torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 90112038 saylı Dövlət Aktı ilə Yevlax rayon X2 xx xxxx 1997-ci il tarixli 18 nömrəli qərarı ilə mülkiyyətlərinə verilmiş 4,62 ha pay torpaq sahəsinin ona məxsus 0,77 ha hissəsindən dərhal çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda Yevlax rayonu, Bünyadabad kəndinin ərazisində yerləşən, Yevlax rayon X2 xx xxxx 1997-ci il tarixli 18 saylı qərarı ilə ona və ailə üzvlərinə verilmiş 4,62 ha pay torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpağa mülkiyyət hüququna dair JN 0030, Kod 90112038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətlərinə verilmişdir. Qanunla müəyyən olunmuş qaydada mülkiyyətə verilmiş torpaq sahəsinin planı və cizgisinə müvafiq olaraq mülkiyyətlərinə verilmiş 4,62 ha torpaq sahəsininin onun özünə düşən 0,77 ha hissəsindən qardaşının, yəni hazırkı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində uzun müddətdir ki, istifadə edə bilmir. O, həmin pay torpağında olan ona aid hissəni qanunsuz olaraq zəbt edərək qeyri-qanuni əsaslarla istismar edir. Bu hal yolverilməzdir vəonun mülkiyyəti üzərində hüquqlarını məhdudlaşdırır. Dəfələrlə etdiyi xahişlərə və tələblərə baxmayaraq cavabdeh ona mənsub olan torpaq sahəsindən bilərəkdən çıxmır. Dəfələrlə onun qeyd edilən torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh zəbt etdiyi torpaq sahəsindən çıxmır. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı JN 0030, kod 90112038 saylı dövlət aktına əsasən aralarında qarşılıqlı razılıq əsasında aparılmış alqı-satqı müqaviləsinə əsasən ona aid 0.77 ha torpaq sahəsini almağı ilə əlaqədar ödəmiş olduğu 1000 ABŞ dolları məbləğində pulun vəödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək 4.62 ha torpaq sahəsinin 1997-ci il tarixindəJN 0030. kod901 12038 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə həmin torpaq sahəsinin onun mülkiyyətinə verilmişdir. Uzun bir müddət ərzində bu torpaq sahəsini onun zəbt etdiyini bildirib ümumi birgə mülkiyyətdə olan pay torpaq sahəsinin 0.77 ha hissəsindən onun çıxarılmağını istəyir. İddiaçı onun doğma qardaşıdır. Onlar qardaş olduqlarından, aralarındakı əmlak münasibətləridə qardaş kimi tənzim olunduğundan onlar bu münasibətlərə hüquqi müstəvidə yer verməmişlər. Hazırki iddiaçının pay torpaqları iddiasında qeyd etdiyi kimidir. Ancaq həmin torpaq sahəsini o, qardaşına nağd pul verərək almışdır. Bu səbəbdəndə qardaşının dediyi kimi torpaq sahəsini o, idarə etmiş, həmin torpaq sahəsi tam olaraq onun sahibliyində olmuşdur. Bu gündə o, həmin torpaq sahəsini idarə edir. Çünki həmın torpaq sahəsini o, qardaşından halallaşaraq 1000 ABŞ dollarına 2007-ci ildə almışdır. Bundan sonra isə torpaq sahəsi daim onda olmuşdur. O bugünə kimi həmin torpağın su pulu və torpaq pulunu hər il ödəmişdir. O, həmişə torpağın mülkiyyətçisi olaraq tanınmışdır. Aralarında olan alqı-satqını isə qardaş olduqlarından rəsmiləşdirməmişlər. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ilkin iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh ilkin iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmədən ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh apelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək 4.62 ha torpaq sahəsini 1997-ci il tarixdə JN 0030-kod 90112038 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsini bildirmişdir. Bu pay torpağı onlara dövlət tərəfindən verilən birgə mülkiyyətdir. İddiaçı onun doğma qardaşıdır. Hər biri üçün torpaq payı 0.77 ha-dır. İddiaçı doğma qardaşı olduğundan aralarındakı əmlak münasibətləri qardaş kimi tənzim olunduğundan onlar bu münasibətlərə hüquqi müstəvidə yer vermişlər. Hazırkı iddiaçının pay torpağı ailədə olan hər bir bacı-qardaş arasında eyni qeyd etdiyi kimidir. İddiaçı özünəməxsus 0.77 ha torpaq payını ona razılaşaraq 2007-ci ildə 1000 ABŞ dollarına ondan birdəfəlik (daimi) olaraq almışdır. Bundan sonra isə həmin torpaq sahəsini onun öhdəliyində olub və o, torpaq sahəsini aldıqdan sonra torpağın vergisini indiyə kimi o ödəmişdir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1851/2019 saylı qətnaməsinin ləğv edilərək, ona vurulan mənəvi ziyan 5000 manatın, nəğd verdiyi 1000 ABŞ dollarının, dəymiş maddi ziyan olaraq 4500 ABŞ dollarının və ödədiyi dövlət rüsumunun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1851/2019 saylı qətnaməsinin ləğv edilərək, ona vurulan mənəvi ziyan 5000 manatın, nəğd verdiyi 1000 ABŞ dollarının, dəymiş maddi ziyan olaraq 4500 ABŞ dollarının və ödədiyi dövlət rüsumunun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1851/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)- 1851/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 0030 saylı KOD 90112038 şəhadətnamədən görünür ki, Yevlax rayon X2 xx.xx.1998-ci il tarixli 18 nömrəli qərarı ilə 4,62 ha torpaq sahəsi X7 və onun ailəüzvləri X4, X3, İddiaçı, İddiaçı vəCavabdeh ümumi birgə mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayonu, Yeni Çobandərə kəndində 4,6216 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında hər birinə 1/6 hissə olmaqla şəhəri, X4, X3, X8, İddiaçı və 2/6 hissə olmaqla Cavabdeh adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 118 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh tərəfindən dəvət edilmiş və şahid qismində dindirilmiş X1 Əliyevin arvadı olduğunu və hazırda mübahisələndirilən torpaq sahəsinin Cavabdeh tərəfindən şifahi razılığa əsasən alındığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Yevlax rayonu, Bünyadabad kəndinin ərazisində yerləşən, Yevlax rayon X2 xx xxxx 1997-ci il tarixli 18 saylı qərarı ilə iddiaçıya və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpağa mülkiyyət hüququna dair JN 0030, Kod 90112038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 4,62 ha pay torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Qanunla müəyyən olunmuş qaydada mülkiyyətə verilmiş torpaq sahəsinin planı və cizgisinə müvafiq olaraq 4,62 ha torpaq sahəsininin iddiaçının özünə düşən 0,77 ha hissəsindən qardaşının, yəni hazırkı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində uzun müddətdir ki, istifadə edə bilmir. Cavabdeh həmin pay torpağında olan iddiaçıya aid hissəni zəbt edərək qeyri-qanuni əsaslarla istismar edir. Dəfələrlə onun qeyd edilən torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh zəbt etdiyi torpaq sahəsindən çıxmır. Tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı özünün və ailəsinin mülkiyyətinə verilmiş torpaq sahəsinin özünə aid bir hissəsini (1/6 hissə və ya 0, 77 ha hissəsini) 2007 ci ildə cavabdehin istifadəsinə vermişdir. İddiaçı həmin torpaq sahəsini 600 manat müqabilində cavabdehin müvəqqəti istifadəsinə verdiyini, həmin müddət bitməsinə baxmayaraq torpaq sahəsini boşaltmadığını və təhvil vermədiyini bildirir. Cavabdeh isə mübahisə predmeti olan torpaq sahəsini iddiaçıdan 1000 ABŞ dolları müqabilində satın aldığını bəyan edir. Lakin mübahisəli torpaq sahəsinin nə satılması, nə də müvəqqəti istifadəyə verilməsi barədə tərəflər arasında sadə yazılı və ya rəsmi sənəd olmuşdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, tərərflər arasında şifahi də olsa “icarə” münasibətlərinin yarandığını ehtimal etmək olar. Yəni, iddiaçı öz mülkiyyətində olan torpaq sahəsini müəyyən haqq müqabilində, müəyyən müddətə cavabdehin istifadəsinə (“icarə”sinə) vermişdir. Cavabdeh də həmin torpaq sahəsindən müəyyən müddət ərzində istifadə edərək gəlir götürmüş və bəhərlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcıəşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isəəşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. İş materialları ilə müəyyən olunur ki, qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında aldığını bildirsə də, məhkəmələrə torpaq sahəsinin alqı-satqısına dair hər hansı sənəd təqdim etməmiş, məhkəmə kollegiyasının araşdırması zamanı belə bir halın mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan RespublikasıTorpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilindəmüvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddə alarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası“İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman X6 Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci vəüçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir”. “1 saylı Protokolun 1-ci maddəsinin birinci vəən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin vəözbaşına olmasına Konvensiyada “qanun” və“qanuni” anlayışı anlayışları mahiyyətcə geri daxili qanunvericiliyə istinad edir və həm də qanunun keyfiyyətinə aiddir ki, onun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir”. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli, 2 №-li qərаrının 3-cü bəndinə görə torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq sаhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаtlа, su fondu, ehtiyаt fondu və s.), torpаq sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Qərаrın 6-cı bəndinə əsаsən Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu mаddələrinə müvаfiq olаrаq torpаq sаhələri üzərində hüquqlаrın dövlət qeydiyyаtı məcburidir. Torpаq üzərində hüquqlаr (mülkiyyət hüququ, istifаdə hüququ, icаrə hüququ), hаbelə аlqı-sаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüquq hаqqındа şəhаdətnаmə dövlət torpаq kаdаstrındа və dövlət torpаq reyestrində qeydiyyаtа аlınmаlıdır. Torpаq sаhəsi üzərində hüquqlаr həmin hüquqlаrı təsbit edən müvаfiq sənədlərlə (torpаğа mülkiyyət hüququnа dаir dövlət аktı, torpаqdаn dаimi istifаdə hüququnа dаir dövlət аktı, torpаqdаn müvəqqəti istifаdə hüququnа dаir şəhаdətnаmə, torpаğın mülkiyyətə verilməsinə dаir şəhаdətnаmə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpаğа yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhаdətnаmə ilə əldə edilmiş hüquqlаr müvаfiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonrа yаrаnmış hesаb edilir. Torpаq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü hissəsinə müvаfiq olаrаq, dövlət torpаq sаhələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqlаrın müdаfiəsinə və toxunulmаzlığınа təminаt vermir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin edərək, Cavabdeh Yevlax rayon Bünyadabad kəndində yerləşən, torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 90112038 saylı Dövlət Aktı ilə Yevlax rayon X2 xx xxxx 1997-ci il tarixli 18 nömrəli qərarı ilə mülkiyyətlərinə verilmiş 4,62 ha pay torpaq sahəsinin iddiaçıya məxsus 1/6 ha hissəsindən çıxarılması, qarşılıqlı iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd etməyi lazım bilir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Şikayətin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də şikayət təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1851/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(039)-1851/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar