Məhkəmə qərarları › İş №2(107)-293/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-293/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-293/2022 03.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(046)-845/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 30.10.2015-ci il tarixli 2(046)-2004/2015 saylı icra vərəqəsinə uyğun olaraq Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 14.03.2017-ci il tarixdə hərrac vasitəsi ilə iddiaçıya satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-nə keçmiş və bu hüquq 25.09.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzili 01 ay ərzində boşaltmalı olduğu halda bu günədək boşaltmamışdır. Buna görə də Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(046)-845/2020 saylı qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia təmin edilmiş, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması tələbi təmin edilməsi, Cavabdeh ünvan 1 mənzildən istifadə hüququna xitam verilməsi və Cavabdeh həmin mənzildən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh iddiaçı «Bаnk Rеspublikа» АSC-nin mülkiyyətində olan ünvan 1 mənzildə yaşayır və həmin mənzildən istifadə edir. İddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən cavabdehin çıxarılmasını və istifadə hüququna xitam verilməsini tələb edir. Bundan başqa məhkəməsi müəyyən etmişdir ki, sifarişçisi Cavabdeh məxsus ünvan 1 mənzili ipoteka saxlayanın tam mülkiyyətinə verməyi, ipoteka saxlayan isə həmin daşınmaz əmlakı qəbul edib onun dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür. ünvan 1 mənzil «Bаnk Rеspublikа» АSC-nin xüsusi mülkiyyəti kimi 25.09.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1 mənzildən istifadə hüququna xitam verilməsi və ünvan 1 mənzildən çıxarılması barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Rеspublikası Kоnstitusiyasının 13-cü, 29-cu maddələri, İnsan hüquqlarının Ümumi Bəyannaməsinin 18ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Kоnvеnsiyanın 1 saylı prоtоkоlunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü, 152.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmənin sözügedən qətnaməsini əsaslı və qanuni hesab etmir və aşağıda göstərilən əsaslara görə qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, mübahisəli mənzildə o, eləcə də ailə üzvləri yaşamaqla, onunla bərabər onların da, həmin mənzilə istifadə hüquqları yaranmışdır. Lakin işə baxan məhkəmə bu kimi halları nəzərə almamış, nəticə də onun və ailə üzvlərinin Konstitusiya ilə təminat verilmiş hüquqları pozulmuşdur. İddiaçı ASC-nin iddia tələbləri üzrə keçirilən məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müyyən edilmiş qaydada ona məlumat verilməmiş, məhkəmə iclaslarında iştirakı təmin edilməmiş, nəticədə işə onun iştirakı olmadan baxılıb yekun məhkəmə aktı qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikası Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiə hüququ pozulmuşdur. Eyni zamanda, qanunvericilikdə lazımi qaydada xəbərdar edilməmənin hüquqi nəticələri aydın şəkildə əks olunmuşdur. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddiaçı tərəfin izahatı və təqdim etdiyi sübutlar iddianın təmin olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən, o, Göyçay rayon Məhkəməsinin 15.09.2020-ci il tarixli 2(046)-845/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(046)-845/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(046)-845/2020 saylı qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Rеspublikası Kоnstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsаsən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Rеspublikası Kоnstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyеktin оna mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib оlmaq, оndan istifadə еtmək və оna dair sərəncam vеrmək üzrə dövlət tərəfindən tanınan və qоrunan hüququdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin göstərişi də bunu təsdiq edir. Belə ki, həmin maddədə qeyd olunub: “Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipotekaqoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraqn təmin etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(046)-845/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin 30.10.2015-ci il tarixli 2(046)-2004/2015 saylı icra vərəqəsinə uyğun olaraq Cavabdeh qızına məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 14.03.2017-ci il tarixdə hərrac vasitəsi ilə iddiaçıya satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-nə keçmiş və bu hüquq 25.09.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzili 01 ay ərzində boşaltmalı olduğu halda bu günədək boşaltmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apelyator şikayətinin ilk dəlilində bildirmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmamışdır. Kollegiya hesab edir ki, şikayət bu hissədə əsassızdır. İş materiallarının 29-cu səhifəsində olan xəbərnamədə görünür ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışdır. İkinci dəlil ondan ibarət olmuşdur ki, mübahisəli mənzildə o, eləcə də ailə üzvləri yaşamaqla, onunla bərabər onların da, həmin mənzilə istifadə hüquqları yaranmışdır. Lakin işə baxan məhkəmə bu kimi halları nəzərə almamış, nəticə də onun və ailə üzvlərinin Konstitusiya ilə təminat verilmiş hüquqları pozulmuşdur. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin göstərişi də bunu təsdiq edir. Belə ki, həmin maddədə qeyd olunub: “Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipotekaqoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar”. Göründüyü kimi, mənzildən çıxarılmanın əsası “tutmanın yönəldilməsi barədə məhkəmə qərarı” kimi göstərilmişdir. Ona görə də həmin hissədə 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Eyni zamanda iddia ərizəsindən görünür ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yəni tələb cavabdehlə bağlı olmuşdur. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş həmin dəlil birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraqn təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(046)-845/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(046)-845/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar